Məhkəmə qərarları › İş №1(102)-593/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-593/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-593/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Vəliyeva Sədaqət Qurban qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və İradə Həsənzadə) 22 iyun 2022-ci il tarixli, 1(101)-828/2022 nömrəli hökmü ilə xx xxxxx 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2021-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Seyif Fərid” adlı şəxslə 2021-ci ilin noyabr ayının sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil telefonun “whatsap” proqramı ilə əlaqəyə girərək, 500 manat pul müqabilində sonuncunun tapşırığı ilə narkotik vasitələri və psixotrop maddələri ona bildirəcəyi ünvanlara çatdırmaq təklifini qəbul edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz olaraq satışını təşkil etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bir bağlamada təmiz çəkisi 130,0 qram təşkil edən kü lli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram, ümumi təmiz çəkisi 546,27 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və 1 ədəd qaşığı Binəqədi rayonu, Sulutəpə qəsəbə dairəsində reklam plakatının altından götürüb əldə edərək, yaşadığı ünvan 2 ünvanının zirzəmisinə gətirərək orada televizorun arxa hissəsində gizlətmiş, bundan sonra həmin narkotik vasitədən bir bağlamada təmiz çəkisi 130,0 qram olan külli miqdarda heroini özü ilə götürüb əynindəki şalvarın sol yan cibinə qoyub saxlayaraq daşı yarkən, o, 04 dekabr 2021- ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 18:20 də ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 4 ünvanında yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş və üzərinə video-çəkiliş keçirilən zaman o, əynindəki şalvarın sol yan cibində saxladığı bir bağlamada təmiz çəkisi 130,0 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gün saat 20:50- də onun yaşadığı evin zirzəmisinə baxış keçirilərkən orada televizorun arxa hissəsində gizlədilmiş bir ədəd sellofan torbanın içərisində bir ədəd bağlamada və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 545,0 qram, 1,270 qram, ümumi təmiz çəkisi 546,27 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bir ədəd bağlamada təmiz çəkisi 1015,0 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi və bir ədəd qaşıq aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 25 aprel 2023-cü il tarixli 1(103)-49/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il 06 ( altı) ay müddətə az adlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Vəliyeva Sədaqət Qurban qızı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Vəliyeva Sədaqət Qurban qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, sözügedən qərar maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəməyədək verdiyi ifadələrdən fər qli olaraq Məhkum Bakı Ağır Cinayət Məhkəməsində keçirilən məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün həmin ifadəni təsdiq etmir. Saxlanılan zaman üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. O, narkotik vasitələrin istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. Məhkəmə kollegiyası Məhkum məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə xarakteri və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayəi Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübut növləri ilə tam təsdiq olunma sı qənaətinə gəmişdir. Lakin hökm cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış, məhkəmə iclasında olan sübutlara deyil, məhkəmə iclasında tədqiq edilməyən, məhkəməyədək icraat zamanı kobud qanun pozuntuları ilə əldə edilmiş və iş materiallarına uyğun olmayan sübutlara istinad edilmişdir. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Lakin məhkəmə konkret halda əməliyyat-axtarış tədbirinin əldə olunaraq cinayət işinə sübut kimi da xil edilmiş materialı tədqiq etmədən, CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamadan əldə edilmiş materialların kobuc qanunpozuntusu ilə əldə edilməsinə baxmayaraq, əsas sübut kimi qəbul etmişdir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanununda yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsinin ancaq məhkəmənin qərarı ilə aparılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 234-cü maddəsində nəzərdə tutulan cinayət şəxsiyyət əleyhinə ağır cinayət və ya xüsusi təhlükəli cinayətlər kateqoriyasına aid edilməmişdir. Ona görə də, Məhkum olduğu yerin, onun nəqliyyat vasitəsinin, yaşayış sahəsinin müşahidəsi üçün birmənalı olaraq məhkəmə qərarı alınmalı idi və həmin tədbir məhkəmə qərarı olmadan keçirilə bilməzdi. Cinayət işində olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Ba Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlən üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş, idarənin rəis tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtanş tədbirlərinin həyata keçirilməsinə dair 04 dekabr 2021-ci ildə qərar qanuniliyinin yoxlanılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə öz qərarında əməliyyat-axtarış tədbirlərinin həyata haqqında qərarda qeyd edilən yerin və nəqliyyat vasitəsinin müşahidəsinin məhkəmənin qərarı olmadan yalnız şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli cinayətlərinin qarşısının alınması üçün keçirilməli olmas ını və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində şəxsin saxlanılması və onun üzərinə baxış keçirilməsi kimi əməliyyat-axtarış tədbirinin nəzərdə tutulmadığını göstərərək sonda 04 dekabr 2021-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmadan geri qaytaralması barədə qərar qəbul etmişdir. Bununla da, məhkəmə öz qərarında aparılmış əməliyyat-axtarış tədbirlərinin qanunsuz hesab etmişdir. Həmin məhkəmə qərarını əməliyyat-axtarış fəaliyyətinə nəzarət edən prokuror və onun qanuniliyini yoxlamaq üçün məhkəməyə müraciət etmiş orqan mübahisələndirməmişdir. Həmin məhkəmə qərarı da qüvvədə olduğu halda, məhkəmə kollegiyasının həmin tədbir nəticəsində əldə edilmiş sübutlara, o cümlədən maddi sübutlara əsaslanmaqla ittihamedici hökm çıxarmasının heç cür iz ahı ola bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Vəliyeva Sədaqət Qurban qızının k assasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsi zliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətində də irəli sürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-c ü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin p rotokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi müdafiəçinin apelyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apelyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü ma ddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyi üçün həmin ifadəni təsdiq etmir. Saxlanılan zaman üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. O, narkotik vasitələrin istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. İbtidai istintaq zamanı 06 dekabr 2021-ci il tarixdə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilən Məhkum eyni məzmunlu ifadələrində bildirmişdir ki, 2016-ci ildə o, İran İslam Respublikasının “Məşəd” şəhərinə ziyarətə getmiş və orada təsadüfən “Seyif Fərid” adlı şəxslə dostlaşaraq mobil telefon nömrəsini ona vermişdir. Bir müddətdən sonra “Seyif Fərid” ona mobil tel efonunu xatırlamadığı nömrəsi ilə vatsap proqramı ilə 2021-ci ilin təxminən noyabr ayının sonlarında onun ***-***-**-** nömrəsinə zəng etmiş və Bakı şəhərində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən dairədə reklam plakatın altında gizlədilmiş sellofan torbada narkotik və psixotrop maddələrin olduğunu, onları həmin yerdən götürüb onun göstərişi ilə deyilən ünvanlara qoymağı, bu işlərin qarşılığında ona 500 manat məbləğində pul verəcəyini təklif etmiş, özü narkotik vasitə aludəçisi olduğu üçün onun təklifi ilə razılaşmışdır. Sonra o, həmin yerə getmiş, 1 bağlamada təmiz çəkisi 130 qram narkotik vasitə heroini, 1 bağlamada və bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 545 qram və 1,270 qram, ümumi təmiz çəkisi 546,27 qram psixotrop maddə metamfetamini, digər bir ədəd bağlamada təmiz çəkis i 1015 qram narkotik vasitə heroini, bir ədəd elektron tərəzi və 1 ədəd çay qaşığını Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən dairədə reklam plakatının altından götürüb onları üzərində daşıyaraq yaşadığı ünvan 5 ünvanına gətirmiş və evinin zirzəmisində olan televizorun arxa hissəsində gizlətmişdir. 04 dekabr 2021-ci idə “Seyif Fərid” ona zəng etmiş və həmin narkotik vasitədən 1 bağlamada çəkisi 130 qram olan heroini götürüb özündə saxlamağı, bir qədər vaxtdan sonra onu hansı ünvana aparıb qoymağını bildirəcəyini demişdir. O, bağlamanı evinin zirzəmisindən götürüb şalvarının cibinə qoymuş və küçəyə çıxıb piyada küçə ilə getməyə başlamışdır. Həmin gün saat 18:20-radələrində ünvan 6 ünvanının qarşısında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind ən saxlanılmış, özlərini təqdim etdikdən sonra, onun qanunsuz olaraq narkotik və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. Sonra o, BNMİ-nin inzibati binasına gətirilmiş və ona hüquqlarının müdafiə olunması ilə bağlı seçdiyi vəkil təyin olunmuşdur. Bundan sonra üzərinə video-çəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi barədə qərarla tanış edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarışın keçirilməsi başlanılmış və şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində saxlanılan qanunsuz nə əşya varsa, onları təqdim edilməsi təklif edilmişdir. O, könüllü olaraq əynindəki şalvarın sol yan cibində saxladığı 1 bağlamada təmiz çəkisi 130 qram olan narkotik vasitə heroini masanın üzərinə qoymuş, həmin kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı olan “Seyif Fərid” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında ona 500 manat məbləğində pul veriləcəyini, narkotik vasitə aludəçisi olduğunu və təxminən 1 ildir narkotik vasitə olan heroindən istifadə etdiyini, həmçinin yaşadığı binanın özünə aid olan zirzəmisində də narkotik və psixotrop maddələrin olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Sonra yaşadığı evin qarşısına getmişlər və ona yaşadığı evin ona aid olan zirzəmisində saxladı ğı narkotik vasitələri təqdim etməsi təklif olunmuş, o və vəkili bu barədə qərarla tanış olmuşlar. Bundan sonra o, zirzəmidə olan böyük ölçülü televizorun arxa hissəsindən içərisində bir ədəd elektron tərəzi, bir ədəd qaşıq, bir bağlamada narkotik vasitə olan heroin və iki bağlamada psixotrop maddə olan metamfetamin olan sellofan torbanı təqdim etmişdir. Məhkəmələr Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkum ilkin ifadələri polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə əlaqədar verilməsini göstərsə də, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o həmin ifadələri müdafiəçinin iştirakı ilə vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanununun pozulması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində yalnız Məhkum olduğu yeri müəyyən edilmiş, o tutulmuş və polis idarəsinə gətirilmişdir. Bundan sonra araşdırma təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-in 207-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 86-cı maddəsində nəzərdə tutulmuş öz səlahiyyətləri çərçivəsində aparılmış, cinayət işinin başlanmasından sonra isə araşdırma ibtidai istintaq şəklində müstəntiq tərəfindən aparılmış və cinayət işi üzrə bütün sübutlar təhqiqatçı və müstəntiq tərəfindən toplanmışdır. Göründüyü kimi məhkumun elan edilmiş ittihamda təqsirini müəyyən edən sübutlar, o cümlədən maddi sübut olan narkotik vasitələr cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində deyil, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə uyğun olaraq təhqiqatçı və müstəntiq tərəfindən aparılmış istintaq və prosessual hərəkətlərin nəticəsində əldə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istin taq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiy ası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kolle giyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxu d dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2023-cü il tarixli 1(103)-49/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2023-cü il tarixli 1(103)-49/2023 nömrəli qərarı dəyişdirilmədən s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar