Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-590/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Qara Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Bədəl Calal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Vüqar İkram oğlu və Neymanov İslam Əkrəm oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1991-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, heç bir y erdə işləməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 93.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilərək onun ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində «Şuşa-Bəhr əmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında 1 (bir) ədəd bükümdə külli miqdarda, 148,511 qram çəkidə narkotik vasitə heroini və 1 (bir) ədəd bükümdə külli miqdarda, 51,761 qram çəkidə psixotrop maddə metamfetamini cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 06 fevral 2022-ci il tarixdə saat 00:25 radələrində cinayətlər barədə xəbərsiz olan Şahid3 idarə etdiyi «Tofaş» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, sonra sürücü Şahid3 görməməsi üçün həmin narkotik vasitə və psixotrop maddələri əynindəki gödəkçənin sol yan cibinə qoyaraq avtomobilə əyləşdikdən sonra gömrük dai rəsi istiqamətində hərəkətdə olarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış, Şahid3 avtomobildən düşüb yol patrul xidməti əməkdaşlarına yaxınlaşmasından istifadə edərək narkotik vasitə və psixotrop maddələrin olduğu bir ədəd sellofan torbanı avtomobildə əyləşdiyi arxa oturacağın arxa tərəfindəki yük yerinə qoyaraq gizlətmiş, rayon polis şöbəsinə gətirildikdən sonra baxış keçirilərkən qeyd edilən külli miqdarda, narkotik vasitə və psixotrop maddələr avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Muradov Ədalət Qəzənfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 01 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Q.M.Məmmədov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxs barəsində cinayət işinin icraatına xitam verilməsi və ya işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: K assasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60 və 63-cü maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına, iş üzrə araşdırılmış sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Q.M.Məmmədov kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunmamış və nəticədə onun məhkəmədə müdafiə hüququ pozulmuşdur. Belə ki, ibtidai is tintaq orqanı tərəfindən toplanmış hər bir sübuta məhkəmə tərəfindən ayrı-ayrılıqda hüquqi qiymət verilməli, Məhkum qarşı irəli sürülmüş ittihamın mahiyyətinin izahı verilməli, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllər toplanmış sübutlar əsasında qarşılıqlı şəkildə təhlil edilməli olduğu halda bu edilməmişdir. Həmçinin aşağı instansiya məhkəmələri Məhkum əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, ziddiyyətli məqamları aradan qaldırmamış və nəticədə əməlin tövsifində səhvə yol vermişlər. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında guya müəyyən edilmişdir ki, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, əldə etdikdən sonra bir hissəsini ozündə saxlaması halı öz təsdiqini tapmışdır. Lakin i ş üzrə sübutlarla Məhkum haradan, hansı qiymətə, kimdən və ya kimlərdən, hansı şəraitdə və nə vaxt, təkbaşına və ya başqa şəxslə (şəxslərlə) birlikdə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddənin əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Halbuki, məhkəmənin qarşısında duran başlıca vəzifə Məhkum tərəfindən törədilmiş əməllərin ona irəli sürülmüş ittihama uyğun olub-olmamasının müəyyən edilməsi, başqa sözlə, onun əməllərinin düzgün tösif edilməsi, eləcə də onun külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edərkən, üzərində daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsindən ibarət olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılığına görə ittiham irəli sür ülsə də, bu ittihamla bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə olunmamışdır. Məhkəmələr Məhkum külli miqdarda heroini və metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirməsi barədə nəticəyə gəlsələr də, səlahiyyətli dövlət orqanı tərəfindən ona ümumvətəndaş pasportunun verilib-verilməməsi, verildiyi halda onun Azərbaycan Respublikasının hüdudlarını tərk edib-etməməsi, ölkəni tərk etmişdirsə onun səfər etdiyi ölkələr arasında İran İslam Respublikasının olub-olmaması, habelə xarici ölkə və ya ölkələrə səfər edərkən onun orada kiminləsə görüşməsi, ünsiyyət saxlaması, xarici ölkə vətəndaşlarından hər hansı əşyanı, o cümlədən narkotik vasitəni və p sixotrop maddəni əldə edib-etməməsi ümumiyyətlə araşdırılmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı və məhkəmələr Məhkum İran İslam Respublikasının vətəndaşı “X” adlı şəxslə və qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz əməllər törətməsi haqda nəticəyə gəlsələr də, “Seyid” adlı şəxsin həqiqətdə mövcud olubolmamasını, olduğu halda onun İran İslam Respublikasının və ya digər ölkənin vətəndaşı olub-olmamasını aydınlaşdırmamış və bu hissədə də yalnız məhkumun ifadələrinə əsaslanmış, Məhkum isə bu xüsusatları təsdiq edən hər hansı bir ifadə verməmişdir. Başqa sözlə, ibtidai istintaq orqanı və məhkəmələr Məhkum ilkin ifadəsində göstərdiyi arqumenti yoxlamadan, yəni “X” adlı şəxsin həqiqətən də mövcud olmasını, Məhkum məhz “X” adlı şəxslə “işgüzar” münasibətdə olmasını aydınlaşdırmadan, habelə “X” adlı şəxsin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ən azından İran İslam Respublikasının səlahiyyətli orqanlarına bu barədə müraciət etmədən təqsirləndirilən şəxsə əsassız şəkildə ağır cinayətləri törətməkdə təqsirli bilmişlər. Məhkəmə istintaqı zamanı Məhkum CM-nin 32.5, 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə bir iştiraka yönəlmiş hər hansı bir qəsdi sübuta yetiriməmiş, bu halı təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Məhkum qarşı irəli sürülmüş ittihamda və onun məhkum olunmasına dair hökmdə isə əsassız olaraq göstərilmişdir ki, “X” adlı şəxs ona zəng edərək Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirtdirəcəyini, narkotik vasitənin b ir hissəsini özünə götürməsini, qalan hissəsini isə onun deyəcəyi yerdən götürüb digər şəxsə çatdırmasını tapşırmışdır Göründüyü kimi, narkotik vasitəni Azərbaycan Respublikasının ərazisinə bilavasitə gətirib konkret yerə yerləşdirən, habelə həmin narkotik vasitəni sonradan ondan götürəcək şəxslərin kim olması barədə hər hansı məlumatı olmayan Məhkum yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayəti kimi qiymətləndirilə bilərdi. Bundan başqa, Məhkum hansısa bir şəxslə narkotik vasitələrin əldə edilməsi ilə bağlı danışıq aparmış olsa belə (ittihama görə, “X” adlı şəxslə) onun əməli CM-nin 206- ci maddəsi ilə tövsif oluna bilməz, çünki o, üzərində aşkarlanmış narkotik vasitə və psixotrop mad dələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsinə yönəlmiş hər hansı bir hərəkət etməmişdir. Şikayət müəllifi həmçinin bildirmişdir ki, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə hökm çıxarılarkən də qanunvericiliyin tələbləri tamamilə pozulmuşdur. İş materialları ilə müəyyən edilir ki, məhkumun nəinki narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmamış, hətta o, bu əşyaların kim tərəfindən götürüləcəyini belə bilməmişdir. Müdafiəçinin qənaətinə görə, bütün toplanmış və araşdırılmış sübutlar Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət olmamış və bu baxımdan onun barəsindəki yekun məhkəmə aktları yalnız mülahizələr üzərində qurulmuşdur. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi Q.M.Məm mədov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, müdafiəçi Q.M.Məmmədov isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi Q.M.Məmmədovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə d axil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi Q.M.Məmmədovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifinin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş və onlara düzgün qiymət verməmiş, iş üzrə qəbul olunmuş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, Məhkum əməllərinin tövsif edilməsində səhvə yol verildiyinə görə, sonuncu əsassız və qanunsuz olaraq törətmədi yi cinayətlərə görə təqsirli bilinib məhkum olunmuşdur. Bununla da, müdafiəçi Q.M.Məmmədov apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və ya törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Q.M.Məmmədovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahi yyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin d igər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası m əhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymət ləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi ins an və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təq siri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyili r ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticə yə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ə dalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nə ticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısı nda bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxım ından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Q anunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sai r materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməld ə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla tə sir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını s übutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü mad dəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edil mişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübu ta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edi lmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 39 7.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət müha kiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsasl ana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə mə hkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanu ni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmaya n şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahi zə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini və eyni zamanda prosessual qanunvericilinin də tələblərinə əməl olunubo lunmasını yoxlamaq vəzifəsi düşür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, hər hansı qanun pozuntusuna yol verilmədən əldə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviriəsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya müraciətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra i stintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanma sı, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində «Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar» lövhəsinin yanında 1 (bir) ədəd bükümdə külli miqdarda, 148,511 qram çəkidə narkotik vasitə heroini və 1 (bir) ədəd bükümdə külli miqdarda, 51,761 qram çəkidə psixotrop maddə metamfetamini cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 06 fevral 2022ci il tarixdə saat 00:25 radələrində cinayətlər barədə xəbərsiz olan Şahid3 idarə etdiyi «Tofaş» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, sonra sürücü Şahid3 görməməsi üçün həmin narkotik vasitə və psixotrop maddələri əynindəki gödəkçənin sol yan cibinə qoyaraq avtomobilə əyləşdikdən sonra gömrük dairəsi istiqamətində hərəkətdə olarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerin yaxınlığında narkotik vasitələrin və p sixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış, Şahid3 avtomobildən düşüb yol patrul xidməti əməkdaşlarına yaxınlaşmasından istifadə edərək narkotik vasitə və psixotrop maddələrin olduğu bir ədəd sellofan torbanı avtomobildə əyləşdiyi arxa oturacağın arxa tərəfindəki yük yerinə qoyaraq gizlətmiş, rayon polis şöbəsinə gətirildikdən sonra baxış keçirilərkən qeyd edilən külli miqdarda, narkotik vasitə və psixotrop maddələr avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum məhkəməyə dək icraat zamanı, ona qarşı heç bir təzyiq-təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, himayəsində iki az yaşlı uşaqları var, ailəsini dolandırmaq üçün Bakı şəhərində tikintidə fəhlə işləyir. O, üç-dörd aya yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir. Tutulmamışdan bir müddət əvvəl onun istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinin «Whatsapp» proqramına tanımadığı iran mobil operatoruna aid nömrədən zəng gəlmiş və o, həmin zəngə cavab verərək ona zəng edən şəxsdən kim olduğunu soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, adı Xdir, İran İslam Respublikasında yaşayır. O, X adlı iranlı tanımadığı şəxsdən onun mobil telefon nömrə sini haradan əldə etdiyini soruşduqda, sonuncu bu suala konkret cavab verməmişdir. Bundan sonra o, X adlı şəxslə həmin vaxtdan başlayaraq telefonunun «Whatsapp» proqramı vasitəsilə mütəmadi olaraq danışmağa başlamış, bu söhbətlər Xə psixotrop maddə metamfetamin istifadə etdiyini və onda belə maddə vardısa ona da göndərməsini təklif etmiş, X isə ona xəbər gözləməsini, ona narkotik vasitə və psixotrop maddə ona göndərəcəyini vəd edərək həmin narkotik vasitəni və psixotrop maddəni Biləsuvar rayonundan götürüb özü ilə Bakı şəhərinə aparmasını, orada dediyi yerə qoymalı olmasını, bu işin müqabilində də metamfetamindən 1-2 qramını götürüb özü üçün istifadə edə bilməsini bildirmişdir. O, bu təkliflə razılaşaraq Xdən xəbər gözləmiş, 05 fevral 2022-ci il tarixdə isə sonuncu günorta saatlarında ona zəng edib bildirmişdir ki, Biləsuvar gömrük yolunun kənarında «Şuşa-Bəhrəmtəpə» sözü yazılan lövhənin yanında ona dediyi və içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamanı gizlətmiş və həmin yerdən bu bağlamanı götürə bilər. O, bunun üçün maşın axtarmağa başlamış, lakin maşın tapa bilməmişdir. Şahid4 təxminən iki ilə yaxındır ki, tanıyır, Şahid4 da onun kimi İmişli rayonunun sakinidir, ancaq Şahid4ü Bakı şəhərində tanımışdır. Belə ki, Şahid4 Bakı şəhərində tullantı dəmir yığıb satmaqla məşğul olur. 05 fevral 2022-ci il tarixdə saat 19 radələrində o, yaşadığı evin yaxınlığında yerləşən məscidin yanında Şahid4ü mağazaya girən görmüşdür. Mağaza tərəfə gəlmış və Şahid4 mağazadan çıxanda onunla görüşmüşdür. Şahid4lə görüşüb hal-əhval tutandan sonra Şahid4 ona tullantı dəmirlə maraq landığını demişdir. Daha sonra Şahid4 zarafatla ona «əə rayonsuz rayonuna gedirəm, nəsə sözün qulluğun varsa rayona çatdırım» sözlərini demişdir. Şahid4dən İmişli rayonuna hansı istiqamətdən gedəcəyini soruşduqda Şahid4 ona demişdir ki, o biri yol yaxşı vəziyyətdə deyil, Şahid3 ilə Biləsuvar rayonu ərazisindən keçib İmişliyə gedəcəklər, Şahid3də maşın təkərini təmir etmək üçün aparat var, gedib onu İmişli rayonundan götürüb Bakı şəhərinə gətirib satacaqlar. Şahid4ə demişdir ki, o, da Biləsuvar rayonuna gedir, orada əsgər yoldaşı var, onunla görüşüb pul alacaqdır. Şahid4ə ona görə yalandan demişdir ki, o, şübhələnib bilməsin ki, narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəlir. Fikri bu imiş ki, Şahid4lə Biləsuvar rayonuna gəlsin, narkotik vasitə və psixotrop maddələri götürəndən so nra Şahid4dən ayrılıb Biləsuvar rayonunda başqa maşına əyləşib yenidən Bakı şəhərinə qayıtsın. Söhbət zamanı o, Şahid4ə cəmi beş manat pulunun olmasını bildirdikdə sonuncu maşını sürən şəxsin onun qohumu olmasını demişdir. Bundan təxminən 20-25 dəqiqə sonra Şahid4ün danışıb razılaşdığı Şahid3 adlı şəxs idarə etdiyi «Tofaş» markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmiş və onlar birlikdə həmin avtomaşınla Biləsuvar rayonu istiqamətində yola düşmüşlər. Yolda o, Xlə yazışmış və həmin vaxt arxa oturacaqda oturduğu üçün Şahid3 və Şahid4 buna fikir verməmişlər. Həmin günü saat təxminən 23:50 radələrində Biləsuvar rayonuna gəlmiş və «Şuşa-Bəhrəmtəpə» sözü yazılan lövhənin yanına çatdıqda o, Şahid3dən ayaqyoluna getmək adı ilə avtomaşını saxlamağı xahiş etmiş, avtomaş ın dayandıqda isə o, düşüb Xin dediyi lövhənin yanından bir ədəd sellofan bükülünü götürərək əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. Bundan sonra o, arxa oturacaqda əyləşmiş və Biləsuvar rayonunun mərkəzində əsgər yoldaşı ilə görüşəcəyini bildirərək şəhərin mərkəzin onu düşürməyi, özlərinin isə onsuz getmələrini təklif etmişdir. Belə təklif etməkdə onun məqsədi başqa avtomaşınla Bakı şəhərinə tək getmək olmuşdur. Dayandıqları yerdən təxminən 100-150 metr uzaqlaşdıqda yol patrul xidmətinin əməkdaşları “saxla” işarəsi verərək avtomaşını saxlatdırmış, Şahid3 bu tələbi yerinə yetirdikdə isə bunun səbəbini öyrənmək üçün Şahid4lə birlikdə polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin vaxt o, götürdüyü sellofan torbanı əyləşdiyi arxa oturacaqdan keçirib maşının yük yerinə gizlətmişdir. Bundan sonra polis əməkdaşları özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmiş və onu, sürücü Şahid3ü və tanışı Şahid4ü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, narkotik vasitələrin və psixotrop maddəldərin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi ilə tutulmuş, ona hüquqlarının müdafiəsi üçün öz istəyi ilə vəkil X10 təyin olunmuş və daha sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilərək götürülməmiş, bu haqda tərtib edilmiş protokolu o, və müdafiəçisi X10 imzalamışlar. Daha sonra onun, müdafiəçisi X10un, sürücü Şahid3ün, onun müdafiəçisi X27nin, tanışı Şahid4ün və onun müdafiəçisi X28in və digər polis əməkdaşlarının iştirakı ilə Şahid3ün idarə etdiyi «Tofaş» markalı **CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, bu istintaq hərəkətinin aparılması zamanı o, polis əməkdaşlarına avtomaşının maşının yük yerində narkotik vasitə və psixotrop maddə gizlətməsini, bu əşyaların iranlıya məxsus olmasını, onunla danışdıqdan sonra gəlib Biləsuvar rayonundan götürməsini etiraf etmişdir. Eyni zamanda o, qeyd etmişdir ki, Şahid4ün və Şahid3ün həmin narkotik vasitədən və psixotrop maddədən xəbərləri yoxdur, həmin əşyaları isə o, Bakı şəhərinə aparıb iranlı Xin deyəcəyi yerə qoymaq, metamfetamini 1-2 qramını özünün istifadəsi üçün götürmək məqsədilə əldə etmişdir. Bundan sonra, həmin sellofan bükülü açılaraq baxış keçirilmiş, heroin və metamfetamin çəkilərək narkotik vasitənin 150 (yüz əlli) qram, psixotrop maddə nin isə 55 (əlli beş) qram olması müəyyən edilmiş, bu istintaq hərəkətinin aparılması haqda protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, Biləsuvar rayonuna narkotik vasitə və psixotrop maddə götürmək üçün gəlməsindən nə sürücü Şahid3ün, nə də ki, tanışı Şahid4ün xəbərləri və məlumatları olmamışdır. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrindən fərqli ifadələr verərək avtomaşında aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin Şahid4 məxsus olmasını, lakin onun xahişi ilə bu əşyaların qanunsuz dövriyyəsi ilə bağlı əməli özü tərəfindən törədilməsini etiraf etməsini bildirmişdir ona görə ki, Şahid 4 əvvəllər məhkum olunmuş şəxs olduğuna görə yenidən cinayət məsuliyyətinə cəlb edilməsini istəməmiş və eyni zamanda ona köməklik göstərəcəyini vəd etmişdir. Lakin cinayət işi üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum bu iddiası hər hansı sübutla təsdiq olunmamış, əksinə Şahid4, Şahid3, habelə polis əməkdaşları Şahid1, Şahid2, X5, X29un, X8 və X1 ifadələri ilə, habelə avtomaşına baxış keçirilməsi haqqında 06 fevral 2022-ci il tarixli protokolla tam təkzib edilmiş və bu ifadələrdə və protokolda əksini tapmış hallar Məhkum məhz ibtidai araşdırma zamanı verdiyi ifadələrlə üst-üstə düşmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə, işə mahiyyəti üzrə baxan məhkəmələr haqlı olaraq Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələri və həmin ifadələrlə uzlaşan digər sü butları məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyini müəyyən edərkən qəbul etdikləri yekun aktların əsasına qoymuş, məhkumun məhkəmə iclasında verdiyi ifadələri isə özünü müdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndrmiş və bu zaman heç bir qanunsuzluğa və ədalətsizliyiə yol verməmişlər, çünki məhkumun ibtidai araşdırma zamanı ifadələrinin, habelə digər sübutların toplanması və araşdırılması (həmin sübutlar birinci instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qiymət verilmişdir) zamanı CPMnin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsi müəyyən edilməmişdir. Məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarından isə görünən odur ki, məhkəmələr əvvəla hansı sübuta üstünl ük vermələrini bu aktlarda əsaslandırmış, digər tərəfdən isə araşqdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verərək bu sübutlar əsasında Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmişlər. Bununla bağlı məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, həmin maddədə “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdikləri ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən e dilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Bundan başqa, iş materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, cinayət təqibinin bütün mərhələlərində onun CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi Q.M.Məmmədovun kassasiya şikayətinin əsas dəlillərindən biri odur ki, Məhkum narkotik vasitənin və psixotrop maddənin qaça qmalçılığı cinayətini törətməmiş, bu cinayətin törədilməsi üçün isə heç kimə köməklik göstərməmiş və buna görə də o, əsassız olaraq CM-nin 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Kassasiya şikayətinin bu dəlili ilə də razılaşmayan məhkəmə kollegiyası həmin dəlilə cavab olaraq ilk növbədə vurğulamağı lazım bilir ki, Məhkum ibtidai araşdırma zamanı göstərmişdir ki, o, narkotik vasitəni və psixotrop maddəni 06 fevral 2022-ci il tarixdə Biləsuvar rayonunun ərazisində əldə etməzdən əvvəl, tanımadığı, istintaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “X” adlı şəxslə dəfələrlə Whatsapp proqramı vasitəsi ilə mütəmadi olaraq danışmağa başlamış, sonuncu ona narkotik vasitə və psixotrop maddə göndərəcəyini vəd edərək ona məlumat verəcəyini bildirmiş, daha sonra həmin narkotik vasitə və psixotrop maddəni Biləsuvar rayonundan götürüb özü ilə Bakı şəhərinə apararaq orada dediyi yerə qoymasını, bunun müqabilində isə metamfetamindən 1-2 qram öz istifadəsi üçün götürməsini təklif etmiş, o, da təklifi ilə razılaşdıqdan sonra, “Seyid” adlı şəxs 05 fevral 2022-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddənin Biləsuvar gömrük yolunun kənarında “Şuşa-Bəhrəmtəpə” sözü yazılan lğvhənin altında gizlədilməsi barədə məlumat vermiş və o, da həmin məlumata əsasən Şahid4 və Şahid3la birlikdə Biləsuvar rayonuna gedərək narkotik vasitəni və psixotrop maddəni gizlədildiyi yerdən götürüb Şahid3 idarə etdiyi avtomaşında daşımışdır. Məhkumun bu ifadələri başqa sübutlarla da təsdiq edilmişdir. Belə ki, Məhkum məxsus «Huawei» markalı telefonun yadda ş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid +**********46, +**********00, +**********22, +**********96 nömrələri ilə Məhkum istifadəsində olan ***-***-**** nömrənin «Whatsapp» proqramında çoxsaylı zənglər qeydə alınaraq danışıqlar aparılması müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini, yəni əldə edilməsini, saxlanılmasını və daşınmasını həyata keçirmək məqsədilə həmin vasitənin və maddənin qaçaqmalçılığının törədilməsində icraçı qismində bilavasitə iştirak etməsə də, dövriyyəsi qanunsuz olaraq qadağan edilmiş həmin əşyaların qaçaqmalçılıq yolu Azərbaycan Respublikasının ərazisinə başqa şəxs tərəfindən keçirilməzdən əvvəl onları əldə etməsi və lazım olan şəxslərə çatdırılma sı barədə vəd vermiş, 06 fevral 2022-ci il tarixdə isə bu vədinə əməl edərək qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə Azərbaycan Respublikasının (Biləsuvar rayonunun) ərazisində əldə edərək saxlamış və daşımışdır. İşin müəyyən edilmiş bu faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası Məhkum narkotik vasitə və psixotrop maddələrin qaçaqmalıçılığının törədilməsində köməkçi qismində iştirakı ilə bağlı CM-nin aşağıdakı normalarının tələblərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi zəruri sayır. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yar dım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin qaçaqmalçılığına, CM-nin 206.3.2ci maddəsində isə həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 32.5 və 206.3.2-ci maddələrinin dispozitiv əlamətlərini müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid ola n hərəkətləri icra etməsə də, yəni həmin cinayət əməllərini bilavasitə törətməsə də, digər tərəfdən isə bu əməl başqa şəxs tərəfindən törədildikdə, təqsirkar isə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş həmin maddədə sadalanan əşyaları, o cümlədən narkotik vasitələri və psixotrop maddələri qəbul etməyi qabaqcadan vəd etdikdə, sonradan isə bu vədinə uyğun olaraq həqiqətən həmin əşyaları artıq Azərbaycan Respublikasının ərazisində əldə etdikdə, sonuncunun belə əməlləri CM-nin 32.5 və 206.2-ci maddələri ilə tövsif edilməlidir. Məhkum hərəkətlərini xarakterizə edən hallar ondan ibarətdir ki, o, hazırki cinayət işinin predmeti olan narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə kömək etmiş, yəni istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiriləcək narkotik vasitə və psixotrop maddəni qəbul etmək barədə İİR-nın vətəndaşı ilə əvvəlcədən razılaşmış və bu razılığa uyğun olaraq 06 fevral 2022-ci il tarixdə həmin narkotik vasitə və psixotrop maddəni Biləsuvar rayonunun ərazisində əldə edib ona sərəncam verməyi nəzərdə tutmuşdur. İşin bu hallarına başqa cür qiymət verilməsinə əsas görməyən məhkəmə kollegiyası Məhkum narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığı ilə bağlı heç bir cinayət əməli törətməməsi barədə kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin onun təhlil ol unan cinayət əməlini törətməsi barədə gəldikləri nəticə və bu nəticəyə əsasən onun həmin əməlinin CM-nin 32.5, 206.2-ci maddələri ilə tövsif edilməsi qanuni və əsaslıdır, digər tərəfdən isə belə nəticə “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə də uyğundur. Belə ki, göstərilən Qərarın 19-cu bəndində məhkəmələrə təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaları tövsiyə edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq c inayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kən ar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-c i maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməs i CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi və əməlinin CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqı nda” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi Q.M.Məmmədovun kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi ə məlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə iş üzrə cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi Q.M.Məmmədovun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməlində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi Q.M.Məmmədovun kassasiya şikayətinin dəlillərini nəzə rdən keçirərək və həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDI Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilin ib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-590/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-590/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver