Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-592/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8 iştirakı ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.2.2, 234.4.1, 234.4.3 və 315-c maddələri ilə, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-524/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum1 9 iyul 2002-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Zaqatala şəhəri, X18 küçəsi, ev 49, mənzil 7-də qeydiyyatda olmaqla həmi n ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 cəza çəkir.
2. Məhkum2 xx xxxxxx 1998-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (ayrılmış), himayəsində azyaşlı uşağı olan, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanlarda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Məhkum1 zərərçəkmiş şəxsin xidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığına ağır zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşı ma və hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə cinayət əməllərini törətmişdir. Belə ki, o, dostu Məhkum2 və istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışının realizə edilməsi ilə bağlı razılığa gəlib, qrupun digər üzvü- Əmi adlı şəxsin istintaqa məlum olmayan şəxs(lər) vasitəsi ilə və vaxtda Lənkəran şəhəri ərazisində qoydurduğu külli miqdarda narkotik vasitələri sonuncunun Məhkum2 plastik kartına göndərəcəyi 2.000 (iki min) manat və həmin məbləğdən Məhkum2 tərəfindən ona veriləcək 1.000 (bir min) manat pul müqabilində Lənkəran şəhərində gizlədilmiş yerdən götürüb Bakı şəhərinə apararaq Əmi adlı şəxsin deyəcəyi yerə q oymaq barədə 10 sentyabr 2023-cü il tarixdə Məhkum2 təklifini qəbul edib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə 10 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhərində “Tarqovı” adı ilə tanınan Nizami küçəsi ərazisində yerləşən “McDonalds” restoranının qarşısında qrup üzvü Məhkum2 ilə birlikdə olarkən “Uber” mobil tətbiq vasitəsi ilə taksi sifariş verərək, təyin olunmuş avtomobillə həmin tarixdə, saat 21 radələrində birlikdə Bakı şəhərindən Lənkəran şəhəri istiqamətində yola çıxıb, 11 sentyabr 2023-cü il tarixdə, saat 00 radələrində Lənkəran şəhəri ərazisinə çataraq, “Ləvəngi dairəsi” adlanan yerdə düşüb, Məhkum2 ilə birlikdə istintaqa məlum olmayan qrup üzvü digər şəxslərin istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən əldə etdikləri narkotik vasitələrin köhnə Ələt-Astara avtomobil yolunun üzü “Velədi körpüsü” istiqamətində Lənkəran şəhəri, Mirsalayev küçəsi ilə kəsişən hissəsində, “köhnə ət kombinatı” ilə üzbəüz yerləşən köhnə ikimərtəbəli tikilinin pilləkənlərinin altında gizlədildiyi barədə məlumatı Əmi adlı şəxsdən “WhatsApp” ani mübadilə sistemi vasitəsi ilə alaraq, qeyd olunan əraziyə gedib, Əmi adlı şəxsin “WhatsApp”da qrup üzvü olan Məhkum2 göndərdiyi fotoşəkildə təsvir olunan köhnə ikimərtəbəli binanı sonuncu ilə birlikdə axtarıb taparaq, həmin tikilinin həyətinə daxil olub, sözü gedən tikilinin pilləkənlərinin altından bir ədəd bağlamada külli miqdarda narkotik maddələr aşkar edərək, həmin bağlamanın içərisindən şəxsi istifadəsi üçün götürdüyü bir ədəd sellofan bükümdə narkotik maddəni cibinə qoyub üzərində, bağlamanı isə özü şəxsən götürüb əlində saxlayaraq, həmin narkotik maddələri birlikdə əldə edib, Bakı şəhərinə daşımaq məqsədi ilə sözü gedən tikilinin həyətyanı sahəsini tərk edib, gəldiyi istiqamətdə asfalt yolun kənarı ilə piyada hərəkət edərkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin polis əməkdaşlarının həmin tarixdə, saat 01 radələrində sözü gedən ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı şöbənin əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs1 və polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirməklə və xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmələrinə, külli miqdarda narkotik vasitələrin qanunsuz d övriyyəsi ilə məşğul olmaqda şübhələnildiyi üçün şöbənin inzibati binasına dəvət edilməsinə baxmayaraq, həmin şəxslərin polis əməkdaşları olduğunu bilib, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi hesab olunan polisin qanuni tələblərinə tabe olmayaraq, polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərmək qərarına gəlib, əynindəki cins şalvarın sağ yan cibindən çıxardığı və sağ əlində tutduğu kustar üsulla hazırlanmış, bir tərəfi kəsici və ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, ümumi uzunluğu 190 mm olan xüsusi təyinatlı ov bıçağı ilə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 sol qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona həmin nahiyədə qarın boşluqlarına nüfuz edən, böyük piyliyi və yoğun bağ ırsağı zədələyən, hemoperitenium, daxili və xarici qanaxma ilə müşayiət olunan, kəsilmiş-deşilmiş yara ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə ondan aralanıb, üzü həmin küçədə yerləşən “kərpic zavodu” istiqamətində qaçarkən onu təqib edən polis nəfəri Zərərçəkmiş şəxs2 onun dayanması ilə bağlı tələblərinə məhəl qoymayaraq, hadisə yerindən uzaqlaşmaq istəsə də, ona yetişən Zərərçəkmiş şəxs2 tərəfindən yaxalandıqdan sonra sonuncunun onu tutub saxladığı zaman cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi hesab olunan polisin qanuni tələblərinə tabe olmayaraq, polis əməkdaşına zor tətbiq etməklə müqavimət göstərmək qərarına gəlib, sağ əlindəki həmin bıçaqla Zərərçəkmiş şə xs2 sağ baldır və sol diz nahiyələrinə qəsdən bir neçə zərbə vurmaqla, ona həmin nahiyələrdə dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, lakin, Zərərçəkmiş şəxs2 çevikliyi nəticəsində zərərsizləşdirildikdən sonra Məhkum2 ilə birlikdə əməliyyat tədbirinin davamı olaraq Regional Şöbənin inzibati binasına aparılıb, orada üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə 49,424 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bundan əlavə bir ədəd bağlamanın içərisindən bir ədəd sellofan bükülüdə 955,0 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin, dörd ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 2785,0 qr, 3310,0 qr, 3800,0 qr və 2845,0 qr, ümumi təmiz çəkisi 127 40,0 qr olmaqla külli miqdar təşkil edən və tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
4. Həmçinin, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, dostu Məhkum1 və istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışının realizə edilməsi ilə bağlı razılığa gəlib, qrupun digər üzvü Əmi adlı şəxsin istintaqa məlum olmayan şəxs(lər) vasitəsi ilə və vaxtda Lənkəran şəhəri ərazisində qoydurduğu külli miqdarda narkotik vasitələri Əmi adlı şəxsin onun plastik kartına göndərəcəyi 2.000 (iki min) manat pul müqabilində Lənkəran şəhəri ərazisində gizlədilmiş yerdən götürüb Bakı şəhərinə apararaq Əmi adlı şəxsin deyəcəyi yerə qoymaq barədə qabaqcadan vəd verib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə 10 sentyabr 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhərində “Tarqovı” adı ilə tanınan Nizami küçəsinin ərazisində yerləşən “McDonalds” restoranının qarşısında qrup üzvü Məhkum1 ilə birlikdə olarkən sonuncu tərəfindən “Uber” mobil tətbiq vasitəsi ilə taksi sifariş verilərək, təyin olunmuş avtomobillə həmin tarixdə, saat 21 radələrində Bakı şəhərindən Lənkəran şəhəri istiqamətində yola çıxıb, 11 sentyabr 2023-cü il tarixdə, saat 00 radələrində Lənkəran şəhəri ərazisinə çataraq, “Ləvəngi dairəsi” adlanan yerdə düşüb, qrup üzvü istintaqa məlum olmayan digər şəxslərin istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən əldə etdikləri narkotik vasitələrin köhnə ƏlətAstara avtomobil yolunun üzü “Velədi körpüsü” istiqamətində, Lənkəran şəhəri, Mirsalayev küçəsi ilə kəsişən hissəsində, “köhnə ət kombinatı” ilə üzbəüz yerləşən köhnə ikimərtəbəli tikilinin pilləkənlərinin altında gizlədildiyi barədə məlumatı Əmi adlı şəxsdən “WhatsApp” ani mübadilə sistemi vasitəsi ilə alaraq, qrup üzvü Məhkum1 ilə birlikdə qeyd olunan əraziyə gedib, Əmi adlı şəxsin “WhatsApp”da ona göndərdiyi fotoşəkildə təsvir olunan köhnə ikimərtəbəli binanı Məhkum1la birlikdə axtarıb taparaq, həmin tikilinin həyətinə daxil olub, sözü gedən tikilinin pilləkənlərinin altından bir ədəd bağlamada külli miqdar da narkotik maddələr aşkar edərək, həmin bağlamanın içərisindən şəxsi istifadəsi üçün götürdüyü bir ədəd sellofan bükümdə narkotik maddəni cibinə qoyub üzərində, bağlamanı isə Məhkum1 götürüb əlində saxlayaraq, həmin narkotik maddələri birlikdə əldə edib, Bakı şəhərinə daşımaq məqsədi ilə sözü gedən tikilinin həyətyanı sahəsini tərk edib, gəldiyi istiqamətdə asfalt yolun kənarı ilə piyada hərəkət edərkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin polis əməkdaşlarının həmin tarixdə, saat 01 radələrində sözü gedən ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı şöbənin əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs1 və polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 ona yaxın laşıb polis əməkdaşları olduqlarını bildirməklə və xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmələrinə və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələnildiyi üçün şöbənin inzibati binasına dəvət edilməsinə baxmayaraq, həmin şəxslərin polis əməkdaşları olduğunu bilib cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə qaçmağa cəhd göstərmiş, lakin polis əməkdaşlarının çevikliyi nəticəsində saxlanılaraq qrup üzvü olan Məhkum1la birlikdə əməliyyat tədbirinin davamı olaraq Regional Şöbənin inzibati binasına aparılıb, orada üzərində şəxsi axtarış keçirilərkən, əynində olmuş idman gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə 48,962 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bundan əlavə bir ədəd bağlamanın içərisi ndən bir ədəd sellofan bükülüdə 955,0 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin, dörd ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2785,0 qr, 3310,0 qr, 3800,0 qr və 2845,0 qr, ümumi təmiz çəkisi 12740,0 qr olmaqla külli miqdar təşkil edən və tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət məhkəmə tərkibində) 18 mart 2024-cü il tarixli, 1(099)-326/2024 nömrəli hökmü ilə Məhkum1 CM-in 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum1 CM-in 126.2.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum1 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 11 sentyabr 2023-cü il tarixdən hesablanması, Məhkum1 narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması, Məhkum1 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 11 sentyabr 2023-cü il tarixdən hesablanması, Məhkum2 narkomaniyadan məcburi müalicə təyin edilməsi və ona ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması, Məhkum2 barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qü vvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin hökmündən Dövlət ittihamçısı2 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti verərək hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 daha yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən), X1 və X2 ibarət məhkəmə tərkibində) 3 oktyabr 2024-cü il tarixli, 1(106)-524/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 1(099)326/2024 nömrəli hökmünün təqsirləndirilən şəxs Məhkum1 münasibətdə cəza hissəsində dəyişdirilməsi, Məhkum1 CM-in 126.2.2-ci maddəsi ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası və 315-ci maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanaraq qəti olaraq 11 (on bir) il həddində müəyyən edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-524/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti və Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. K assasiya şikayətinin və kassasiya protestinin dəlilləri və etirazlar:
9. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o, cinayət işi üzrə özünü qismən təqsirli bilir, bununla belə birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfndən ona verilə cəza müddəti prosessual hüquq normaları pozulmaqla həddindən artıq ağır olmuşdur. Hesab edir ki, məhkəmə istintaqı qeyri-obyektiv və ədalətsiz əsaslarla aparılmış, məhkəmə instansiyalarında barəsində çıxarılmış qərarlar onun hüquq və azadlıqlarını pozmuşdur. Qeyd etdiklərinə əsasən məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-524/2024 nömrəli qərarının dəyişdirilməsini və barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini n azaldılmasını xahiş etmişdir.
10. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlara, bir sıra qanunvericilik aktlarına istinadlar edilərək apellyasiya instansiya məhkəməsinin yekun aktının həqiqəti əks etdirməməsinə, iş materiallarının tam hərtərəfli və ədalətli araşdırılmamasına istinadlar edərək göstərmişdir ki, məhkumlar barəsində apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onların şəxsiyyətinə əhəmiyyət verilmə miş, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, məhkumlardan aşkar edilmiş narkotik vasitələr iki növdə olmaqla, ümumi çəkisi 14 kiloqrama yaxın olan, təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan Məhkum1 və Məhkum2 əsassız olaraq təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etmiş, bununla onların gələcəkdə də eyni qəbildən olan cinayətlər törətmələrinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum1 və Məhkum2 islah edilməsinin, gələcəkdə həm onlar, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir.
11. Kassasiya protestinin müəllifi eyni zamanda qeyd etmişdir ki, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum1 və Məhkum2 törətdiyi əməllərin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur.
12. Kassasiya protestinin müəllifi protestində göstərilənləri Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından Məhkum1 CM-in 126.2.2, 234.4.1, 234.4.3 və 315-c maddələri ilə, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-524/2024 nömrəli qərarının cəza təyininə dair hissədə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
13. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
14. Qərardan Məhkum2 və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayətləri verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X14 Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından kassasiya protestinin təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Resp ublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
19. Məhkum1 kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələb ini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
20. Həmçinin, dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum1 və Məhkum2 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün nəzərə almadığını, nəticədə əsaslar olmadığı halda Məhkum1 barəsində təqsirli bilindiyi CM-in 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələrinin, Məhkum2 barəsində təqsirli bilindiyi CMin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddini təyin etdiyini iddia edərək, mübahisələndirilən qərarın cəza təyini hissəsi ndə ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
21. Odur ki, kollegiya Məhkum1 kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)524/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikası CM-in 8-ci maddəsind ə təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
23. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
24. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
25. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olmaqla cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalı və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tət biq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olmaqla onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
26. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
27. Bununla yanaşı, kassasiya protestinə diqqət etdikdə aydın olur ki, dövlət ittihamçısı Məhkum1 və Məhkum2 tərəfi ndən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsini və cinayətin hüquqi tövsifini mübahisələndirməmiş, protest müəllifi apellyasiya instansiya məhkəməsinin Məhkum1 və Məhkum2 şəxsiyyətlərini, təqsirli bilindikləri cinayətin xarakterini, həmin cinayətin ictimai təhlükəliliyini, törədilmə hallarını nəzərə almadan Məhkum1 barəsində təqsirli bilindiyi CM-in 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələrinin, Məhkum2 barəsində təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mübahisələndirmişdir.
28. Öyrənilmiş cinayət işinin kontekstində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkum2 barəsində cəza təyin edilərkən yuxarıda sadalanmış cinayət-hüquqi normalara əməl olunduğunu, o cümlədən məhkum edilmiş şəxsin şəxsiyyətinin, törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəliyinin lazımınca nəzərə alındığını qeyd etmək mümkün olsa da, eyni əsasların Məhkum1 münasibətdə lazımınca nəzərə alındığını iddia etmək mümkün deyildir.
29. Belə ki, baxılan işdə Məhkum1 barəsində məhkəmələr tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş və aşağıdakı sadalanmış hallar apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum1 cəzasını yüngülləşdirilən hal kimi nəzərə alınmışdır: - atası və qardaşının müharibə veteranı statusunda olmaları; - qardaşının müxtəlif medallarla təltif olunmasını; - yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini; - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; - əməlindən özünü təqsirli bildiyi hissədə səmimi peşmanlığını.
30. CM -nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.
32. Lakin görünən odur ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 barəsində yuxarıda sadalanan halları onun cəzasını yüngülləş dirən hal kim nəzərə alarkən hər hansı bir əsaslandırma aparmamışdır.
33. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktından məhkəmənin istinad etmiş olduğu yuxarıda sadalanmış yüngülləşdirici halların Məhkum1 barəsində azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəzanın təyin edilməsinə əsas olan əlamətlərin nədə ifadə olunduğunu müəyyən etmək mümkün deyil. Belə ki, məhkəmə bu xüsusatları cəza təyini ilə bağı qiymətləndirdiyi hallar sırasında sadəcə sadalamış, məhkum barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəzanın təyin edilməsinə əsası nədə gördüyünü əsaslandırmamışdır.
34. Halbuki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat ş əraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
35. Bununla da, apellyasiya instansiya məhkəməsinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn hallara əməl etməsinin öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır.
36. Hazırki iş üzrə törədilmiş cinayətin ictimai-təhlükəliliyi, törədilməsi ilə bağlı olan diqqətəlayiq hallar isə odur ki, Məhkum1 əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-in 234.4.1, 234.4.3, 126.2.2 və 315-ci maddələrində də nəzərdə tutulan, ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törətmişdir. Bütün bunlar eləcə də baş vermiş nəticənin ağırlığı (ümumilikdə 14 kq-a yaxın olan 2 növdə narkotik vasitələr aşkar olunması), törətmiş olduğu cin ayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu, barəsində zərərçəkmiş şəxsin şikayətçi olması və işin digər halları apellyasiya instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasının həddi müəyyən edilərkən nəzərə alınmamışdır.
37. Apellyasiya instansiya məhkəməsi Məhkum1 birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3, 126.2.2 və 315-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını cəzaların toplanılması hissəsində dəyişib, ona qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərkən öz qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəti cəzanın hə ddlərini müəyyən edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, nəticə etibarilə təqsirləndirilən şəxs Məhkum1 cəzanın məqsədlərini təmin etməyən həddə yüngül cəza təyin etmişdir.
38. Sadalanan xüsusatların fonunda apellyasiya instansiya məhkəməsinin Məhkum1 atası və qardaşının müharibə veteranı statusunda olmalarını, qardaşının müxtəlif medallarla təltif olunmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən özünü təqsirli bildiyi hissədə səmimi peşmanlığını yüngülləşdirən hal kimi qiymətləndirməsi və işin hallarına görə ona təyin edilə biləcək və Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 126.2.2 və 315-ci maddələrinin sanksiyasında (126.2.2 - altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə; 234.4.1 və 234.4.3 - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə; 315 - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə) nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə uzlaşan nəticə kimi qiymətləndirilə bilməz.
39. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edərkən apellyasiya məhkəməsi Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin ictimai təhlükəliliyin kəmiyyət göstəricilərini, yəni narkotik vasitələrin miqdarını, kütləsini, CM-in 126.2.2 və 315-ci maddələri ilə olan əməlinin ictimai təhlükəliliyinin xarakterini, üzərində kəsici-deşici alət olan bıçaq götür məsini, narkotik vasitələrin qanunsuz əldə edilməsi zamanı qarşıya çıxacaq maneənin bu yolla aradan qaldırılması niyyətinin olmasını, bu niyyətin icrası ilə əlaqədar olaraq da onları zərərsizləşdirmək istəyən polis nəfərlərinə ağır xəsarət yetirməkdən çəkinməməsi nəzərə alınmamışdır.
40. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 CM-in 126.2.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, 234.4.1, 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə və 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə baxmayaraq, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq cəmi 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, əməlin ic timai təhlükəliliyi, törədilən cinayət əməlinin xarakteri, şəxsiyyəti nəzərə alınmayaraq, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına digər maddələrlə toplamda təyin edilmiş 11 il azadlıqdan məhrum etmə cəzasının yalnız iki ili qismən toplanılmışdır.
41. Qeyd olunanlar onu göstərir ki, əslində apellyasiya məhkəməsinin Məhkum1 barəsində təyin olunmuş cəza vasitəsilə islah oluna bilməsinə inam yaratmasına, cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarına dair qənaəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) b ütün halların nəzərə alınmasından irəli gəlmir.
42. Məhkəmə kollegiyası hesab edir ki, bu qaydada, yəni Cinayət Məcəlləsinin 8, 58.3, 62ci maddələrində göstərilən, cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi qiymət verilməməsi ilə) qəti olaraq təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzanın nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də ki, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini (o cümlədən, sosial ədalətin bərpasını) təmin edə bilməz.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları)
44. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüq uqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur.
45. Lakin baxılan cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gələn nəticəni, həmçinin cəzanın tətbiq edilməsi məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır.
46. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya pr otestinin qismən, yəni Məhkum1 aid hissədə təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, məhkəmələr tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir.
47. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti qismən, yəni Məhkum1 aid hissədə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-524/2024 nömrəli qərarı cəza təyinin ə aid hissədə Məhkum1 münasibətdə qismən ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.
48. Məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, c əza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə Məhkum1 haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır.
49. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3 və 315-c maddələri ilə, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(106)-524/2024 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassas iya protestinə münasibətdə qismən ləğv edilsin, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.