Məhkəmə qərarları › İş №1(102)-593/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-593/2019

09.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-593/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Gülzar Lətif qızı Rzayeva (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Astara Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakimRəsulov Zamiq Akif oğlu) xx.xx.1973-cü ildə Astara rayonunun Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Astara rayonunun Təngərüd kəndində yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından 15 (on beş) faiz məbləğində pu l dövlət nəfinə tutulmaqla, 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını əsas iş yeri üzrə çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmağa başlandığı andan hesablanması, iş üzrə mülki iddianın təmin edilməməsi hökm edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Novruzov Ələsgər Əli İskəndər oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) 03 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 06 noyabr 2017-ci il tarixdə, saat 17 radələrində Astara rayonu, Pensər kəndində, “dörd yol” adlandırılan yerdə, Zərərçəkmiş şəxs və arvadı X9 ona pul borclu olduqlarına görə aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı X2nın “sənin qızın mənim ərimlə gecələr WhatsApp-da yazırdılar” sözünü deməsindən sonra Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruqla, ağız nahiyəsinə başla vuraraq, sonuncuya üst çənədə kəsici dişin sınığı, alt dodaq nahiyəsində qançır kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmələr cinayət işinin materiallarına lazımi hüquqi qiymət verməmiş, məhkumun əməlinin Azərbaycan Respublikası CM 128-ci maddəsi ilə tövsif olunmaqla səhvə yol verilmiş, maddi və prosessual hüquq normalarının pozulmuşdur. Məhkum əməlini tək yox, iş üzrə şahid X14 ilə birlikdə qabaqcadan əlbir olmuş qrup halında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək törətdiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə tövsif edilməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmi n edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2018-ci il tarixli qərarının ləğv olunub işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin cəza hissəsində təmin edilməsi barədə dövlət ittihamçısının və kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiy a instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkumun əməlinin CM-nin 221.2.1-ci maddəsinə tövsif edilməsi barədədir. Bu dəlillərin əsassızlığı və qanunun tələbinə uyğun olmaması aşağıdakılarla təsdiq edilir. Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə, qəsdən sağlamlığa yüngül zərər vurma ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Məhkum ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayında qızı Günay Məhərrəmovanın xahişinə əsasən X1 arvadı X2ya onun yaşadığı Astara rayonu, Pensər kəndindəki evin həyətində 2285 manat pul vermişlər. Sonradan 2017-ci il iyun ayının ortalarında X2 telefon danışığı zamanı razılaşıb X1 sözünə əsasən poçt vasitəsilə X1 dostu X5 adına daha 700 manat pul göndərmişdir. X1 a rvadı X3 ondan pulu alandan sonra danışıb-razılaşdıqları vaxtın tamam olmasına baxmayaraq müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdır. Bununla bağlı X2 də telefonla danışmış, X1 ona borclu olduqları pulu qısa vaxt ərzində qaytaracağına vədlər vermiş, lakin uzun bir vaxt keçməsinə baxmayaraq yenə pulu qaytarmamışlar.. X1gil sonda demişlər ki, «siz necə sübut edə bilərsiniz ki, bizə pul vermisiniz». 06 noyabr 2017-ci il tarixdə, saat 17 radələrində rastlaşdıqda pulunu istədikdə, X1 və arvadı onu və ailəsini söymüşlər. Həmkəndlisi X2 mübahisə vaxtı dediyi nalayiq sözlərə görə X1ə iradını bildirəndə ona «sən get, sənlik bir şey yoxdur» demiş, X2 kənara keçib durmuşdur. Mübahisəni X1 özü başlamış, 2-3 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşimandır. Hadisə vaxtı X1 haqsız olmasına baxm ayaraq özü və arvadı X3ın onun qızı və ailəsinə böhtan demələrindən əsəbləşib X1i vurmuşdur. Şahid X14 ifadəsində göstəmişdir ki,. 06 noyabr 2017-ci il tarixdə, saat 17 radələrində o, Pensər kəndində “dörd yol” deyilən yerə bazarlıq etməyə getmiş, dükanın yaxınlığında dayanan zaman görmüşdür ki, həmkəndlisi X6 tanımadığı bir şəxslə, sonradan adını bildiyi Zərərçəkmiş şəxslə dalaşır, X1 X4in ailəsinin və qızının ünvanına nalayiq sözlərlə söymüş, o, X4gilin nə üçün mübahisə etdiyini bilməmiş, həmin vaxt X6X1i yumruq və kəllə ilə vurmuş, o, yaxınlaşıb X4gili sakitləşdirmişdir. Sonra X6 ona demişdir ki, «X1 mənə pul borcludur və pulumu vermir, buna görə onu vurdum». Mübahisə təxminən 2-3 dəqiqə çəkmiş, sonra X6və X1 mübahisələrinə son qoyub hərəsi öz yoluna davam etmişdir. Hadisə zamanı kənard a adamlar olsa da, ondan başqa oraya heç kim yaxınlaşmamış, ətrafda olan şəxslərin rahatlığı pozulmamış, hadisə qısa müddət ərzində baş vermiş və hər kəs öz iş başında olmuşdur. Şahid X10 ifadəsində göstərdi ki, 06 noyabr 2017-ci il tarixdə, saat 17 radələrində o, tanışları X3 və X5la birlikdə Pensər kəndində “dörd yol” deyilən yerdə, dükanın yaxınlığında dayanıb söhbət edərkən görmüşdür ki, X6“Mersedes-Benz” markalı avtomobilini dükanın qarşısında saxlamış, sonradan “Ford Fokus” markalı avtomobil də X4in yanında dayanmış, “Ford Fokus” markalı avtomobilin sürücüsü avtomobildən düşüb X4ə yaxınlaşaraq X4ə nə isə demiş, X3 da “Ford Fokus” markalı avtomobildən düşmüş, həmin vaxt X4lə X1 arasında mübahisə olmuş və mübahisə zamanı X6yumruqla X1 sifətinə, sonra isə kəllə ilə ağzına vurmuşdur. X25 söyməyə başlamışlar, X6isə söyüş söyməmişdir. Bunu görən X2 oraya yaxınlaşaraq X4gili sakitləşdirmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə qısa müddət davam etdiyindən və səs-küyə səbəb olmadığından o və tanışları X4gilə yaxınlaşmamışlar. Şahid. X6 ifadəsində göstər mişdir ki. 06 noyabr 2017-ci il tarixdə, saat təxminən 17 radələrində o, tanışları X3 və X7 birlikdə Pensər kəndində “dörd yol” deyilən yerdə, dükanın yaxınlığında dayanıb söhbət edərkən görmüşdür ki, X6X1 arasında mübahisə olmuş və mübahisə zamanı X6yumruqla X1 sifətinə, sonra isə kəllə ilə ağzına vurmuşdur. X25 söyməyə başlamışlar, X6isə söyüş söyməmişdir. Bunu görən X2 oraya yaxınlaşaraq X4gili sakitləşdirmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə qısa müddət davam etdiyindən və səs-küyə səbəb olmad ığından o və tanışları X4gilə yaxınllaşmamışlar. Məhkum edilmiş şəxs Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi onun həm özünün verdiyi ifadə, həm Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş X15, X14, X10, X6, X7 və X11 verdikləri ifadələrlə, həm də məhkəmətibbi ekspertizasının 15 noyabr 2017-ci il tarixli, 1304 nömrəli rəyi ilə tam sübuta yetirilmişdir İşin məhkəmələr tərəfindən tədqiq edilmiş hallarından müəyyən olunur ki, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkuma istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Kollegiya məhkumun əməlininin Cinayət Məcəlləsinin 221.2.1-ci maddəyə tövsif edi lməsi dəlili barədə qeyd edir ki, Azərbaycan CPM-nin 318.1-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə.məhkəməyəqədərsadələşdirilmiş icraatın materiallarına və xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən belə vəsatət verməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, zərər çəkmiş şəxsin verdiyi vəsatət təmin edilməmişdir. Məhkəmələr zərər çəkmiş şəxsin mülki iddiasını mötəbər sübutlar təqdim edilmədiyindən təmin e tməmişlər. Kollegiya qeyd edir ki, məhkəmələrin iş üzrə gəldikləri nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar