Məhkəmə qərarları › İş №1(102)-586/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-586/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-586/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum3 müdafiəçisi-vəkil Əliyev Musa İsa oğlunun iştirakları ilə, Gəncə Ağır C inayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə və Məhkum3 Azərbaycan Respublikasının CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Z.B.Qasımov (sədrlik edən və məruzəçi), F.N.Mahmudov və D.H.İmanov) Məhkum1-xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan, hal hazırda həbsdə olan Azərbaycan Respublikası CM-in 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 177.2.3-cü maddəsi ilə 2 il müddətinə, CM-nin 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplanılmaqla ona qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum3-xx xxxxxxxx 1996-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərb aycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2qeydiyyatda olan, hazırda həbsdə olan Azərbaycan Respublikasının CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış. Məhkum2-xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasma məhkum edilmiş, cəzasının əvvəlinin xx.xx.2016-cı il tar ixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər: T.A.Muxtarov və Ə.G.Abdullayev) apelyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx xxx 2018-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilərək, qərar ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə yenidən baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: S.B.Hüseynov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və Ç.B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya protestini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə təqsirləndirilən Məhkum1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxx 2016-cı il tarixdə saat 22:00 radələrində X7 məxsus ünvan 4qarşısında yerləşən, işləməyən kompüter salonuna nəfəsliyin üzərində olan dəmir barmaqlıqları çıxarıb pəncərəni daş parçası ilə sındırmaqla qanunsuz daxil olub, oradan hər birinin qiyməti 60 manat olan 11 ədəd "LG" markalı 48 sm diaqonal ölçülü monitoru, hər birinin qiyməti 60 manat olan 02 ədəd "Samsung" markalı 48 sm diaqonal ölçülü monitoru, hər birinin qiyməti 5 manat olan 11 ədəd "Genius" markalı kompüter "sıçanı"nı, hər birinin qiyməti 6 manat olan 11 ədəd "Genius" markalı klaviaturanı, hər birinin qiyməti 250 manat olan 5 ədəd kompüter keyslərini, hər birinin qiyməti 05 manat olan 11 ədəd kompüter qulaqcığını, hər birinin qiyməti 60 manat olan 04 ədəd "Sony Playstation 3" markalı oyun konsulunun joystiklərini, hər birinin qiyməti 35 manat olan 10 ədəd "Sony Playstation 3" markalı oyun konsulunun disklərini, qiyməti 25 manat olan 01 ədəd elektrik tənzimləyicisini gizli yolla talayıb x5 ümumilikdə 2821 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Məhkum1, təkrarən, talama cinayəti törətmək üçün xx xxxxxx 2016-cı il tarixdə saat 13 radələrində Bakı şəhərinin, Nizami rayonu ərazisində yaşayan tanışları Məhkum3, Məhkum2 və qeyrisi ilə qeyrisinin təklifi ilə Goranboy rayonunun Azad kəndində yaşayan sonuncunun qohumu X2 xeyli miqdarda- 10000 manat məbləğində əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, razılaşmaya əsasən qeyrisi tanınmaması və ev sahiblərini müşahidə etmək məqsədilə evə girməyərək axırıncıların da iştirak edəcəyi Göygöl rayonunda olan yas mərasiminə getmiş, o, Məhkum3 və x3 isə xx xxxxxx 2016-cı il tar ixdə saat 05:00 radələrində "Bakı şəhər avtovağzalından 40 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə Goranboy rayonu, Azad kəndinə gələrək qeyrisinin verdiyi istiqamətə uyğun olaraq saat 09:30-da x5evini müəyyən etdikdən sonra saat 10:00-da Məhkum3 və Məhkum2la birlikdə qaz borularının üstündən hasara çıxıb oradan isə x6 yaşadığı evin həyətinə düşüb, binanın arxası ilə yaşayış sahəsinin qarşı tərəfindəki pilləkənlərdən eyvana keçib açıq vəziyyətdə olan qapıdan evin zalına qanunsuz daxil olarkən ev sahibi x6 onları görüb üzərilərinə gələn zaman onlar x5 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Məhkum3 x5 sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq yerə yıxdıqdan sonra özgənin əmlakını ələ keçirmək məqsədilə onu otuzduraraq ondan evdə ola n qızıl və pulların yerini soruşmuşdur. x5 pul və qızıl olmadığını bildirdikdə Məhkum3 x6 yanında durmuş, o və Məhkum2 isə evləri axtarmış, həmin vaxt zərərçəkmiş X12 Xeyrişlinin ayaq nahiyəsindən tutub yıxmaq istəsə də, bunu bacarmamış, ona görə də o və Məhkum3 birlikdə x5 sifət və baş nahiyəsindən yumruq və sillə ilə vuraraq qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qansızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül bədən xəsarətləri yetirdikdən sonra yenidən otaqlarda pul və qızıl-zinət əşyalarının axtarışını davam etdirmiş, x3 özləri ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən dəmir açar ilə yataq otağında saxlanc yeri olan sandığın qıfılını sındırıb orada olan x6 arvadı X3 məxsus 1600 manat məbləğində nağd pulu, 3100 manat dəyərində qızıl-zinət əşyalarmı və Rəhman Qəhramanova məxsus 40 manat dəyərində 1 ədəd "Nokia 1600" markalı mobil telefonu, cəmi 4740 manat dəyərində özgə əmlakını ələ keçirdikdən sonra, zərərçəkmiş x6 əlini və ayaqlarını bağlayaraq Bakı şəhərinə qayıtmış, həmin puldan 900 manatını qeyrisinə verdikdən və qızıl zinət əşyalarını isə 1600 manata sataraq hər birinə 350 manat məbləğində nağd pul götürüb qalan pulu isə ev kirayəsi və yeyib içməklərinə sərf etməklə soyğunçuluq etmişlər. Təqsirləndirilən Məhkum3 xx xxxxxx 2016-cı il tarixdə saat 13 radələrində Bakı şəhərinin, Nizami rayonu ərazisində yaşayan tanışları Məhkum1, Məhkum2 və qeyrisi ilə sonuncunun təklifinə əsasən Goranboy rayonunun Azad kəndində yaşayan qeyrisinin qohumu X2 xeyli miqdarda 10000 manat məbləğində əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, razılaşmaya əsasən qeyrisi tanınmaması və ev sahiblərini müşahidə etmək məqsədilə evə girməyərək axırıncıların da iştirak edəcəyi Göygöl rayonunda olan yas mərasiminə getmiş, o, Məhkum1 və x3 isə xx xxxxxx 2016-cı il tarixdə saat 05:00 radələrində Bakı şəhər avtovağzalından 40 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə Goranboy rayonu, Azad kəndinə gələrək qeyrisinin verdiyi istiqamətə uyğun olaraq saat 09:30-da x6 evini müəyyən etdikdən sonra saat 10:00-da Məhkum1 və Məhkum2la birlikdə qaz borularının üstündən hasara çıxıb oradan isə x6 yaşadığı evin həyətinə düşüb, binanın arxası ilə yaşayış sahəsinin qarşı tərəfindəki pilləkənlərdən eyvana keçib açıq vəziyyətdə olan qapıdan evin zalına qanunsuz daxil olarkən ev sahibi x6 onları görüb üzərilərinə gələn zaman onlar x5 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək o, x5 sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq yerə yıxdıqdan sonra özgənin əmlakım ələ keçirmək məqsədi ilə onu otuzduraraq evdə olan qızıl və pulların yerini soruşmuş, x5 pul və qızıl olmadığını bildirdikdə o, x6 yanında durmuş, Məhkum1 və Məhkum2 isə evləri axtarmış, həmin vaxt zərərçəkmiş x5 onun ayaq nahiyəsindən tutub yıxmaq istəsə də, bunu bacarmamış, ona görə də o və Məhkum1 birlikdə x5 sifət və baş nahiyəsindən yumruq və sillə ilə vuraraq qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qa nsızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül bədən xəsarətləri yetirdikdən sonra yenidən otaqlarda pul və qızıl zinət əşyalarının axtarışını davam etdirmiş, x3 özləri ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfatməişət təyinatlı, soyuq silah hesab edilməyən dəmir açar ilə yataq otağında saxlanc yeri olan sandığın qıfılını sındırıb orada olan x6 arvadı X3 məxsus 1600 manat məbləğində nağd pulu, 3100 manat dəyərində qızıl-zinət əşyalarını və x5 məxsus 1 ədəd "Nokia 1600" markalı 40 manat dəyərində mobil telefonu, cəmi 4740 manat dəyərində özgə əmlakını ələ keçirdikdən sonra, zərərçəkmiş x5əlini və ayaqlarını bağlayaraq Bakı şəhərinə qayıtmış, həmin puldan 900 manatını qeyri sinə verdikdən və qızıl-zinət əşyalarını isə 1600 manata sataraq hər birinə 350 manat məbləğində nağd pul götürüb qalan pulu isə ev kirayəsi və yeyib içməklərinə sərf etməklə soyğunçuluq etmişlər. Təqsirləndirilən Məhkum2 qabaqcadan xx xxxxxx 2016-cı il tarixdə saat 13 radələrində Bakı şəhərinin, Nizami rayonu ərazisində yaşayan tanışları Məhkum3, Məhkum1 və qeyrisi ilə qeyrisinin təklifi ilə Goranboy rayonunun Azad kəndində yaşayan sonuncunun qohumu X2 xeyli miqdarda 10000 manat məbləğində əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, razılaşmaya əsasən qeyrisi tanınmaması və ev sahiblərini müşahidə etmək üçün evə girməyərək axırıncıların da iştirak edəcəyi Göygöl rayonunda olan yas mərasiminə getmiş, o, Məhkum3 və Məhkum1 isə xx xxxxxx 2016-cı il tarixdə saat 05:00 radələrində Bakı şəhər avtovağzalından 40 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə Azad kəndinə gələrək qeyrisinin verdiyi istiqamətə uyğun olaraq saat 09:30-da x6 evini müəyyən etdikdən sonra saat 10:00-da Məhkum3 və Məhkum1la birlikdə qaz borularının üstündən hasara çıxıb oradan isə x6 yaşadığı evin həyətinə düşüb binanın arxası ilə yaşayış sahəsinin qarşı tərəfindəki pilləkənlərdən eyvana keçib açıq vəziyyətdə olan qapıdan evin zalına qanunsuz daxil olarkən ev sahibi x6 onları görüb üzərlərinə gələn zaman onlar özgənin əmlakını ələ keçirmək məqsədi ilə x5 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Məhkum3 x5 sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq yerə yıxdıqdan sonra otuzduraraq evdə olan qızıl və pulların y erini soruşmuş, x5 pul və qızıl olmadığım bildirdikdə Məhkum3 x6 yanında durmuş, o və Məhkum1 isə evləri axtarmış, həmin vaxt zərərçəkmiş X12 Xeyrişlinin ayaq nahiyəsindən tutub yıxmaq istəsə də bunu bacarmamış, ona görə də Məhkum1 və Məhkum3 birlikdə x5 sifət və baş nahiyəsindən yumruq və sillə ilə vurararaq qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qansızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül bədən xəsarətləri yetirdikdən sonra yenidən otaqlarda pul və qızılzinət əşyalarının axtarışını davam etdirmiş, o, özləri ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən dəmir açar ilə yataq otağında saxlanc y eri olan sandığın qıfılını sındırıb orada olan x6 arvadı X3 məxsus 1600 manat məbləğində nağd pulu, 3100 manat dəyərində qızıl-zinət əşyalarını və x5 məxsus 1 ədəd "Nokia 1600" markalı 40 manat dəyərində mobil telefonu, cəmi 4740 manat dəyərində özgə əmlakını ələ keçirdikdən sonra, zərərçəkmiş x6 əlini və ayaqlarını bağlayaraq Bakı şəhərinə qayıtmış, həmin puldan 900 manatını qeyrisinə verdikdən və qızıl-zinət əşyalarını isə 1600 manata sataraq hər birinə 350 manat məbləğində nağd pul götürüb qalan pulu isə ev kirayəsi və yeyib içməklərinə sərf etməklə soyğunçuluq etmişlər. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protesti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya ba xışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci və apelyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini bütün sübutların məcmusu ilə müqayisəli təhlil etmədən düzgün hüquqi qiymət verməmiş və nəticədə Məhkum3 və Məhkum2 əməlini CM-in 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrindən CM-in 180.2.1, 180.2.3 və 180.2.4cü maddələrinə, Məhkum1 əməlini CM-in 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrindən CM-in 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif etməkdə səhvə yol vermişdir. Baş vermiş hadisənin mexanizmindən də görünür ki, təqsirləndirilən hər üç şəxs qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək tamah niyyəti ilə x6 əmlakını ələ keçirmək məqsədilə qabaqcadan hazırlanmış plana uyğun olaraq şəxsiyyətlərini gizlətmək məqsədi ilə əvvəlcədən əllərinə əlcək geyinərək yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış zərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək baskın etməklə quldurluq etmişlər. Təqsirləndirilən hər üç şəxsin ifadəsi ibtidai istintaq zamanı yoxlanmış, təqsirləndirilən şəxslər ifadələrinə uyğun ifadə verməklə hadisənin baş vermə mexanizmini olduğu kimi göstərmiş və özlərinin təqsirlərini tam etiraf etmişlər. Hansı ki, təqsirləndirilən hər üç şəxs həm ayrı-ayrı vaxtlarda ifadə verərkən, həm də ifadələri yerində yoxlanılarkən müdafiəçiləri iştirak etmiş, onların iştirakları ilə hadisənin baş vermə mexnizmi barədə ifadə ver mişlər. Göründüyü kimi, qabaqcadan əlbir olan Məhkum1, Məhkum3 və Məhkum2 quldurluq cinayət əməlini törətmək məqsədilə cinayətin törədilməsi qaydasını planlaşdırmış, həm şəxsiyyətlərini gizlətmək, həm də hücuma məruz qalmış şəxsdə vahimə, qorxu yaratmaq məqsədilə zərər çəkmiş şəxsi görən kimi üzərinə hücum etməklə onu yaşadığı evdə döymüş, müqavimətini qırmaq üçün əl-ayaqlarını bağlamış, daha sonra ifadəsinə əsasən xəstə olan 59 yaşlı zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün real təhlükə yaradaraq ona zor tətbiq etməklə qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qansızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə y üngül dərəcəli bədən xəsarətləri yetirmişlər. İşin hallarından görünür ki, Məhkum1, Məhkum3 və Məhkum2 quldurluq basqını ilə bağlı hərəkətləri mülkiyyətçi x5 tərəfindən aşkar edildikdə təqsirli şəxslərin əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətləri həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edilmiş, təqsirləndirilən şəxslər x5 çoxsaylı zərbələr vuraraq ona məhz sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmişlər. Göründüyü kimi, məhkəmə tərəfindən zərər çəkmiş şəxsə zor tətbiq edib həyat və sağlamlıq üçün təhlükəli olan yüngül dərəcəli çoxsaylı bədən xəsarətləri yetirmələrinə, əl və ayaqlarının bağlanmasına, ona qarşı real hədə ilə müşayiət olunan psixi zora heç bir hüquqi qiymət verilməmiş, hansı əsasla bir sübutun q əbul edilməsi, digər sübutun rədd edilməsinin motivləri göstərilməmişdir ki, nəticədə formalaşmış yanlış mövqe əsasında əməl daha yüngül maddəyə, yəni soyğunçuluq əməlinə tövsif olunmuşdur. Məhkəmə isə qeyd olunan həmin xüsusatlara, təqsirləndirilən şəxslərin və zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı elan edildiyindən, tədqiq edilmiş hesab olunan ifadələrinə baxmayaraq, yekun qərar çıxararkən ibtidai istintaq zamanı verilmiş həmin ifadələri qarşılıqlı təhlil etməmiş, həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməmişdir. Halbuki, ibtidai istintaq zamanı verilmiş ifadələr də sübutun bir növüdür və cinayət prosessual qanunvericiliyin tələbləri əsasında əldə edilmişdir. Hətta nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər qeyd olunan ifadələrini müdafiəçilərinin iştirakı ilə vermişdir. Məhkəmə kollegiyası sadalanan dəlillərə və işin faktiki hallarına tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, mövcud məhkəmə təcrübəsinə əhəmiyyət verməyərək təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmış, nəticədə Məhkum3 və Məhkum2 əməlini CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrindən CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrinə, Məhkum1 əməlini CM-nin 181,2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrindən CM-nin 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif etməkdə haqlı olmamışdır. Bundan başqa, məhkəmə Məhkum1, Məhkum3 və Məhkum2 barəsində cəza təyin edərkən də cinayət qa nunvericiliyinin normasını düzgün tətbiq etməmişdir. Belə ki, CM-nin 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən Məhkum1, Məhkum3 və Məhkum2 yaşayış yerindən müsbət xarakterizə olunmalarını, əməlindən səmimi peşman olmalarını, zərər çəkmiş şəxslərlə barışmalarını və zərər çəkmiş şəxslərin onlardan heç bir şikayət tələblərininin olmamasını, eləcə də Məhkum3 disbakterioz xəstəliyindən əziyyət çəkməsini CM-nin 59-cu maddəsinə əsasən cəzalamı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxlərin şəxsiyyətləri, cəzanın məqsədlərini, təqsirləndirilən şəxslərin mülkiyy ət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri hesab edilən quldurluq cinayətinin yüksək ictimai təhlükəliliyini nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq Məhkum1 Azərbaycan Respublikası CM-in 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü, Məhkum2 oğlunun və Məhkum3 CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıx ışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yeti rilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protestində məhkumların cinayət əməllərinin hüquqi tövsifini və cəza təyin edilərkən nəzərə alınmış cəzanı yüngülləşdirən halların qanuniliyini mübahisələndirmiş və bu əsaslarla qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il t arixli qərarında göstərilmişdir ki, « Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2005-ci il tarixli qərarının 23-cü bəndində aşağıdakılar tövsiyə edilir: “Soyğunçuluq cinayətində həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.” Zərərçəkmiş şəxs x6 ilkin ifadəsind ən görünür ki, xx xxxxxx 2016-cı il tarixdə saat 10 radələrində evdə tək olarkən 3 nəfər tanımadığı cavan oğlanlar evin zalına daxil olmuşlar. x5 onlardan şəxsiyyətlərini soruşub üzərlərinə getdikdə həmin oğlanlardan biri onu yumruqla vurub yerə yıxmış və x5 yerə yıxılıb huşunu itirmişdir. Təxminən 10 dəqiqə sonra ayıldıqda həmin şəxslər onu divanda oturdub pul və qızılların yerini soruşmuşlar. x5 evdə pul və qızıl olmadığını bildirdikdə oğlanlardan biri onun yanında qalmış, digər iki nəfər evi axtarmışlar. x5 yanında qalan şəxsin ayağından tutmaq üçün cəhd etdikdə, həmin şəxs yumruqla təkrarən sifətindən vurmuş, digəri isə sillə ilə başından vurmuşdur. Həmin şəxslər evi axtarandan sonra telefon xəttini kəsmiş, x6 əllərini və ayaqlarını bağlayıb döşəməyə uzatmış, evdən çıxanda qapını bayır tərəfdən bağlamışlar. Həmin şəxslər gedəndən bir qədər sonra x5 özünə gəlib əllərini və ayaqlarını açmış, evin pəncərəsindən eyvana keçmiş, sonra isə huşunu itirmişdir. İş materiallarından görünür ki, qabaqcadan əlbir olan Məhkum1, Məhkum3 və Məhkum2 x6 evindən gizli oğurluq etmək məqsədilə cinayətin törədilməsi qaydasını planlaşdırmışlar. Lakin onlar x6 evinə qanunsuz olaraq daxil olarkən ev sahibinin evdə olduğunu görmüşlər. Məhkum1, Məhkum3 və Məhkum2 x6 evdə olduğunu gördükdən sonra qanuna zidd hərəkətlərindən imtina etməmiş, əksinə, hücuma məruz qalmış şəxsdə vahimə, qorxu yaratmaq məqsədilə zərər çəkmiş şəxs görən kimi üzərinə hücum etməklə onu yaşadığı evdə vurmuş və sonuncu huşunu itirmişdir. x5 özünə gəldikdən sonra da onlar zorakılıq hərəkətlərini davam etdirərək zərərçəkmiş şəx sdən pulların və qızılların yerini söyləməsini tələb etmişlər. Nəticədə, Məhkum1, Məhkum3 və Məhkum2 59 yaşlı zərər çəkmiş şəxs x5 zor tətbiq etməklə qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qansızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə yüngül dərəcəli bədən xəsarətləri yetirmişlər. Təqsirləndirilən şəxslər cinayət hadisəsini törətdikdən sonra hadisə yerindən qaçıb gedərkən isə zərərçəkmiş şəxsin əl-ayaqlarını bağlamış, telefon xəttini kəsmiş və evin qapısını açarla bağlamışlar. İşə baxan birinci və Apelyasiya instansiya məhkəmələri isə Məhkum1, Məhkum3 və Məhkum2 zərərçəkmiş şəxs x6 evinə qanunsuz daxil olub on a qarşı yuxarıda təsvir olunan zorakılıqla müşayiət olunan basqın və talamada ifadə olunan hərəkətlərini soyğunçuluq kimi qiymətləndirərək təqsirləndirilən şəxslərin əməllərini CM-in 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə tövsif etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumların əməllərini soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətinə tövsif edərkən sübutların məcmusuna düzgün qiymət verməmiş, kifayət qədər araşdırma aparmamış və gəldiyi nəticəni əsaslandırmamışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında gəldiyi nəticəyə görə istər CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiqi, istərsə də CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan həyat və sa ğlamlıq üçün təhlükəli olan zor tətbiqi anlayışıları sağlamlığın hansı dərəcədə pozulmasını müəyyən etmir. O cümlədən şəxsiyyət əleyhinə olan cinayətlərdən fərqli olaraq talama cinayətlərinin bu növlərində xəsarətin dərəcəsi qiymətləndirici anlayışdır və bu baxımdan ekspert rəyi də daxil olmaqla işin bütün faktiki hallarının məcmu şəkilində nəzərdən keçirilməsini tələb edir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2016-cı il tarixli, 529 nömrəli rəyinə görə zərərçəkmiş şəxs X2 bədəni üzərində qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qansızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı xəsarətləri vardır, həmin xəsarətlər xx.xx.2016-cı il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən yumruqla vurulma zamanı yaranmaya xarakterikdir və dərəcəsinə görə sağla mlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Lakin bu ekspert rəyinin hər hansı bir hissəsində bu xəsarətlərin məcmu halında və ya ayrı-ayrılıqda həyat, eləcə də sağlamlıq üçün təhlükəli olması göstərilməmişdir. İstintaq orqanı isə bu halı aydınlaşdırmamışdır. Halbuki quldurluq cinayətində təqsirkarın hərəkətləri zərərçəkmişə münasibətdə həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıqda ifadə olunmalıdır. Çünki qeyd olunan əlamət CM-nin 181.1-ci maddəsinin zəruri tərkib əlamətidir və buna qiymət vermədən əməlin quldurluq və ya soyğunçuluq olmasını müəyyən etmək mümkün deyil. Bu səbəbdən təkrar apelyasiya icraatı zamanı məhkəmə kollegiyasının qərarı əsasında təkrar ekspertiza keçirilmiş və təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli T 320/2019 saylı rəyində ekspert komissiyası belə rəyə gəlmişlər ki, zərərçəkmiş şəxs X4 aşkar edilmiş xəsarətlər həyat üçün təhlükəli əlamətlərlə müşaiyət olunmamışdır. Həyat və sağlamlıq üçün təhlükəli hallar dedikdə yetirilən anda zərərçəkmişin həyatı üçün təhlükə törədən və ya adi gedişində onun ölümü ilə nəticələnən vəziyyət başa düşülməlidir. Azərbaycan Respublikası Prokurorluğu, Ali Məhkəmə və Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 07 saylı əmri ilə təsdiq edilmiş “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”nda göstərilmişdir. Qaydaların 7-ci bəndində həyat üçün təhlükəli olan xəsarətlər sadalanmış, lakin hazırki iş üzrə zərərçəkmiş x5 yetirilmiş xəsarətlərin hər hansı biri ayrıayrılıqda və ya məcmu halında Qaydalarla müəyyən edilmiş həyat üçün təhlükəli olan xəsarətlər siyahısında nəzərdə tutulmamışdır. Zərərçəkmişin xəsarətləri həmin Qaydaların 7-ci bəndində göstərilmiş həyat üçün təhlükəli olan vəziyyətlərə də uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmişin sağlamlığına yetirilmiş zərər sağlamlıq üçün ciddi təhdid yaratmadığı üçün onları təhlükəlilik meyarına aid etmək CMnin 181.1-ci maddəsinin mənası baxımından düzgün olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək üçün ona qarşı edilmiş basqın nəticəsində onun aldığı bədən xəsarətlərinin ağırlıq dərəcəsinin yüngül dərəcəli olmasına, aşkar edilmiş xəsarətlərin həyat üçün təhlükəli əlamətlərlə müşaiyət olunmaması barədə ekspertiza rəyinə istinad etməklə zərərç əkmiş şəxsə qarşı törədilmiş basqınını həyat və sağlamlıq üçün təhlükəsiz olması nəticəsinə gəlinməsi qanunun tələbinə uyğun hesab edilməməlidir. Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın məzmununda cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 180.2.4-cü maddəsində isə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Bu cinayətləri bir-birindən fərqləndirərkən ilk növbədə özgənin əmlakını açıq talanması, yoxsa özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma mə ruz qalmış şəxsə basqın edilməsi düzgün qiymətləndirilməlidir. Basqın dedikdə zərərçəkmiş şəxsə qarşı edilmiş cəld və sürətli hərəkətlərdir. Basqın zərərçəkmiş şəxsə münasibətdə açıq, nümayişkaranə və saymamazlıq xarakteri daşıya bilər. Zərərçəkmiş şəxsin əmlakını ələ keçirmə məqsədi ilə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməsi ilə törədilən cinayətkar təcavüz başlandığı andan, onun səhhətində baş vermiş nəticədən asılı olmayaraq quldurluq bitmiş hesab edilir. Özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsə basqın edilməsi zərərçəkmiş şəxsin səhhətinə xəsarət yetirilmədən də nəticələnə bilər, lakin, basqın törədildiyi anda zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükə törətmişdirsə, əməl quldurluq kimi qiymətləndirilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 x6 evindən gizli oğurluq etmək məqsədilə cinayətin törədilməsini planlaşdırsalar da, x6 evinə qanunsuz olaraq daxil olarkən ev sahibinin evdə olduğunu görmüşlər, lakin bundan sonra da qanuna zidd hərəkətlərindən imtina etməmiş, əksinə, hücuma məruz qalmış şəxsdə vahimə, qorxu yaratmaq məqsədilə zərər çəkmiş şəxs görən kimi üzərinə hücum etməklə onu yaşadığı evdə vurmuş və sonuncu huşunu itirmişdir. Təqsirləndirilən şəxslər x5 hücum edərkən onun həyatı və səhhəti üçün təhlükəli olan və ya olmayan xəsarət almasının fərqinə varmamışlar. Onun baş nahiyyəsinə zərbə endirməklə belə qəsdin həyatı və sağlamlığı üşün təhlükəli ola biləcəyini dərk edərək, əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxsə basqın etmişlər. x5 özünə gəldikdə n sonra da onlar zorakılıq hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxsdən pulların və qızılların yerini söyləməsini tələb etmişlər. Nəticədə, Məhkum1, Məhkum3 və Məhkum2 59 yaşlı zərər çəkmiş şəxs x5 zor tətbiq etməklə qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qansızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə yüngül dərəcəli bədən xəsarətləri yetirmişlər. Təqsirləndirilən şəxslər cinayət hadisəsini törətdikdən sonra hadisə yerindən qaçıb gedərkən isə zərərçəkmiş şəxsin əl-ayaqlarını bağlamış, telefon xəttini kəsmiş və evin qapısını açarla bağlamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Oğurluq, soyğu nçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında x xxxx 2005-ci il tarixli qərarının 23-cü bəndində izah edilmişdir ki, həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələn miş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CMnin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdullaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 cinayət əməllərinin hüquqi tövsifi zamanı « Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenumunun x xxxx 2005-ci il tarixli qərarının izahlarını nəzərə almamış, cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarında göstərilən məhkəmə səhvlərini aradan qaldırmamış və məhkumların cinayət əməllərinin hüquqi tövsifində yanlış nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən məhkumlara cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuş halların həm müəyyən edilməsində, həm də cəza təyini zamanı həmin halların bütünlükdə nəzərə alınmasında qanunun tələbinə əməl edilib-edilməməsini yoxlayıb hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası CPM-in CPM-in 416.1.15-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi apelyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş əsasa uyğun hallar müəyyən edildiyindən kassasiya protesti təmin edilməli və Apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum1, Məhkum2 və Məhkum3 məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar