Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-586/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə xx xxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 hal- hazırda həbsd ə olan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal- hazırda həbsdə olan Məhkum2 CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə sinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 1(106)-664/2021 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 1(099)-196/202 1 nömrəli hökmü ilə (hakimlər: M.Məmmədov (sədrlik edən), C.Nəbiyev və İ.Abdullayev) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 18 yanvar 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmün dən məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarı ilə, (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), S.İ.Mayılov və T.S.Kərimov) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum2 və Məhkum1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişlər ki, onlar şəxsiyyəti məl um olmayan İran İslam Respublikasının (bundan sonra İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etmələri barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan İİR vətəndaşı naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda-Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının xidməti ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitələri - təmiz çəkisi 2115 qram qurudulmuş marixuana və təmiz çəkisi 865 qram tiryəki keçirmiş, bu barədə 18 yanvar 2020-ci il tarixdə XXX adlı şəxs cinayətkar qrupun üzvü Məhkum1 məlumat verdikdən sonra o, tanışı Azərbaycan Respublikası vətəndaşı Məhkum2 ilə birlikdə sonuncunun idarə etdiyi «189» taksi xidmətinə məxsus, «Azsamand» markalı, «AZ **-PS-***» dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Beyləqan rayonu ərazisinə gedərək, N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının sağ cinahında, 14-cü sahənin arxa tərəfində, mühəndis-texniki qurğulardan 1000 metr aralıda Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində Bakı-Horadiz maqist ral avtomobil yolunun kənarında həmin külli miqdarda narkotik vasitələri qeyd olunan tarixdə saat 14 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, Məhkum2 cinayətkar qrupa məxsus bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə - təmiz halda çəkisi 2115 qram qurudulmuş marixuana və külli miqdarda narkotik vasitə - təmiz halda çəkisi 865 qram tiryək aşkar edilərək götürülmüşdür. Bundan sonra, cinayətkar qrupun digər üzvü Məhkum1 «Azsamand» markalı, «AZ **-PS-***» dövlət qeydiyyat nişanlı avtomaşınla hadisə yerindən qaçarkən həmin tarixdə Beyləqan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Kassasiya şika yətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr ona cəza təyin edərkən ilk məhkumluğunu, cavan olmağını, səhvini yetərincə anladığını, törətdiyi cinayət əməlini səmimi etiraf edərək, əməlindən peşman olmağını və s. halları nəzərə alınmamışdır. Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilərək, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətində həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsinin qərarının işin faktiki hallarına uyğun olmadığını, təyin olunmuş cəzanın isə ağırlığına görə qanunsuz, əsassız və ədalətsiz olduğunu bildirmişdir. Məhkum özünü CM-nin 206-cı maddəsi ilə təqsirli bilmədiyini, ona bu maddə ilə bəraət verilməsini, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə daha yüngül və ədalətli cəza təyin edilməsini xahiş edir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilərək ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsini, 234.4.1, 234.4.3-cü maddələri ilə isə daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göst ərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları müəyyən edilərkən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə əməlində cinayət tərkibi olmadığı, təqsirliliyi sübuta yetirilmədiyi halda o, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməkdə - Cinayət Məcəlləsinin 32.5,206.2-cı maddəsi ilə təqsirli bilindiyini, həmçinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam (CM-nin 32.5,206.2) verilməsi, eyni zamanda ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi (CM-nin 234.4.1 və 234.4.3) haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Məhkum1 isə kassasiya şikayətində məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, daha yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələbini cinayət-prosessual qanunun 416.1.21-ci maddəsində təsbit edilmiş halla əsaslandırmışdır. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin təl əbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu şikayətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum2 ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum2 Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsində nəzərdə tutulmuş əmə lləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən şahidlərin ifadələri, sənədlər, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhk əməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 əməllərinin Cinayət Məcəlləsinin 32.5,206.2-cı maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kol legiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum2 və Məhkum1 təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəzaların mübahisələndirilməsinə həsr olunmuş hər iki məhkumun kassasiya şikayətlərinə gəldikdə, kollegiya bu məsələ üzrə də birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşmamaq üçün əsas görmür. Belə ki, Məhkum2 və Məhkum1 cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, təqsirkarların şəxsiyyətini səciyyələndirən hallardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran ha lların müəyyən edilməməsindən, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyata şəraitinə təsirindən çıxış edib onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, eləcə də cinayətlərin məcmusu üzrə hər ikisinə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3, 41.2 və 66.3-cü maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Yuxarıda təsvir o lunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum2 kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayət-prosessual qanunun 416.1.2, 416.1.6, maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə), həmçinin sonuncunun və Məhkum1 onlara təyin edilmiş cəzasının həddindən artıq ağır cəza olması və CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə cavab verməməsi ilə bağlı iddialarını təkzib etməklə bu müraciətlərin əsassız olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkumların onlar tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi və dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, verilmiş kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 22 oktyabr 2021-ci il tarixli, 1(106)664/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 1(106)664/2021 nömrəli qərarı məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-586/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-586/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver