Məhkəmə qərarları › İş №1(102)-59/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-59/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-59/2021 05.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakim Rəşad Abdulov) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndir ilən şəxs1 təyin edilmiş 02 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəza çəkmə müddətinin əvvəlinin xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmiş, xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxx 2010-cu il tarixdən xx xxxx 2013-cü il tarixədək Sabunçu rayon Mənzil-Kommunal Təsərrü fatı Birliyinin 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyən tanışı Şahid1 (Şahid1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-160/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə məhkum edilmişdir) və qeyriləri ilə bir qrup şəxs halında qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Şahid1 2012-ci ilin yaz aylarında təsadüfən tanış olduğu Masallı rayon sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentinə müraciət etdiyini bildikdən sonra, Şahid1 Zərərçəkmiş şəxs1 özünü təqdim edərək geniş əlaqələrinin və yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib, onu müəyyən məbləğdə pulun müqabilində qeyd olunan şirkətə yüksək əmək haqqı ilə işə düzəlməsinə köməklik edəcəyinə dair yaland an vədlər verib, sonuncunu öz iş yerinə dəvət etməklə onda özünə qarşı inam formalaşdırmağa nail olaraq qısa müddət ərzində Zərərçəkmiş şəxs1 Şahid1la aralarında yaranmış münasibətlərə, eləcə də qulluq mövqeyinə görə Zərərçəkmiş şəxs1 Şahid1 olan inam və etimadından istifadə edərək, 2012-ci ilin aprel ayında ünvan 2 ünvanında yerləşən 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin qarşısında Zərərçəkmiş şəxs1 Şahid1 vasitəsilə 8500 (səkkiz min beş yüz) manat məbləğində pulunu alaraq sonuncu və qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdikləri əməlləri ört-basdır etmək, etdikləri qanunazidd əməllərə görə məsuliyyətdən yayınmaq məqsədilə özlərinin etibarlı və verdikləri vədə əməl edən şəxs olmaları, həmçinin həmin məsələni şəxsən həll edəcəyi görüntüsü yaratmaqla, Zərə rçəkmiş şəxs1 məxsus xeyli miqdarda əmlakı qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, təkrarən, eyni məqsədlə, xx xxxx 2013-cü il tarixdən xx xxxx 1015-ci il tarixədək Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Mənzil Fondunun İstismar şöbəsinin müdiri vəzifəsində işləyən Şahid1 (Şahid1 Bakı səhəri Nizami rayon Məhkəməsinin 1(007)-160/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə məhkum edilmişdir) və qeyriləri ilə bir qrup şəxs halında qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, binanın yaxınlığında yerləşən qeyriyaşayış sahəsini qohumu Şahid3 adına sənədləşdirilməsinə kömək etmək üçün Şahid1 müraciət etmiş Bakı şəhər sakini olan sonuncu nun bərbər kimi tanıdığı Zərərçəkmiş şəxs2 Sırac oğluna müəyyən məbləğdə pulun müqabilində həmin qeyri-yaşayış sahəsinə görə məhkəmə qərarı alacağına və həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququna dair çıxarış alacağına dair Şahid1 vasitəsi ilə yalandan vəd verib aldadaraq, qulluq səlahiyyətlərinə, eləcə də eralarında olan münasibətlərə görə Zərərçəkmiş şəxs2 Şahid1 olan inam və etibarından istifadə etməklə sonuncunun 2014-cü ilin sentyabroktyabr ayında Zərərçəkmiş şəxs2 Bakı səhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində müxtəlif ünvanlarda aldığı 2000 manat, 9000 manat və 2000 manat olmaqla, ümumilikdə 13000 (on üç min) manat məbləğində pulu Şahid1 və qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdikləri əməlləri ört-basdır etmək, etdikləri qanunazidd əməllərə görə məsuliyyətdən yayınmaq məqsədilə özlərinin etibarlı və verdikləri vədə əməl edən şəxs olmaları, həmçinin həmin məsələni özünün "həll edəcəyi görüntüsü yaratmaqla qabaqcadan əlbir olduğu bir qrup şəxslə Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1, təkrarən, eyni niyyətlə xx xxxx 2013-cü il tarixdən xx xxxx 2015-ci il tarixədək Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Mənzil Fondunun İstismar şöbəsinin müdiri vəzifəsində işləyən Şahid1 (Şahid1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-160/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il t arixli hökmü ilə məhkum edilmişdir) və qeyriləri ilə bir qrup şəxs halında qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarış alınması üçün Şahid1 müraciət etmiş qonşusu Zərərçəkmiş şəxs3 müəyyən məbləğdə pulun müqabilində həmin yaşayış sahəsinə görə məhkəmə qərarı alacağına və həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququna dair çıxarış alacağına dair Şahid1 vasitəsilə yalandan vəd verib aldadaraq, qulluq səlahiyyətlərinə, eləcə də aralarında olan tanışlıq münasibətlərə görə Zərərçəkmiş şəxs3 Şahid1 olan inam və etibarından istifadə etməklə, sonuncunun ünvanın qarşısında 2015-ci ilin fevral ayının əvvəlində 11.157,98 manata bərabər 12.950 ABŞ dolları və 2015ci ilin mart-aprel aylarında hissə-hissə olmaqla 4000 manat olmaqla, ümumilikdə 14.157,98 manat məbləğində Zərərçəkmiş şəxs3 aldığı pulu, Şahid1 və qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdikləri əməlləri ört-basdır etmək, etdikləri qanunazidd əməllərə görə məsuliyyətdən yayınmaq məqsədilə özlərinin etibarlı və verdikləri vədə əməl edən şəxs olmaları, həmçinin ismin məsələni özünün həll edəcəyi görüntüsü yaratmaqla qabaqcadan əlbir olduğu bir qrup şəxslə Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid qəsdlə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, təkrarən, eyni məqsədlə Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halın da qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, qohumu Zərərçəkmiş şəxs5 FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə işə düzəltmək üçün tanışı Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınsöndürən vəzifəsinə işə düzəltmək imkanlarının olmasını, həmin məsələni müəyyən məbləğdə pulun müqabilində həll edəcəyini Təqsirləndirilən şəxs2 vasitəsilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2la aralarında qısa müddət ərzində yaranmış münasibətlərə, eləcə də qulluq mövqeyinə görə sonuncuya olan inam və etimadından istifadə edərək, Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs4 2013-cü ilin dekabr ayında ünvan 5 ünvanında yerləşən Nizami Telefon Qovşağının inzibati binasının qarşısında 5000 manat aldıqdan sonra, Zərərçəkmiş şəxs5 işə qəbulla bağlı müxtəlif komissiyalardan keçirtmək adı ilə bir neçə dəfə yaşadığı Xaçmaz rayonundan Bakı şəhərinə dəvət edib, sonuncudan idman komissiyasından və tibbi müayinədən keçib müsbət rəylər alınması üçün 2013-cü ilin dekabr və 2014-cü ilin yanvar ayında Bakı şəhərinin, Xətai, Nəsimi və Binəqədi rayonlarının ərazisində müvafiq olaraq 100 at, 200 manat, 150 manat və 70 manat olmaqla cəmi 520 manat məbləğində pulunu almış, daha sonra Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 iş məsələsinin hansı səbəbdən həll olunmaması ilə iradlarını bildirdikdə, sonuncunun işə qəbulla bağlı əmrinin verilməsi üçün Zərərçəkmiş şəxs4 xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən kinoteatrının qarşısında daha 3500 manat pulunu alıb, vahid niyyətlə Zərərçəkmiş şəxs4 məxsus xeyli miqdar təşkil edən 8500 manat məbləğində pulu və Zərərçəkmiş şəxs5 məxsus 520 manat məbləğində pulu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1, təkrarən, eyni məqsədlə işə düzəlmək üçün Azər adlı tanışı vasitəsilə ona müraciət etmiş Zərərçəkmiş şəxs6, onu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin yol patrul xidməti inspektoru vəzifəsinə işə qəbul etdirmək imkanına malik olmasına, həmin məsələni müəyyən məbləğdə pulun müqabilində həll edəcəyinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs6lə aralarında qısa müddət ərzində yaranmış münasibətlərə görə sonuncunun ona olan inam və etibarından istifadə edib, ondan 2015-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində 5000 manat, iyun ayında Xətai rayonu, Babək prospektində yerləşən “Bazarstore" marketinin qarşısında avtodayancaqda 5000 manat, sentyabr ayında Nərimanov rayonu, Aşıq Alı küçəsində 5500 manat pulunu almış, sonradan onun təyinatını Salyan rayonuna saldırmaq adı ilə Zərərçəkmiş şəxs6 həmin ilin noyabr ayında Nərimanov rayonu, Təbriz küçəsində daha 2000 manat məbləğində pulu almaqla, ümumilikdə sonuncuya məxsus xeyli miqdar təşkil edən 17.500 manat məbləğində pulu vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ona CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, o, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. ilk dəfə məhkum olunmuş, ailəlidir, 20 ilə yaxın müddətdə penitensiar xidmət sahəsində qüsursuz xidmət etmişdir. Məhkum hesab edir ki, kassasiya şikayətində sadaladığı yüngülləşdirici hallar nəzərə alınmaqla onun barəsində daha yüngül cəza təyin oluna bilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti və ona əlavənin də lillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayəti və ona əlavənin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, kassasiya şikayəti və ona əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddəd ən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə ittihamın əsası deyil, yalnız cəzanın ağır olm ası mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs1 təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin ayrı-ayrı epizodları üzrə əməllərinin hüquqi qiymətləndirməsi zamanı səhvə yol vermişdir. Belə ki: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ittiham edildiyi birinci epizod üzrə cinayəti 2012-ci ilin aprel ayında törətmişdir, yəni 2012-ci ilin aprel ayında ünvan 2 ünvanında yerləşən 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin qarşısında Zərərçəkmiş şəxs1 Şahid1 vasitəsilə 8500 (səkkiz min beş yüz) manat məbləğində pulunu alaraq, Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda əmlakı qabaqcada n əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsi - müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin şərtlərini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə görə az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 178.2-ci maddəsinin sanksiyasında “dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə” cəzaları nəzərdə tutulur. CM-nin 15.3-cü maddəsinə görə “Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəz ərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.” CM-nin 75.2-ci maddəsinə görə “Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır”. Azərbaycan Respublikası CPM-in 358.2-ci maddəsi - Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. CPM-in 389.1-ci maddəsi - Birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minm əsini dayandırır. CPM-in 407.2-ci maddəsi - Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ilk epizod üzrə cinayət əməlini 2012-ci ilin aprel ayında törətmiş, onun barəsində apellyasiya instansiyası məhkəməsinin yekun qərarı isə xx xxxx 2019-cu ildə, yəni qanunla müəyyən edilmiş yeddi il müddət keçdikdən sonra qüvvəyə minmişdir. Beləliklə də, xx xxxx 2019-cu ildə Təqsirləndirilən şəxs1 birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi həmin epizod üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilərək cəza təyin edərkən cinayət qanunun normalarını nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 2012-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edərək onun 8500 (səkkiz min beş yüz) manat pulunu ələ keçirib xeyli miqdarda ziyan vurması epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq onun həmin epizod üzrə cəzalandırılmasına dair müddəalar apelyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməlidir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası m əhkum Təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azad lıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, məhkumun ittiham olunduğu birinci epizod üzrə, yəni "2012-ci ilin aprel ayında ünvan 2 ünvanında yerləşən 44 saylı Mənzil Kommunal İstismar Sahəsinin qarşısında Zərərçəkmiş şəxs1 Şahid1 vasitəsilə 8500 (səkkiz min beş yüz) manat məbləğində pulunu alaraq sonuncu və qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdikləri əməlləri ört-basdır etmək, etdikləri qanunazidd əməllərə görə məsuliyyətdən yayınmaq məqsədilə özlərinin etibarlı və verdikləri vədə əməl edən şəxs olmaları, həmçinin həmin məsələni şəxsən həll edəcəyi görüntüsü yaratmaqla, Zərərçəkmiş şəxs1 məxsus xe yli miqdarda əmlakı qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir" epizodu müddətin keçməsi ilə bağlı onun həmin epizod üzrə cəzalandırılmasına dair müddəalar apelyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməli olduğundan məhkuma təyin edilmiş cəza da yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şik ayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs1 2012-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edərək onun 8500 (səkkiz min beş yüz) manat pulunu ələ keçirib xeyli miqdarda ziyan vurması epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq onun həmin epizod üzrə cəzalandırılmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu tarixli qərarından xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) ildən 2 (iki) il 9 (doqq uz) aya endirilsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar