Məhkəmə qərarları › İş №1(102)-586/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-586/2019

08.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-586/2019 08.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 586/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "08" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, Barəsində cinayət təqibinə xitam verilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Məmmədova Məhizər Mürsəl qızı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Mustafayev Rəşad Rafiq oğlu) xx xxx 1966-cı il də Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada tikintidə usta işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir, Təqsirləndirilən şəxs tikintidə fərdi qaydada usta işlədiyi dövrdə 2013-cü ilin dekabr ayından 2014-cü ilin noyabr ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs ilə şifahi olaraq əvvəlcədən razılaşdıqları qaydada onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında 12 sot torpaq sahəsində 45-50 kv.metr sahəsi olan bir ədəd maşınyuma, hər biri 9-10 kv.metr səhəsi olan iki ədəd bərbərxana, 120 kv.metr sahəsi olan bir ədəd zal otaq-market, 35 kv.metr sahəsi olan anbar, 28 kv.m sahəsi olan təndirxana, 75- 80 kv.m sahəsi olan kafe və sanitar qovşağı kimi xırda tikililərin bütövlükdə bönövrəsini qazmağı və betonlamağı, mişar daşları ilə hörüb suvaq etməyi, həmçinin ticarət obyektinin həyətinə bütövlükdə mişar daşı ilə hasar çəkməyi və həyətdə 36 ton su tutumu olan hovuz tikməyi vəd edərək həmin işləri yerinə yetirməyə görə zəhmət haqqı və digər çəkilən xərclərlə bağlı razılığa gələrək işə başlamış, qeyd olunan işləri yerinə yetirdiyi müddətdə həmin obyektdə istifadə edilməsinə görə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib qabaqcad an düşünülmüş şəkildə aldadaraq ondan istədiyi və sonuncunun göndərdiyi həmin dövr üçün bazar qiymətləri ilə hər kisəsi 5.5 manat olmaqla 33 manat dəyəri olan 6 kisə sement, hər biri 12 manat olmaqla 72 manat dəyəri olan 6 ədəd dam örtüyü, hər biri 4 manat olmaqla 60 manat dəyəri olan 15 ədəd taxta, yəni ümumi dəyəri 295 manat olan tikinti materiallarını inşa etdiyi ticarət obyektində istifadə etməli olduğu halda, bu materialları tamah məqsədi ilə qanunsuz olaraq özünün sahibliyinə keçirərək 2014-cü ilin avqust ayının müxtəlif günlərində taksi sürücüsü X3 məxsus “Moskviç-412” markalı və X6 məxsus “Vaz-2106” markalı avtomobillərə yükləyərək obyektdən çıxardıb Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən nömrəsiz evə gətirib tanışı, həmin evin sakini X4 cəmi 210 manat pula satmaqla, eləcə də eyni məqsədlərlə cinayətkar hərəkətlərini davam etdirib 2014-cü ilin müxtəlif günlərində Zərərçəkmiş şəxs hər maşın yükün dəyəri 252 manat olmaqla 9 maşın standart mişar daşma görə 2268 manat pul alsa da, ona orta bazar qiymətləri ilə hər maşının yük tutumu 130 manat olan 9 maşın tiniqırıq mişar daşı, yəni cəmi 1170 manat hesablanmış tiniqırıq mişar daşını “Zil” markalı avtomaşının sürücüsü X5 hər maşın yük üçün 120 manata alaraq gətirib obyektin divarına istifadə etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldatmaqla vahid niyyətlə dələduzluq yolu ilə ona həmin dövr üçün ümumi bazar qiyməti ilə cəmi 1393 manat məbləğdə maddi ziyan vurmuşdur. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Qərardan Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Məmmədov Qail Fazil oğlu, hakimlər Səfərov Rizvan Kamal oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 19 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qeyd olunan qərarını ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cinayət işinin istintaqı zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyinə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmiş, belə ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli əvvəlcə Azərbaycan Respublikası CM-nin 177.1, sonra 177.3.2, daha sonra 179.3.2, 178.3.2-ci maddələrə, bir qədər s onra isə qanunsuz və əsassız olaraq CM-nin 178.1-ci maddəsinə tövsif olunmuş, lakin bu barədə zərərçəkmiş şəxsə heç bir məlumat verilməmişdir. Həmçinin ibtidai istintaq zamanı iş müstəntiqə veriləndən sonra zərərçəkmiş şəxsin ifadə vermək üçün istintaqa dəvət olunmadığını, sonradan zərərçəkmiş şəxsə işin məhkəməyə göndərilməsinin məlum olduğunu, məhkəmənin hazırlıq iclasında müstəntiqin, guya, zərərçəkmiş şəxsi martın 25-də dəvət edərək, işlə tanış etməsinin və bu barədə saxta protokol tərtib etməsinin məlum olduğunu, guya, zərərçəkmiş şəxsin işlə tanış olduqdan sonra etirazını şifahi bildirdiyini, məhkəmənin hazırlıq iclasında işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılması barədə vəsatət verilsə də, həmin vəsatətin təmin olunmadığını, məhkəmədə T əqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178.3-cü maddəsinə tövsif edilməsi, oğurluğa görə də cinayət məsuliyyətinə cəlb edilməsi, dələduzluq və oğurluq cinayətlərini təkrar törətməsinə görə cinayət məsuliyyətinə cəlb olunması barədə vəsatətlər verilsə də, həmin vəsatətlərin təmin olunmadığını, istintaq və məhkəmənin sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq, tədqiq etmədiyini, ona vurulmuş maddi ziyanın saxta ikinci ekspert rəyi əsasında, yəni qanunsuz üsul və vasitələrlə məqsədli şəkildə azaldıldığını, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçmədiyini, məhkəmənin müstəntiqin saxtakarlığını texniki səhv kimi qiymətləndirdiyini, gəldiyi nəticəni sübutlarla əsaslandırmadığını, müstəntiqin şahiddən qondarma izahat alma ğa çalışmasını, şahid imtina etdikdə onu həbs edəcəyi ilə hədələyib ona psixoloji təsir göstərməsini araşdırmadığını və həqiqətin müəyyən edilməsini təmin etmədiyini nəzərə alaraq zərərçəkmiş şəxs və onun nümayəndəsi apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin kassasiya şikayətinin təmin edilməsi, barəsində cinayət təqibinə xitam verilmiş şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə qərarlarından görünür ki, həmin məhkəmələr Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam ver ilməli olduğu qənaətinə gələrkən konkret sübutlara və qanunun tələblərinə əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin nəticənin mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarlarda göstərilmişlər. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin madd ə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv edilməli olduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır Apellaysiya məhkəməsinin qərarında bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası proses iştirakçılarının fikrini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirməklə AR CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 24 fevral 2017-ci il tarixli, 5063 saylı rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. AR CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulm uş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. AR CPM-nin 39.1.3-cümaddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Qanunun tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayəti törədib bitirdiyi vaxtdan 03 il 05 ay müddət keçdiyini nəzərə alaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyindən barəsində olan cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qənaətinə gəlmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində ona vurulmuş zərərin ekspert rəyində göstərilən məbləğdən artıq olduğunu və Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 177.2.2 və 178.2.2-ci maddələrinə tövsif edilməsini xahiş etmişdir ki, apellyasiya şikayəti bu hissədə təmin edilə bilməz. Belə ki, Az ərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qanunun həmin tələbi baxımından hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə məhkəməyə verilmiş, məhkəmə baxışı zamanı həmin ittiham daxilində cinayət işinə baxılaraq müvafiq qərar qəbul edilmişdir. Beləliklə, hazırki cinayət işi üzrə Təq sirləndirilən şəxs qarşı ittiham irəli sürülərək məhkəməyə verildiyindən və birinci instansiya məhkəməsi tərəfindən də məhkum Təqsirləndirilən şəxs əməli ona ibtidai istintaq orqanının ittiham elan etdiyi maddə ilə tövsif edildiyindən və hazırki mərhələdə qərarın dəyişdirilərək onun əməlinin daha ağır maddə ilə tövsif edilməsi qanunda nəzərdə tutulmadığından apellyasiya şikayəti təmin edilə bilməz. Odur ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Pirallahı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair 19 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün (zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə aid olan hissədə) məhkəmə kollegiyası da onunla razılaşır, kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətində zərərçəkmiş şəxsin və onun nümayəndəsinin və satətlərinin təmin edilmədiyi iddia edilir. İş materiallarından isə görünür ki, belə vəsatətlərə qanunla nəzərdə tutulmuş qaydada baxılmış (müvafiq müzakirələr aparılmaqla) və onlar üzrə qərarlar qəbul olunmuşdur. Həmin qərarların qanuniliyini şübhə altına almağa əsas yoxdur. Şikayətdə ekspertizanın rəyinin əsassız olduğu iddia edilsə də, bunun nədə ifadə olunduğu açıqlanmamışdır. İş materiallarının təhlili isə göstərir ki, həmin ekspert rəyinin əsassız olduğu və ya kifayət qədər dolğun olmadığı barədə fikir söyləmək üçün əsas yoxdur, şikayətin dəlilləri də buna əsas vermir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulmasına istinad edilsə də, bunun da nədə ifadə olunduğu açıqlanmamışdır. İş materiallarından isə görünür ki, məh kəmələr tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı (Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar