Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-588/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X18, Məhkum və onun müdafiəçisi-vəkil Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakları ilə, Bakı Ağır Cinayət lər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə bəraət almasına, CMnin 228.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Anar Məmmədov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən və məruzəçi), F.A.Qəribov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) Məhkum- xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 qeydiyyatda olan və ünvan 2 yaşamış Azərbaycan Respublik ası CPM-nin 42.1.2 və 55-ci maddələrinə əsasən əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xx xxxxxxx 2017-ci il tarixdə saat 14 radələrində ünvan 3 qarşısında keçirilən yas mərasimində iştirak etmək üçün yasın keçirildiyi mağara daxil olub tanışı X8 ilə etdiyi söhbət zamanı sonuncunun İslam dininin müqəddəsləri b arədə qeyri-etik ifadələr işlətməsinə dair tutduğu irad sonuncunun xoşuna gəlməmiş, X25 mağardan çıxmağını, maşınına əyləşməyi və onunla birlikdə getməyi təkidlə tələb etmiş, Məhkum gərginliyi aradan qaldırmaq üçün x1 telefon nömrəsini götürməsini, zəngləşib axşam görüşüb söhbət etmələrini təklif etmişdir. x1 isə Məhkum təklifi ilə razı olmayaraq, onu çəkib mağardan bir qədər aralıda maşınların saxlanıldığı yerə aparmış, ona «gəl bura görüm, indi sənin dərsini verəcəm» deyə-deyə yenidən Allahı və Peyğəmbəri söymüş, Məhkum «heç kəsə imkan vermərəm, Allahı və Peyğəmbəri söysün» dedikdən sonra x1 təpiklə onun sinəsindən vurmuş, üzərində olan bıçağı çıxarıb sağ əlində tutaraq həmin bıçaqla qəfildən Məhkum sinəsindən vuraraq döş qəfəsinin ön səthinin sağ yarısından daxilə keçən deşilmiş-kəsilmi ş xəsarət yetirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Bu zaman Məhkum özünü müdafiə etmək məqsədilə üzərində olan, qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən ov tipli bıçağı çıxarıb x1un üzərinə getmiş, x1 geriyə çəkildiyi zaman ayağı ilişdiyi üçün arxası üstə yıxıldıqda.X17 başının üstündə durub sağ əlindəki bıçağı qaldırıb x1a «səni vura bilərəm, vurmuram, səni bağışlayıram Allaha və Peyğəmbərə» demişdir. Buna baxmayaraq yerdə yıxılmış vəziyyətdə olan x1 bıçaqla Məhkum boğaz naşiyyəsinə həmlə etmiş, Məhkum başını zərbədən çəkdiyi üçün bıçaq zərbəsindən yayına bilmişdir. Bundan sonra x1 ayağa qalxıb yenidən Məhkum üstünə gələrək, əlindəki bıçaqla onu vurmaq istədikdə sonuncu özünü müdafiə etmək məqsədilə zəruri müdafiə vəziyyətində əlindəki bıç aqla x1a biri ürəyini, digər iki xəsarət isə daxili orqanları zədələməyən və kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş, yəni sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Bundan fərqli olaraq ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə ittiham elan edimişdir ondan ötrü ki, o, 2017-ci ilin iyul ayında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib xx xxxxxxx 2017-ci il tarixədək üstündə saxlayaraq gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab olunan qatlanan ov tipli bıçaq şalvarının arxa cibində olmaqla tanışı X20 oğlunun atasının yas mərasimində iştirak etmək üçün tanışı X22 ilə birlikdə xx xxxxxxx 2017-ci il tarixdə saat 14 radələrində ünvan 4 qarşısında qurulmuş çadırın yanına gələrək Sabir Əbdüləzimova başsağlığı verdikdən sonra çadıra daxil olub əvvəllər onunla eyni məhəllədə yaşamış tanışı X8 ilə üzbəüz oturmuş, söhbət zamanı x1un “Allah”ın və islam dininin müqəddəsləri barədə qeyrietik ifadələr işlətməsini bəhanə gətirərək sonuncu ilə mübahisə edib münaqişə yaratmış və çadırdan kənarda davam edən münaqişə zamanı xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək ətrafda olan şəxslərin onları ayırıb aralarındakı davanın qarşısını almağa cəhd etmələrinə, X9 isə onun bıçaq olan əlindən tutub saxlamasına baxmayaraq, o, sonuncunun əlindən çıxaraq x1la əlbəyaxa olmuş və öz davranışı ilə ictimai qaydalara və ham ı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aydın etinasızlıq göstərib silah qismində istifadə edilən bıçaq tətbiq etməklə xuliqanlıq hərəkətlərini davam etdirmiş, bundan sonra xuliqanlıq niyyəti ilə x1u qəsdən öldürmək məqsədilə xx xxxxxxx 2017-ci il tarixdə, saat 15 radələrində ünvan 4 qarşısında əli və qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab olunan qatlanan ov tipli bıçaqla x1u vuraraq ona ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik küt əşyanın təsirindən törənmiş sağ gözaltı, burun və sağ diz oynağı nahiyələrində sıyrıq xəsarətləri, habelə döş qəfəsinin ön səthinin sol yarısında sol körpücük xətti üzrə sol V-Vİ qabırğaarası sahədən daxilə döş boşluğuna keçib sol Vİ qabırğanı kəsməklə sol ağ ciyərin aşağı payını, eləcə də ürəyin zirvəsini zədələyən və kəskin qanitirmə ilə müşayiət olunan daxilə keçən bir ədəd, döş qəfəsinin sağ yan səthində sağ ön qoltuqaltı xətti üzrə sağ Vİİİ-İX qabırğaarası sahədə döş boşluğuna nüfuz edib, lakin daxili orqanları zədələməyən və kəskin qanitirmə ilə müşaiyət olunan bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında sağ körpücük xətti üzrə Xİ-Xİİ qabırğaarası sahədə döş boşluğuna nüfuz edib, lakin daxili orqanları zədələməyən və kəskin qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan və sonuncunun ölümünə səbəb olan üç ədəd bədən xəsarətləri yetirməklə x1u xuliqanlıq niyəti ilə qəsdən öldürmüşdür. Hökmdən verilmiş apel lyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), Q.F.Məmmədov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: H.Q.Nəsibov (sədrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və T.L.Kazımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: A.S.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Anar Məmmədov kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Anar Məmmədov kassasiya protestində qeyd etmişdir ki, iş üzrə şahidlər X10, X4, X3, X9, X12 və X11 ifadəsinin təhlilindən göründüyü kimi, hadisə zamanı Məhkum heç də məhkəmələrin gəldiyi nəticədən fərqli olaraq zəruri müdafiə vəziyyətində olmamış, əksinə o da öz növbəsində kifayət qədər aqressivlik nümayiş etdirərək özündə olan bıçaqla fəall ıq göstərmiş, hər vasitə ilə x1u vurmağa cəhd etmiş, sonda isə buna nail olaraq onun ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Belə ki, həmin şahid ifadələrinin heç birində hadisə zamanı, eləcə də hadisənin son mərhələsində Məhkum yerə yıxılması, sonuncunun bıçaqla x1a son zərbəni də məhz həmin vaxt yetirməsi barədə hər hansı bir məlumat yoxdur. Əksinə şahid ifadələrindən, Məhkum bıçaqla son zərbəni x1un sinəsinin sol (ürək) nahiyyəsinə yetirərkən dalaşanların qarşılıqlı üzbəüz vəziyyətdə olmaları müəyyən edilir. Bu fakt olaraq, x1un barəsindəki məhkəmə tibb ekspertin xx xxxxxx 2017-ci il tarixli 117 saylı rəyi ilə inkar olunmur. Hadisə zamanı x1un yerdə uzanılı olduğu vaxt guya bıçaqla Məhkum boyun nahiyyəsinə xəsarət yetirməsi ilə bağlı şahidlər x5, x6 və x7 ifadələrində göstərdiyi məlu matlar isə işin faktiki halına uyğun olmamaqla Məhkum barəsində olan məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli 979 saylı rəyi ilə təkzib olunur. Belə ki, sözügedən rəyə əsasən, Məhkum boyun nahiyyəsinin sağ yan səthində müəyyən olunan qançırın üzərindəki sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Hökmdən və mübahisələndirilən yekun qərardan göründüyü kimi, məhkəmələr bir tərəfdən məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli 979 saylı rəyi ilə təkzib olunduğundan hadisə zamanı yerdə uzanılı olduğu vaxt x1un guya bıçaqla Məhkum boyun nahiyyəsinə xəsarət yetirməsi ilə bağlı şahidlərin ifadələrində göstərdiyi məlumatları qəbul etməmiş, digər tərəfdən isə bu yanlış məlumatlara əsaslanıb “yerdə yıxılmış vəziyyətdə olan x1un bıçaqla Məhkum boğaz nahiyyəsinə h əmlə etməsi” qənaətinə gəlmişlər ki. bu da məhkəmələrin sübutların tədqiqi və qiymətləndirilməsində qanunvericiliyin tələbindən çıxış etmədiklərinə dəlalət edir. Məhkum edilmiş şəxs Məhkum ifadəsində, hadisə zamanı x1 ayağa qalxdıqdan sonra, qarşılıqlı münaqişə zamanı guya ki, bu dəfə özünün yerə yıxılmasını və ifadəsindən göründüyü kimi, yerdə uzanılı vəziyyətdə olarkən x1un bıçaqla onun boğazından vurmaq istədiyini görüb məcbur olaraq bıçaqla x1un ürəyindən xəsarət yetirməsini göstərsə də,onun özünü müdafiə məqsədi ilə irəli sürdüyü du dəlil, yəni hadisənin son mərhələsində guya ki, yerə yıxılması və yerdə uzanılı vəziyyətdə olarkən x1a bıçaqla xəsarət yetirməsi barədə göstərdikləri məhkəmələrin yekun qərarlarında istinad etdikləri şahid ifadələri ilə tam təkzib olunur. Məhkum hadisəni n son mərhələsində bıçaqla x1un ürəyindən vurması barədə etirafı isə, onun qəsdinin məhz x1u qəsdən həyatdan məhrum etməyə yönəlməsinə dəlalət edir. Onun həmin vaxt zəruri müdafiə vəziyyətində olması şərh olunan sübutların məcmuyu ilə təkzib olunur. İşin faktiki hallarından göründüyü kimi, hadisə heç də Məhkum “özünü müdafiə etməsi” şəraitində deyil, əksinə tərəflərin bir-birinə bıçaqla hücum etməsi-qarşılıqlı dalaşma şəraitində baş vermiş, hər iki tərəf ağır xəsarət almışdır.Məhkum bıçaqla qarşılıqlı olaraq x1a hücum etməsi, yerdə hərəkəti məhdudlaşmış vəziyyətdə arxası üstə uzanan x1a bıçaqla daxilə keçən ağır bədən xəsarəti yetirməsinə baxmayaraq bununla kifayətlənməyib, ayağa duran x1a biri ürək nahiyyəsinə olmaqla bıçaqla növbətizərbələr endirib ona daha iki daxilə keçən ağır bədən xə sarəti yetirməsi,məhkəmələrin gəldiyi nəticədən fərqli olaraq onun zəruri müdafiə həddində olmamaqla qəsdinin məhz x1u həyatdan məhrum etməyə yönəlməsini təsdiq edir. Mübahisələndirilən yekun qərardan göründüyü kimi, Məhkum hadisə zamanı zəruri müdafiə vəziyyətində olması qənaətinə gələn məhkəmələr, ona edilən hücumla bağlı keçirdiyi həyəcanı, aldığı xəsarətlərə uyğun xəsarət yetirməsini nəzərə alıb hesab etmişlər onun tərəfindən zəruri müdafiə həddinin aşılmasma yol verilməyib. Məhkəmələr bu halda belə işin faktiki halından çıxış etməmişlər. Belə ki, tədqiq olunan sübutlara əsasən, hadisə zamanı X25 sonuncunun döş qəfəsinin ön səthinin sağ yarısından daxilə-döş boşluğuna nüfüz edib, sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan cəmi bir ədəd daxilə nüfüz edən xəsarət yetirdiyi halda, M əhkum x1a döş qəfəsinin sağ yan səthində bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında bir ədəd, cəmi iki ədəd daxilə - döş boşluğuna nüfuz edib kəskin qanitirmə ilə müşayiət olunan xəsarətlər, eləcə də döş qəfəsinin ön səthinin sol yarısında daxilə döş boşluğuna keçib, sol Vİ qabırğanı kəsməklə, sol ağ ciyərin aşağı payını, eləcə də ürəyin zirvəsini zədələyən və kəskin qanitirmə ilə müşayiət olunan bir ədəd, ümumilikdə daxilə nüfuz edən üç xəsarət yetirmişdir. Daxilə nüfuz edən hər üç xəsarət ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, x1un ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Bu faktın mövcudluğu Məhkum x1a aldığı xəsarətlərə uyğun xəsarət yetirməsi ilə bağlı məhkəmələrin gəldiyi qənaəti birmənalı olaraq təkzib edir. Şərh olun anlara əsasən hesab edirəm ki, məhkəmələr tərəfindən sübutlara qeyri məntiqi, qeyri obyektiv və formal yanaşma olmuş, məhkəmələr özlərinin tədqiq etmiş olduqları sübutları düzgün qiymətləndirməmiş, Məhkum x1u zəruri müdafiə həddində qətlə yetirməsi ilə bağlı hökm və mübahisələndirilən qərar işin faktiki hallarına görə deyil, məhkəmələrin subyektiv mülahizələri əsasında tərtib olmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestinin dəlilləri cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədədir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, baş vermiş hadisənin faktiki vəziyyəti barədə ittiham tərəfinin və birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məh kəməsinin məhkəmə kollegiyalarının müəyyən etdikləri nəticələr birbirindən fərqlidir. Məhkəmə kollegiyası hesab edir ki, bunun səbəblərindən biri cinayət işi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv araşdırılmaması olmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Bu qanunun mənasına görə cinayət işi üzrə toplanmış bütün sübutlar, o cümlədən ibtidai araşdırma zamanı toplanmış sübutlar da digər sübutlarla bərabər tədqiq olunmalıdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadələrdən fərqli ifadələr vermiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin əvvəlki ifadələri də məhkəmə iclasında elan edilərək mütləq tədqiq olunmalıdır. CPM-nin 144-cü maddəsi isə həmin sübutların tadqiq olunmasının üsullarını müəyyən etmişdir. Belə ki, həmin maddədə təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu qanunun mənasına görə ibtidai istintaqdakı və ya əvvəlki məhkəmə iclasındakı ifadələrindən fərqli ifadələr vermiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin əvvəlki ifadələri bir-biri ilə müqayisə edilməli, hansının mötəbər və ya qeyri-mötəbər hesab edilməsi qərarda əsaslandırılmalıdır. X2 ibtidai is tintaqdakı xx.xx.2017-ci il tarixli ifadəsində göstərmişdir ki, gördüm ki, hər iki şəxsin əlində bıçaq var. Mən yaxınlaşıb dedim ki, “cavan uşaqlarsınız, dava eləməyin, yığışdırın bıçağı”, amma onların heç biri mənə fikir vermədi, əllərindəki bıçaqla bir-birini vurmaq istəyirdilər. Ölənin dostu olan oğlan və mən onların hər ikisini bir-birindən aralayırdıq, onlar isə bizim əlimizdən çıxıb bir-birinə bıçaq atırdılar. Bir də gördüm ki, başı keçəl oğlan arxası üstə yerə yıxıldı, başı tüklü oğlan yaxınlaşıb keçəl oğlanın başının üstündə durub dedi ki, “bax vuraram ha səni”, sonra arlandı, mən gördüm ki, yerə yıxılan keçəl oğlanın sinəsi və qarnı qanayıb, paltarları qan içindədir. Ətrafda artıq çoxlu adamlar yığılmışdı. Həmin keçəl oğlan ayağa qalxdı və üzü üstə yerə yıxıldı, huşunu itirdi, mən tez onun başının üstünə gəldim, qışqırıb su gətirtdim, ətrafdakılar su gətirdilər, mən tez təcili tibbi yardıma zəng etdim və yerə yıxılan oğlanın üzünə su vurdum. Amma o, artıq özündən getmişdi, özünə gəlmədi. Başı tüklü oğlanın hara getdiyini görmədim. X5 ibtidai istintaqdakı xx.xx.2017-ci il tarixli ifadəsində göstərmişdir ki, mağardan 4050 metr aralaşmışdıq ki, binanın tinində zibil qutularının yanında, hasarın qarşısında x7 qəfildən bir-birini itələdilər, elə bu zaman mən gördüm ki, onların hər ikisinin əlində bıçaq var. X30 bıçağı nə zaman çıxardıqlarını görmədim, bu bir an içində baş verdi və bir də gördüm ki, hər ikisinin əlində bıçaq var. Mən bu səhnəni görən kimi qorxdum və başa düşdüm ki, onlar artıq ciddi şəkildə mübahisə edirlər. Mən dərhal x6 yaxınlaşıb onun bıçaq saxladığ ı sağ əlini biləkdən yuxarıdan tutdum və ona sakitləşməsini, bıçağı yerə atmasını, mübahisə etməməsini dedim. Həmin vaxt ətrafımızda olan şəxslərdən də kimsə x7 sakitləşdirib bıçağı yerə atmasını deyirdi. x7 isə mənə heç bir əhəmiyyət verməyib qolunu çəkib mənim əlimdən çıxdı və x7 doğru getdi. x6 də digər şəxslərin əlindən çıxıb x7a doğru yaxınlaşdı və bir-birinə bıçaq atırdılar. Həmin vaxt x7 x6in arasında təxminən 1,5 metr məsafə var idi. Mən və ətrafdakılar təxminən 2-3 dəfə x7 x6i bir-birindən aralamağa çalışdıq. Hər dəfəsində onlar bizi itələyib bir-birinə yaxınlaşıb bıçaq atırdılar. x7 x6in əlində bıçaq olduğundan və onlar bir-birinə bıçaq atdığından nə mən, nə də ki, ətrafdakılar aralamaq məqsədi ilə onlara ürəklə yaxınlaşa bilmirdik, lakin bunun üçün əlimizdən gələni edirdik. Məhk əmə iclası protokollarından müəyyən edilmişdir ki, X15 birinci instansiya məhkəməsində dindirilməmiş cinayət işinə ikinci apelyasiya baxışında xx.xx.2019-cu il tarixdə, X6 isə birinci instansiya məhkəməsi iclasında ifadə verərkən ibtidai istintaqdakından fərqli ifadələr vermişlər və hadisə ərəfəsində x7 x6i aralaşdırmağa çalışmaları, onların hər ikisinin aralaşdıranlara məhəl qoymayaraq bıçaqla bir-birinin üzərinə getdiklərini göstərməmişlər. Hər iki məhkəmə iclasında onların ibtidai istintaqdakı ifadələri elan edilib tədqiq edilməmişdir. x8 əvvəlki ifadəsində göstərmədiyi halda apelyasiya baxışındakı ifadəsində suallara cavab verərəkən göstərmişdir ki, x6 hadisə vaxtı yıxılarkən x7 onun başının üstündə dayanaraq ona demişdir ki, “Səni vura bilərəm, amma vurmuram, Allaha bağışlayıram”, lak in hadisənin təsirindən bu halı əvvəlki ifadələrimdə bildirməyi unutmuşam. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri bu sübutların, eləcə də digər şahidlərin ibtidai istintaqdakı ifadələrindən fərqli olaraq hadisənin obyektiv vəziyyətinə uyğun olmayan, təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən ifadələr vermələrinə baxmayaraq, onların əvvəlki ifadələrini müqayisəli tədqiq etmədən yalnız məhkəmədəki ifadələrinə üstünlük verməklə yeni hallar müəyyən etmişlər. Azərbaycan Respublikası CPM-nin 143-cü və 144-cü maddələri tələb edir ki, sübutlar ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə toplanır, toplanmış sübutla r tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkum ibtidai istintaqdakı xx xxxxxxx 2017-ci il tarixli ifadəsində göstərmişdir ki, “x6 bıçaq ilə sinəmdən vurdu, bıçaq zərbəsi mənə dəydikdən sonra mən arxaya çəkildim, x6 üstümə gəldi, mən əlimdəki bıçaqla ona tərəf atdım, mən artıq özümdə deyildim, bıçağın x7 dəyib-dəymədiyini hiss etmədim, x6 dal-dala gedib yerə yıxıldı, mən yaxınlaşıb onun başı tərəfindən diziüstə durdum və sağ əlimdəki bıçağı qaldırıb dedim ki, “səni vura bilərəm, vurmuram, səni bağışlayıram Allaha görə”. x6dən aralandım, x6 durub yenidən üstümə gəldi, əlindəki bıçaqla məni vurmağa cəhd etdi, mən yerə yıxıldım, x6 üstümə gəldi və mən əlimdəki bıçaqla ona tərəf atdım, x6 qəfildən dayandı, dal-dala gedib yerə yıxıldı, durdu və üzü üstə yerə yıxıldı, mən yaxınlaşıb onu arxası üstə çevirdim”. Məhkəmə iclasındakı ifadəsində isə Məhkum işin bu halı ilə əlaqədar göstərmişdir ki, x6 bıçaqla mənim sinəmdən vurdu. Bıçaq zərbəsi mənə dəydikdən sonra arxaya çəkildim, x6 mənim üstümə gəldi və mən əlimdəki bıçaqla ona tərəf atdım. Özümdə olmadığıma görə bıçağın x7 dəyib-dəymədiyini hiss etmədim, x6 dal-dala gedib yerə yıxıldı. Mən x7 yaxınlaşıb sonuncunun başı tərəfindən dizi üstə durub sağ əlimdəki bıçağı qaldırıb x7 “səni vura bilərəm, vurmuram, səni bağışlayıram Allah görə” dedim, x6 isə bıçaqla mənim boğaz nahiyyəmə vurdu. Başımı qaldırmasaydım bıçaq boğazımı deşə bilərdi. Lak in başımı qaldırdığım üçün x6in atdığı bıçaq boğaz nahiyyədə dərini cızdı. Bundan sonra x6dən aralandım. x6 durub yenidən mənim üstümə gələrək əlindəki bıçaqla məni vurmağa cəhd etdi, mən yerə yıxıldım və əlimdəki bıçağı üstümə gələn x7 tərəf atdım. Bu zaman x6 qəfildən dayandı, daldala gedib yerə yıxıldı, ayağa durmaq istədi və yenidən üzü üstə yerə yıxıldı. Mən yaxınlaşıb onu arxası üstə çevirdim. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, x1 təpiklə onun sinəsindən vurmuş, üzərində olan bıçağı çıxarıb sağ əlində tutaraq həmin bıçaqla qəfildən Məhkum sinəsindən vuraraq döş qəfəsinin ön səthinin sağ yarısından daxilə keçən deşilmişkəsilmiş xəsarət yetirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Bu zaman Məhkum özünü müdafiə etmək məqsədilə üzərində olan, qanu nsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən ov tipli bıçağı çıxarıb x1un üzərinə getmiş, x1 geriyə çəkildiyi zaman ayağı ilişdiyi üçün arxası üstə yıxıldıqda X17 başının üstündə durub sağ əlindəki bıçağı qaldırıb x1a «səni vura bilərəm, vurmuram, səni bağışlayıram Allaha və Peyğəmbərə» demişdir. Buna baxmayaraq yerdə yıxılmış vəziyyətdə olan x1 bıçaqla Məhkum boğaz nahiyyəsinə həmlə etmiş, Məhkum başını zərbədən çəkdiyi üçün bıçaq zərbəsindən yayına bilmişdir. Bundan sonra x1 ayağa qalxıb yenidən Məhkum üstünə gələrək, əlindəki bıçaqla onu vurmaq istədikdə sonuncu özünü müdafiə etmək məqsədilə zəruri müdafiə vəziyyətində əlindəki bıçaqla x1a biri ürəyini, digər iki xəsarət isə daxili orqanları zədələməyən və kəskin qanitirmə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş, yəni sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum ifadələrində göstərmişdir ki, x6 ikinci dəfə onun üstünə gələrkən x7 yıxılmış vəziyyətdə olmuşdur və belə vəziyyətdə onun zərərçəkmiş şəxsə bıçaqla 3 ədəd deşilmiş-kəsilmiş xəsarət yetriməsi hər hansı sübutla təsdiq edilmir və bunun mümkünlüyü də şübhə doğurur və araşdırılmamışdır. Birinci instansiya məhkəməsi isə gəldiyi nəticədə x6in ikinci dəfə x7ın üzərinə gələrkən sonuncunun yıxılmış vəziyyətdə olduğunu göstərməmiş və müəyyən etmişdir ki, x1 ayağa qalxıb yenidən Məhkum üstünə gələrək, əlindəki bıçaqla onu vurmaq istədikdə sonuncu özünü müdafiə etmək məqsədilə zəruri müdafiə vəziyyətində əlindəki bıçaqla x1a biri ürəyini, digər iki xəsarət isə daxili orqanları zədələməyən və kəskin qanitir mə ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş, yəni sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Məhkəmənin gəldiyi bu nəticə cinayət işinin faktiki hallarına uyğun hesab edilə bilməz. Bundan başqa həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələrində təqsirləndirilən və zərərçəkmiş şəxslərin qarşılıqlı dalaşmaları başlayarkən, kimin birinci bıçaq çıxardığını göstərməsələr də hər ikisinin bir-birinə xəsarət yetirənədək bıçaq çıxararaq bir-birinin üzərinə getdiklərini göstərmişlər. Birinci instansiya məhkəməsi isə müəyyən etmişdir ki, X25 sinəsindən vuraraq döş qəfəsinin ön səthinin sağ yarısından daxilə keçən deşilmiş-kəsilmiş xəsarət yetirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Bu zaman Məhkum özünü müdafiə etmək məqsədilə üzərində olan, qanunsuz o laraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən ov tipli bıçağı çıxarıb x1un üzərinə getmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi Məhkum zəruri müdafiə vəziyyətində hərəkət etdiyini daha da qabartmaq üçün ittihamın məzmunundan kənara çıxaraq hökmə zərərçəkmiş şəxs x1u ittihamedici ifadələr əlavə etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsi ilə müəyyən edilmiş məhkəmə baxışının hədlərindən də kənara çıxaraq bu qanunun tələbini də pozmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qərarları ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmdə gəldiyi nəticələr cinayət işinin faktiki halları ilə və toplanmış sübutlarla ziddiyyət təşkil etmişdir. Cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilən Məhkum hərkətlərində zəruri müdafiəyə dəlalət edən halların mövcudluğunu şübhə altına alan hallar araşdırılmamış və nəzərə alınmamışdır. Yeni apelyasiya baxışı zamanı təqsirləndirilən şəxs və bəzi şahidlər dindirilsə də onla rın əvəlki ifadələri tədqiq edilməmiş, ifadələr arasındakı fərqlər və ziddiyətlər araşdırılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində göstərilən əsasla ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcuddur və bu barədə kassasiya protestinin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsaslı olduğundan və cinayət işi ü zrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasa uyğun hallar müəyyən edildiyindən kassasiya protesti təmin edilərək qərar ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə bəraət almasına, CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət i
Məhkəmə qərarları › İş №1(102)-588/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-588/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver