Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-59/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubli kası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şirvan Şəhər Məhkəməsinin (hakim: X4) 01 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1991-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddə sinə əsasən ibtidai istintaq zamanı 13 aprel 2020-ci il tarixdən 15 aprel 2020-ci il tarixədək həbsdə saxlanılma müddəti nəzərə alınmaqla, təyin edilmiş cəzadan 3 gün çıxılmaqla qəti olaraq ona 5 (beş) ay 27 (iyirmi yeddi ) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 01 sentyabr 2020-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X9 ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,940 qram çəkidə olan tünd qəhvəyimtil rəngli, spesifik iyli, qətrana bənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 13.04.2020-ci il tarixdə saat 20:00 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən “Salyan dairəsi” adlanan yerin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan tiryək əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə aşkar o lunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini vurğulamışdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiya məhkəməsində cinayət işi üzrə araşdırma aparılan zaman işin faktiki halları araşdırılmamış, şəxsin əməlində cinayət əməlinin bütün tərkib əlamətlərinin olubolmaması müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin təqsirsizliyini sübut edən kifayət qədər dəlillər müəyyən edilsə də, məhkəmə həmin halları araşdırmamış. Bununla bağlı apellyasi ya instansiyası zamanı verdiyimiz vəsatətlər də nəzərə alınmamışdir. Apellyasiya məhkəməsi dəlillərimizi təkzib edəcək hər hansı əsas göstərmədən hökmü qüvvədə saxlamışdır. Belə ki, məhkəmələr təqsirləndirilən şəxsin verdiyi ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymət verərək, ifadədəki xüsusatlara heç bir qiymət verməmişdir. Halbuki, bu ifadələr özlüyündə verilmiş ittihamı təkzib etmək üçün kifayət qədər əsasları formalaşdırır. Təqsirləndirilən şəxsin iş materiallarında olan ifadələrindən də müəyyən olunur ki. polis əməkdaşları hədə-qorxu gələrək ifadəsində göstərdiyi avtomobilin sahibi və onunla birlikdə həmin avtomobildə olan digər şəxslərin külli miqdarda narkotik vasitə ilə tutulduğunu, Röyalın da dünən onlarla birgə eyni avtomobildə gəldiyi üçün bir qrup şəxs halında davrandıq larını rəsmiləşdirəcəkləri ilə hədələmiş, ən rahat yolun kamera qarşısında cibindən az miqdarda narkotik vasitə çıxdığını etiraf etməsi olduğunu bildirmişlər. Əks halda 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalanacağı ilə hədələnmişdir və belə olan halda, qorxduğu üçün üzərində narkotik vasitə çıxdığını etiraf etmişdir. Halbuki, orada olan zaman təqdim edilən şəxsin sonradan vəkili olduğunu bilmiş, problemin mahiyyətini deməyə adam tapmamışdır. Bundan əlavə, 03 iyun 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şirvan Şəhər X6 X18 Diaqnostik Laboratoriyasının narkoloji testinin nəticələrindən görünür ki, Məhkum bütün göstəricilər neqativ çıxmışdır və narkotik vasitələrin istifadəçisi deyil. Bundan başqa, məhkəmə ittihamın əsaslılığını hökmdə əks etdirən z aman təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış etmə haqqında 01 iyul 2020-ci il tarixli protokolda elan olunmuş ittihamla özünü təqsirli bilməməsini, cinayət işinin məhkəməyə göndərilməsinə etirazının olmamasına istinad etmişdir. Halbuki, təqsirləndirilən şəxs orta təhsillidir və ona yalnız cinayət işinin materiallarının məhkəməyə göndərilməsi hüququ izah olunmuş, tanış olma protokolunda müvafiq qeyd və ya vəsatət vermə hüququ izah edilməmişdir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, məhkəmə istintaqı aparılmaqla hadisənin baş verməməsi sübut olunduğu və təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət hökmü çıxarılmalı idi. Kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiə tərəfinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prot estinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi ü zrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahidlərin ifadələri, məhkəmə fiziki-kimyəvi, narkoloji ekspertiza rəylərinə, işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. İş materiallarından görünür ki, Apellyasiya məhk əməsi qərar qəbul edərkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür.Belə ki,, məhkəmə kollegiyası şahid qismində ifadə vermiş Şirvan şəhər PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən X10, X2 ifadələrini, təqsirləndirilən şəxs Məhkum üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxışın nəticələrini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 14.04.2020-c i il tarixli, 18/443 №-li rəyini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 X12 Narkoloji tibbi yoxlamanın 10 iyun 2020-ci il tarixli 1556 №-li rəyini, 13.04.2020-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolunu, istintaq və məhkəmə hərəkətlərini ehtiva edən protokolları tədqiq edərkən müəyyən etmişdir ki, Məhkum oğlunun qeyd edilən cinayət əməlini törətməsi həmin dəlillərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmi n Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-59/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-59/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver