Məhkəmə qərarları › İş №1(102)-591/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-591/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-591/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Novruzov X11 və X4 ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli, 1(103)-608/2023 nömrəli qərarından dövlət i ttihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Telman Hüseynov hakimlər Eldar İsmayılov və Əli Məmmədovdan ibarət tərkibdə) 22 dekabr 2022-ci il tarixli, 1(101)1012/2022 nömrəli hökmü ilə xx xxxx 2001-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 178.2.2-ci və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 1 78.2.2-ci maddəsilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 182.2.2-ci maddəsi ilə CMin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək həbsdə saxlanıldığı 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 3 (üç) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata al ındığı vaxtdan hesablanması, hökmün icrasının onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli, 1(101)-1012/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X12 sədrliyi və məruzəsi ilə, Habil Məmmədov və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 11 iyul 2023-cü il tarixli, 1(103)-608/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 178.2.2 və 182.2.2-ci maddələri ilə məhkum olunmasına dair 11(101)-1012/2022 saylı, x x.xx.2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum təkrarən etibardan sui istifadə etmǝ və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmiş və təkrarən zərərçəkmiş səxsin haqqında rüsvayedici məlumatlar yaymaqla əmlaka olan hüququnu hədə-qorxu ilə tələb etmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsində araşdırma aparılsa da, Azərbaycan Respublikası Konstitusiyasının, İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın (Avropa Konvensiyasının) və Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. İbtidai istintaqı orqanı işlə bağlı müvafiq araşdırma aparmaq yox, onun əsassız olaraq ittiham edilməyi məqsədini güdmüş, ona qarşı ittihamedici mövqedə durmuşdur. İş üzrə məhkəmə hökmündə də onun adı qeyd edilən polis orqanı ilə münasibətinin pisləşməsi, daha dəqiq desək, haqlı şəkildə şıkayətçı olmağını sonradan qeyd edilən cinayətlərlə bağlı təqsirləndirilməyinə gətirib çıxarmışdır. Digər əsas kimi, bildirmi şdir ki, iş üzrə əsassız olaraq zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin digər polis orqanlarına deyil, hansı səbəbdən DİN-in ВМСМİ-nə müraciət etməsi məhkəmənin araşdırma predmetindən kənarda qalmışdır. Həmçinin hadisə ilə bağlı ibtidai istintaqın əsaslandığı sübutlardan biri də votsap yazışmaları, səs yazışmaları və instagramda paylaşılan videodur. Amma videodakı səsin məhz ona aid olub-olmaması məsələsi istintaq orqanı tərəfindən müəyyən olunmamış və müstəntiq icraat başlanandan ona qarşı ittihamedici mövqedə durmaqdansa, daha mötəbər və istinadlı nəticəyə gəlmək üçün ekspertiza keçirilməli olduğu halda bunu etməmişdir. Ona qarşı irəli sürülən ittihamlar fərziyyə və mülahizələrə əsaslandığından bəraət verilməlidir. Bundan başqa məhkəmə ittiham hökmündə onu qismən təqsirli bildiyini qeyd etsə də, o hələ barəsində istintaqdan araşdırma başladığı dövrdən və hal-hazırda belə qeyd edilən əməllərin törədilməsində təqsirli bilmir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin hökmündə Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə tələb etmə cinayətinə münasibətdə onunla barışıq əldə etməsini təqsirləndirilən şəxs Lamiya Məmmədovanın məsuliyyətini yüngülləşdirən hal kimi qəbul etməklə CM-in 62-ci maddəsinin tətbiqinə dair mövqeyi əsassız olmuşdur. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən CM-in 59-cu maddəsinə istinadən, onun dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın qismən olaraq ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab etməkdə yalnışlığa yol vermişdir. Belə ki, məhkəmə hökmündə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödən ilməsi fakt kimi təkzib edilməsə də, həmin faktın təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi qəbulu əsassız olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Lamiya Məmmədova 4 nəfər zərərçəkmiş şəxslərdən 2 nəfər zərərçəkmiş şəxslə yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə vurmuş olduğu ziyanı ödəsə də, digər 2 Zərərçəkmiş şəxs4 vı Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyan ödənilməmişdir ki, belə olan halda törədilmiş əməlin ictimai təhlükəliliyi də aradan qalxmamışdır. Məhkumun müdafiəçisi məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Məhkum barəsində olan cinayət işinin istintaqı planlaşmış şəkildə olmuşdur. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs1 ifadəsində məhkumu tanımadığını və ona böhtan ata bilmərəm deyə bildirmişdir. Odur ki, məhkəmə kolle giyasından kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum bəraətverici əsaslarla bəraət verilməsini, kassasiya protestinin isə təmin olunmamasını xahiş edir. Məhkum məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Xristian dininə marağı olduğundan. Xristian dinini qəbul etmişdir və 5-6 ildir ki bu dinə itaət edir. Kilsəyə gedib şam yandırır. Zərərçəkmiş şəxs kilsəyə getməyə vaxtı olmadığı üçün ondan xahiş etmişdir ki, onun üçün kilsədə şam yandırsın və o da yandırmışdır. Buna görə də məhkəmə kollegiyasından kassasiya protestinin təmin edilməməsini, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarının ləğ v edilməsini və barəsində bəraətverici əsaslarla bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin edilməsini, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş etdi HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununu n və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahi yyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum ona bəraət verilməli olmasını iddia edərək və barəsində olan məhkəmə qərarlarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı məhkumun təqsirli bilindiyi CM-in maddəsinə CM-in 62-ci maddəs inin tətbiqini və məhkuma yüngül cəza təyin edilməsini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-c u maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şə xs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb o lan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq v ə təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya şikayəti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan sübutlardan görünür ki, Məhkumın və ailə üzvlərinin adına və ya istifadəsində olan bank kartlarına böyük məbləğlərdə pullar daxil olmuş və həmin kartlar vasitəsi ilə məhkum və ailə üzvləri mağazalarda dəfələ rlə alış-veriş etmişlər. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs4 məxsus və istifadəsində olan "Samsung A30" markalı mobil telefona və həmin mobil telefonun "WhatsApp" ani mesajlaşma proqramında +**********26 mobil nömrəsi ilə +**********04 mobil nömrə arasında olan yazışmalarda və səsli mesajlarda Zərərçəkmiş şəxs4 qeyrirəsmi nikah münasibətində yaşadığı Sənan Əliyev ilə aralarında olan münasibətləri yaxşılaşdırmaq üçün özünü falçı kimi təqdim edən +**********04 mobil nömrə istifadəçisi olan "Lamiyə" adlı qadına müraciət etmiş, əvəzində öncədən Şahid4 məxsus "4169 7413 3925 6636" saylı "Kapital Bank" hesabına Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 56 unvanında yerləşən "Nar market”də olan "Milliön" ödəmə terminalı vasitəsi ilə 20 manat və ünvan 2 ünvanında y erləşən "Sənan market”də eManat ödəmə sistemi vasitəsi ilə 850 manat pul köçürmüş, daha sonra "Lamiyə" adlı qadın ona baxıcılıq etmiş, taksi sürücüsü ilə 03 ədəd qara şam göndərmiş və Zərərçəkmiş şəxs4 həmin şamı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində yerǝşən "Army market”in qarşısında təhvil almış, "Lamiyə" adlı qadın Zərərçəkmiş şəxs4 bir neçə duanı yazaraq ona həmin duaları şamları yanılı vəziyyətdə olarkən şamların yanında sirkə turşusu qoyaraq oxumasını, şamlar yanıb bitdikdən sonra həmin ərimiş şam hissəciklərini əlavə bir neçə kağıza bükərək yandırmasını bildirməsi müəyyən edilmişdir. Cinayət işi üzrə keçirilmiş üzləşdirmələr zamanı da zərərçəkmiş şəxslər məhkum tərəfindən törədilmiş əməlləri məntiqi ardıcıllıqla və inandırıcı şəkildə məhkumun özünə bildirmişlər, lakin mə hkumun gətirdiyi arqumentlər əsassız və iş üzrə toplanmış çoxsaylı sübutlarla ziddiyyət təşkil edir. Eyni zamanda, iş materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, “İnstagram” sosial şəbəkəsində cadu, tilsim, dua va digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir problemini həll edə biləcəyi barədə elan vermiş və ağır neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə təmizlənməsi ilə və bunun üçün sevgi, uğur, stres, pul və şans daşlar, amal təmizləmə şamları, arzu, dilək, ruzi-bərəkət üçün iplərin satışı ilə məşğul olan “tebii_energy_ritual” və “tebii_enerjy_ritual” səhifələrinə baxış keçirilmiş, baxışla müəyyən edilmişdir ki, “İnstagram” sosial şəbəkəsində olan “tebii_energy_ritua l” səhifəsi 101 paylaşım etmiş, 3706 izləyicisi var və həmin səhifə 4393 səhifəni izləyir. Həmçinin “İnstagram” sosial şəbəkəsində olan “tebii_energy_ritual” səhifəsi 99 paylaşım etmiş, 2450 izləyicisi var və həmin səhifə 4092 səhifəni izləyir. Hər ikisi eyni məzmunlu olmaqla yanaşı səhifələr eyni qaydada idarə olunmaqla eyni şəkillər bölünmüşdür. Səhifədə cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir probleminin həll edilə bilinəcəyi barədə və ağır neqativ enerjinin, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə təmizlənməsi və bunun üçün sevgi, uğur, stres, pul və şans daşlar, əməl təmizləmə şamları, arzu, dilək, ruzi-bərəkət üçün iplərin satışı barədə elanlar verilmişdir. X1 adına olan 4****1806 nömrəli bank kartına 20 manat pul köçürülməsi ba rədə qəbzin surəti, Lamiyənin anası X2 adına olan 4****6636 nömrəli bank kartına xx.xx.2020 və xx.xx.2020ci il tarixdə 20 manat pul ödənilməsi barədə qəbzlərin surəti, Lamiyənin atası Şahid5 adına olan “6768 6755 4394 2856” nömrəli plastik bank kartının və həmin karta 20 manat ödənilməsi barədə qəbzin fotoşəkilləri vardır. Bundan başqa həmin səhifələrdə Məhkum saxlanılarkən idarə etdiyi “Lada Vesta” markalı avtomaşının salonu ilə eynilik təşkil edən avtomobilin salonunda çəkilmiş fotoşəkil və Məhkum saxlanılarkən idarə etdiyi “Lada Vesta” markalı maşına baxış keçirilərkən avtomaşından götürülmüş ona məxsus bir ədəd qəhvəyi rəngli pul qabı ilə eynilik təşkil edən pul qabının fotoşəkili var. Həmçinin şəxsin şəxsi şəkillərinin və məlumatlarının yayılması səbəbindən tərəflərin bir-birindən üzr istəmək tələbi barədə +99455330**** nomrəsi ilə sms mübadiləsinin fotoşəkili var. Cinayət işinin materiallarından görünür ki, məhkum L. Məmmədova özünün təqsirsizliyi ilə bağlı dəlilləri həm birinci instansiya məhkəməsində barəsində olan cinayət işinə mahiyyəti üzrə baxılarkən, həm də apellyasiya məhkəməsində işinə baxılarkən söyləmiş, onun iştirakı ilə irəli sürdüyü dəlillər cinayət işinin materiallarına əlavə edilmiş mötəbər sübutların məcmusu ilə müqayisə edilmiş, tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə ətraflı, tam və obyektiv yoxlanılmış və nəticədə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, həqiqətən də məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamlarda əks olunmuş əməllər məhz Məhkum tərəfindən törədilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kolle giyası belə bir nəticəyə gəlir ki, Məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş əməllər törədilmişdir və onun kasasasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya protestinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, kassasiya protestində dövlət ittihamçısı cəzanın yüngüllüyünü və məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqini mübahisələndirmişdir. Birinci və apellyasiya məhkəmələri Məhkum təyin edilən cəza məsələsini müzakirə edərkən nəzərə almışlar ki, məhkum CM-in 178.2.2-ci maddəsinə münasibətdə iki zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onlarla barışmış, CM-in 182.2.2-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, cavan qadındır. Eyni zamanda, məhkum məcburi köçkün həyatı yaşamış, atası Məmmədov X6 Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış və 2-ci qrup əlildir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanı n məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Məhkəmə kollegiyası protestin dəlillərini cinayət işində olan məhkumun şəxsiyyəti və onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi ilə bağlı sübutlarla əlaqəli şəkildə təhlil edərək xüsusi ilə vurğulamağı vacib bilir ki, cinayət törətmiş şəxsə məhz hansı cəzanının təyin edilməsinin müəyyənləşdirilməsi, şəxsin cəmiyyətdən tam təcrid edilməsini zəruri edən təkzibedilməz sübutların və işin hallarının olub-olmaması, təqsirli şəxsin azadlıqdan məhrum edilmədən islah edilməsinin mümkün olub-olmamasının müəyyənləşdirilməsi məhkəmənin əsas vəzifələrindən biridir. Və bu vəzifəni düzgün yerinə yetirməsi, cəza siyasətinin ədalətli və humanist şəkildə həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Qanunverici CM-in 62-ci və 70-ci maddələrini, eləcə də digər bu tip institutları CM-də nəzərdə tutmuşdur. Məhz bu səbəbdən məhkəmə məhkuma cəza təyin edərkən onun təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduqda, lakin işdə CM-in 62 və ya 70-ci maddələrinin tətbiqi üçün əsaslar müəyyən edildikdə məhkəmə məhkuma islah olunması üçün mütləq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin zəruriliyi qənaətinə gəlməzsə, CM-in qeyd edilən humanist institutlarından istifadə etməklə ədalətli cəza təyin edilməsi məs ələsini müzakirə etməlidir. Hazırki işin hallarından da görünür ki, məhkumun cəzasını yüngülləşdirən hallar mövcuddur və bu yüngülləşdirən halların məcmusu müstəsnalıq təşkil edir və bu nəticəyə gələrkən istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə i craatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən və apellyasiya instansiyası məhkəməsi həmin cəzanı qüvvədə saxlayarkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Məhkum həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş kassasiya şikayəti kassasiya protesti təmin olunmamalı, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2023-cü il tarixli qərarı qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar