Məhkəmə qərarları › İş №1(102)-588/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-588/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-588/2025 14.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaq olan, əvvəllər məhkum olun mamış, işsiz, ünvan 1 ünvanda yaşamış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1, 237.2.1 və 237.2.3-cü maddəlləri ilə, 25 avqust 1988-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşaq olan, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 2 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Təranə Məmmədova tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-135/2024 nömrəli, 19 aprel 2024-cü il tarix li hökmü ilə (hakimlər X13 oğlunun sədrliyi, X6 və X4 ibarət tərkib) X5 Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3 maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iş üzrə 18 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutlduğu 2 (iki) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla üzər ində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 25 aprel 2023-cü ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Qeyd edilən hökm üzrə Məhkum1 Cinayət Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət almış, Cinayət Məcəlləsinin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay mü ddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67 və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 11 (on bir) ay 25 (iyirmi beş) günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilərək qəti cəza 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət M əcəlləsinin 69.3-cü maddəsinə əsasən iş üzrə 18 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 25 aprel 2023-cü ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-563/2024 nömrəli, 6 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.X.Bəhmənov (sədrlik edən), Y.X.Həşimov və P.V.Hacıyev) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-135/2024 nömrəli,19 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən X1 məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 12,61 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, 18 mart 2023-cü il tarixdə saat 18:45-də Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri Neftçilər küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödə kçənin sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi-12,61 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan şəraitdə əldə etdiyi çətənə toxumlarını 2023-cü ilin mart ayının əvvəllərində Şirvan şəhəri ərazisində yerləşən “Hacı meşəsi” adlanan meşə sahəsində olan böyürtkan kollarının arasında qanunsuz olaraq əkib, həmin toxumları becərməklə əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olmaqla külli miqdar təşkil edən 36 (otuz altı) ədəd çətənə (kannabis) bitkilərini yetişdirərək, qeyd olunan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş və 26 aprel 2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Şirvan şəhəri ərazisində yerləşən “Hacı meşəsi” adlanan meşə sahəsində baxış keçirilən zaman böyürtkan kollarının arasından 36 (otuz altı) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 7,15 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 7,21 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla saxlamış, 25 aprel 2023-cü il tarixdə saat 21:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlar ı tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, Neftçilər küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 7,21 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmə əsasən Məhkum1 istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş və təyinatını itirmiş tüfəngi əldə edib üzərində saxlamaqla daşıyıb gəzdirmiş, 18 mart 2023-cü il tarixdə saat 17:35-də Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Şirvan şəhəri “Çılpaqlı” qəsəbəsində saxl anılaraq Şirvan şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın bel nahiyəsindən bir ədəd 1957-ci ildə keçmiş SSRİ dövlətində yerləşən İjevsk silah zavodunda istehsal olunmuş, nömrəsi silinmiş, 16 kalibrli, çaxmaqlı, hamar lüləli, odlu yivsiz silah hesab olunan İJ-K modelli, lüləsi və qundağı kustar üsulla kəsildiyindən təyinatını itirmiş tüfəng aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan şəraitdə əldə etdiyi çətənə toxumlarını 2023-cü ilin mart ayının əvvəllərində Şirvan şəhəri ərazisində yerləşən “Hacı meşəsi” adlanan meşə sahəsində olan böyürtkan kollarının arasında qanunsuz olaraq əkib, həmin toxumları becərməkl ə əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olmaqla külli miqdar təşkil edən 36 (otuz altı) ədəd çətənə (kannabis) bitkilərini yetişdirərək, qeyd olunan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş və 26 aprel 2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Şirvan şəhəri ərazisində yerləşən “Hacı meşəsi” adlanan meşə sahəsində baxış keçirilən zaman böyürtkan kollarının arasından 36 (otuz altı) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 7,15 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. İttiham aktına əsasən X5 CM-in 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə, Məhkum1 CM-nin 228.1, 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmiş, lakin birinci instansiya məhkəməsinin hökmü ilə məhkumların əməlində narkotik vasitənin satışı istisna edilərək X5 CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri təqsirli bilinmiş, Məhkum1 isə CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, CM-in 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə yeni apellyasiya baxışı təyin edilməsi xahiş edilmişdir. Protestdə göstərilmişdir ki, Məhkum2 ilə Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 7,66 qra m narkotik vasitə qurudulmuş marixuananı əldə etmələri, həmin çəkidə narkotik vasitənin 7,21 qramının Məhkum2 öz üzərində, qalan 0,45 qramının isə Məhkum1 tərəfindən üzərində daşımaqla saxlamaları, 25 aprel 2023-cü il tarixdə hər ikisinin Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib şəxsi axtarış aparılan zaman Məhkum2 üzərindən 7,21 qram qurudulmuş marixuana və Məhkum1 üzərindən isə 0,45 qram qurudulmuş marixuana aşkar edilərək götürülməsi tam sübuta yetirilmişdir. Belə ki, Məhkum2 və Məhkum1 qabaqcadan razılaşaraq 7,66 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərilərində daşımaqla saxlamışlar. Apellyasiya məhkəməsi isə qeyd olunanlara heç bir əhəmiyyət vermədən, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 müdafiə xarakteri daşıyan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək Məhkum1 ittihamda göstərilən 7,66 qram marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edərək daşıma və saxlama əməlinin sübuta yetirilməməsi, Məhkum2 isə həmin epizoda görə əməlinin CM-nin 234.4.1-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin qənaətini haqlı hesab etmişdir. Halbuki, təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri həmin xüsusatlar işin faktiki hallarına uyğun gəlmir, Məhkum2 ilə Məhkum1 eyni gündə saxlanılaraq üzərilərindən narotik vasitə marixuananın aşkar edilməsi, hər ikisinin üzərində aşkar olunmuş narkotik vasitələrin eyni tərkibli olması onu təsdiq edir ki, onlar qabaqcadan razılaşaraq 7,66 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərilərində daşımaqla saxlamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum1 və Ş.Məmmədov məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəyinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya protestində məhkəmələr tərəfindən Ş.Məmmədov tərəfindən törədilmiş əməlin səhv tövsif edilməsi, Məhkum1 CM-in 234.4.1-ci maddəsi ilə əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Kassasiya protesti üzrə mübahisəli hal, satış məqsədinin olmaması, nəticədə Məhkum1 CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilməsi, habelə Məhkum2 əməlinin CM-in 234.4.1-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməsinə dair hissədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrin əsassız olmasıdır. Cinayət işinin materiallarına əsasən ibtidai istintaq üzrə mübahisəli halla bağlı verilmiş ittihamdan görünür ki, Məhkum2 və Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən və vaxtda 7,66 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin çəkidə narkotik vasitənin 0,45 qramını Məhkum1 üzərində, qalan 7,21 qramını isə Məhkum2 üzərində daşımaqla saxlamış, Məhkum1 25 aprel 2023-cü il tarixdə saat 20:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, Neftçilər küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,45 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Məhkum2 isə 25 aprel 2023-cü il tarixdə saat 21:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən k eçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, Neftçilər küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən eyni tərkibli bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 7,21 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq tərəfindən ayrı-ayrı çəkilərdə olan narkotik vasitə olan məhkəmə-bioloji ekspertizanın rəyinə görə kimyəvi tərkiblərinin eyni olması, təqsirləndirilən şəxslər tərəfindən əvvəlcədən bir qrup təşkil edərək əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olmaqla külli miqdar təşkil edən 36 (otuz altı) ədəd çətənə (kannabis) bitkilərinin toxumunu əkib, daha sonra yetişdirərək, qeyd olunan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmələri əsas götürülməklə, onların satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən və vaxtda 7,66 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmələri qənaətinə gəlinmiş və bu hüquqi nəticəyə görə onların hər birinə 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə kollegiyası Məhkum2 qanunsuz olaraq satış məqsədilə narkotik maddə əldə etməsi, daşıması və saxlaması cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə (CM-nin 234.4.1-ci maddəsi) dair kassasiya protestinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İbtidai istintaq orqanının təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 qarşı i rəli sürdüyü bu ittihamın əsassız olmasına işarə edən məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli 2394 nömrəli rəyinə əsasən Məhkum2 kannabinoidlərin istifadə etmə hallarının aşkar olunması, məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2023-cü il tarixli 4810 nömrəli rəyinə əsasən Məhkum1 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunması, Məhkum2 üzərindən 25 aprel 2023-cü il tarixdə aşkar edilmiş qurudulmuş marixuananın bir ədəd bükümdə, təmiz çəkisi 7,21 qram, yəni xeyli miqdarın aşağı həddindən 2,21 qram çox olması, Məhkum1 üzərindən 25 aprel 2023-cü il tarixdə aşkar edilmiş qurudulmuş marixuananın isə bir ədəd bükümdə, təmiz çəkisi 0,45 qram, yəni xeyli miqdarının yuxarı həddindən dəfələrlə az olması, onların ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə satışı məqsədlərinin və həmin narkotik vasitələri bir-birinə satmaları və yaxud pay vermələrini, qabaqcadan əlbir olmalarını göstərmələri, ibtidai istintaq orqanının Məhkum2 və Məhkum1 əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərlərindən aşkar edilmiş narkotik maddəyə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etmələri və ya satış niyyətində olmalarına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), qurudulmuş marixuananın çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, göstərilən halların ümumi məcmusunun onların üzərindən 25 aprel 2023-cü il tarixdə aşkar edilmiş qurudulmuş marixuananı əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətlərinin həmin narkotik maddədən şəxsən istifadə etmək niyyəti ilə etmələri anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, məhkəmə kollegiyasının məhkumların əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1-cü maddəsinə düzgün tövsif edilmədiyi barədə nəticəyə gəlməyinə tam əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, elan olunmuş ittihamda formal olaraq Məhkum2 Məhkum1lə qabaqcadan əlbir olması qeyd olunsa da, sonuncunun iştirakçılıqda hərəkətlərinin nədə ifadə olunması cinayət işinin materiallarından, o cümlədən ittiham aktından görünmür. İstintaq orqanı Məhkum 2 narkotik vasitələrin satılmasında şübhəli olmasını və qeyrisi ilə əlbir olmasını göstərsə də, əslində həmin məlumatın mənbəyi cinayət işi üzrə qeyri-müəyyəndir, bununla bağlı cinayət işinin materiallarında hər hansı məlumat mövcud deyildir və bu barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum2 narkotik maddə əldə edilməsi, daşınması və sair qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərində satış məqsədi ilə əldə etməsi, eləcə də Məhkum1 iştirak etməsi, sonuncunun əldə edilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar etdiyi hərəkətlərdə iştirakının konkret nədə ifadə olunması işə baxan əvvəlki məhkəmələr tərəfindən araşdırılmış, Məhkum2 narkotik vasıtəni satış məqsədi ilə əldə etməs i, Məhkum1 ilə qabaqcadan əlbir olmasının sübuta yetirilmədiyi barədə düzgün hüquqi nəticəyə gəlinmiş və Məhkum2 əməli əsaslı olaraq CM-in 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum1 isə CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №li Qərarın 12-ci bəndində qeyd edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 23 4.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndi rlən şəxslərdən Məhkum1 CM-in 234.4.3-cü maddəsi ilə bəraət vermiş, Məhkum2 əməlini isə düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmiş və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Məhkum2 məhz satış məqsədilə narkotik vasitə əldə etmək məqsədilə Məhkum1lə ilə cinayət əlaqəsinə girməmiş və bu cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməmişdir, buna dair ittihamın mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti düzgün və əsaslıdır. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 əməlinin CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmayaraq həmçinin vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qa lmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm s osial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında vurğulayır ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibini n müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş icti mai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "X7rşı” 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü mad dəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktla rın müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumlar barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və m əhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməs i tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədə n, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X5 və Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar