Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-591/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun Məhkum – Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(099)-186/2022 nömrəli (hakim Cəlilov Oruc Yusif oğlunun sədrliyi, hakimlər Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 2002-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, inşaat Kollecinin tələbəsi, əvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 -ci maddəsində nəzərdə tutulm uş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il 6 (alti) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, təyin edilmiş sınaq müddətində Məhkum üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil və iş yerini dəyişməmək vəzifəsi qoyulması, Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması haqqında yekun qər ar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi) Bəşirov Kamil Sücəddin oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə) 02 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2 0 iyun 2021-ci il tarixdə, saat 20 radələrində Sabirabad rayonunun Qaralar kəndində yerləşən “Ana Kür” restoranına gələrək, aralarında sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs sinif yoldaşları ilə orta məktəbi qurtarması münasibətilə keçirilən “son zəng tədbir”ndə iştirakına qadağan etməsinə baxmayaraq onun bu tədbirdə iştirakını qısqanclıqla qarşılayıb bu hərəkətinə görə onu cəzalandırmaq qərarına gələrək həmin tədbirdə iştirak edən Zərərçəkmiş şəxs yaxınlaşıb əlində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə vurub, sonuncuya döş qəfəsinin arxa səthində sol kürək xətti üzrə vı-vıı döş fəqərəsi səviyyəsində döş boşluğuna keçən, daxili qanaxma və sol tərəfli hemotoraksla müşayiət olunan, yetiri lən anda insan həyatı üçün təhlükəli olub, qısqanclıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı verdiyi kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum cinayət əməlinin CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı işin hallarına uyğun olmayan qərar qəbul edilmiş, məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz və onun əməlinin ədalətli nəticəsi olmayan cəza təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi baxımından belə bir qənaətə gələrkən nəzərə almamışdır ki, hadisənin törədildiyi anda Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Məhkum arasında heç bir sevgi münasibəti olmamışdır. Həmin hal zərərçəkmiş şəxsin həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadələrlə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsində də göstərmişdir ki, o, Məhkum orta məktəbdə oxuduğu vaxtlardan tanıyır, son bir neçə ildir ki, aralarında sevgi münasibətləri vardır, O, hələ 9-cu sinifdə oxuyarkən Sübhanla münasibətləri yaranmış, Sübhan onu sevdiyini demiş, o da Sübhanı sevdiyindən qarşılıqlı münasibətləri yaranmış, 2020-ci ilin noyabr ayında Sübhanın ailəsi onlara elçi gəlmiş və ailəsi onun Sübhanla evlənməsinə etməmiş, həmin vaxt qohumları müharibədə şəhid olduğundan, həm də 18 yaşı tamam olmadığından onun Sübhanla rəsmi nişanlama mərasimi olmamış, lakin onların arasında münasibətləri nişanlı kimi davam etmiş, bir müddət sonra Sübhan onun bütün işlərinə qarışmağa başla mış, ona qohumlarının evinə getməyi, bəzi paltarları geyinməyi qadağan etmiş, bu səbəbdən Sübhanla aralarında sözlə mübahisələri yaranmağa başlamış, Sübhanın bu tələbləri onu əsəbləşdirdiyindən o, Sübhanla görüşüb danışmaq istəmədiyini demiş, həmçinin Sübhanın telefon zənglərinə cavab verməmiş, bir müddət əlaqələri olmamış, 2021-ci ilin iyun ayında Sübhan “instagram” səhifəsində bir neçə dəfə ona ismarıc yazaraq “son zəng”ə və “son zəng” şənliyinə getməməsini bildirmiş, lakin o, Sübhana cavab yazmamışdır, (məhkəmə iclas protokolu). Göründüyü kimi, Zərərçəkmiş şəxs, Məhkum son zəng şənliyinə getməməklə bağlı əsassız qadağasını özü üçün əsaslı hesab etməmiş, hətta Sübhan telefon vasitəsi ilə ismarıc yazıb belə bir qadağa qoyduğu halda da, özü də ifadələrində göstərdiyi kimi, ona heç bir cava b yazmamışdır. Şahid ifadələri, eləcə də zərərçəkmiş şəxsin hadisənin baş verməsi ilə bağlı verdiyi ifadələr baxımından xüsusi vurğulanmalıdır ki, xuliqanlıq niyyəti təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmada ifadə olunur. Bundan başqa, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlinin CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslandırarkən hökmdə göstərmişdir ki, əgər təqsirkar hərəkətlərini ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyma q niyyəti ilə deyil, şəxsi ədavət, o cümlədən zərərçəkmiş şəxsin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla Məhkum ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla məhkumun əməlinin CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi ilə nəticələ nən qərəzli yanaşmanı əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə CM-nin 70-ci maddəsinə əsasən Məhkum barəsində şərti məhkum etmə haqqında qərar qəbul edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam olaraq ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gəncliyini, tələbə olmasını, ilk məhkumluğunu və əməlindən peşmançılıq çəkməsini, evlənmələri üçün aidiyyəti qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin birinci instansiya məhkəməsi barəsində CM-nin 70-ci maddəsini tətbiq edərkən da göstərilən halları əsassız olaraq cəzanı y üngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir, apellyasiya instansiyası məhkəməsi də həmin cəzanı qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. Belə ki, məhkəmə öz hökmündə heç bir halla əsaslandıra bilməmişdir ki, təqsirləndirilən şəxs Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün yuxarıda qeyd olunmuş hallar necə və hansı formada onun əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli şəkildə azaltmışdır ki məhkəmə onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunması qənaətinə gəlmişdir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq törədilmiş cinayətin xarakt erinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir ki, həmin cəza qanunda nəzərdə tutulmuş məqsədlərinə nail ola bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı sübüta yetirildiyindən, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə protestdə göstərilən digər dəlillər nəzərə alınaraq kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum X7 çıxış edərək, zərərçəkmiş şəxsin hal-hazırda ali təhsilini davam etdirdiyini, protestin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şika yətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aş ağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 126.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş, məhkuma cəza təyini zamanı cinayət qanununun normalarının pozulduğu, bununla da, məhkuma törətmiş olduğu əməllərin ədalətli hüquqi nəticəsi olmayan yüngül cəza təyin edildiyi iddia edilmiş, apellyasiya məhkəməsi qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 4 16.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yox layaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş ə məldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətlə ndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir c inayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamla CM-nin 126.2.4-cü maddəsinin dispozisiyası – xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi müəyyən edilmişdir. Məhkəmələr tərəfindən Məhkum əməlinin tövsif etdiyi CM-nin 126.1-ci maddəsinin dispozisiyası isə qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma kimi müəyyən edilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə kollegiyasının fikrincə şəxs xuliqanlıq niyyəti ilə hərəkət edərkən bu hərəkət açıq görünməli, şəxsin xuliqanlıq niyyəti ilə, bu niyyətin ehtiva etdiyi hərəkətləri etməsi kənar müşahidəçidə heç bir şübhə yeri qoymamalıdır. Belə olduğu halda təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasına xəsa rət yetirir). İşin həqiqi hallarının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyası ilə müqayisəsi zamanı düzgün nəticənin əldə edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyası ilə yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xuliqanlıq niyyətinin təfsirinə həsr olunmuş qərarlarının müddəaları, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq tövsiyyələri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanıl masına dair” 17 fevral 2006-cı il tarixli qərarında, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə şəxsiyyət əleyhinə olan cinayətlərdə xuliqanlıq niyyətinin mahiyyəti odur ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyur, onlara aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirir, bu şəxslərə qarşı yönəlmiş hərəkətlərində ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozur, həmin qayda və normalara etinasızlıq göstərir. Əgər təqsirkarın digər şəxsin sağlamlığına qəsdən zərər vurmasını bu kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri (təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı) şərtləndiribsə, əməl xuliqanlıq niyyəti ilə törədilmiş şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməməlidir. Belə ki, cinayət işinin materiallarına nəzər yetirdikdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələrindən görünür ki, Məhkum və Zərərçəkmiş şəxs arasında sevgi münasibəti olmuş, həmçinin bu barədə ailələrin arasında razılıq əldə edilmişdir. İş materialarında bu cinayət əməlini törədərkən Məhkum xuliqanlıq niyyəti ilə hərəkət etməsini təsdiq edən heç bir hal və sübut yoxdur. Təsvir edilən qərarlarda xuliqanlıq niyyətinə verilmiş təfsirlə həm birinci instansiya məhkəməsinin həm də, apellyasiya məhkəməsinin isə sübutların həqiqi məzmununa uyğun olaraq müəyyə n edilmiş saydığı halla – qəsdən sağlamlığa ağır zərərvurmanın səbəbsiz və ya cuzi səbəbin bəhanə edilməsi ilə deyil, təqsirkar və zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində törədilməsi ilə müqayisə etdikdə, məhkəmələrin əməlin tövsifi üzrə gəldiyi nəticənin (Məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 126.2.4cü maddəsinin deyil, 126.1-ci maddəsinin tərkibini yaratması haqqında qənaətin) Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının işığında da qanuni və əsaslı olması müəyyən edilir. Birinci və apelyasiya instansiyası məhkəmələri Məhkum ittiham olunan cinayət əməlini məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər məhkəmə baxışı zamanı tədqiq edilmiş mötəbər, bir-birini tamamlayan və bir-biri ilə uzlaşan sübutların məcmusuna əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum törətdiyi cinayət əməlində xuliqanlıq niyyəti olmamışdır. Kassasiya məhkəmə kollegiyası Məhkum əməllərinə hüquqi qiymət verərək hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini həmin hissədə (Məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 126.2.4-cü maddəsinə tövsif edilməsi hissəsində) iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır, kassasiya protesti həmin hissədə təmin edilməməlidir. Lakin, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən məhkuma yüngül cəza təyin edilməsi ilə kassasiya protestinin dəlilləri ilə razılaşaraq, hesab edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilmiş qəti cəzanın sosial ədalətin bərpası, islahedici və preventiv məqsədləri baxımından ədalətli deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində cəza təyin edilərkən, CM-nin 70-ci maddəsi tətbiq edilərkən cinayət qanununun normaları, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının tələbləri, Ali Məhkəmənin Plenumunun qərarlarındakı mövqeyi diqqətd ən kənarda qalmış, cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları düzgün nəzərə alınmamışdır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də a ğırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanlarla yanaşı, kassasiya protesti ilə mübahisələndirilən məsələ ilə əlaqədar aşağıdakıları da qeyd etməklə diqqəti kassasiya icraatının məqsədlərinə cəlb etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Dövlət ittihamçısının kassasiya protestində istinad etd iyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası “məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi” kimi, yuxarıda qeyd olunan apellyasiya icraatına aid müddəlardan müəyyən qədər fərqli məzmunda təsbit edilmişdir. Lakin, fərqli məzmunda olmalarına baxmayaraq, kassasiya instansiyası məhkəməsində sözügedən məsələyə baxılarkən də qeyd olunan normalar bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməli və məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran halların nəzərə alınmamasında ifadə olunan aşağı instansiya məhkəmələrinin yol verdikləri pozuntu mühüm əhəmiyyətli olmaqla cəzanın “açıq-aydın” yüngül və yaxud “açıq-a ydın” ağır cəza kimi qiymətləndirilməsi üçün əsas yaratmalıdır. Çünki, məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə və məhz belə olduqda, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin pozulması, CPM-in 8.0.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzfəsinin lazmınca yerinə yetirilməməsi haqqında mühakimə yürütmək və bunun nəticəsi olaraq (kassasiya müraciətində məhkumun vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda) apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və apellyasiya baxışının təkrarlanması üçün işin həmin instansiyaya qaytarılmasına bəraət qazandırmaq olar. Kassasiya məhkəməsində məhz belə (fundamental) xarakterli pozuntuların müəyyən edilməsinin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi nəzərdən keçirilməsi kassasiya icraatının xüsusiyyətlərindən irəli gəlir. Belə ki, CPM-in 407.2, 408.1, 419.11-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxaraq, ancaq hüquq məsələləri üzrə cinayət, cinayət-prosessual qanunların tətbiqinin düzgünlüyünü yoxlayır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda - fundamental pozuntuları aradan qaldırmaq üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. O da nəzərdən qaçırılmamalıdır ki, cinayət prosesi çəkişməl i xarakterlidir və hakimlər ittiham və müdafiə tərəflərinin məhkəmə baxışının predmetini təşkil edən məsələlər, o cümlədən cəzanın təyini məsələsi üzrə dəlillərini bərabər şərtlər əsasında nəzərdən keçirməklə qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə nəticəyə gəlirlər (CPM, maddələr 32, 145). İlkin olaraq kassasiya məhkəmə kollegiyası kassasiya protestinin o dəlili ilə razılaşır ki, “məhkəmə öz hökmündə heç bir halla əsaslandıra bilməmişdir ki, təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi üçün qeyd olunmuş hallar necə və hansı formada onun əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli şəkildə azaltmışdır ki, məhkəmə onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunması qənaətinə gəlmişdir.” Həmçinin məhkəmə CM-nin 70-ci maddəsinin tətbiqini şərtləndirən hallardan biri kimi həm də zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin evlənmələri üçün aidiyyəti qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmələrini göstərmişdir. Lakin, həmin müraciət formal xarakter daşımaqla təqsirləndirilən şəxs Məhkum daha ağır cinayət məsuliyyətinə cəlb edilməklə cəzadırılmasının qarşısını almaqdan ötrü edilməsi ehtimalını nəzərdən qaçırmışdır. Belə ki, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan, qüvvədə olan qanunvericiliyə əsasən rəsmi nikaha girmək üçün imkan verən yaş həddinə çatmadığından onların ibtidai istintaq və birinci instansiya məhkəməsi dövründə evlənmələri mümkün deyil idi. Lakin məhkəmə belə bir mühüm bir halı diqqətə almamaq la yanaşı, əksinə həmin halı heç bir əsası olmadan CM-nin 70-ci maddəsinin Məhkum barəsində tətbiqi baxımından əsaslı hesab edilmişdir. Baxmayaraq ki, apellyasiya və kassasiya instansiyası məhkəmələrində işə baxılarkən zərərçəkmiş şəxsin artıq yetkinlik yaşına çatması və hələ də evlənmələri üçün aidiyyəti qeydiyyat şöbəsinə verilmiş ərizənin nəticələnməməsi və Məhkum kassasiya instansiyasında məhkəmə çıxışı zamanı zərərçəkmiş şəxsin ali təhsilini davam etdirdiyini, hələ ailə qurmaması ilə bağlı ifadəsi qeyd olunan müraciətin formal xarakterli olması ehtimalını gücləndirir. Həmçinin, məhkəmə kollegiyası məhkumun cəza çəkmədən islah olunması mümkünlüyü ilə qeyd edilən yüngülləşdirici hallar arasında nə kimi əlaqənin olması, həmin halların məhkumun cəza çəkmədən islah olunmasına təsirini əsas landırmamışdır. İş materiallara əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə Məhkum təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Lakin, məhkuma təyin edilmiş aşağı həddə cəzanın şərti hesab edilərək sınaq müddətinin müəyyən edilməsi Məhkum həqiqətən islah olunması yoluna qədəm qoyub-qoymaması sual altında qalır. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin məhkumun cəzasını yüngülləşdirən hallara istinadına qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüqu q verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cav ab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqe yinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiaların əsaslı olduğu müəyyən edilir. Beləliklə, göstərilənlərlə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Məhkum CM-in 126.1-ci maddəsi ilə təyin etdiyi 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə qəti cəza aşağı həddə yaxın olmaqla, o cümlədən CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi şəxsin törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayıb, ədalətli hüquqi nəticə kimi qənaətbəxş olmayı b, təyin edilmiş cəza cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini təmin etməyərək, məhkumun şəxsiyyətinə, onun törətmiş olduğu cinayətlərin ağırlıq dərəcəsinə uyğun gəlməməkdədir. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində və kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən hökmün ləğv edilməsini və apellyasiya baxışının məhkuma cəza təyin edilməsi hissəsində yenidən keçirilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində Məhkum cəza təyini ilə bağlı hissədə yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən məhkuma cəza təyin edilməsi ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-591/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-591/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver