Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-590/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Sirius” Vəkil Bürosunun vəkili Yolçiyev Mübariz Xalid oğlunun iştirakları ilə x xxxxxx 1989-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Bioloji Təbabət” klinikasının Masallı rayon fili alında həkimneyrocərrah işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Bum kəndində qeydiyyatda olmaqla, ünvan1 küçəsində faktiki yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1(106)-858/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, “Sirius” Vəkil Bürosunun vəkili Yolçiyev Mübariz Xalid oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 1(050)-27/2024 nömrəli hökmü ilə (sədrlik edən Zeynalov Zeynal Ağabala oğlu) Məhkum - Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46-cı maddəsi tətbiq edilərək 1 (bir) il müddətə həkim-neyrocərrah kimi fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1(106)858/2024 nömrəli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), Y.X.Həşimov və İ.H.Əhmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 1(050)-27/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məh kum şəhəri F.Hüseynov küçəsində yerləşən Masallı “Bioloji Təbabət” Klinikasında Həkim-neyrocərrah kimi fəaliyyət göstərməklə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-neyrocərrahın nümunəvi vəzifə təlimatı”-nın 7-ci bəndinin müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması və diaqnozunu müəyyən edir) tələblərini pozaraq səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibət göstərərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4, L5 fəqə rəarası disk yırtığının kəsiklə xaric olunması” neyrocərrahiyə əməliyyatını qüsurlu icra edib öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək Zərərçəkmiş şəxs onurğa beyninin sinir köklərini zədələyərək sonuncunun ayaqlarının fəaliyyət qabiliyyətinin itirilməsinə səbəb olaraq fiziki şəxs Zərərçəkmiş şəxs qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının barəsində olan 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Məhkum heç bir cinayət törətməmiş, nə ibtidai istintaq zamanı, nə də məhkəmədə özünü təqsirli bilməmişdir. Belə ki, xəstə Zərərçəkmiş şəxs ona qədər iki dəfə əməliyyat olunmağına baxmayaraq sol ayağının düşüklüyü düzəlməmişdir. Əməliyyat zamanı bütün taktika və texnikanı tam şəkildə yerinə yetirmişdir. Yəni TƏBİB-in protokollarına uyğun hərəkət etmişdir. Sadəcə olaraq Zərərçəkmiş şəxs əməliyyatdan sonra ağırlaşma baş vermişdir. Əməliyyatdan sonra ağırlaşma qaçılmazdır. Yəni min xəstədən birində baş verə bilər. Xəstənin yaxınlarına başa salmışdır ki, 6 ay fizioterapiya olunarsa, sağalma ola bilər. Lakin xəstənin yaxınları bundan imtina etmişdir. Həmçinin, şikayətdə qeyd edilir ki, iş üzrə məhkumun əleyhinə verilmiş ekspertiza rəyləri ilə razı deyillər. Belə ki, Zərərçəkmiş şəxs və onun qohumları ekspertə təzyiq göstərdiklərindən ekspert Məhkum əleyhinə rəy vermişdir. Həmçinin Bahar Muradova məhkəmədə ifadə verərkən göstərmişdir ki, əməliyyatdan 3-4 gün sonra məhkumun yanına müayinəyə gəlmiş, lift işləmədiyindən onun otağına qalxmaq üçün pilləkənlərdən istifadə etmişdir. Bunlar da onu göstərir ki, əməliyyat düzgün icra edilmiş, əməliyyatdan sonra ağırlaşma baş vermişdir. Ağırlaşmaya görə də Məhkum məsuliyyət daşımır. Çünki, əməliyyatda xəstədən bu barədə ərizə alınır. Həmçinin şikayətdə xahiş olunur ki, Məhkum təyin edilmiş əlavə, yəni həkimneyrocərrah kimi fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası ləğv olunsun, əsas cəza isə daha yüngül cəza növü ilə əvəz edilsin. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi M.Yolçiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kass asiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsinə əsasən “Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsini n 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənil ən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nətic əsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəb ulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi h alda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, t əqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılm ış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum ittiham edildiyi CM-in 314.1-ci maddəsinin yuxarıda istinad olunan dispozisiyasından görünür ki, təqsirləndirilən şəxsin əməlində aşağıdakı əlamətlərin olması zəruridir: -təqsirləndirilən şəxsin CM-nin 308-ci maddəsinin “Qeyd”ində nəzərdə tutulan “vəzifəli şəxs” olması; -təqsirləndirilən şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; -fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmi yyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması; -təqsirləndirilən şəxsin törətdiyi əməllə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri cinayət işinə əlavə olunmuş sübutları hərtərəfli, tam və obyektiv tədqiq etmədən, zəruri olan istintaq hərəkətlərini yerinə yetirmədən Məhkum ittiham edildiyi cinayətin törədilməsində təqsirli olması nəticəsinə gəlmişlər, ona görə də gəlinən nəticə kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qarşı irəli sürülmüş ittiham əsasında xüsusi biliklərin tələb olunması ilə əlaqədar təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyləri durur. Zərərçəkmiş tərəfin bununla əlaqədar ilkin komisyon rəyi kifayət qədər əsaslı hesab etmədiyindən təkrar komisyon q aydada ekspertizalar keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» publik hüquqi şəxsin komisyon ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, 475/KEŞ saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmətibbi və mütəxəssis müayinələrinə, əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı “Bioloji Təbabət Klinikası”na müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental (xx.x x.2023-cü il tarixdə MRT) müayinələrdən sonra ona “Lumbar spondiloz, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, əməliyyatdan sonra sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) inkişaf etmiş və aparılmış EMG müayinəsi zamanı xəstədə iki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilmişdir. Bununla əlaqədar sağ incik sinirinin sərbəstləşdirilməsi əməliyyatı aparılmışdır. Lakin ikinci əməliyyat haqqınd a xəstəlik tarixində hər hansı bir qeydiyyat yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs icra edilmiş ilkin cərrahiyyə əməliyyat taktikası düzgün olmuş, lakin inkişaf etmiş incik sinirinin neyropatiyası əməliyyatdan sonra toxumaların sağalma prosesinə aid olan formalaşmış çapıq toxuması, qan dövranı pozğunluğu və ya işemiya ilə əlaqədar ola bilərdi. Bununla da aparılmış cərrahiyyə əməliyyatının texniki icrası ilə səbəbli əlaqəsinin olması istisna edilir. Zərərçəkmiş şəxs üzərində icra edilmiş cərrahiyyə əməliyyatı təyin edilmiş diaqnoza uyğun olmuşdur. Zərərçəkmiş şəxs əməliyyatdan öncə aparılmış diaqnostik müayinələr onun vəziyyətinə uyğun olmuşdur. Zərərçəkmiş şəxs üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Tibbi manipul yasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» publik hüquqi şəxsin komisyon ekspertizalar şöbəsinin xx.xx.2023-ci il tarixli, 655/KEŞ nömrəli iş materialları üzrə ekspertizasının ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı “Bioloji Təbabət” Klinikasına müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental (xx.xx.2023-c ü il tarixdə MRT) müayinələrdən sonra ona “Lumbar spondiloz, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, əməliyyatdan sonra sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) inkişaf etmiş və aparılmış EMG müayinəsi zamanı xəstədə iki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilmişdir. Bununla əlaqədar sağ incik sinirinin sərbəstləşdirilməsi əməliyyatı aparılmışdır. Lakin ikinci əməliyyat haqqında xəst əlik tarixində hər hansı bir qeydiyyat yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs icra edilmiş ilkin cərrahiyyə əməliyyat taktikası düzgün olmuş, lakin texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, əməliyyat zamanı onurğa beyinin sinir kökləri zədələnmişdir. Zərərçəkmiş şəxs əməliyyatdan öncə aparılmış diaqnostik müayinələr onun vəziyyətinə uyğun olmuşdur. Zərərçəkmiş şəxs üzərində icra edilmiş qüsurlu cərrahiyyə əməliyyatı ilə əlaqədar səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (“Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən edir”) pozulmuşdur. Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə aparılmış əməliyyatdan öncə onun aşağı ətraflarında (hər iki ayağında) hərəkət məhdud iyyətinin olduğu qeyd edilməmişdir. Zərərçəkmiş şəxs əməliyyatdan sonra sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) baş vermişdir ki, bu da əməliyyat zamanı sinir kökünün zədələnməsi ilə əlaqədar olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» publik hüquqi şəxsin komisyon ekspertizalar şöbəsinin xx.xx.2023-cü il tarixli, 810/KEŞ saylı ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi səndlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası tərəfindən aşağıdakı nəticəyə gəlinir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı “Bioloji Təbabət Klinikası”na müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental (xx.xx.2023-cü il tarixdə MRT) müayinələrdən sonra ona “Lumbar spondiloz, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, əməliyyatdan sonra sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) inkişaf etmiş və aparılmış EMG müayinəsi zamanı xəstədə i ki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilmişdir. Bununla əlaqədar sağ incik sinirinin sərbəstləşdirilməsi əməliyyatı aparılmışdır. Lakin ikinci aməliyyat haqqında xəstəlik tarixində hər hansı bir qeydiyyat yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs icra edilmiş ilkin cərrahiyyə əməliyyat taktikası düzgün olmuş, lakin texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, əməliyyat zamanı onurğa beynin sinir kökləri zədələnmişdir. Buna məsul şəxs əməliyyatı icra edən həkim-neyrocərrahdır. Bununla əlaqədar səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (“Müvafiq qaydalara və standartlara uyğun olarq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən edir”) pozulmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmamn dərəcəsinin təyini n əzərdə tutulmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» publik hüquqi şəxsin komisyon ekspertizalar şöbəsinin xx.xx.2024-cü il tarixli, 410/KEŞ saylı ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı “Bioloji Təbabət Klinikası’na müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental (xx.xx.2023-cü il tarixdə MRT) müayinələrdən sonra ona “Lumbar spondiloz, L4-L5 fəqərəarası disk yırtığı” diaqnozu düzgü n təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, əməliyyatdan sonra sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) inkişaf etmiş və aparılmış EMG müayinəsi zamanı xəstədə iki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilmişdir. Bununla əlaqədar sağ incik sinirinin sərbəstləşdirilməsi əməliyyatı aparılmışdır. Lakin ikinci əməliyyat haqqında xəstəlik tarixində hər hansı bir qeydiyyat yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs icra edilmiş ilkin cərrahiyyə əm əliyyatının taktikası düzgün olmuş, lakin texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, əməliyyat zamanı onurğa beyninin sinir kökləri zədələnmişdir. Buna məsul şəxs əməliyyatı icra edən həkim-neyrocərrahdır. Bununla əlaqədar səhiyyə sistemində mövcud olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalişan tibb, əczaçiliq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlari”nın 7-ci bəndi (“Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən edir”) pozulmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda sağ pəncədə kəskin zəiflik (pəncə sallanması) və iki tərəfli incik sinirinin neyropatiyası müəyyən edilir. Bu da “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar b irləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatın qüsurlu icrası ilə əlaqədardır. Əməliyyat qüsurlu aparılmadığı halda Zərərçəkmiş şəxs qeyd olunan fəsadlar baş verməzdi. Zərərçəkmiş şəxs üzərində icra edilmiş “L2, L3, L4, L5 fəqərələrinin arxa texnika ilə transpedikulyar birləşdirilməsi və L3 laminektomiya ilə spinal kanalın dekompressiyası və L4-L5 fəqərəarası disk yırtığının kəsiklə xaric olunması” cərrahiyyə əməliyyatı zamanı onurğa beyninin sinir kökləri zədələnmişdir ki, bunun da müalicə ilə bərpası mümkün deyil. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi» publik hüquqi ş əxsin komisyon ekspertizalar şöbəsi tərəfindən Zərərçəkmiş şəxs təkrar məhkəmə-tibbi müayinələri zamanı “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 7 saylı əmrinin tələblərinə riayət olunmamış, lakin həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri tərəfindən bu hala əhəmiyyət verilmədən yekun qərarlar qəbul edilmişdir. Belə ki, qeyd olunan əmrin 22-ci bəndinə əsasən: “Məhkəmə-tibb eksperti sağlamlığa zərər vurmanın dərəcəsini təyin etmək məqsədilə məhkəmə-tibbi ekspertizası keçirdikdə zərərçəkmişin özünü müayinə edir. Bu ekspertizanın ancaq tibbi sənədlər (stasionar xəstənin tibbi kartası, ambulator xəstənin tibbi kartası və s.) əsasında keçirilməsinə müstəsna hallarda yol verilir. Bu zaman təqdim edilmiş tibbi sənədlərdə xəsarətlərin xarakteri, klinik gedişi və digər hallar barədə müfəssəl məlumatlar olmalıdır. İş materiallarından görünür ki, keçirilmiş ekspertizalar zamanı 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası nəticəyə gəlmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs özü müayinə olunmamışdır. Bundan başqa, ekspertlərin gəldikləri nəticəyə görə: “Zərərçəkmiş şəxs icra edilmiş ilkin cərrahiyyə əməliyyat taktikası düzgün olmuş, lakin texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, əməliyyat zamanı onurğa beynin sinir kökləri zədələnmişdir. Buna məsul şəxs əməliyyatı icra edən həkim-neyrocərrahdır. Bununla əlaqədar səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrin vəzifə öhdəliklərinin 7-ci bəndi (“Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən edir”) pozulmuşdur.” Ekspertlərin rəylərində ilkin cərrahiyyə əməliyyat taktikasının düzgün olması, lakin texniki cəhətdən qüsurlu icra edilməsi, yəni əməliyyat zamanı onurğa beynin sinir köklərinin zədələnməsi və buna məsul olan şəxsin əməliyyatı icra edən həkimneyrocərrahın olması göstərilsə də, həmçinin qeyd olunur ki, tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertlərin əməliyyatın texniki cəhətdən qüsurlu icra edilməsi, yəni əməliyyat zamanı onurğa beynin sinir köklərinin zədələnməsi və bu na məsul olan şəxsin əməliyyatı icra edən həkim-neyrocərrahın olmasını göstərməklə yanaşı, tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamasına dair gəldikləri nəticə də “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 7 saylı əmrinin tələblərinə zidd olmuşdur. Belə ki, həmin əmrin 30-cu bəndinə əsasən: “Cərrahi müdaxilələr, yaxud müasir mürəkkəb diaqnostika metodları icra olunarkən yol verilmiş qüsurlar nəticəsində fəsadların baş verməsi sağlamlığa zərər vurma kimi qiymətləndirilir. Belə hadisələrdə sağlamlığa zərər vurmanın dərəcəsi bu «Qaydalar»ın müddəalarına əsasən təyin edilir. Tibbi müdaxilələr zamanı yol verilmiş qüsurların təyini komisyon qaydada h əyata keçirilir. Cərrahi müdaxilələr, yaxud müasir, mürəkkəb diaqnostika metodları qüsursuz icra olunarkən baş verən fəsadlar xəstənin ağır vəziyyəti, xəstənin reaksiyasının gözlənilməz xüsusiyyətləri və s. ilə əlaqədar olduğu hallarda sağlamlığa zərər vurma dərəcəsinin məhkəmə-tibbi ekspertizası aparılmır.” Ekspertlər tərəfindən istinad olunan “Qaydalar”ın pozulması ilə gəlinən həmin nəticə də ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən kifayət qədər tədqiq edilərək hüquqi qiymət verilmədən sübut kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs sağlamlığına təqsirləndirilən şəxs Məhkum tərəfindən zərər vurulub-vurulmaması, əgər vurulmuşsa, onun ağırlıq dərəcəsi müəyyən edilmədən Zərərçəkmiş şəxs qanunla qorunan mənafelərinə mühüm zərər vurması nədən ibarət o lması ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası həmçinin Məhkum Masallı “Bioloji Təbabət” Klinikasında Həkim-neyrocərrah kimi fəaliyyət göstərməklə vəzifəli şəxs olaraq öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək fiziki şəxs Zərərçəkmiş şəxs qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla səhlənkarlıq etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında göstərilmişdir ki: “...bəzi hallarda təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməyən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin (müəllim, həkim və başqaları), yaxud yardımçı vəzifə tutan dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və digər işçilər) “vəzifəli şəxs” anlayışına daxil olub-olmaması mübahisə doğurur. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan şəxslər sırasına, məsələn, yalnız ixtisasartırma və ya imtahan komissiyasının üzvü olan müəllimləri deyil, tələbələrdən və ya təhsil alan digər şəxslərdən imtahanları qəbul edən müəllimləri də aid etmək olar. Müəllimlər tərəfindən rəsmi sənədlərdə əks olunan imtahanlara verilmiş qiymət, həmçinin imtahan zamanı təhsil alanların biliklərini n mənfi və ya müsbət qiymətləndirilməsi bir halda hüquqi əhəmiyyətli nəticənin yaranması, yəni hüquq münasibətinin yaranması, dəyişməsi və ya xitam olunması üçün birbaşa və bilavasitə əsas olur. Digər halda isə bu cür hərəkətlər göstərilən nəticələrin baş verməsi üçün vacib əsaslardan biri olur, yəni hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitam olunmasına digər hallarla birlikdə məcmu şəkildə təsir edir. Tələbələrin və ya təhsil alan digər şəxslərin gələcəkdə müvafiq təhsil ocağında təhsil almaları, təhsil təqaüdü, bəzi təhsil müəssisələri məzunlarının işə qəbulu zamanı əmək haqlarının artırılması üçün əsas olan fərqlənmə diplomunu almaq, qeyri-dövlət təhsil müəssisələrində aşağı təhsil haqqı ödəmək və s. hüquqların yaranması, onların imtahanlarda biliklərinə verilən qiymətl ərdən asılıdır. Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunmasını istisna etmir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslərin qulluq mənafeyi əleyhinə cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmaları hər bir konkret hal üçün qeyd edilən cinayətin digər tərkib əlamətlərinin olub-olmamasına, əməlin ictimai təhlükəlilik dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə, o cümlədən CM-in 14.2-ci maddəsinin tələbinə uyğun olaraq əməlin az əhəmiyyətli olub-olmaması məsələsinə təsir edən işin bütün halları nəzərə alınmaqla həll olunmalıdır. Dövlət və ya bələdiyyə orqanları nda yardımçı heyət (kargüzar, makinaçı, kuryer, liftçi və digərləri) - vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi madditexniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosesinin təminatı ilə məşğuldurlar. Həmin şəxslər yalnız qanunla, digər normativ hüquqi aktla, əmr və ya sərəncamla təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasını yerinə yetirdikdə, həmçinin xüsusi səlahiyyət əsasında hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər.” Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məsələnin bu cür həlli Konstitusiyaya, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya əleyhinə” Konvensiyalara, habelə qanunlara zidd deyildir. Əksinə, “vəzifəli şəxs” anlayışının geniş şərh edilməsi korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin xarakterik xüsusiyyətlərinin nəzərə alınmamasına, bu cinayətlərin xüsusi subyektlərinin dairəsinin əsassız olaraq həddindən artıq genişləndirilməsinə səbəb ola bilər. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçula rı, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.” Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin “Qeyd”ində və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarında verilən şərhində verilən tələblər baxımında n təqsirləndirilən şəxs Məhkum CM-in 314-cü maddəsində nəzərdə tutulan cinayətin subyekti olub-olmaması da məhkəmələr tərəfindən araşdırılmalıdır. Şərh olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, cinayət işinin Məhkum Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə ittiham olunması hissəsində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin t əqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gəl ə biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərinə düzgün hüquqi qiymət verilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halları qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1 və 419.10.2-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın.
Məhkəmə qərarları › İş №1(102)-590/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-590/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver