Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-587/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, məhkumlar Təqsirləndirilən şəxs və X4 və məhkumların müdafiəçisi X5 iştirakları ilə, Ba kı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim B.Ə.Pənahov) 04 aprel 2018-ci il tarixli hökmü ilə xx.xx.1950-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancının 15 (on beş) faizi məbləğində pulun dövlət n əfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanmaqla onun üzərində 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə aylıq qazancının 15 (on beş) faizi məbləğində pulun dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası saxlanılmışdır. Hökmlə həmçinin X7 da təqsirli bilinib məhkum olunmuşdur. Mülki iddia qismən təmin edilmiş, X6dan 2406 (iki min dörd yüz altı) manat alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmış, mülki iddia qalan hissədə təmin edilməmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxsin həyat yoldaşı X7 və bacısı oğlu X8 ilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək və vergiləri ödəməkdən yayınmaq məqsədi ilə qabaqcadan əlbir olub fərdi sahibkar kimi nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək fiziki şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirməmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 103-105, 124, 149, 150.2, 155, 157, 168, 173-174, 177, 180.1 və 218-221-ci maddələrinin tələblərini pozaraq 01 sentyabr 2010-cu il tarixdən 01 yanvar 2012-ci il tarixədək mağazanın faktiki rəhbəri olan həyat yoldaşı X8in nəzarəti altında qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 1.145.937,36 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasında iştirak etmişdir. Lakin məhkəmə istintaqında X6 dövlət büdcəsinə yayındırılmış verginin məbləği 1.201.478,87 manat, Təqsirləndirilən şəxs isə X9a həmin məbləğin 631.216,72 manat hissəsində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasında köməklik etməsi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının (hakimlər Q.X.Babayev (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və V.Ə.Mursaqoluvdan ibarət tərkibdə) 20 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan mülki iddiaçı Bakı Vergilər Nazirliyi 2 saylı Vergilər Departamenti verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli qərarı mülki iddiaya dair hissədə ləğv edilsin və mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Azərbaycan Respublikasının Vergilər Nazirli yinin 2 saylı Ərazi Vergilər Departamenti - mülki iddiaçı onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı mülki iddiaya aid hissədə əsassızdır. Belə ki, məhkəmə kollegiyasının əsas tutduğu Məhkəmə Ekspertizası Mərkəzinin 17.11.2017-ci il tarixli 21540 nömrəli rəyində Təqsirləndirilən şəxs 2010-cu ilin sentyabr ayı üzrə 1.090.808,84 manat məbləğində ƏDV-nin əsassız olaraq hesablanması nəticəsinə gəlinmişdir. Ekspert yalnız 2011-ci ilin avqust-dekabr və 2012-ci ilin yanvar aylarında aparılmış əməliyyatları nəzərə alaraq vergi ödəyicisinin 437.418,14 manat (2.430.100,82 x 18%=437.418,14) ƏDV ödəməli olmasını müəyyən etmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir. Həmin dövrdə qüvvədə olan Vergilər Qanunvericiliyinə əsasən ƏDV-nin məqsədləri üçün qe ydiyyata dair ərizə verilməsi öhdəliyi 01.09.2010-cu il tarixdən yarandığına görə 2010-cu ilin sentyabr ayı üzrə 1.090.808,84 manat məbləğində ƏDV-nin hesablanması qanunun tələbinə uyğundur və Məhkəmə Ekspertizası Mərkəzinin 23.09.2014-cü il tarixli 16256 nömrəli ilkin rəyində ƏDV məqsədləri üçün məcburi qeydiyyat məsələsinə düzgün olaraq baxılaraq rəy verilmişdir. 2011-2012-ci illərdə qüvvədə olmuş (01.01.2013-cü il tarixədək) Həmin Məcəllənin 155.1-ci maddəsində deyilirdi ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 150.000 manatdan artıq olan hüquqi şəxslər və 90.000 manatdan artıq olan fiziki şəxslər həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həm İ instansiya, həm də apellyasiya məhkəməsi tərəfindən isə qərar qəbul edilərkən məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə ekspertiza mərkəzinin 17.11.2017-ci il tarixli rəyi mötəbər sübut kimi qiymətləndirilmişdir. Göründüyü kimi hazırkı işlə bağlı eyni qurum (Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) tərəfindən müxtəlif ekspert rəyləri verilməsinə baxmayaraq məhkəmələr tərəfindən bu hala əhəmiyyət verilməmişdir. Məhkəmənin əsaslandığı ekspert rəyi ilə bağlı əlavə olaraq onu da qeyd edək ki, ekspertizanın növü “məhkəmə-iqtisad ekspertizaları” olsa da, ekspert tərəfindən hüquqi rəy verilmiş, qanunvericiliyin müddəalarına münasibət bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətini dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını di nləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili mülki iddiaçı - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti iddiasının tam təmin olunmam asıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bundan başqa, həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o,2010-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyata durmaqla ********** saylı VÖEN almışdır. Fiziki şəxs kimi ünvan 2 ünvanında ailəsinə məxsus obyektdə bacısı oğlu X10, həyat yoldaşı X8 ilə birlikdə fəaliyyət göstərmişlər. Mağazada bütün işlər mərhum X10a həvalə edilmişdir. O, mağazada yalnız fəhlələrə nəzarət etmişdir. Həmin mağazadan əmək haqqı almamış, sadəcə gündəlik xərclərinin ödənilməsi üçün mağazadan pul götürürdü. Onun adına olan VÖEN üzrə aparılan əməliyyatlara dair vergi və digər dövlət orqanlarına təqdim edilmiş hesabatlar X5 tərəfindən hazırlanıb təqdim olunsa da, bu sənədlərə özü imza atırdı. Bacısı oğlu X5 naməlum şəraitdə vəfat etdikdən sonra məlum olmuşdur ki, mağazanın müxtəlif firma və şəxslərə təxminən 350.000 manat borcu var. Borc sahibləri X5in vəfatından sonra borclarını onlardan tələb etdikləri üçün borcu ödəmək m əqsədi ilə həmin mağazanı təxminən 43.000 manata X4 adlı bir nəfər şəxsə, Xırdalanda yerləşən yeni tikilidə olan üç otaqlı mənzil və qarajı da 50.000 manata satıb borcun bir qismini ödəmişlər. Onu da qeyd edir ki, mağazada X5 tərəfindən kompüter quraşdırılmışdır və ondan biri əsas kompüter hesab olunurdu. Alqı-satqı ilə bağlı məlumatları həmin kompüterə X5 özü daxil edirdi. Digər ikinci kompüterdə isə X5in köməkçisi kimi tanınan Həsən işləyirdi. Həmin kompüterə yalnız satış məlumatları qeyd edilirdi. Müştərilərlə danışmaq, onlarla qiymət razılaşmasını, pul vəsaitinin alınıb verilməsini X5 həyata keçirirdi. Mağaza onların adına olan VÖEN-lə işləməsinə baxmayaraq, faktiki olaraq mağazanı X5 işlədirdi. İş materiallarından görünür ki, məhkəməyədək icraat dövründə məhkəməmühasibatlıq ekspertiza sı keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23.09.2014-cü il tarixli, 16256 saylı rəyinə əsasən fiziki şəxs X1 fəaliyyəti üzrə yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 525.522,54 manat məbləğində əlavə dəyər vergisinin, 22.731,03 manat məbləğində sadələşdirilmiş verginin, 21.700,58 manat məbləğində gəlir vergisinin və 308,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin (cəmi 570.262,15 manat), fiziki şəxs Təqsirləndirilən şəxs isə 437.418,14 manat məbləğində əlavə dəyər vergisinin, 177.142,23 manat məbləğində sadələşdirilmiş verginin, 16.366,55 manat məbləğində gəlir vergisinin və 563,50 manat məbləğində ödəmə mənbəyində tutulan verginin (ümumilikdə 631.490,42 manat) az hesablanması mü əyyən edilir. Həmçinin rəydə qeyd olunur ki, hazırki ekspertizanın nəticələri ilə vergi borclarının ödənilməməsinin araşdırılması nəticəsinə dair tərtib olunmuş aktın nəticələri arasında olan fərq onunla izah edilir ki, vergi müfəttişi tərəfindən vergilər Vergi Məcəlləsinin tələblərinə zidd olaraq hesablanmışdır (rəyin Təqsirləndirilən şəxs hesabı üzrə hissəsi). Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin tələblərinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150.000 manatdan artıq olan hüquqi və 90.000 manatdan artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Lakin buna baxmayaraq vergi müfəttişi həmin 12 aylıq dövrün başa çatmasını nəzərə almadan cəmiyyətin 01.09.2010-cu il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməli olduğunu hesab etməklə, həmin tarixdən apardığı əməliyyatları ƏDV-yə cəlb etmiş və bu səbəbdən də 2010-cu ilin sentyabr ayı üzrə 1.090.808,84 manat ƏDV-ni əsassız olaraq hesablamışdır. Ona görə də yuxarıda göstərildiyi kimi Təqsirləndirilən şəxs işlədiyi 2011-ci ilin avqust-dekabr və 2012-ci ilin yanvar aylarında aparılmış əməliyyatlar ƏDV-yə cəlb olunmaqla 437.418,14 manat məbləğində ƏDV hesablanır. Ekspert qeyd edir ki, fiziki şəxs Təqsirləndirilən şəxs hesabı üzrə 04.11.2013-cü il tarixli **********694639 saylı səyyar vergi yoxlaması aktının nəticələri işi faktiki hallarına uyğunluğu, reallığı əks etdirdi yi və istintaq orqanı tərəfindən sübut növü kimi qəbul edildiyi halda onun sahibkarlıq fəaliyyəti üzrə yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə cəmi 1.145.937,36 manat məbləğində (ƏDV üzrə - 1.090.808,84 manat, sadələşdirilmiş vergi üzrə - 6.062,75 manat, gəlir vergisi üzrə - 48.502,27 manat və ödəmə mənbəyində tutulan vergi - 563,50 manat) vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Azərbaycan Respublikası CPM-in 267.1-ci maddəsinə əsasən qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən ekspertin rəyi k ifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Ekspert rəyində ziddiyyətli, biri-biri ilə uzlaşmayan, tam və obyektiv araşdırmaya imkan verməyən anlaşılmaz məqamlar olmasını müəyyən etdiyindən təkrar məhkəməiqtisad ekspertizasını təyin etmişdir. Məhkəmə ekspertizası mərkəzinin təkrar ekspertizasının 17.11.2017-ci il tarixli rəyində qeyd olunur ki, fiziki şəxs X1 fəaliyyəti üzrə yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 525.522,54 manat məbləğində əlavə dəyər vergisinin, 22.731,03 manat məbləğində sadələşdirilmiş verginin, 21.700,58 manat məbləğində gəlir vergisinin, 308,0 0 manat məbləğində ödəmə mənbəyində tutulan verginin (cəmi 570.262,15 manat), fiziki şəxs Təqsirləndirilən şəxs isə 437.418,14 manat məbləğində əlavə dəyər vergisinin, 177.142,23 manat məbləğində sadələşdirilmiş verginin, 16.366,55 manat məbləğində gəlir vergisinin və 289,80 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin (cəmi 631.216,72 manat) az hesablanması müəyyən olunur. Sonuncu rəyin nəticə hissəsində göstərilənlər əvvəlki rəyin təsviri hissəsində də qeyd olunmuş (bu rəylər arasında yeganə fərq Təqsirləndirilən şəxs münasibətdə ödəmə mənbəyində tutulan verginin məbləğindədir), lakin sonda ekspert tərəfindən 04.11.2013-cü il tarixli vergi yoxlaması aktının nəticələri əsas götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin gəld iyi nəticə əsaslıdır, işin hallarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən haqlı olmuşdur. Odur ki, mülki iddiaçının mülki iddianın tam şəkildə ödənilməli olması barədə dəlili işin materialları ilə ziddiyyət təşkil etdiyindən əsaslı sayıla bilməz. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasə n məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş halların heç biri yoxdur. Beləliklə, kassasiya şikayətinə qeyd edilmiş dəlillər işin materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il qərarı məhkum Təqsirləndirilən şəxsə aid hissədə qərarının mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2018-ci il tarixli X7 və məhkum Təqsirləndirilən şəxsə aid hissədə mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-587/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-587/2019
07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver