Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-588/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxa raq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Cəlilov Oruc Yusif oğlu) 15 oktyabr 2021-ci il tarixli, 1(099)-497/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmiş əməlləri törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti vermiş, şikayətdə Məhkum saxlanılarkən üzərində yalnız Biləsuvardan olan tanışı Ceyhun adlı şəxsdən öz isti fadəsi üçün aldığı 1 qram narkotik vasitə heroinin olduğunu, digər narkotik vasitələrin ona aid olmadığını, polis şöbəsində ona təzyiq edildiyini, təqsirləndirilən şəxsin iranlı bir tanışının olmamasını və hər hansı bir iranlı ilə narkotik vasitələrin göndərilməsi barədə telefon danışığının olmamasını bildirmişdir. Şikayətin müəllifi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 1(099)-497/2021 saylı hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs Məhkum əməlinin CM 234.4.1 və 243.4.3cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən M.Ə.Bağırov, hakimlər İ.H.Əhmədov və K.S.Bəşirovdan ibarət tərkibdə) 07 yanvar 2022-ci il tari xli, 1(106)-134/2022 saylı qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar
6. Məhkum kassasiya şikayətində üzərindən aşkarlanan külli miqdarda narkotik vasitənin ona aid olmamasını, üzərindən yalnız 1 qram narkotik vasitə heroin aşkarlanmasını bildirərək məhkəmədən Şirvan Apellyasiya Məhkə məsinin 07 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə müvafiq şəkildə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hö km və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
10. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
11. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarl arının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
12. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində üzərindən yalnız 1 qram narkotik vasitə heroin aşkarlanmasını bildirərək məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə müvafiq şəkildə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddə sinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 1(106)-134/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
14. Məhkəmələr tərəfindən müəyyən edilən işin faktiki hallarına əsasən, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı şəxsiyyəti məlum olmayan “Vahid” adı ilə tanıdığı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvləri tərəfindən kü lli miqdarda-199,516 qram narkotik vasitə olan heroin və külli miqdarda-144,312 qram psixotrop maddə olan metamfetamin əldə edilib, saxlanıb daşınaraq “Biləsuvar-İran sərhədi” yolunun Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən keçən hissəsində, yolun kənarında, “Yuxarı Ağalı” yazısı olan lövhənin yanında gizlədilməsi barədə məlumat verildikdən sonra o, 02 may 2021-ci il tarixdə, saat 04 radələrində cinayət barədə əvvəlcədən xəbərsiz olan, taksi sürücüsü kimi fəaliyyət göstərən Əlihüseynov İlqar Kamal oğlunun idarə etdiyi “Mercedes” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib gizlədildiyi yerdən külli miqdarda narkotik vasitə və psixotrop maddəni götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki gödəkcənin cibinə qoyub gəldiyi avtomobillə Bakı şəhəri istiqamətində hərəkət edib, üzərində saxlayıb, daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, “Biləsuvar-İran sərhədi” yolunda, Biləsuvar şəhər dairəvi yol ayrıcında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən 1 (bir) ədəd sellofan torbada bir ədəd bükümdə külli miqdarda-199,516 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda-144,312 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür.
15. İş materiallarında olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 14 iyul 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Məhkum istifadəsində olan 055/803-00-68 saylı mobil telefon nömrəsi ilə 01 və 04 aprel 2021-ci il tarixlərdə müxtəlif nömrələrlə telefon danışıqları və mesajlaşmalar aparılmış, o cümlədən 04 aprel 2021 tarixdə “Verde xais edirem, Lap 1_dene ver”, xx-xx-2021-ci il tarixdə “Sende yalanci cixdin. Mende sene arxayin idim.”, 26 aprel 2021-ci il tarixdə “Kola Var İsdemirsem. İazimdisa Xeber Ele” məzmunlu mesaj göndərildiyi müəyyən edilmişdir. Həmin səsli mesajlar bir ədəd CD diskinə köçürülərək protokola əlavə olunmuşdur.
16. Kassasiya məhkəməsi qeyd edir ki, cinayət işi üzrə əhəmiyyət kəsb edən və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsasını təşkil edən sübutlar məhkəmələr tərəfindən qanun normalarına uyğun tədqiq edilmiş və onlar tərəfindən heç bir prosessual pozuntuya yol verilməmişdir.
17. Əməlin tövsifi ilə əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, Məhkum üzərindən aşkar edilən və götürülən narkotik vasitə və psixotrop maddənin miqdarı minimum istehlak miqdarından dəfələrlə artıq olması, iki müxtəlif növ dövriyyəsi qadağan edilmiş maddələrdən ibarət olması, həmçinin istifadəsində olan telefondan göndərilən mesajların məzmunu onun narkotik vasitən satışı ilə məşğul olmasına dəlalət etmişdir.
18. Qeyd olunanlara əsasən, cinayət işi üzrə əməlin tövsifi ilə bağlı birinci və apelyasiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
19. Təyin edilmiş cəza ilə əlaqədar kollegiya qeyd edir ki, cinayət-hüquqi normaların məzmunundan görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəy yən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
20. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya inst ansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşar və hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. 19.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci m addəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.