Məhkəmə qərarları › İş №1(102)-586/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-586/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-586/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx xxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (hakim Ziya Əliyev) 1(032)-104/2020 saylı, xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1980-cı il tаriхdə Əli-Bаyrаmlı şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, аzərbаycаnlı, ali təhsilli, subаy, əvvəllər məhkum olmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr, M.Cəlal küçəsi, еv 83, mənzil 55-də qеydiyyаtdа olan, Şirvаn şəhəri, Natavan küçəsi, еv 41də yаşаyаn; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci mаddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsınа məhkum еdilmiş, CM-in 69.3-cü mаddəsinə əsаsən onun həbsdə sахlаnıldığı üç gün nəzərə alınmaq la üzərində qəti olaraq 11 (оn bir) аy 27 (iyirmi yеddi) gün müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsı sахlаnılmışdır. Cəzаsını ümumi rеjimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzаçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tаriхdən hеsаblаnmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, sаtış məqsədi оlmаdаn, şəхsi istеhlаk miqdаrındаn аrtıq miqdаrdа, yəni 480 qrаm çəkidə tərkibində nаrkоtik mаddələr оlаn çətənə (kаnnаbis) bitkisindən kustаr üsullа hаzırlаnmış nаrkоtik vаsitə hеsаb еdilən qurudulmuş mаriхuаnаnı istintаqа məlum оlmаyаn mənbədən və vахtdа qаnunsuz оlаrаq əldə еdib, üzərində sахlаmаqlа dаşımış və 13 mаrt 2020-ci il tarixdə, sааt 19:30-də Şirvаn şəhəri, Nаtаvаn küçəsində yаşаdığı еvin qаrşısındа Аzərbаycаn Rеspublikаsı Dахili İşlər Nаzirliyi Bаş Nаrkоtiklərlə Mübаrizə İdаrəsinin və Şirvаn şəhər pоlis şöbəsinin Nаrkоtiklərlə Mübаrizə qrupunun əməkdаşlаrının birgə kеçirdikləri əməliyyаt tədbirləri nəticəsində şübhəli şəхs qismində sахlаnılаrаq pоlis şöbəsinə gətirilib, üzərində şəхsi ахtаrış аpаrılаn zаmаn həmin çəkidə nаrkоtik vаsitə оlаn qurudulmuş mаriхuаnа əynində оlаn bоz rəngli gödəkçəsinin içərisindən bir ədəd pоliеtilеn sеllоfаndа аşkаr оlunаrаq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Etibar Camalov və Rafiq Cəfərovdan ibarət tərkibdə) 1(106)468/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir ) il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlandığı müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 10 (on) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Elnar Hüseynov verdiyi kassasiya protestində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya protest inin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Elnar Hüseynov onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum apelyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, apelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, 480 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini, eləcə də ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyətini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir.Lakin, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında" xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 19-cu bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Onun külli miqdarı 500 qramdan başlanır. Göründüyü kimi, Məhkum əldə edərək üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq yəni 480 qram olmaqla külli miqdara yaxın təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Məhkum qurudulmuş marixuananı şəxsi istehlak miqdarından cüzi artıq (məsələn, 10 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəza ilə uyğun cəza (orta həddə azadlığın məhdudlaşdırılması) təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Lakin hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan qanu nsuz olaraq əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə (təxminən 100 dəfə) çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında olan yüngül cəzanı təyin etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi onun əməlində" peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını öz hökmündə artıq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və həmin h allara uyğun olaraq Məhkum azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin apelyasiya intansiya məhkəməsi həmin hallara onun ilk məhkumluğunu, ailə vəziyyətini və ondan aşkar edilmiş narkotik vasitənin miqdarını və növünü də əlavə edərək birinci instansiya məhkəməsindən fərqli olaraq həmin hallan da cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. O cümlədən, təqsirləndirilən şəxsin ilk məhkumluğunun, yəni əvvəllər məhkum olunmamasının cinayət qanununun tələbləri baxımından Məhkum münasibətdə cəzanı yüngülləşdirən müstəsna hal kimi nəzərə alınması qeyri-mümkündür. Belə ki, CM-in 59.1.1-ci maddəsinə əsasən, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Həmin maddənin mənasına görə bu növ cinayətlərin törədilməsi bütün hallarda deyil, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, cinayət qanununun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alması, həmin halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə bağlı olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimaitəhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqələndirmişdir. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma v ə üsullarından, habelə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, bu cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, planlı şəkildə birbaşa qəsdlə törətmişdir. Ona görə də, apelyasiya intansiya məhkəməsinin Məhkum ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Halbuki, CM-nin 72-ci maddəsinə görə ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxsin səmimi peşman olması, könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəx s tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin Məhkum könüllü gəlib könüllü gəlib təqsirli bonuna almadığı, cinayətin üstünün açılmasına fəal kömək etmədiyi, habelə qəsdən az ağır cinayət törətdiyi üçün yuxarıda göstərilən hallar ona şamil edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd olunan, cinayət qanununda nəzərdə tutulmamış hallar cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınarkən CM- nin 59.2-ci maddəsinin tələbi pozularaq qeyd olunanlar cəzalarını yüngülləşdirən hal kimi sadəcə göstərilməklə kifayətlənilmiş, həmin xüsusatların nə ilə sübut olunması, nəyə görə bu halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması və belə bir nəticəyə gəlinməsinin səbəbləri, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivləri məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilməmiş və əsaslandırılmamışdır. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum yüngül cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM- nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edil məsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq edilməmiş, nəticədə də məhkum edilmiş şəxs Məhkum münasibətdə yüngül cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə ə sasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakter i və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum ailə vəziyyətin, əməlindən peşmançılıq çəkməsini, ilk məhkumluğunu, ondan aşkar olunan narkotik vasitənin miqdarını və növünü nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası (1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Həmçinin kollegiya qeyd edir ki, təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydas ında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Məh kəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmi şlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar