Məhkəmə qərarları › İş №1(102)-592/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-592/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-592/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2020ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə (hakimlər: M.V.Məmmədov (sədrlik edən), C.C.Nəbiyev və İ.Q.Abdullayevdən ibarət tərkibdə) Məhkum-14 oktyabr 1974-cü ildə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutul an cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ibtidai həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 noyabr 2019-cu il tarixdən hesablanması, Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Ambulator Məcburi Narkoloji –Tibbi yoxlamanın rəyinə əsasən Məhkum ərazi narkoloji kabinetində profіlaktiki qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 215,045 qram narkotik vasitə olan heroini, küllü miqdarda yəni təmiz çəkisi 17,746 qram psixotrop maddə olan metafetamini, 70, 81 qram narkotik vasitə olan qurudulmuş marixuananı müəyyən edilməyən vaxtda və mənbədən əldə edib daşıyaraq yaşadığı Ağcabədi rayonu,Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə aparıb qablaşdırmaq üçün həmin narkotik vasitələri və psixotrop maddələri tərəzidə çəkib heroini 1 ədəd şüşə balonda, 1 ədəd 5,0 ml-lik şpirisdə, 4 bükümdə şəffaf poletilen bağlamalarda, metafetamini 2 bükümdə şəffaf polietilen bağlamalarda, marixuananı 1 ədəd kağız əl dəsmalı bükümdə, 3 ədəd polietilen bükümdə qablaşdıraraq bir hissəsini həmin yaşayış evinin dəhlizində, bir hissəsini üzərində, digər hissəsini isə qonaq otağında gizlətməklə saxlamış, polis əməkdaşlarının 28 noyabr 2019-cu il tarixdə saat 23 radələrində onun yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirə rkən evin dəhlizindən üç siyirməli termonun 2-ci siyirməsindən üzərində «Nutti» sözləri yazılmış şüşə balonun içərisindən çəkisi 79,245 qram narkotik vasitə olan heroin, həmin siyirmədə 1 ədəd 5,0 ml-lik şpirisdə çəkisi 0,016 qram heroin, evin qonaq otağında olan servantın içərisindən 1 ədəd selofan torbanın içərisinə yığılmış 1 ədəd polietilen kəsiyi bükümdə 44,86 qram narkotik vasitə olan qurudulmuş marixuana, 4 ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda çəkiləri 39,845 qram, 47,355 qram, 17,074 qram, nəm halda çəkisi 31,439 qram (quruhalda 15,339 qram) narkotik vasitə olan heroin, 2 ədəd kağız parçasına bükülmüş ayrı-ayrılıqda çəkiləri 8,97 qram və 14,55 qram narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda çəkiləri 4,404 qram və 13,342 qram psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 29 noyabr 2019-cu il tarixdə saat 01 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzabati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli gödəkçənin sol döş cibindən 1 ədəd ağ rəngli kağız əl dəsmalı bükümündə təmiz çəkisi 2,43 qram qurudulmuş marixuana, ağ rəngli dəftər kağızına bükülmüş təmiz çəkisi 0,071 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və K.S.Bəşirovdan ibarət tərkibdə) 03 iyun 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində onun İ qrup Qarabağ əlili olduğu nəzərə alınmadan yuxarı həddə cəza təyin edildiyini bildirərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2020-ci il tarixli qərarını ləğv edərək barəsində təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışın ın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində onun İ qrup Qarabağ əlili olduğu nəzərə alınmadan yuxarı həddə cəza təyin edildiyini bildirərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2020-ci il tarixli qərarını ləğv edərək barəsində təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassas iya şikayətində məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, onun cinayət əməllərini təsdiq edən sübutların toplanması, məhkəmə iclasında tədqiqi, qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin pozulması halları müəyyən edilməmiş, Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallara uyğun mümkünsüz sübutlardan istifadə edilməmiş, hökmdə istinad edilmiş sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Məhkum ə məlində xüsusilə təhlükəli residivin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almış, Məhkum cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış məhkumluq haqqında sorğudan görünür ki, təqsirləndirilən şəxs Məhkum Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 yanvar 2002-ci il tarixli hökmü ilə CM-nin 120.2.2, 228.4-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmuş, 10 noyabr 2016-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkum olunduğu CM-nin 120.2.2-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. CM-nin 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətlərə münasibətdə şəxsin cəzanı çəkib qurtardığı gündən etibar ən 8 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin müddət ərzində Məhkum ağır cinayət əməlini törətdiyindən və onun əvvəllər törətdiyi cinayətə münasibətdə məhkumluğu ödənilmədiyindən onun əməli Azərbaycan Repsublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunmuşdur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Məhkum ona istinad edilən cinayət əməlini, xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 8 il keçənədək törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cə za növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla Məhkum onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məsələləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud olmamışdır. Beləliklə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq birinci instansiya məhkəməsi Məhkum onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında qanuni və ədalətli hesab etmiş, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası da 03 iyun 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmünü qüvvədə saxlamaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilmə sinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, Məhkum cəza təyin edilərkən yuxarıda göstərilən maddələrin tələblərinə əməl edildiyindən və cəzanın yüngülləşdirilməsi üçün başqa əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqların ın pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24.4.3-cü maddəsi ilə məhkum edilməsinə d air cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar