Məhkəmə qərarları › İş №1(102)-589/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-589/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-589/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkili Müdafiəçi oğlunun iştirakları ilə, Bakı şəhəri Xətai R ayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi-vəkil Müdafiəçi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim: N.H.Tağıyev) xx xxxx 2019-cu il tarixli hökmü ilə, Məhkum - xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış,ünvan 1-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü madd ələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 263.2-ci maddəsi ilə 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaq yolu ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququn dan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin xx xxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində özünə məxsus, sürücülük vəsiqəsi olmaqla idarə etdiyi "Audi A8" markalı, Az **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 2 ünvanda yerləşən əsas yolun "Neapol" dairəsi istiqamətinə tərəf hərəkətdə olan hissəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tədbirləri görməyərək, yolu sağdan sola keçən piyada X3 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vuraraq, ona sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirilməklə ehtiyatsızlıqdan sonuncunun hadisə yerində ölümünə səbəb olmuş və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi və məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.A.Mirzəyev, hakimlər: Ə.İ.Qasımov və H.H.Əhmədov) apellyasiya protesti və apelly asiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: T.L.Kazımov, hakimlər: H.Q.Nəsibov və Ə.S.Seyfəliyev) kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayə tinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs 2-ci qrup əlildir, himayəsində iki azyaşlı uşağı var, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətmiş və əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyan tam olaraq ödənmiş və zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayəti yoxdur. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ərizə ilə müraciət edərək hadisənin onun oğlunun təqsiri üzündən baş verdiyini bildirmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Məhkum təyin edilmiş cəzanın şərti hesab ed ilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olm ayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətində məhkumun cinayət əməllərinin hüquqi tövsifi mübahisələndirilməmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilərək, Məhkum şərti məhkum edilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi əməlləri səmimi etiraf edərək peşmançılıq çəkməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayəti törətməsini, cinayət nəticəsində vurduğu ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətçi olmamasını, 2-ci qrup əlilliyini və himayəsində iki azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək nəzərə aldığını göstərmişdir. Bundan başqa məhkumun müdafiəçisinin kassasiya şikayətinə əlavə etdiyi tibbi sənədlərdən müəyyən edilmişdir ki, Məhkum 2004-cü ildə Sakt-Peterburq şəhərində L3S1 onurğa fəqərələri səviyyəsində transpedikulyar fiksasiya əməliyyatı icra olunmuşdur. Onurğada spinal kanal darlığı olaraq son vaxtlar aşağı ə traflarda nevroloji defisit yaranmış və səhhəti kifayət qədər pisləşmişdir. Bir neçə klinikada müayinə edildikdən sonra təcili təkrar əməliyyat olunması zərurəti yarandığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və onlara vurulmuş ziyanı tamamilə ödəməsini, eləcə də 2ci qrup əlil olmaqla səhhətində yaranmış ağırlaşma ilə əlaqədar yenidən əməliyyat olunmağa ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasının aşağı həddində ona cəza təyin edilməsi cəzanın məqsədi barədə qanunun tələbinə uyğundur. Azərbaycan Respublikası CM-nin 41.2-ci madd əsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməllərini törətdikdən sonra sosial ədalətin bərpası üçün hərəkətlər etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə yanaşı onlara vurulmuş ziyanı tamamilə ödəmişdir. Onun bu davranışı həm də islah yoluna düşməsi kimi də qiymətləndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli qərarının 3cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təc rid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Məhkum oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cm-nin 263.2-ci maddəsi ilə ona maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin edilərək bu cəza CM-nin 264-cü maddəsi ilə təyin edilmiş cəza ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə birləşdirilməli və bununla da cəzasının həddi yüngülləşdirilməlidir. Lakin, məhkəmə kollegiyası məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsasların mövcudluğunu müəyy ən etməmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında Məhkum cəza çəkmədən islah olunacağına əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli və ona təyin edilmiş cəzanın müddəti azaldılmalıdır. Cinayət işinin ibtidai istintaqı, birinci və apelyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalət li məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.21-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və qərar dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edi lənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona təyin edilmiş, əsas cəza, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) ilə endirilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş bu cəza CM-nin 264-cü maddəsi ilə təyin edilmiş əsas cəza ilə az c iddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə birləşdirilərək üzərində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə əsas cəza saxlansın. Ona təyin edilmiş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası dəyişdirilməsin. Qalan hissədə kassasiya şikayəti təmin edilməsin. Qalan hissədə qərar dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar