Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-591/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxsin nümayəndəsi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bür osunun vəkili Məmişov Bəylər Sahib oğlunun iştirakları ilə Şirvan Şəhər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Elçin Qurbanov) 15 oktyabr 1993-cü ildə Neftçala rayonu, Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 3-cü qrup əlil, “Evrascon” tikinti şirkətində dəmirçi işləyən, əvvəllə r məhkum olunmamış, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmiş, Məhkumun CM-nin 152.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkumun təqsirli bilindiyi CM-nin 152.2-ci ma ddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə şərti tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. 05 may 2020-ci il tarixdən 06 noyabr 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay 01 gün müddət təyin edilmiş 03 (üç) il müddətdən çıxılaraq üzərində 02 (iki) il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu və Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Şirvan Şəhər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 2019-cu ilin noyabr ayının əvvəllərində 04 yanvar 2007-ci il təvəllüdlü, on dörd yaşına çatmayan Şirvan şəhər sakini Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı ünvan 1 ünvanında əvvəlcə qeyri-təbii yolla, daha sonra təbii yolla cinsi əlaqədə olmuşdur. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkuma həddindən artıq ağır cəza təyin olunmuş və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunması üçün iş üzrə kifayət qədər əsaslar mövcuddur. İş üzrə apellyasiya instansiya məhkəməsinin 06.11.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən Məhkuma cəza təyin edilərkən ümumiyyətlə CM-nin 8.1, 41.2. 58.3-cü maddələrinin tələblərinə əməl edilməmiş və təyin edilməli olan cəza məsələsi müzakirə olunarkən onun şəxsiyyətini xarakterizə edən məlumatlar və iş üzrə mövcud olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmamışdır. Belə ki, cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, məhkumla zərərçəkmiş şəxs bir-birini sevmiş, ailə qurmaqlarını planlaşdırmış, onların bu münasibətlərindən hər iki tərəfin valideynlərinin də xəbəri olmuş və onlar da övladlarının ailə qurmasına razılıqlarını bildirmişlər. Məhz bu məqsədlə Məhkumun valideynləri Zərərçəkmiş şəxsin ailəsinə elçi getmiş və niyyətlərini rəsmi olaraq da bildirmişlər. Baş vermiş hadisədən sonra zərərçəkmiş şəxs və onun ailəsi ilə tam barışıq əldə olunmuş və zərərçəkmiş şəxsin, onun nümayəndəsinin Məhkuma qarşı heç bir şikayəti və tələbi yoxdur. Hətta Məhkumun ailəsi Zərərçəkmiş şəxsin barmağına nişan üzüyünü də taxmışdır. Zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır ki, bu da əldə olunmuşdur Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməli törədilməsinə görə məhkum olunmuşdur. CM-nin 59.2-ci maddəsinin tələbinə əsasən yuxarıda göstərilən hallarla yanaşı Məhkum İİİ qrup əlil olması, cavan olması, əməlini səmimi etiraf etməklə peşimançılıq çəkməsi, onun zərərçəkmiş şəxsə olan münasibətinin yalnız ailə qurmaq niyyətindən ibarət olması kimi hallar da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan əlavə, Məhkumun CM-nin 61-ci maddəsində nəzərdə tutuları cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin hazı rki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkuma cəza təyin edilməsi məsələsi müzakirə edilərkən yuxarıda göstərilən hallar nəzərə alınmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06.11.2020-ci il tarixli qərarını dəyişdirilməklə, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, məhkum edilmiş şəxslə zərərçəkmiş şəxs bir-birini sevmiş, ailə qurmaqlarını planlaşdırmış, onların bu münasibətlərindən hər iki tərəfin valideynlərinin də xəbəri olmuş və onlar da övladlarının ailə qurmasına razılıqlar ını bildirmişlər. Məhz bu məqsədlə Məhkumun valideynləri Zərərçəkmiş şəxsin ailəsinə elçi getmiş və niyyətlərini rəsmi olaraq da bildirmişlər. Baş vermiş hadisədən sonra zərəçəkmiş şəxs və onun ailəsi ilə tam barışıq əldə olunmuş və zərərçəkmiş şəxsin, onun nümayəndəsinin Məhkuma qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Məhkum barəsində apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunsuz, əsassız və ədalətsizdir. Odur ki, göstərilənlərə əsasən, Məhkumun CM-nin 152.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarını dəyişdirib, Məhkum bərəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təyin edilmiş az adlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi çıxış edərək kassasiya şikayətlərində qeyd etdikləri xüsusatları bir daha vurğulayaraq şikayətlərin təmin olunmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iştirak edən dövlət ittihamçısının Məhkuma 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etdiyini, lakin məhkəmə onun təklifini nəzərə al madığı üçün və təyin edilmiş cəzanı şərti olaraq tətbiq etdiyi üçün həmin hökmdən apellyasiya protesti verildiyini, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protestinin təmin edildiyini, şərti məhkum etmənin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edildiyini və Məhkum üzərində 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cazasının saxlanıldığını bildirib, bu qərarın tam əsaslı olduğunu və cəzanın məqsədlərinə xidmət etdiyini, xüsusi ilə bu qəbildən olan cinayətlərin qarşısının alınması baxımından təyin olunmuş cəza və cəzanın real olaraq icraya yönəldilməsi cəzanın məqsədlərini təmin etdiyini qeyd etdi və kassasiya şikayətlərinin təmin edilməməsini, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respu blikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində yüngülləşdirici halların nəzərə alınmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə ilə bağlı ittiham birinci instansiya məhk əməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir və məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi xahiş edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından və apellyasiya m əhkəməsinin qərarından görünür ki, işə apellyasiya protestinə əsasən baxan apellyasiya məhkəmə kollegiyası işin hallarını, Məhkumun CM-nin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli 12 yaşlı uşağa qarşı törətmiş olmasını, əməlin ictimai təhlükəliliyinin xarakteri, 14 yaşına çatmamış şəxsin cinsi toxunulmazlığına qarşı törədilmiş olması kimi dəlillərini nəzərə alaraq hesab etmişdir ki, işin qeyd edilən halları olduğu halda birinci instansiya məhkəməsinin Məhkuma şərti cəza verməsi düzgün olmamışdır. Beləliklə, apellyasiya məhkəməsi birinci instanasiya məhkəməsi tərəfindən Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq çəkilməsinin cəzanın məqsədlərini təmin etmək baxımından məqsədəmüvafiq olmadığı qənaətinə gələrək məhkumun azadlıqdan məhrum etmə cəzasını real olaraq ç əkməli olmasını düzgün hesab etmişdir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xar akterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkumun cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq ona şi kayətlərdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiqinə dair müddəaları hökmdən xaric etmişdir. Kassasiya şikayətlərində göstərilən hallar da (məhkum və zərərçəkmiş şəxsin ailə qurmağı planlaşdırması, onların bu münasibətlərindən hər iki tərəfin valideynlərinin də xəbəri olması, baş vermiş hadisədən sonra zərərçəkmiş şəxs və onun ailəsi ilə tam barışıq əldə olunması və zərərçəkmiş şəxsin, onun nümayəndəsinin Məhkuma qarşı heç bir şikayət və tələbinin olmaması) Məhkuma şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respubli kası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmə dən saxlanılmalı, məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu və Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu və Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Məmişov Bəylər Sahib oğlu və Z ərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-591/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-591/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver