Məhkəmə qərarları › İş №1(102)-587/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-587/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-587/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 189-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Məhkum, xx xxxxxx 1976-cı il tarixdə Salyan rayonunun ******** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” ASCnin Nərimanov rayon ************************ vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hü ququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməkdə üzərində saxlanılan cəza şərti hesab edilməklə 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Hökmlə həmçinin X4 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: İttiham aktına əsasən, Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayə t əməllərini törətməkdə ona görə ittiham olunmuşdur ki, o, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə qanunsuz hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxs üçün külli miqdarda törədilməklə maddi neməti şəxsən və qeyrisi vasitəsilə birbaşa yolla vahid niyyətlə rüşvət qismində istəyərək almışdır. Belə ki, o, 11 noyabr 2011-ci il tarixdən 15 noyabr 2018-ci il tarixədək olan müddətdə “xxxx” ASC-nin Nərimanov rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi vəzifəsində işləyərkən həmin idarənin vəzifəli şəxsi olan Balans və Kəsim bölməsinin mühəndisi X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin Cəmiyyət üzrə 2015-ci ilin oktyabr ayında təsdiq edilmiş “xxxx” ASC-nin “Enerji Satış Departamentinin rayon enerji təchizatı və satışı idarəsinin aparıcı mühəndisinin vəzifə təlimatı”na əsasən, ərazi üzrə hər abonentin transformator məntəqələrinə bağlantısını, transformator məntəqələri ilə bağlı istənilən informasiyanın bazaya işlənilməsini təmin etmək, xətlərdə və transformator məntəqələrində quraşdırılmış balans sayğaclarının oxunmasına və düzgün işlənməsinə nəzarət etmək, alış nöqtələrindəki balans sayğaclarının yerini, ay ərzində hər 10 g ünlük daxil olmaqla alınan elektrik enerjisinin miqdarını müəyyən etmək, ərazi üzrə abonentlərin sayı və dəqiq ünvanı İ üzrə tanınmasına, məişət və qeyriəhali sektoru üzrə abonentlərin tam qeydiyyatına nəzarət etmək, sayğacsız abonentlərin tam siyahısı və onların sayğaclanması üçün tədbirlər görmək, qeydiyyata alınmayan istehlakçılar tərəfindən istifadə olunan enerjinin aşkarlanması nəticəsində enerjinin miqdarının uçotunu aparmaq, ona təhkim olunmuş ərazini bütün ünvanlar üzrə tanımaq, şəbəkəyə qanunsuz qoşulma hallarının aşkarlanması və bununla əlaqədar müvafiq tədbirlər görmək səlahiyyətinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə və xidmət üzrə ümumi himayədarlığa, yəni 13 aprel 2017-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, ****** ********** yerləşən “********** ” klubda nəzarətçi işləyən Şahid1 həmin kluba elektrik xəttinin çəkilməsi və qeydiyyata alınması ilə əlaqədar özünə etdiyi şifahi müraciətə əsasən, həmin kluba elektrik xəttinin çəkilməsi və sayğaclanmasını təmin etmək məqsədilə sonuncudan həmin tarixdə klubun qarşısında görüşdükləri zaman maddi nemət olan 29.000 (iyirmi doqquz min) manat və elektrik enerjisindən qanunsuz şəkildə istifadəni həyata keçirməsini davam etdirməyə, elektrik verilişini dayandırmamağa görə aylıq sərfiyyata uyğun müəyyən olunacaq pulu özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib Şahid1la razılaşdıqdan sonra, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-c ü il tarixli, 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması haqqında” Qaydaların 2 və 3-cü bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2-ci bəndinin tələblərinə, yəni sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin Enerji Təchizatı şəbəkəsinə qoşulması X3 tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilməli olduğu halda, öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək qeyd edilən razılaşmalarına əsasən, bilə-bilə qanunsuz hərəkətə görə 22 aprel 2017-ci il tarixdə Nərimanov rayonunu n ***************** yerləşən *********** klubda nəzarətçi işləmiş mərhum X1 həmin klubda maddi nemət olan 29.000 (iyirmi doqquz min) manat pulu özü üçün birbaşa yolla şəxsən rüşvət qismində aldıqdan sonra həmin ünvanda yerləşən “xxxx” ASC-yə məxsus 3110 saylı Transformator Məntəqəsindən 45 metr məsafədə yeraltı çəkilməklə naqil vasitəsilə Nərimanov rayonunun *************** yerləşən ********** klubun zirzəmisinə elektrik xəttinin gizlin şəkildə çəkilişini 13 aprel 2017-ci il tarixdən cinayətdən xəbərsiz olan müəyyən edilməyən şəxslər vasitəsilə 22 aprel 2017-ci il tarixədək olan müddətdə həyata keçirib həmin zirzəmidə TİP: ************ nömrəli “Makel” markalı elektrik sayğacını qeyd edilən şəxslər vasitəsilə quraşdırıb obyektə qanunsuz elektrik enerjisinin verilişini təmin edib, eyni niyyə tlə, razılaşmalarına əsasən, həmin klubda elektrik enerjisinin verilişini dayandırmayıb, ümumi himayədarlıq edərək 2017-ci ilin aprel ayından 15 noyabr 2018-ci il tarixədək olan müddət ərzində elektrik enerjisindən qanunsuz istifadə edilməsinə görə aylıq sərfiyyata uyğun müəyyən olunan 2017-ci ilin may ayında 4.000 manat, iyun ayında 4.000 manat, iyul ayında 4.000 manat, avqust ayında 6.090 manat, sentyabr ayında 4.000 manat, oktyabr ayında 4.000 manat, noyabr ayında 4.000 manat, dekabr ayında 4.000 manat, 2018-ci ilin yanvar ayında 4.000 manat, 16.02.2018-ci il tarixdə 7.000 manat, 16.03.2018-ci il tarixdə 5.950 manat, 16.04.2018-ci il tarixdə 5.978 manat, 16.06.2018-ci il tarixdə 5.304 manat, 12.07.2018-ci il tarixdə 7.000 manat, 13.08.2018-ci il tarixdə 12.750 manat, 12.09.2018-ci il tarixdə 4.000 manat, 12.10.2018-ci il tarixdə 7.300 manat, 09.11.2018-ci il tarixdə 6.628 manat olmaqla, cəmi maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğdə pulu həmin klubun qarşısında X1 özü və üçüncü şəxs üçün birbaşa yolla şəxsən və qabaqcadan əlbir olduğu İlkin Hüseynov vasitəsilə rüşvət qismində alıb sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına uyğun sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə qeyd edilən məqsəd üçün ümumilikdə külli miqdar təşkil edən 129.000 (bir yüz iyirmi doqquz min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almış, həmin əməli ilə 2017-ci ilin aprel ayından 07 dekabr 2018-ci il tarixədək olan müddətdə İ6 qabaqcadan əlbir olan bir qrup şəxs qismində 73.584 (yetmiş üç min beş yüz səksən dörd) manat dəyərində 817.600 kvts elektrik enerjisindən qanunsuz istifadə olunmasına şərait yaratmaqla “xxxx” ASC-nin abonentlərin qanuni əsaslarla elektrik enerjisindən istifadə etməsi, elektrik enerjisindən qanunsuz istifadənin və sərf edilən elektrik enerjisinin qeydiyyatdan yayındırılmasının qarşısının alınması ilə əlaqədar fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmə əsasən isə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1625/2019 nömrəli 26 dekabr 2019-cu il t arixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Vaqif Mursaqulov, hakimlər Mirzəli Abbasov və Elmar Rəhimovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2019-cı il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının dəyişdirilərək, ona təyin olunmuş əlavə cəza kimi 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəza növünün ittiham hökmündən xaric edilməsini xahiş etmişdir. İşə kassasiya kollegiyasının iclasında bax ılarkən Məhkum məhkəmə prosesində vəsatət təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətindən imtina etdiyini bildirdi və kassasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası kassatora kassasiya şikayətindən imtina etdiyi təqdirdə yenidən kassasiya şikayəti verə bilməyəcəyi barədə qanunvericiliyin tələblərini izah etdi. Azərbaycan Respublikası CPM-in 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası kassasiya şikayətindən yuxarıda göstərilən normaya uyğun imtina edildiyini, cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığını nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin baxılmasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin baxılmasına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar