Məhkəmə qərarları › İş №1(102)-589/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-589/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-589/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məh kəməsinin 27 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi B.Y.Hacıyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Neymanov İslam Əkrəm oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1991-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, Beylə qan şəhər 5 nömrəli tam orta məktəbdə ocaqçı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 16 oktyabr 2022-ci il tarixdə qonşusu X12 Beyləqan şəhərində yerləşən “İmperial” şadlıq evində keçirilən toy mərasimində iştirak edərək yemək yeyib spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli sərxoşluq halında ünvan 1 ünvanında yerləşən Beyləqan şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına gələrək onunla birlikdə toy şənliyində iştirak etmiş Şahid1, Şahid5 və Şa hid2 ilə orada söhbət edərkən həmin gün saat 16:30 radələrində ünvan 2-də qeydiyyatda olmaqla yaşamış X19 onların yanına gəlib, əsəbi halda ondan toy şənliyində onunla bir masa ətrafında oturmamasının səbəbini soruşaraq onu təhqir etdiyi üçün aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı onlar birbirinin üzərinə hücum etmiş, həmin vaxt orada olan şəxslər onları aralayıb bir-birini vurmağa imkan verməmiş, bundan sonra X19 ona orada onu gözləməsini bildirərək nənəsi Şahid6 yaxınlıqda yerləşən yaşadığı evə getmiş, X19 oradan getdikdən sonra Şahid1 ona oradan getməsini təklif etsə də, o, X19nın heç kim olduğunu və ona heç nə edə bilməyəcəyini bildirib oradan getməmiş, bir qədər sonra X19 nənəsi Şahid6 evinin həyətindən çıxaraq ona yaxınlaşıb bundan bir qədər əvvəl ondan nə dediyini əsəbi şəkildə soruşaraq sağ əli ilə əynindəki şalvarın sağ cibindən dəstəyi qara rəngli olan deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb bir neçə zərbə vuraraq ona döş qəfəsi və sol said nahiyələrində kəsilmiş-deşilmiş yaralar xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyi üçün o, X13 hərəkətlərinə görə ona cavab vermək qərarına gələrək, yerdən götürdüyü küt təsir xüsusiyyətlərinə malik soyuq silah hesab edilməyən 222x150x34 millimetr ölçülərdə bir ədəd daşı təxminən bir metr məsafədən qəsdən ataraq X13 başına vurmuş, həmin daş X19nın sol alın-gicgah nahiyəsinə dəydikdən sonra sonuncu zərbənin təsirindən yerə yıxılmış, lakin orada olan şəxslərin onu tutaraq saxlamağa çalışmalarına baxmayaraq o, özünün cinayətkar hərəkətlərini davam etdirib yerdə yıxılmış vəziyyətdə olan X19nın sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə, ağız nahiyəsinə təpiklə qəsdən bir dəfə vuraraq X19ya müvafiq olaraq qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün xətti sınığı, soltərəfli epidural hematoma (sərt beyin qişası üstünə qan yığılması), baş beyin maddəsinin sağa və beynin kötüyünə doğru dislokasiyası (yerini dəyişməsi-sıxılması), baş beyin maddəsinin kəskin ödemi, sol alın-gicgah, sağ gözaltı nahiyələrinin qançırları, üst dodağın selikli qişasına qansızma xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan və onun ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan X13 ölümünə səbəb olmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi B.Y.Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Nəhmətov Rahim Nəhmətulla oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə) 4 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 28 iyun 2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi B.Y.Hacıyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsindəki cinayət işi ürə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstit usiyasının 63-cü maddəsinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, iş üzrə toplanmış bəzi sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi B.Y.Hacıyev həmin şikayətini onunla əsaslandırmışdır ki, 16 oktyabr 2022-ci il tarixdə baş vermiş münaqişə zərər çəkmiş şəxs X19un təşəbbüsü ilə başlanmış və o, son anadək Məhkum qarşı hücumunu davam etdirərək sonuncuya ardıcıl olaraq müxtəlif xəsarətlər yetirmiş, Məhkum isə ona qarşı edilən hücumun qarşısını almaq niyyəti ilə zəruri müdafiə vəziyyətində X19a tərəf daş parçası atdıqdan sonra ona yaxınlaşıb hələ də davam edən qanunsuz hərəkətlərin qarşısını almaq üçün ona əli və aya ğı ilə cəmi iki zərbə vurmuş, bundan sonra isə zərər çəkmişin hadisə yerindən sərbəst şəkildə getməsinə imkan vermişdir. Beləliklə də Məhkum niyyəti X19un hücumunun qarşını almaqdan ibarət olmuş və o, özünü müdafiə həddini aşmamışdır. Daha sonra kassasiya şikayətinin müəllifi CM-in 36-cı maddəsinə istinad edərək zəruri müdafiə vəziyyətində cinayət əməlinin törədilməsinə dair hüquq nəzəriyyəsində əksini tapmış hüquqi mövqeyə istinad edərək qeyd etmişdir ki, Məhkum ona istinad edilən əməli törədərkən zəruri müdafiə vəziyyətində olduğundan və özünü müdafiə həddini aşmadığından onun törətdiyi əməl göstərilən maddədə nəzərdə tutulmuş tələbələrə uyğun olmuş, eyni zamanda o, həmin əməli törədərkən fizioloji affekt keçirmiş, lakin istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr bu əməl üzrə halları təsdiq edən sübutlara düzgün qiymət verməmiş, nəticədə isə hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığı halda o, qanunsuz olaraq CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi B.Y.Hacıyev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçiriləcəyi vaxt və yer haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X6 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü ma ddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisi X6nın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi B.Y.Hacıyevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkəmə lər tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək Məhkum ona istinad əməli özünü zəruri müdafiə vəziyyətində törətməsinə və bununla da həmin əməldə CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmamasına baxmayaraq sonuncunun əsassız olaraq həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini iddia edir və 4 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməli olması və cinayət işinin icraatına xitam verilməli olması haqqında kassasiya tələblərini CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2 və 416.1.6-cı maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi B.Y.Hacıyevin şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə, hazırki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilmə si, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və yaxud dəyişdirmək səlahyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İ və İİ hissələrində göstərilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azaflıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqqında tələb hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, cinayət törətmələrinə dair təqsirlilikləri sübuta yetirilmiş şəxslər haqqında onların törətdikləri əməllərin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, habelə şəxsiyyətlərinə uyğun cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur. Kassasiya şikayətində də istinad olunan Konstitusiyanın 63-cü maddəsinin tələbindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və aza dlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını mə hkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon müddəa məhkəmənin özünün də həqiqətin müəyyən edilməsi məqsədilə zəruri olan sübutların əldə edilərək araşdırılması, məhkəmə iclaslarında mümkün olan müvafiq istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək keçirilməsi və həmin sübutların da digər sübutlarla birgə mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməsi vəzifəsindən azad etmir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifələrin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında isə məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu h ökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məs uliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm pri nsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalə tli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun x üsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını tə min etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sa ir materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanm ış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə t utulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikası nın Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəmə si müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib işin faktiki hallarına (araşdırmış sübutlara) əsaslanaraq Məhkum məhz CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və onun əməlinin həmin maddə ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkum apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hökmlə təqsirli bilindiyi cinayət əməlini, yəni ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi, kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum 16 oktyabr 2022-ci il tarixdə qonşusu X12 Beyləqan şəhərində yerləşən “İmperial” şadlıq evində keçirilən toy mərasimində iştirak edərək yemək yeyib spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli sərxoşluq halında ünvan 1 ünvanında yerləşən Beyləqan şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına gələrək onunla birlikdə toy şənliyində iştira k etmiş Şahid1, Şahid5 və Şahid2 ilə orada söhbət edərkən həmin gün saat 16:30 radələrində ünvan 2-də qeydiyyatda olmaqla yaşamış X19 onların yanına gəlib, əsəbi halda ondan toy şənliyində onunla bir masa ətrafında oturmamasının səbəbini soruşaraq onu təhqir etdiyi üçün aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı onlar birbirinin üzərinə hücum etmiş, həmin vaxt orada olan şəxslər onları aralayıb bir-birini vurmağa imkan verməmiş, bundan sonra X19 ona orada onu gözləməsini bildirərək nənəsi Şahid6 yaxınlıqda yerləşən yaşadığı evə getmiş, X19 oradan getdikdən sonra Şahid1 ona oradan getməsini təklif etsə də, o, X19nın heç kim olduğunu və ona heç nə edə bilməyəcəyini bildirib oradan getməmiş, bir qədər sonra X19 nənəsi Şahid6 evinin həyətindən çıxaraq ona yaxınl aşıb bundan bir qədər əvvəl ondan nə dediyini əsəbi şəkildə soruşaraq sağ əli ilə əynindəki şalvarın sağ cibindən dəstəyi qara rəngli olan deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb bir neçə zərbə vuraraq ona döş qəfəsi və sol said nahiyələrində kəsilmiş-deşilmiş yaralar xarakterli dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyi üçün o, X13 hərəkətlərinə görə ona cavab vermək qərarına gələrək, yerdən götürdüyü küt təsir xüsusiyyətlərinə malik soyuq silah hesab edilməyən 222x150x34 millimetr ölçülərdə bir ədəd daşı təxminən bir metr məsafədən qəsdən ataraq X13 başına vurmuş, həmin daş X19nın sol alın-gicgah nahiyəsinə dəydikdən sonra sonuncu zərbənin təsirindən yerə yıxılmış, lakin orada olan şəxslərin onu tutaraq saxlamağa çalışmalarına baxmayaraq o özünün cinayətkar hərəkətlərini davam etdirib yerdə yıxılmış vəziyyətdə olan X19nın sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə, ağız nahiyəsinə təpiklə qəsdən bir dəfə vuraraq X19ya müvafiq olaraq qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün xətti sınığı, soltərəfli epidural hematoma (sərt beyin qişası üstünə qan yığılması), baş beyin maddəsinin sağa və beynin kötüyünə doğru dislokasiyası (yerini dəyişməsi-sıxılması), baş beyin maddəsinin kəskin ödemi, sol alın-gicgah, sağ gözaltı nahiyələrinin qançırları, üst dodağın selikli qişasına qansızma xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan və onun ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan X13 ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət işinin materiallarına (qanuni üsullarla toplanmış və ümumilikdə birinci və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara) müraciət edilməsini zəruri bilir. Belə ki, işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində mahiyyəti üzrə baxılarkən Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 16 oktyabr 2022-ci il tarixdə Beyləqan şəhərində yerləşən “İmperial” şadlıq sarayında toya getmiş, şadlıq sarayında mərhum X19nın oturduğu masada yer olmadığına görə dayısı və əmisinin əyləşdikəri masanın arxasında oturmuş, bundan bir neçə dəqiqə sonra X19 ona əli ilə işərə edərək oturduğu adamlara qarşı nalayiq ifadə işlətmiş, lakin o, X19a cavab verməmiş, toy qurtardıqdan sonra isə qonşuları Şahid1, Şahid5 və Şahid2la birlikdə yaşadığı məhəlləyə getmişdir. Həmin vaxt orada qonşuları ilə söhbət edərkən X19 onlara yaxınlaşmış, yenə də ona oturduğu “kruqun” yaxşı olmadığını bildirib nə səbəbdən onunla oturmadığını soruşmuş, o, isə X19a onun əyləşdiyi masanın arxasında yer olmadığını, bu səbəbdən də onunla birlikdə oturmadığını demiş, bundan sonra X19 onun ünvanına nalayiq ifadələr işlətmiş, buna görə onlar biri biri ilə mübahisə etsələr də oradakı şəxslər onları aralayaraq dalaşmalarına imkan verməmiş, X19 da nənəsinin yaxınlıqda yaşadığı evinə yollanmış, lakin ona qayıdacağını, onu gözləməsini deməmişdir. Bir qədər sonra X19 nənəsinin yaşadığı evdən çıxıb geri qayıtmış, həmin vaxt onun əli ndə bıçaq və ya hər hansı əşyanın olmasını o, yəni Məhkum görməmişdir. Həmin vaxt X19 onun üzərinə gəldiyindən o, oturduğu yerdən ayağa qalxmış, X19 isə həmin yerə çatdıqda ona bir neçə dəfə bıçaqla zərbələr vurmaq istəmiş, zərbələrdən üçü ona dəymiş, iki bıçaq zərbəsi isə qolunu qabağa verdiyi üçün ona dəyməmişdir. Bu vaxt hadisə yerində olan şəxslər X19u tutub kənara aparrmış, o, isə oradan çıxıb getmək istəsə də, X19 yenidən onun üstünə gəlmiş, buna görə o, yerdən daşı götürüb sonuncuya tərəf atmış, bundan sonra ona yaxınlaşıb ayağı ilə onu yerə yıxaraq onun əlindən bıçağı almışdır. Bıçağı X19u əlindən alarkən ona elə-belə yüngülcə bir yumruq zərbəsi vurmuş və evinə getmişdir. X19 yerə yıxıldıqdan sonra onu ona görə vurmuşdur ki, X19 yenə də bıçaqla onu vurmaq istəmiş, o, yerdən götürdü yü daş parçasını X19a tərəf atarkən onu öldürmək niyyəti izləməmişdir. Məhkum ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərər çəkmiş şəxs X19 ilə çox yaxın dost olmuş, hadisə gününədək aralarında hər hansı anlaşılmazlıq olmamışdır. 16 oktyabr 2022-ci il tarixdə toy saat 13:00-da başlamış, 16:30-da qurtarmış və o, da yoldaşları ilə birlikdə toydan çıxıb yaşadığı məhəlləyə getmişdir. Orada X19 ilə aralarında mübahisələri olarkən sonuncu heç bir səbəb olmadan nənəsinin yaşadığı evə gedib bıçaq götürərək hadisə yerinə şayıtmış, o, isə həmin yerdən çıxıb getmək istəsə də Rahib üstünə gəlib ona bıçaqla bir neçə zərbə vurmuş, yanında olan şəxslər isə onu saxlaya bilməmişlər. Yerdən götürüb X19ya tərəf atdığı daş parçası balaca olmuş, cinayət işi materiallarında olan daş olmamışdır. Fizik i cəhətdən X19 ondan zəif olmuş, daşın X19nın bədəninin və ya başının hansı nahiyyəsindən dəyməsini görməmiş, daşı atdıqdan sonra sonra Rahibi yerə yıxıb onun sifət nahiyyəindən yumruqla bir zərbə vurmuş, ona başqa zərbə vurmamış və münaqişə başa çatdıqdan sonra hadisə yerindən çıxıb getmişdir. Həmin gün saat 23:30-da o, X19nın vəfat etdiyini bilmişdir. Cinayət işi materiallarından görünür ki, ibtidai araşdırma zamanı da Məhkum özünü ona qarşı CM-in 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək yuxarıda təsvir edilmiş məzmunda ifadələr vermiş, lakin bu ifadələrdən fərqli olaraq eyni zamanda göstərmişdir ki, X19 onu və yaxın qohumlarını nalayiq ifadələrlə təhqir edərək nənəsinin yaşadığı evə gedib 3-4 dəqiqədən sonra yenidən hadisə yerinə qayıtdıqda onun üzərinə tərəf gəlmiş, həmin vaxt X19un yaxınlığında olan Şahid3 onun cibindən bıçaq çıxardığını görüb əlindən tutmuş, X19 əlini çəkməsini deyib onun üzərinə tərəf gəlməyə davam etmiş, onun yanına çatdıqda əsəbi şəkildə danışmağa başlamış və elə həmin vaxt əynindəki qara rəngli şalvarının sağ cibindən onun üzərinə gələnə qədər çıxartdığı, dəstəyi qara rəngli olan mətbəx bıçağı ilə sol qoltuğunun altından ona bir dəfə zərbə vurmuş, o, da özünü müdafiə etmək üçün sol qolunu onun zərbələrinə qarşı tutmuşdur. Buna görə də X19un bıçaqla ona vurduğu həmin zərbələrdən ikisi də onun sol qoluna dəymiş, digər bıçaq zərbələri isə ona dəyməmişdir. Bundan sonra o, yumruqla X19un ağzına və üz nahiyəsinə yumruqla bir neçə zərbə vurmuş və həmin vaxt hadisə yerində olan şəxslər X19u ondan aralamış, sonuncu isə yenidən o nun üstünə tərəf gəlmiş, o, da yerdən götürdüyü daşı təxminən 4 metr məsafədən X19a tərəf atmış, daş sonuncunun alnına dəymişdir. Bundan dərhal sonra o, X19nın üzərinə gedərək onu ayağı ilə yerə yıxmış və onun sifətinə yumruqla bir neçə zərbə vurmuşdur. Bu vaxt orada olan şəxslər yenidən onları aralamağa çalışmış, o, isə X19un ağız nahiyyəsinə təpiklə daha bir zərbə vurmuş, lakin onu öldürmək məqsədi izləməmişdir. X19 bir qədər sonra yerdən ayağa qalxmış, həmin vaxt onlar yenə də biri birini nalayiq ifadələrlə təhqir etmiş, bundan sonra Qoşqar onu öz avtomobili ilə atası Xin Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən evinə aparmışdır. Evdə o, paltarlarını dəyişmiş, anası Y və arvadı Z ona tibbi yardım göstərmiş, yarasını dərman vurub sarımışlar. Bundan sonra o, X19un xəstəxanaya aparıldığını və xəstəxanada vəfat etdiyini öyrənmişdir. Məhkum bu ifadələrinin iş üzrə toplanmış digər sübutlarla – şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3 ifadələri, məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2022-ci il tarixli 33/22 saylı rəyi və həmin rəyə 5 noyabr 2022-ci il tarixli əlavə, məhkəmə-tibbi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 816/22 saylı rəyi ilə və ibtidai araşdırma zamanı qanuni üsullarla, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla yol verilmədən toplanmış və məhkəmə iclaslarında tədqiq olunmuş digər sübutlarla (həmin sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür) müqay isəli təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, 16 oktyabr 2022-ci il tarixdə baş vermiş münaqişə zamanı X19 ilk əvvəl Məhkum hücum edərək özündə olan mətbəx bıçağı ilə sonuncunun sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətlər yetirdikdən sonra hadisə yerində olan şəxslər onu Məhkum kənarlaşdırmış, hətta onda olan bıçağı onun əlindən alıb kənara atmış, yəni artıq bu zaman X19nın Məhkum qarşı etdiyi hücumun qarşısını almağa müvəffəq olmuş, Məhkum isə hücumun başa çatmasına baxmayaraq yerdən, özünün dediyi kimi, balaca ölçüdə deyil, iş materiallarına maddi sübut kimi əlavə edilmiş və ölçüləri onun təqsirli bilindiyi ittihamda göstərilən daş parçasını götürüb X19dan ona qarşı etdiyi hərəkətlərə görə qisas almaq məqsədilə onun alın nahiyyəsinə vurmuşdur. Bu zərbənin təsirindən X19nın yerə yıxılaraq nəinki hücumunu davam etdirmək, hətta özünü müdafiə etmək iqtidarında olmamasına baxmayraq Məhkum ona yaxınlaşıb onun baş nahiyyəsinə yumruq və təpiklə əlavə zərbələr vurmuş və ona ümumilikdə sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş xəsarətlər yetimiş, bu xəsarətlər isə X19nın ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Göründüyü kimi, həqiqətən də hadisə zamanı X19 tərəfindən Məhkum qarşı hücum edilərək ona sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirilmiş (bu hal Məhkum təqsirli bilindiyi ittihamda da əksini tapmışdır), həmin hücum müəyyən vaxt ərzində davam etmiş və zərər çəkmişin bu hücumu dayandırıldıqdan, yəni Məhkum özünü müdafiə etməsi üçün əsaslar aradan qalxdıqdan sonra, o, X19dan qisas almaq məqsədilə qəsdən həm yerdən götürüb ona tərəf atdığı daş parçasını, həm də yumruq və təpik zərbələrini zərər çəkmiş şəxsin baş nahiyyəsinə vuraraq onun sağlamlığına ağır zərər vurulması ilə nəticələnən xəsarətlər yetirmiş, bu xəsarətlər isə sonuncunun ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, bununla da Məhkum CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlardan, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərinin nəticələrindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, bu sübutlarla zərər çəkmiş şəxs X19ya hansısa başqa şəraitdə onun sağlamlığına ağır zərər vurulması ilə, sonra isə ölümü ilə nəticələnən xəsarətin yetirilməsi haqqında Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ziddiy yətli ifadələrinin hamısı və bununla bağlı müdafiəçi B.Y.Hacıyevin kassasiya şikayətinin dəlilləri təkzib olunur və həm onun təqsirliliyi, həm də əməlinin hüquqi tövsifi barədə nəticəyə gələn məhkəmələr eyni zamanda tam haqlı olaraq bu ifadələrə tənqidi yanaşıb onları özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirmişlər. Tam və hərtərəfli araşdırılmış mötəbər sübutlarla təsdiq olunan işin müəyyən edilmiş faktiki halları (hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində göstərilən) məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunması və onun törətdiyi əməlin göstərilən maddə ilə tövsif edilməsi qanuni və əsaslıdır və bu nəticə iş üzrə toplanmış, məhkəmələr tərəfindən isə qanuna mü vafiq qaydada tədqiq edilərək qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur və aşağıda şərh edilənlərə də tam uyğundur. Bu qənaətləri ilə bağlı məhkəmə kollegiyası təkrarən qeyd etməyi lazım bilir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Əvvəla, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliy yətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə CM-in 126.1-ci maddəsində, belə əməlləri ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə - CM-in 126.3cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulur və, göründüyü kimi, qəsdən sağlamlığa ağır zərər vurma cinayəti yalnız qəsdən törədilən cinayətlər kateqoriyasına aid olmaqla həm birbaşa, həd də dolayı qəsdlə törədilə bilər, zərər çəkmiş şəxsin ölümü isə yalnız ehtiyatsızlıqdan baş verməlidir. Qəsdin formalar ı təsbit edilmiş CM-in 25.2 və 25.3-cü maddələrinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Məhkum həm daş parçası ilə, həm də yumruq və təpiklə zərər çəkmiş X19nın baş nahiyyəsinə zərbələr vurarkən bu əməlinin ağır nəticələrə səbəb olacağını arzu etməsə də, həmin əməlin ictimai təhlükəliliyini, onun bu və ya digər nəticəyə səbəb ola bilməsini dərk etmək iqtidarında olmuş, lakin buna baxmayaraq daşı X19nın alın nahiyyəsinə vurduqdan sonra da öz hərəkətini dayandırmamış, ona eyni nahiyədən təpiklə və yumruqla əlavə zərbələr vurmuş, yəni daha ağır nəticəyə - həm ona ağır xəsarətlərin yetirilməsinə, həm də ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuş əməlin törədilməsindən imtina etməmişdir. Məhkumun bu hərəkətləri zəruri müdafiə vəziyyətində etməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq bu dəlillərlə razılaşmır və hesab edir ki, həmin dəlillər aşağıda təsvir olunanlara da uyğun deyil. Əvvəla məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq qeyd edir ki, Konstitusiyanın 31-ci maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın bu tələbinin mənasından belə nəticə hasil olur ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına və fiziki sağlamlığına hər hansı fiziki zorun tətbiq edilməsi belə zorun ictimai təhlükəlilik dərəcəsindən, yəni zorun inzibati xəta və ya cinayət kimi qiymətləndirilməsindən asılı olmayaraq qadağandır və bu kimi hallarda barəsində zor tətbiq edilmiş şəxsin öz həyatını və sağlamlığını bu və ya digər üsullardan üsullardan istifadə etməklə, o cümlədən qarşılıqlı zorakılıq əməli törətməklə müdafiə etmək hüqu qu yaranır. Belə hallarda isə həyatına və sağlamılığına edilmiş qəsddən özünü müdafiə edən şəxsin əməli cinayət kimi qiymətləndirilmir o şərtlə ki, sonuncu özünü müdafiə həddini aşmasın. Təsadüfi deyil ki, qanunverici cinayət qanunvericiliyində bu hüququn həyata keçirilməsi təsbit edilmiş xüsusi norma da nəzərdə tutmuşdur. Belə ki, CM-in 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-in 36.2-ci maddəsinin tələblərindən isə görünür ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Göründüyü kimi, qanunun bu normasında həmçinin şəxsə qarşı edilmiş qəsdin ictimai təhlükəlilik dərəcəsi hər hansı şəkildə fərqləndirilməmişdir. Bu isə o deməkdir ki, şəxs istənilən qəsddən özünü müdafiə etmək hüququna malikdir və bu hüququn həyata keçirilməsi zamanı əsas şərt ondan ibarərtdir ki, belə şəxsin tətbiq etdiyi müdafiə üsulları qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olsun. Çünki, CM-in 36.3-cü maddəsinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə hədd ini aşmaq hesab edilir. Bundan başqa, cinayət qanunvericiliyi qəsdə məruz qalan şəxsə həmçinin təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq da zəruri müdafiədən istifadə etmək hüququ verir. Buna görə də hücuma və ya digər qəsdə məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanının olduğu halda da zəruri müdafə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanuna uyğun hesab edilir. Qəsd edənə zərər vurma yolu ilə ictimai-təhlükəli qəsdin qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti arad an qaldırır. Qanunun mənasına görə, yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: 1) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; 2) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüqulilik şərtləri. Qəsdə aid olan şərtlər isə ondan ibarətdir ki: - əməl ictimai-təhlükəli olmaqla şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; - qəsd real olmalıdır, obyektiv olaraq baş verməlidir, qəsd müdafiə edənin yalnış təsəvvürü ilə uydurulmamalıdır; - qəsd mövcud olmalıdır. Kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olm alıdır və bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır. Müdafiəyə aid olan şərtlər isə aşağıdakılardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; - müdafiə zəruri müdafiə həddini aşmamalıdır; - müdafiə qəsd edənə zərər vurma yolu ilə həyata keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, şəxsin zəruri müdafiə vəziyyətində olub-olmamsı, o cümlədən belə vəziyyətdə olaraq zəruri müdafiə həddini aşıb-aşmaması barədə nəticəyə gəlmək üçün yuxarıda göstərilən hər iki qrup şərtlərin olması müəyyən edilməldir. Yalnız belə şərtlərin mövcudluğunda Məhkum ona istinad edilən əməllərin zəruri müdafiə vəziyyətində və ya zəruri müdafiə həddini aşaraq törətməsi, kassasiya şikayətində irəli sürülm üş dəlillərə və tələbə müvafiq olaraq müzakirə predmeti ola bilər. Məhkəmə kollegiyası araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki hallarını təhlil edib belə qənaətə gəlir gəlir ki, 16 oktyabr 2022-ci il tarixdə baş vermiş hadisənin cərayan etməsi zamanı yuxarıdakı təfsirdə əksini tapmış şərtlərin heç biri mövcud olmamış və bu vaxt hücuma məruz qalan Məhkum bu hücum başa çatdırıldıqdan sonra müdafiə vəziyyətində olmamış, və şüurlu şəkildə təqsirli bilindiyi itihamda əksini tapmış cinayət əməlini törətmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr əsaslı olaraq Məhkum əməlini CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif etməklə yanaşı onun həmin əməli zəruri müdafiə vəziyyətində, yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş cinayət kimi qiymətləndirməkdən imtina etmiş və eyni zamanda onun barəsində hər hansı əsasla bəraət hökmünün çıxarılmasını, əməllərinin isə CM-in Xüsusi hissəsinin digər maddələri ilə tövsif edilməsini mümkün bilməmişlər. Məhkum ona istinad edilən əməli həm də güclü ruhi həyacan (affekt) vəziyyətində törətməsinə dair kassasiya şikayətinin dəlilərinə cavab verilməsi üçün məhkəmə kollegiyası yenə iş üzrə toplanmış və araşdırılmış sübutlara və cinayət qanunvericiliyinin tələblərinə istinad etməyi məqsədə uyğun bilir. Əvvəla Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdiyi bütün ifadələrində yalnız bir halı qeyd etmişdir ki, o, X19ya qarşı ona istinad edilən hərəkətləri hərəkətləri sonuncunun hücumundan müdafiə etmək məqsədilə etmiş, bu vaxt iştirak etdiyi toy mərasimində spirtli i çki qəbul etdiyinə görə sərxoş vəziyyətdə olsa da, həmin hərəkətlərinin mahiyyətini və ardıcıllığını dərk edərək sonradan da xatılamaq iqtidarında olmuşdur. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili həmçinin göstərir ki, həqiqətən də Məhkum ona istinad edilən əməlləri qəsdən və şüurlu şəkildə, yəni heç də güclü ruhi həyacan (affekt) vəzziyətində olmayaraq X19nın ona qarşı etdiyi hərəkətlərə görə görə ondan qisas almaq məqsədilə törətmiş və belə vəziyyətində olmasını məhkumun özü də cinayət təqibinin bütün mərhələlrində ifadələr verərkən bildirməmişdir. Ən əsası isə, məhkəmə kollegiyası vurğulayır ki, kassasiya şikayətində iddia olunan bu hal ibtidai araşdırma zamanı kompleks ambulator məhkəmə-psixitarik və psixoloji ekspertizasının təyin edilərək keçirilməsi ilə yolu ilə yoxlanı lmış və həmin ekspertizanın 19 noyabr 2022-ci il tarixli 3065 saylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda ittiham olunan əməli törətdiyi dövrdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə eh tiyacı yoxdur. Bununla yanaşı Məhkum əqli-intellektual imkanları normaya uyğundur, o, təhqirə qarşı həssaslıq, emosionallıq, neqativ amillərə qarşı dözümsüzlük kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuş, cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmiş və cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq onu da qeyd edir ki, həmin sübutlarla Məhkum zərər çəkmiş X19 tərəfindən ona qarşı edilmiş mütəmadi qanunsuz və ya əxlaqsız hərəkətləri ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəti cəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olması da müəyyən edilmir və məhkum olunmuş şəxs hətta belə vəziyyətdə X19nı qəsdən öldürmüş olsa idi, bu hal da onun əməlində cinayət tərkibinin olmaması barədə nəticəyə gəlmək üçün deyil, onun CM-in 122-ci maddəsi ilə (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilərdi. Halbuki, Məhkum təqsirli bilindiyi və Ali Məhkəmənin Cinayət Kollegiyasının da 28 iyun 2024-cü il tarixli qərarında razılaşdığı ittihama görə, Məhkum törətdiyi əməllər nəticəsində X19nın ölümü ehtiyatsızlıqdan baş vermişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli qərarından v erilmiş kassasiya protestinə əsasən işə baxan kassasiya kollegiyası göstərilən qərarında Məhkum CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinməsi haqda aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq CPM-in 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya protestinin dəlillərindən asılı olmayaraq sonuncunun xeyrinə hər hansı qərarın qəbul edilməsini, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini mümkün bilməmişdir. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışının yekunu olaraq belə qənaətə gəlir ki, məhkumun müdafiəçisi B.Y.Hacıyevin kassasiya müraciətində göstərdiyi dəlilləri işdə olan sübutlarla təkzib olunur və buna görə sonuncunun bu dəlilləri məhkum olu nmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunm uş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə əməl edilərək onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən bütün hallar, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-in 59.1.4-cü maddəsinə əsasən), cinayəti zərər çəkmiş şəxs X19nın qanunsuz hərəkətlərinin təsiri altında törətməsini (CM-in 59.1.8-ci maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi, habelə CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alınmış və ona bütün göstərilənlərər uyğun olan, təqsirli bilindiyi CMin 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulm uş azadlıqdan məhrum etmə cəzasının həddində qanuni və ədalətli cəza təyin olunmuşdur. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işi üzrə kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi B.Y.Hacıyevin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib bütün yuxarıda göstərilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 126.3cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətin ə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar