Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-59/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri oğlu Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Hacıyev Namiq S ərkar oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X10 və onun nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Şükürov Elxan Şükür oğlu, Zərərçəkmiş şəxs1 iştirakları ilə Azərbaycan Respublikası CM-nin 32.4,120.2.2, 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs3 barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X10 nümayəndəsi Şükürov Elxan Şükür oğlu ilə birlikdə və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə ba xaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.B.Məmmədova, hakimlər M.A.Xankişiyev və F.Ə.Qəniyevdən ibarət tərkibdə) xx xxxxxx 1959-cu il tarixdə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3,120.2.1, 32.3,120.2.2 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 32.3,120.2.1 və 32.3,120.2.2-ci maddələri ilə 17 il müddətə, CMnin 221.2.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını cid di rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxxxx 1991-ci il tarixdə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 17 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 11 oktyabr 2016-cı il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən «Təndirxana» adlanan yeməkxanada oğlu Təqsirləndirilən şəxs2, yaxın münasibətlərdə olduğu X3, Şahid3, Təqsirləndirilən şəxs3 və Şahid5 ilə nahar edib spirtli içki qəbul edərkən oraya gələn həmkəndlisi X4 dəvəti ilə çay içmək üçün həmin şəxslərlə birlikdə saat 19 radələrində sonuncuya məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən kafeyə gəlib Təqsirləndirilən şəxs3lə birlikdə sərxoş halda heç bir əsaslı səbəb olmadan ona olan 10.000 ABŞ dolları məbləğində pul borcunu qaytarmadığına görə Şahid16 İsfəndiyar oğlunun və onunla birgə kommersiya fəaliyyəti ilə məşğul olan X4, həmçinin kafenin işlədilməsində sonuncuya köməklik göstərən X2 ünvanına yüksək səslə nalayiq söyüşlər və təhqiredici ifadələr işlədərək Şahid16 və onu müdafiə edənləri məhv edəcəyini bildirib, əvvəllər analoji əməllərə görə məhkum olunduğuna görə real qəbul olunan zor tətbiq ediləcəyi ilə onları hədələyərək ictimai yer olan kafedə və onun qarşısında 30 dəqiqə davam etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə xuliqanlıq etmiş, X4 ona «dur dəstəni də götür, tərpən burdan» deməsindən sonra Təqsirləndirilən şəxs3lə birlikdə kafenin qarşısında xuliqanlıq hərəkətlə rini daha aqressiv şəkildə söyüşlər və təhqiredici ifadələr işlətməklə davam etdirmiş, onları kafedən qovmasını bəhanə edib cüzi səbəbdən qisas almaq üçün X4 qəsdən öldürmək məqsədilə oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında sonuncuya «vur onu mənlikdir», «zəng elə, çağır» deyərək qaynatası X1 zəng edib silah gətirməsi və X4 həyatdan məhrum etmək barədə göstərişlər verərək onun tapşırıqlarını icra edən Təqsirləndirilən şəxs2 daxili qətiyyət yaratmış, sonuncunun telefonla apardığı danışıq əsasında qaynatası X1 həmin tarixdə, saat 22 radələrində idarə etdiyi «Mercedes 190» markalı AZ**-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində kafenin qarşısına gətirdiyi zavod üsulu ilə istehsal edilmiş «Vinçester» tipli «Akkar TS 870» modelli 12 mm kalibrli istifadəyə yararlı ov tüfəngini ondan alıb orada saxladığı, özünə məxsus «Toyota Land Cruiser» markalı AZ**-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuş və sonra həmin silahı götürüb X4 vurmaq istəsə də, kafenin qarşısında olan X2 münaqişəyə müdaxilə edib silahı avtomobildən götürməsinə imkan verməməsinə görə tüfəngi avtomobilin yük yerində saxlamaqla avtomobilin açarını oğlu Təqsirləndirilən şəxs2 verib ona X4 həmin silahla öldürməyi tapşırıb X1 idarə etdiyi avtomobildə çayxanadan uzaqlaşmış, Təqsirləndirilən şəxs2 isə atasına məxsus «Toyota Land Cruiser» markalı AZ**-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobu qəsəbəsində yaşadığı ünvana gəlib X4 qəsdən öldürmək barədə atası Təqsirləndirilən şəxs1 verdiyi göstərişlərə uyğun olaraq sonuncuya məxsu s ***-***-**-** nömrəli mobil telefondan X4 ***-***-**-** nömrəli mobil telefonuna saat 2246-da zəng edərək kafedə baş vermiş mübahisəni ayırd etmək adı ilə yaşadığı Qobu qəsəbəsi, ünvan 5 ünvanında yerləşən evin yaxınlığına çağırıb, saat 23 radələrində onun dediyi yerə gəlib özünə məxsus «Toyota Land Cruiser» markalı AZ**-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilindən düşən X4 qəsdən öldürmək məqsədi ilə gödəkçəsinin arxasında gizlətdiyi həmin tüfəngdən 5 dəfə atəş açıb ona qəsdən sağ qoltuqaltı nahiyənin 1 (bir) ədəd, qarın nahiyəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 1 (bir) ədəd, sol budun aşağı ⅓-nin arxa səthinin 1 (bir) ədəd odlu silah yaraları, sağ ağ ciyərin, diafraqmanın, qara ciyərin, sağ böyrəyin və yoğun bağırsağın yaralanmaları, sağ tərəfli 8-9-cu qabırğa ların yerini dəyişən qapalı sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib həyatdan məhrum etməsi ilə Rövşən Abasovun qabaqcadan əlbir olduğu qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsini təşkil etmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 11 oktyabr 2016-cı il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Təndirxana” adlanan yeməkxanada atası Təqsirləndirilən şəxs1 və sonuncunun tanışları X3, Şahid3, Təqsirləndirilən şəxs3, Şahid5 ilə nahar etdikdən sonra həmin yeməkxanaya gələn həmkəndlisi X4 dəvəti ilə çay içmək üçün qeyd olunan şəxslərlə birlikdə saat 19 radələrində X4 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən kafeyə gəlmiş, atası Təqsirl əndirilən şəxs1 Təqsirləndirilən şəxs3lə birlikdə sərxoş halda heç bir əsaslı səbəb olmadan ictimai yer olan kafedə və onun qarşısında 30 dəqiqə davam etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə xuliqanlıq etdikdən sonra X12 “dur dəstəni də götür, tərpən burdan” deyib onları kafedən qovmasını bəhanə edib cüzi səbəbdən qisas almaq üçün X4 qəsdən öldürmək məqsədilə atası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında sonuncunun “vur onu mənlikdir”, “zəng elə, çağır” deyərək təşkilatçılıq fəaliyyəti ilə onda qətiyyət yaratması ilə əlaqədar qayınatası X1 zəng edib silah gətirməsini xahiş etmiş və X4 həyatdan məhrum etmək barədə atasının qanunazidd tapşırıqlarını icra etmək üçün telefonla apardığı danışıq əsasında qayınatası X1 həmin tarixdə saat 22 radələrində idarə etdiyi “Mercedes 190” markalı AZ**-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində kafenin qarşısına gətirdiyi zavod üsulu ilə istehsal edilmiş “Vinçester” tipli “Akkar TS 870” modelli 12 mm kalibrli istifadəyə yararlı ov tüfəngini ondan alıb orada saxladığı, atasına məxsus “Toyota Land Cruiser” markalı AZ**SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyduqdan sonra, xüsusi fəallıq göstərərək avtomobillə Qobu qəsəbəsində yaşadığı ünvana gəlib atası Təqsirləndirilən şəxs1 məxsus (070) ***-**-** nömrəli mobil telefondan X4 istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefonuna saat 2246-da zəng edərək kafedə baş vermiş mübahisəni ayırd etmək adı ilə yaşadığı Qobu qəsəbəsi, ünvan 5 ünvanında yerləş ən evin yaxınlığına çağırıb, saat 23 radələrində onun dediyi yerə gəlib özünə məxsus “Toyota Land Cruiser” markalı AZ**-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilindən düşən X4 qəsdən öldürmək məqsədi ilə gödəkçəsinin arxasında gizlətdiyi həmin tüfəngdən 5 dəfə atəş açıb ona qəsdən sağ qoltuqaltı nahiyənin 1 (bir) ədəd, qarın nahiyəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd, sol yarısının 1 (bir) ədəd, sol budun aşağı ⅓-nin arxa səthinin 1 (bir) ədəd odlu silah yaraları, sağ ağ ciyərin, diafraqmanın, qara ciyərin, sağ böyrəyin və yoğun bağırsağın yaralanmaları, sağ tərəfli 8-9-cu qabırğaların yerini dəyişən qapalı sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib həyatdan məhrum etməsi ilə X4 qabaqcadan əlbir olduğu qrupda xuliqanlıq n iyyəti ilə qəsdən öldürmüşdür. Həmin hökmlə Təqsirləndirilən şəxs3 11 oktyabr 2016-cı il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən «Təndirxana» adlanan yeməkxanada yaxın münasibətlərdə olduğu Təqsirləndirilən şəxs1, sonuncunun oğlu Təqsirləndirilən şəxs2, X5, Şahid3, Şahid5 ilə nahar edib spirtli içki qəbul edərkən oraya gələn Qobu qəsəbə sakini X4 dəvəti ilə çay içmək üçün həmin şəxslərlə birlikdə saat 19 radələrində sonuncuya məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən kafeyə gəlib Təqsirləndirilən şəxs1lə birlikdə sərxoş halda heç bir əsaslı səbəb olmadan sonuncuya olan 10.000 ABŞ dolları məbləğində pul borcunu qaytarmadığına görə Şahid16 İsfəndiyar oğlunun və onunla birgə kommersiya fəaliyyəti ilə məşğul olan X4, həmçinin kafenin işlədilməsində so nuncuya köməklik göstərən X2 ünvanına yüksək səslə nalayiq söyüşlər və təhqiredici ifadələr işlədərək dostu Təqsirləndirilən şəxs1 xətrinə dəyən şəxsləri məhv edəcəyini bildirib, real qəbul olunan zor tətbiq ediləcəyi ilə onları hədələyərək ictimai yer olan kafedə və onun qarşısında 30 dəqiqə davam etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə xuliqanlıq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim N.R.Mövsümov, hakimlər V.C.Cəfərov və R.O.Əsgərovadan ibarət tərkibdə) 22 may 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid olan hissə də dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 ittihamından CM-nin 32.3,120.2.1-ci maddəsi xaric edilmiş, Təqsirləndirilən şəxs1 əməli CM-nin 32.3,120.2.2-ci maddəsindən CM-nin 32.4,120.2.2-ci maddəsi ilə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 CM-nin 32.4,120.2.2-ci maddəsi ilə 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən hazırkı qərarla CMnin 32.4,120.2.2-ci maddəsi və hökmlə CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 120.2.1-ci maddəsi Təqsirləndirilən şəxs2 ittihamından xaric edilmiş, Təqsirləndirilən şəxs2 CM-nin 120.2.2-ci maddəsi ilə 17 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmün qalan hissəsi dəyişd irilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi hissəsində dəyişdirərək, onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, cinayətin digər iştirakçılarının ifşa edilməsi, Təqsirləndirilən şəxs1 və digər cinayətkarların cinayətkar əməllərini ört-basdır etməyə cəhd etmiş və buna demək olar ki, nail olmuş hüquq-mühafizə və prokurorluq orqanı əməkdaşlarının, həmçinin digər vəzifəli şəxslərin barəsində tədbir görülməsi üçün və insanı həyatdan məhrum etmə kimi xüsusilə ağır cinayətin iştirakçılarını gizlətmək və ört-basdır etmək məqsədilə bilə-bilə yalan ifadə vermiş şahidlərin barəsində cinayət işi başlanması və barələrində tədbir görülməsi üçün xüsusi qərar çıxarılmaqla bu materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini, həmçinin məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı ilə müəyyən olunmuşdur ki, ibtidai istintaq və birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən olunması ilə bağlı hər hansı nöqsana yol verilməm işdir, yalnız hüququn tətbiqi ilə bağlı (əməlin düzgün tövsifı) birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Lakin apellyasiya məhkəməsi özünün yuxarıda qeyd etdiklərinin ziddinə olaraq işin faktiki hallarının yenidən müəyyən edilməsinə və məhkəmə istintaqı belə aparılmadığı halda birinci instansiya məhkəməsi və ibtidai istintaqda müəyyən edilmiş faktiki hallarının dəyişdirilməsinə çalışaraq, heç bir tutarlı əsas olmadan təqsirləndirilən şəxslərin vəziyyətini yüngülləşdirən mövqedən çıxış etmişdir. Şikayətdə həm də qeyd edilmişdir ki, cinayət işi materialları ilə Təqsirləndirilən şəxs1 cinayətin təşkilatçısı və birgə icraçısı olması yalnız silahı özünə məxsus “Land Cruiser” markalı avtomobilə qoyması və açarı oğlu Təqsirləndirilən şəxs2 verməsi ilə deyil, çoxsaylı digər xüsusatl arla da müəyyən edilir. Belə ki, işin müəyyən edilmiş hallarından biri odur ki, cinayətin törədilməsində istifadə olunan həmin silahın gətirilməsini həm Təqsirləndirilən şəxs1, həm də Məhkum2 bilirdilər və Təqsirləndirilən şəxs1 qudası olan X1 silahı oraya gətirməsini hər iki təqsirləndirilən şəxs birlikdə təşkil ediblər. Belə ki, silahı gətirməsini Şahid6 məhz elə Təqsirləndirilən şəxs1 tapşırığı əsasında Təqsirləndirilən şəxs2 özü zəng etməklə demişdir. Yəni, zərərçəkmiş şəxsin öldürülməsi üçün silahın gətirilməsi və avtomobilə qoyulması yalnız açarın Təqsirləndirilən şəxs2 verilməsi ilə məhdudlaşmamışdır. Buna qədər Təqsirləndirilən şəxs1 həmin silahın gətirilməsi və Təqsirləndirilən şəxs2 verilməsi üçün etdiyi cinayətkar hərəkətlər işin mübahisəsiz olan faktiki halları ilə təsdiqini tapmışdır. İş materiallarından həm də göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Şahid1 oraya eyni avtomobildə Təqsirləndirilən şəxs1 məxsus “Land Cruiser” markalı avtomobillə gəlmişlər, silahın da həmin avtomobilə qoyulmasını hər iki təqsirləndirilən şəxs bilmişlər. Məhkum2 silahın gətirilməsi üçün X1 zəng etdikdən sonra onun gətirdiyi silahın Təqsirləndirilən şəxs1 məxsus “Toyota Land Cruiser” markalı AZ**SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyulmasını bildiyi onun öz ifadələri ilə də mübahisəsiz müəyyən olunur. Təqsirləndirilən şəxs1 silahın Təqsirləndirilən şəxs2 ilə birlikdə kafeyə gətirilməsini təşkil etməsi və həmin silahın avtomaşının yük yerinə qoyulması ilə bağlı hərəkətləri xüsusilə ağır cinayəti törətməyə hazırlıq mərhələsi olmaqla, birgə iştirakçılığın əlamət lərini özündə əks etdirir ki, apellyasiya məhkəməsi bu hissədə qanunsuz və əsassız qiymətləndirinə aparmışdır və aşağıdakı maddi hüquq normalarının tələblərim pozmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə, yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, Təqsirləndirilən ş əxs1 və Təqsirləndirilən şəxs2 birgə cinayəti törətmək üçün silahı birgə əldə etmişlər və bundan sonra da onların əlbirliyi davam etmişdir. Yuxarıda istinad edilən Plenum Qərarındakı izahdan da hər iki təqsirləndirilən şəxsin əməlinin birgə icraçılıqla tövsif edilməsinin qanuniliyi şübhəsizdir. Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində başçılığı və iştirakçılığı şahid X40, silahın gizlədildiyi yerdən aşkar edilməsi haqqında tərtib edilmiş protokolla və digər çoxsaylı sübutlar və istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 bu cinayət işi üzrə əməlləri yalnız oğlu Təqsirləndirilən şəxs2 «vur onu, mənlikdir» deməklə sonuncuda cinayət törətmək qətiyyəti yaratmaqdan və «zəngelə, çağır» deyərək qudası X1 zəng edib silah gətirtməsinə nail olmağa təhrikçilikdən ibarət deyildir. Açıq-aşkar faktlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin silahı avtomaşına qoymaqla və bundan oğlunu məlumatlandırmaq kimi hərəkətləri ilə zərərçəkmişin öldürülməsi (həyatdan məhrum edilməsi) prosesində bilavasitə iştirak etmişdir ki, bununla zərərçəkmişin özünü müdafiə etmə imkanını aradan qaldırmaqla məhdudlaşdırmaqla həyatdan məhrum edilməsinə kömək etdiyini dərk etmiş və bunu arzu etmiş və belə nəticəni arzu etmişdir ki, o cinayətin birgə icraçısı və təşkilatçısı sayılır. Göründüyü kimi, apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və əsassız olması tam müəyyən olunur. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərdən əlavə. Təqsirləndirilən şəxs1 bilavasitə cinayətin təşkilatçısı və icraçısı olması ilə bağlı həm də aşağıdakı mühüm xüsusiyyətləri nəzərə almamışdır. Şikayətdə bundan başqa, göstərilmişdir ki, məhkəmə hökmdə həmçinin cinayətin digər iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs1 qudası, Təqsirləndirilən şəxs2 isə qayınatası olan Bəxtiyar İsgəndərovun hadisənin törədilməsində istifadə edilən odlu və heç bir sənədi olmayan silahı cinayətkarların tapşırığına əsasən gətirilməsi faktının müəyyən olunmasına baxmayaraq araşdırılması və Şahid6 əməlinə hüquqi qiymət verilərək, cinayət məsuliyyətinə cəlb olunması üçün hər hansı tədbir görməmişdir. İş üzrə çoxsaylı şəxslərin əməllərində bilə-bilə yalan ifadə vermə, cinayətin törədilməsinə kömək etmə və s. cinayət tərkibli hallar aşkar edilsə də, məhkəmə bu halların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsini təmin etməmişdir. Apellyasiya məhkəməsi isə bu hallara qiymət vermək əvəzinə, qanunsuz olaraq hansısa səbəblərdən Təqsirləndirilən şəxs1 vəziyyətini yüngülləşdirmək üçün bütün mümkün vasitələri etmişdir: onun əməlini qanunsuz olaraq yüngül maddəyə tövsif etmiş, barəsində mümkün olan ən yüngül cəzanı təyin etmişdir. Qeyd olunanları nəzərə alaraq zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi hissəsində dəyişdirərək, onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, cinayətin digər iştirakçılarının ifşa edilməsi, Təqsirləndirilən şəxs1 və digər cinayətkarların cinayətkar əməllərini ört-basdır etməyə cəhd etmiş və buna demək olar ki, nail olmuş hüquq-mühafizə və proku rorluq orqanı əməkdaşlarının, həmçinin digər vəzifəli şəxslərin barəsində tədbir görülməsi üçün və insanı həyatdan məhrum etmə kimi xüsusilə ağır cinayətin iştirakçılarını gizlətmək və örtbasdır etmək məqsədilə bilə-bilə yalan ifadə vermiş şahidlərin barəsində cinayət işi başlanması və barələrində tədbir görülməsi üçün xüsusi qərar çıxarılmaqla bu materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə onun heç bir təqsiri yoxdur, ona qarşı verilən ifadələr qərəzli olmaqla əsassızdır, ibtidai istintaq və məhkəmə istintaqı sübutları düzgün araşdırmamış, ona görə də apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, müdafiəçi N.S.Hacıyevin məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətinin təmin olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin olunmaması, zərərçəkmiş şəxsin hüquqi varisi X10, onun nümayəndəsi E.Ş.Şükürov, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin tam şəkildə, dövlət ittihamçısının isə zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin yalnız cəza hissəsində təmin edilməsi, məhkumun kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxsi n hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilməli, məhkumun kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli qərarı isə məhkum Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs1 kassasiya şika yətində ona bəraət verilməli olduğu iddia edilir və bunla bağlı bir sıra dəlillərə istinad olunur. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində isə Təqsirləndirilən şəxs1 cinayətin təşkilatçısı və birgə icraçısı olduğu, onun və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət işinin bu xüsusatı baxımından tövsif edilməli olduğu iddia edilir. Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətlərinin həmin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirlərinin təsdiq edilməsi və əməllərinin tövsifi ilə bağlı gəldiyi nəticəni qərarda işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bunlarla əlaqədar aşağı dakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İsayev Nəsimi Vələd oğlu, digər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, adları qeyd edilən şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinin məğzində təqsirləndirilən şəxslərin əməllərinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticənin düzgün olmaması, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrlə bəraət verilməsi, Təqsirləndirilən şəxs2 da əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsi dayanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İsayev Nəsimi Vələd oğlu, digər Təqsirləndirilən şəxs1 və onun müd afiəçisi X7 tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlillərini iş üzrə qanuni üsullarla toplanmış, tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla – zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş materialları və işin digər halları ilə tam təkzib edildiyini nəzərə alaraq hesab edir ki, həmin apelyasiya şikayətlərinin Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrlə bəraət verilməsi, Təqsirləndirilən şəxs2 da əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsi barədə dəlilləri əsassızdır, ona görə də, həmin apelyasiya şikayətləri təminedilməməlidir. Lakin məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsini apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamış və aşağıda göstərilən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir. Hər bir sübutmənsubiyyəti,mümkünlüyü,mötəbərliyiüzrəqiymətləndirilməlidir. Məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq olunmuş hər bir sübutu ayrı-ayrılıqda və bir-biri ilə müqayisəli şəkildə yoxlayaraq onların biri-birinə tam uyğun gələn və cinayət prosessual qanunvericiliyinə uyğun olan üsulla mötəbər mənbədən əldə edilən sübutlar olmasını nəzərə alaraq həmin sübutları mümkün və mötəbər sayır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutlara əsasən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,120.2.1, 32.3,120.2.2 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.2-ci maddələri, Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə olan ittihamın tam sübuta yetirilməsinə dair qənaətə gələrək onların əməlini müvafiq olaraq həmin maddələrlə tövsif etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin halları ilə razılaşsa da, birinci instansiya məhkəməsinin gə ldiyi nəticələr cinayət işinin hallarına uyğun gəlmədiyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə digər şəxsin qəsdən həyatdan məhrum edilməsini təşkil etməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,120.2.1 və 32.3,120.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxsi qəsdən həyatdan məhrum etməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmələri barədə nəticəyə gəlməsi cinayət işi üzrə toplanmış sübutlara, işin hallarına və Azərbaycan Respublikası CM-nin 3 4-cümaddəsinintələblərinəəsaslanmır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cinayətin təşkilatçısı kimi qəbul etməklə həm onun, həm də Təqsirləndirilən şəxs2 əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə kimi tövsif etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinin müqayisəsindən görünür ki, CM-nin 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında c inayətin törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-nin 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsi onun iki və ya daha çox icraçısının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. «Qabaqcadan əlbir olan bir qrup şəxs»in məhz birgə icraçılığını ehtiva edən iştirakçılığın növü olması «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun qər arından irəli gələn qənaətdir. Belə ki, həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, «özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz.» Cinayətin icra edilməsi dedikdə isə onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Təhlil edilən cinayətin əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin dispozisiyasına görə həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektivcəhətiniqəsdəndigərşəxsinhəyatdanməhrumedilməsitəşkiledir. Bu o deməkdir ki, şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun qəsdən adam öldürmə cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri digər şəxslə (şəxslərlə) birgə icra etməsi, yəni bilavasitə sözügedən ictimai təhlükəli nəticənin əldə olunmasına (digər şəxsin qəsdən həyatdan məhrum edilməsinə) yönələn hərəkətlər etməsi (özünün zərərçəkmiş şəxsə zərbə vurması, digər şəxsin zərbə vurmasına kömək etməsi, məsələn zərərçəkmiş şəxsi tutub saxlaması, başqa yolla müqavimətini qırması, azaltması) tələb olunur. Cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs1 qəsdən adam öldürmə cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri Təqsirləndirilən şəxs2 ilə birgə icra etməsi müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi tövsif edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Hazırkı cinayət işi üzrə bir inci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini tövsif edərkən bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 X4 qəsdən öldürmək məqsədilə oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında sonuncuya «vur onu mənlikdir», «zəng elə, çağır» deyərək qayınatası X1 zəng edib silah gətirməsi və X4 həyatdan məhrum etmək barədə göstərişlər verərək Təqsirləndirilən şəxs2 daxili qətiyyət yaratmış, X1 həmin tarixdə saat 22 radələrində idarə etdiyi «Mercedes190» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində kafenin qarşısına gətirdiyi zavod üsulu ilə istehsal edilmiş «Vinçester» tipli «Akkar TS 870» modelli 12 mm kalibrli istifadəyə yararlı ov tüfəngini ondan alıb orada saxladığı, özünə məxsus «Toyot a Land Cruiser» markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuş və sonra həmin silahı götürüb X4 vurmaq istəsə də, kafenin qarşısında olan X2 münaqişəyə müdaxilə edib silahı avtomobildən götürməsinə imkan verməməsinə görə tüfəngi avtomobilin yük yerində saxlamaqla avtomobilin açarını oğlu Təqsirləndirilən şəxs2 verib ona X4 həmin silahla öldürməyi tapşırıb X1 idarə etdiyi avtomobildə çayxanadan uzaqlaşmışdır. Yəni Təqsirləndirilən şəxs1 silahı özünə məxsus avtomobilə qoyaraq, sonra da avtomobilin açarını oğlu Təqsirləndirilən şəxs2 verməsinə görə o, cinayətin təşkilatçısı kimi qəbul edilmiş və onların əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmə kimi tövsif edilmişdir. Baş vermiş hadisənin birbaşa şahidlərindən olan Zərərçəkmiş şəxs1, şahidlər Şahi d1 və Şahid2 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs1 özünə məxsus «Land Cruiser» markalı avtomobilə oturan zaman X4 avtomobilin açarını Məhkum1 əlindən alaraq «sən sərxoşsan, açarı ver mənə, avtomobil mənə lazımdır» demiş, bundan sonra Məhkum1 avtomobildən düşmüş və qudası X1 avtomobilinə minərək çıxıb getmişdir. Bundan sonra, X16 avtomobilinin açarını onun oğlu Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 də «Toyota Land Crusier» markalı avtomobilə minərək çıxıb getmişdir. Göründüyü kimi, işin faktiki halları ilə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə arasında uyğunsuzluq olmuş, X4 qəsdən öldürülməsinin təşkil edilməsində istifadə olunan Təqsirləndirilən şəxs1 silahı öz avtomobilinə qoyub açarı oğlu Təqsirləndirilən şəxs2 verməsi öz təsdiqini tapmamışdı r. Azərbaycan Respublikası CM-nin 32.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş şəxs hesab edilir. Cinayətin təşkil edilməsi həmin cinayətin planlaşdırılması, cinayətin edilməsi üçün iştirakçıların tapılması, onların təlimatlandırılması, onların fəaliyyətlərinin əlaqələndirilməsi, istiqamətləndirilməsi və cinayəti təşkil etməyə yönəldilmiş sair hərəkətlərin törədilməsi nəzərdə tutulur. Cinayətin edilməsinə rəhbərlik etmə isə bilavasitə cinayətin törədilməsi prosesində iştirakçıların fəaliyyətinə rəhbərlik etmək və cinayətin edilməsinə başçılıq etmək hərəkətlərində ifadə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tərəfi ndən törədilmiş cinayətin təşkil edilməsinə yönələn hərəkətləri törətməsi və ya həmin cinayətin edilməsinə rəhbərlik etməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs2 «vur onu, mənlikdir», «zəng elə, çağır» deyərək qaynatası X1 zəng edib silah gətirməsini deyərək Təqsirləndirilən şəxs2 daxili qətiyyət yaratması həm ibtidai istintaq zamanı əldə edilmiş, həm də məhkəmə baxışında tam, hərtərəfli və obyektiv olaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş materialları və işin digər halları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hə də-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət qanunvericiliyinin mənası baxımından cinayətə təhrik etmə başqasında cinayət törətmək qətiyyəti yaradan fəaliyyətdir. Təhrikçilik üçün başqa şəxsdə cinayət törətmək qətiyyəti yaratmağa yönəldilmiş hərəkətlərin edilməsi, bunun nəticəsində həmin şəxsdə cinayəti etmək qətiyyətinin yaranması və təhrik olunan şəxsin cinayət törətmək qətiyyətini tam və ya qismən həyata keçirməsi (heç olmaz, cinayətə hazırlıq hərəkətlərini etməsi) tələb olunur. Təhrikçilik hərəkəti subyektiv cəhətdən aşağıdakı ünsürləri nəzərdə tutur: -təhrikçi hərəkətləri ilə şəxsi (şəxsləri) cinayət törətməyə sövq etdiyini dərk edir; -başqalarının törətməyə sövq etdiyi əməlin cinayət xarakterini dərk edir; birgə fəaliyyət nəticəsində törədiləcək əməlin ictimai təhlükəli nəticəsini əvvəlcədən görür; - bunları arzu edir. Təhrikçilik funksiyası özünün obyektiv və subyektiv əlamətlərinə görə təşkilatçılıqdan və icraçılıqdan fərqlənir. Təhrikçi cinayətin törədilməsində bilavasitə iştirak etmir. Həm də təhrikçilik hərəkətləri cinayət başlayana qədər mümkündür. Hazırkı cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs1 «vur onu, mənlikdir» deməklə oğlu Təqsirləndirilən şəxs2 cinayət törətmək qətiyyəti yaratmış, «zəng elə, çağır» deyərək Təqsirləndirilən şəxs2 qayınatası X1 zəng edib silah gətirtməsinə nail olub təhrik etdiyi Təqsirləndirilən şəxs2 cinayət törətmək qətiyyətini qismən həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 həmin bu hərəkətləri edərkən oğlu Təqsirləndirilən şəxs2 heç bir əsasl ı səbəb olmadan X4 öldürməyə sövq etdiyini dərk etmiş, bu əməlin xarakterini və ictimai təhlükəlilik nəticəsini əvvəlcədən görərək bunları arzu etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 əməli cinayət qanunverciliyinin mənası baxımından təhrikçilik funksiyasının obyektiv və subyektiv əlamətlərinin özünü əks etdirir. Ona görə də Təqsirləndirilən şəxs1 əməlində digər Təqsirləndirilən şəxs2 ilə birgə iştirakçılıq - baş vermiş cinayətin təşkil edilməsi mövcud deyil və bu xüsusat, eləcə də, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə ilə bağlı xüsusat onlara elan edilmiş ittihamdan xaric edilməlidr. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi Təqsirləndirilən şəxs2 ittihamından, Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 32.3,120.2.1-ci maddəsi Təqsirləndirilən şəxs1 ittihamından xaric edilməli, eyni zamanda Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,120.2.2-ci maddəsindən həmin Məcəllənin 32.4,120.2.2-ci maddəsi ilə tövsif olunmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs1 təqsirliliyin sübuta yetirilməsi, onun və Təqsirləndirilən şəxs2 əməllərin tövsifinə dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək geniş və ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin həmin mövqeyi iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətlərin dəlilləri də həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas vermir. Təqsirləndirilən şəxs1 şikayətində bir neçə dəlilə istinad edilmişdir ki, onlar işin mahiyyəti üzrə düzgün həll edilmədiyi qənaətinə gəlməyə əsas vermir, sonuncunun təqsirsiz olmasına dəlalət etmir. Həmin dəlillərlə əlaqədar qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə bütün sübutları ətraflı təhlil etmiş, onlara verilmiş qiymətin (birinci instansiya məhkəməsi tərəfindən) düzgünlüyünü yoxlayaraq yuxarıda göstərilən nəticələrə gəlmişdir. Təqsirləndirilən şəxs1 şikayətində ona bəraət verilməli olduğu iddia edilir. Məhkəmə tərəfindən bəraət verilməsi məsələləri Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsi ilə tənzimlənir. Həmin normada göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsind ə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Təqsirləndirilən şəxs1 şikayətinin dəlillərinin və iş üzrə sübutların təhlili göstərir ki, şikayətdə elə bir dəlilə istinad olunmamışdır ki, həmin normada nəzərdə tutulmuş halların mövcud olduğu qənaətinə gəlməyə əsas versin. Sübutlarda da belə məlumat əks etdirilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətində də elə bir dəlil göstərilməmişdir ki, Təqsirləndirilən şəxs1 cinayətin təşkilatçısı və ya icraçısı olduğu, onun və Təqsirləndirilən şəxs2 əməllərinin düzgün tövsif edilməməsi qənaətinə gəlməyə əsas versin, apellyasiya məhkəməsinin bu məsələlərlə bağlı mövqeyinin düzgün olmadığ ına dəlalət etsin. Həmin şikayətdə Şahid6 da cinayət məsuliyyətinə cəlb edilməli olduğu iddia edilir. Bunlarla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İş materiallarından görünür ki, hazırkı iş üzrə Şahid6 ittiham verilməmişdir. Bu səbəbdən və yuxarıda göstərilən normaların tələbləri baxımından Şahid 6 təqsirli olubolmadığı barədə fikir söyləmək məhkəmə kollegiyasının səlahiyyətlərindən kənardır. Zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətində cəza təyini məsələsi üzrə dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs3 onun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun cəza təyin edilmişdir. Apellyasiya məhkəməsinin qərarında göstərildiyi kimi, o ilk dəfə az ağır cinayət törətmiş, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqları vardır, cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində birbaşa nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcud olması ona CM-nin 221.2.1-ci maddəsində nəzərdə tut ulmuş islah işləri növündə cəza təyin edilməsinə əsas verir. Həmin cəza Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğundur və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olunmasını təmin edən cəzadır. Odur ki, apellyasiya məhkəməsinin bu məsələdə mövqeyinin şübhə altına almağa əsas yoxdur, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin dəlilləri də bina əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respub likası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Təqsirləndirilən şəxs1 cəza təyini məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi ona cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 58.3 və 64.1-ci maddələrinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi ha llarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində qeyd olunmuşdur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 64.1-ci maddəsində təsbit olunmuşdur ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci qeyd olunmuşdur ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayətin icraçısı olmasa da, iş materiallarından göründüyü kimi, onun cinayətin törədilməsində rolu əhəmiyyətli olmuşdur. Qəsdən adam öldürmə cinayəti bilavasitə onun göstərişləri və tapşırıqları ilə törədilmişdir. Bu hallar ittihamın özündə qeyd olunmuş və qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilərək qiymətləndirilmiş sübutlarla, onlarda olan məlumatların məcmusu ilə təsdiq edilmişdir (apellyasiya məhkəməsi də ittihamın bu hissəsi ilə razı olmadığını qərarında göstərməmiş, ittihamın məzmunundan “göstərişlər verərək”, “onun tapşırıqlarını icra edən” sözlərini çıxarmamışdır). Apellyasiya məhkəməsi isə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.4,120.2.2-ci maddəsinin sanksiyasının aşağı həddində cəza təyin edərkən onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə aid olan bu xüsusatları, ümumiyyətə, əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində göstərilən əsaslar mövcuddur (məhkum Təqsirləndirilən şəxs1 aid hissədə). Odur ki, apellyasiya məhkəməsinin qərarı (məhkum Təqsirləndirilən şəxs1 aid hissədə) əsassız olduğundan ləğv edilməli, Təqsirləndirilən şəxs1 kassasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayət i isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 32.4,120.2.2, 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs3 barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X10 və nümayəndəsi Şükürov Elxan Şükür oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə məhkum Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilsin və c inayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 və nümayəndəsi Şükürov Elxan Şükür oğlu ilə birlikdə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-59/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-59/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver