Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-590/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkumun müdafiəçisi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Muradov Ədalət Qəzənfər oğlunun iştirakları ilə xx xxxxxx 1986-cı ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış və hal ha zırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Muradov Ədalət Qəzənfər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev ( sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum – Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin X11, X10, X7, X8 da təqsirli bilinərək məhkum olunmuşlar. Məhkəmənin həmin hökmündən məhkumlar Məhkum, X7 və X8 tərəfindən apellyasiya şikayətləri, Məhkum müdafiəçis i tərəfindən apellyasiya şikayətinə əlavə verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.H.Əhmədov, hakimlər: R.M.Cəfərov və F.K.Soltanov) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən 02 ədəd polietilen, 01 ədəd folqa material bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə olan 5,336 qram metamfetamini, narkotik vasitə olan təmiz halda çəkisi 02 ədəd polietilen material bükümlərdə qablaşdırılmış 2,795 qram tiryəki, 01 əd əd damalı kağızda, 01 ədəd sellofan material bükümdə qablaşdırılmış narkotik vasitə olan təmiz halda çəkisi 1,337 qram heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb daşımış, bundan başqa, o, təkrarən, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Saleh adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı, İran İslam Respublikası vətəndaşları X11, X7, X10 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı razılıq əldə etmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olara q cinayətkar qrupun üzvləri, İran İslam Respublikası vətəndaşları X7 və X10 qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikasında 01 ədəd bağlamada 02 ədəd polietilen bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik vasitələr-təmiz halda çəkisi 564,483 qram tiryəki, 04 ədəd polietilen material bükümlərdə qablaşdırılmış 1183,962 qram heroini, 02 ədəd sellofan torbada qablaşdırılmış 635 qram qrurudulmuş marixuananı, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda psixotrop maddə olan 01 ədəd çəhrayı rəngli polietilen bükümdə qablaşdırılmış 245,675 qram metamfetamini və 01 ədəd sellofan torbacıqda təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 həbdə "M 40" metadonu qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlamış, xx xxxxxx 2018-ci il t arixdə gecə saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunda yerləşən 19-cu sərhəd zastavasının xidməti sahəsindən, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə daşımaqla gətirmiş və Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində gizlətmişlər. Bundan sonra, əldə olunmuş razılaşmaya əsasən XX1 idarə etdiyi, lakin özünə məxsus Hyundai Elantra markalı ** MV *** dövlət nömrə nişanlı avtomaşınla, cinayətkar qrupun digər üzvü İran İslam Respublikası vətən daşı X11 ilə birlikdə qeyd olunan külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əvvəlcədən razılaşdıqları yerdən qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb daşımaqdan ötrü xx xxxxxx 2018-ci il tarixdə gecə saatlarında Füzuli rayonu Bala Bəhmənli kəndinə gəlib həmin ərazidə gizlədilmiş yerdən qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni götürərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkum hadisə yerində saxlanılarkən ona məxsus Hyundai Elantra markalı ** MV *** dövlət nömrə nişanlı avtomaşının içərisindəki əl çantasından onun istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb daşıdığı Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən 02 ədəd polietilen, 01 ədəd folqa material bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə 5,336 qram metamfetamini, 02 ədəd polietilen material bükümlərdə qablaşdırılmış narkotik vasitə olan təmiz halda çəkisi 2,795 qram tiryəki, 01 ədəd damalı kağızda, 01 ədəd sellofan material bükümdə qablaşdırılmış narkotik vasitə təmiz halda çəkisi 1,337 qram heroini aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla məhkum ol unduğu maddələrdə müəyyən edilmiş aşağı həddən də yüngül cəzanın təyin edilməsi, yaxud da ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsini himayəsində iki nəfər azyaşlı uşağı olduğu üçün CMnin 79.1-ci maddəsinə əsasən uşaqlar 14 yaşına çatanadək təxirə salınması barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razı deyildir. Belə ki, Məhkum ilk dəfə məhkum olunmuşdur və onun himayəsində 2 nəfər azyaşlı uşaqları vardır. Apellyasiya məhkəməsinin qərarında həmin yüngülləşdirici halların nəzərə alındığı qeyd edilsə də, faktiki olaraq nəzərə alınmamışdır. Məhkum uzun müddətli azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, uşaqlar analarının himayəsindən məhrum olmuşlar. Müdafiəçinin fikrincə, məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edib CM-nin 62-ci maddəsini tətbiq etməklə Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulduğundan da yüngül cəza təyin edə bilərdi. Lakin apellyasiya məhkəməsi həmin xüsusatlar üzrə heç bir araşdırma aparmamış və ona görə də düzgün nəticəyə gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ə.Muradovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yən i cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə işin faktiki halları mübahisələndirilmir, yalnız təyin edilən cəzanın sərt olması qeyd edilir. Məhkum barəsind ə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəz a təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınma lıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respub likası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xa rakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisinin ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə icrasının uşaqlarınının 14 yaşına çatana qədər təxirə salınması ilə bağlı kassasiya şikayətindəki dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi, uşaqlar hal hazırda ataları ilə birlikdə yaşayırlar. Bundan başqa işdən göründüyü kimi, Məhkum dəfələrlə İranda və Gürcüstanda səfərlərdə olmuş, uşaqların ataları ilə qalmalarından irəli gələn hər hansı bir problem ortaya çıxmamışdır. Digər bir tərəfdən ona təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınması onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəd ilmiş ağır cinayətdə faktiki iştirakının xarakteri və onun təqsirlilik dərəcəsinə uyğun gəlmir. Onun azyaşlı uşaqlarının olması cəza təyin edilərkən yüngülləşdirici hal kimi nəzərə alınmış, Məhkum ona istinad edilmiş maddələrin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza təyin edilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdir ilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şik ayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-590/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-590/2020
24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver