Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-589/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Bağırov Namiq İmran oğlunun iştirakları ilə xx xxxxxx 1974-cü ildə Ermənistan Respublikasının, Qafan rayonu Gığı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul o lan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakim Elşad Bayramov) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən mə hkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: S.B.Hüseynov (sədrlik edən), Ş.Q.Rzaquliyev və Ç.B.Məmmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tamah niyyəti ilə, aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin təxminən aprel ayında arvadının qardaşı X7 Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən mağazasında təsadüfən tanış olduğu Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Tərtər şəhərində məskunlaşmış Zərərçəkmiş şəxs2 6000 manat müqabilində Tərtər rayonu Şıxarx qəsəbəsi ərazisində məcburi köçkün lər üçün yeni salınmış qəsəbədə mənzil verdirəcəyi adı ilə yalandan vəd verib aldadaraq elə həmin ayda, bir neçə gün sonra Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən Tərtər rayon məhkəməsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 4000 manat, bundan bir neçə gün sonra isə yenidən eyni yerdə qalan 2000 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə, cəmi 6000 manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu X3 onun kürəkəni Zərərçəkmiş şəxs3 5000 manat müqabilində Tərtər rayonu Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə mənzil verdirəcəyi adı ilə yalandan vəd verib aldadaraq 2018-ci ilin təxminən aprel ayında Tərtər rayonu Buruc kəndinin giriş hissəsinin yaxınlığında yerləşən "Bayraq" meydanı adlanan yerdə, kafenin həyətində Zərərçəkmiş şəxs3 məxsus 5000 manat pulu sonuncunun qaynatası X2 alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin təxminən may ayında Tərtər şəhərində X4 vasitəsi ilə tanış olduğu Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Tərtər rayonu Şıxarx qəsəbəsi ərazisində məskunlaşmış X8 5000 manat müqabilində Tərtər rayonu Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə mənzil verdirəcəyi adı ilə yalandan vəd verib aldadaraq, elə həmin ayda b ir neçə gün sonra Tərtər rayonu Şıxarx qəsəbəsində X5 müvəqqəti məskunlaşdığı evdə ondan 5000 manat məbləğində pulu alıb ələ keçirməklə Yaşar Mamedova qarşı dələduzluq etmişdir Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və CM-nin 73-1.2-ci maddəsinə əsasən Məhkum zərərçəkmiş şəxslərlə barışması, dəymiş ziyanı tamamilə ödəməsi və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya ş ikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi N.Bağırovun, vurulmuş ziyanın tamamilə ödənilməsinə dair ərizəni əsas tutmaqla qanuna müvafiq qərarın qəbul edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum və onun müdafiəçisinin kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Məhkum zərərçəkmiş şəxslərlə barışması, dəymiş ziyanı tamamilə ödəməsi və vurulm uş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə 80-1-ci maddəsi əlavə edilmişdir. CM-nin 80-1-ci maddəsi - zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etməni nəzərdə tutur. Bu maddədə qeyd edilir ki, məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 30 6-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir Hazırkı işin materiallarından görünür ki, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X9 arasında barışıq əldə olunmuş və məhkum tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Kassasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən Məhkum dövlət büdcəsinə ödənilməli olan dörd min manat borcunun ödənilməsini təsdiq edən, xx.xx.2021-ci il tarixli, BPM**********22 nömrəli Mədaxil Qəbzi məhkəmə kollegiyasına təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində g östərildiyindən fərqli olaraq, məhkum edilmiş şəxs cinayət işinin ibtidai araşdırılması zamanı və ya məhkəmə hökmünün qanuni qüvvə aldığı vaxta qədər olan müddət ərzində deyil, cəza çəkdiyi dövrdə vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və Azərbaycan Respublikası CM-nin 80-1-ci maddəsinə müvafiq olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilməli və onun barəsində apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CM-nin 80-1-ci və CPM-in 419.10.4-cü maddələrini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hök mü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-589/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-589/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver