Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-594/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 03 oktyabr 2018-ci il tarixli hökmü ilə 06 dekabr 1975-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lerik rayonunun Hüseynabad kəndində qeydiyyatda olmaqla orada yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 02.05.2018-ci il tarixdə səhər saatlarında Lerik rayonunun Kəlvəz kəndində yaşayan Zərərçəkmiş şəxs təsərrüfat ında olan qoyun sürüsünün yaşadığı Hüseynabad kəndində yerləşən hava idarəsinin yuxarısındakı dağın ətəyində otladığını görərək qoyunları otaran çoban X4 uzaqdan çağıraraq onu nalayiq sözlərlə təhqir edib “sürünü geri qaytar, bu ərazi kəndin örüş sahəsidir” demişdir. X6 qoyunları Sahal dağına tərəf istiqamətləndirərək Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib Məhkum qoyunları həmin ərazidə otarmasına imkan vermədiyini demişdir. Bu danışıqdan sonra Zərərçəkmiş şəxs evindən çıxıb həmin vaxt təhsil almaları ilə əlaqədar Rusiya Federasiyasının Samara şəhərində müvəqqəti yaşayan oğlu X9la “Whatsapp” vasitəsilə görüntülü danışmaqla örüşə tərəf gedərkən bacısının əri X8 uzaqdan ondan hara getdiyini soruşmuşdur. X11in sürünü örüşdə otarmasına görə çoban X6ya irad tutmasını deməklə yoluna davam edib örüşə tərəf gələrək qoyunlarının otladığı yerdən təxminən 200 metr aralıda təpədə oturmuş, Məhkum isə hava idarəsinin yaxınlığında yolda oturduğunu uzaqdan görmüşdür. Təpədə oturduğu zaman X12nin yanına gedərək bir qədər söhbət etmişlər. Daha sonra Məhkum X10dan ayrılıb onun yanına gəlmişdir. Zərərçəkmiş şəxs Məhkum onu narahat edən məsələnin səbəbini soruşmuş, sonuncu ona cavab verməyib sifətinə baxmışdır. Təkrar Məhkum hansı səbəbdən narahat olmasını soruşmuş, Məhkum ona “bu gün sənin ölüm günündür, sən ölməlisən” demişdir. Zərərçəkmiş şəxs Məhkum “qoyunlarımın otladığı sahə örüşdür, istifadə edirsənsə et, qoyunlarımın sənə maneçiliyi yoxdur. Nə üçün mən ölməliyəm, sənə nə etmişəm” demişdir. Məhkum “ Allah sən mənə səbr ver” demişdir. Zərərçəkmiş şəxs mobil telefon cihazı əlində oğ lu ilə danışdığına görə ona əhəmiyyət verməyib dönərək evinə tərəf yeriyərkən Məhkum öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq hərəkətləri ilə ictimai qaydaları və ictimai normaları pozan, həmçinin bunlara açıq etinasızlıq göstərməklə Zərərçəkmiş şəxs qarşı azğınlaşaraq eqoizm nümayiş etdirib xuliqanlıq niyyəti ilə əsaslı səbəb olmadan qəddarlıq edərək arxadan ona yaxınlaşıb qəsdən daşla başına zərbə vurmuş, mobil telefon cihazı Zərərçəkmiş şəxs əlindən yerə düşmüşdür. Zərərçəkmiş şəxs Məhkum tərəf dönərkən sonuncu onun üzərinə atılıb əlindəki daşla başına zərbə vurmaqla onu arxası üstə yerə yıxmış və qarın nahiyyəsinə oturaraq yumruq və daşla onun bədəninə, əsasən baş və sifət nahiyyələrinə çoxsaylı zərbələr vurmaqla ona asteno-nevrotik vəziyyətlə ağırlaşmış baş beyin əzilməsi halında qapalı kəllə beyin travması ilə müşayiət olunan təpə-ənsə nahiyyəsinin yaraları, sol almacıq, sol almacıq-gözaltı nahiyyələrinin qançır- qansızmaları ilə nəticələnən ən azı daşla 4 dəfəlik zərbənin təsirindən törənə bilən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.Ə.Camalov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və E.İ.Əliyevdən ibarət tərkibdə) 17 dekabr 2018ci il tarixli qərarı ilə Lerik Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından nara zı qalan Zərərçəkmiş şəxs nümayəndəsi X5 verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə onunla əsaslandırır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum əməlində xuliqanlı niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə vardır, cinayət işi hərtərəfli araşdırılsa bu hal müəyyən olunar və təqsirləndirilən şəxs CM-in 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinməli idi. Bundan başqa birinci instansiya məhkəməsində dövlət ittihamçısı təqsirl əndirilən şəxs Məhkum 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası istəməsinə baxmayaraq, məhkəmə ona yüngül cəza təyin etmişdir. Həmçinin, Lerik Rayon Məhkəməsi və Şirvan Apelyasiya Məhkəməsi Azərbaycan Respublikasının CPM-in 144-145-ci maddələrinin tələblərini pozaraq, sübutları düzgün təhlil etməmiş və düzgün qiymətləndirməmişdir. Belə ki, təqsirləndirilən şəxsin anası yuxarı instansiyalara şikayətlər edərək yalandan şəhid ailəsi olduğunu vurğulamış və oğluna qarşı haqsızlıq edildiyini bildirmişdir. İş üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən verilmiş 01.08.2018-ci il tarixli, 172 saylı Arayışdan görünür ki, 1973-cü il təvəllüdlü X7 1992-ci ildə Lerik rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb 14.04.1994-cü ildə xəst əliyi ilə əlaqədar 4 saylı Bakı şəhər Vərəm Dispanserinə göndərilib və orada 17.04.1994-cü ildə “nəfəs mərkəzinin və beyin fəaliyyətinin iflici” nəticəsində vəfat etmişdir. Birinci instansiya məhkəməsi bu arayışa diqqət etməyərək hökmündə təqsirləndirilən şəxsin şəhid ailəsi olmasını qeyd etmişdir. İş materialında təqsirləndirilən şəxsin Lerik rayon Kələxan İƏN-i tərəfindən verilmiş xasiyyətnaməsi var. Həmin xasiyyətnamədə Məhkum neçənci ildə orta məktəbi bitirdiyi, hərbi xidmətə getdiyi, kənddə maldarlıqla məşğul olduğu və Zərərçəkmiş şəxs qarşı cinayət törətdiyi qeyd olunur. Burada şəxsin müsbət keyfiyyətləri, kəndin ictimai həyatında hər hansı bir müsbət fəaliyyəti, kənd sakinləri və qonşularla müsbət münasibətləri barədə və eləcə də digər müsbət hallar barədə qeyd olunmamışdır. Təqsirl əndirilən şəxsin səmimi peşmanlığının nədə ifadə olunduğuna heç bir əsas göstərmədən həmin halı yüngülləşdirici hal kimi hökmdə qeyd etməsi, işin hallarına, cinayətin ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən yüngül cəza təyin edərək əsassız və ədalətsiz hökm qəbul etməsi, məhkəmənin bu iş üzrə qərəzli olmasına şübhələr yaradır. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs şəxsiyyət əleyhinə olan cinayət törətmişdir ki, bu da törədilmiş cinayətin ictimai təhlükəliliyinin digər cinayət əməllərindən yüksək olduğunu fərqləndirir. Zərərçəkmiş şəxsdən üzr istənilməməsi, şəxsin törətdiyi əməldən peşmançılıq çəkməməsi, zərərçəkmiş şəxsi heç bir əsas olmadan daşla dəfələrlə baş və sifət nahiyyəsinə ölümcül zərbələr vurması və həmçinin, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin təqs irləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası istəməsinə baxmayaraq, birinci instansiya məhkəməsi açıq-aşkar cəzanın məqsədinə xidmət etməyən yüngül cəza təyin etmiş, apellyasiya məhkəməsi isə bu qanunsuzluğu aradan qaldırmayaraq, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Mə cəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin ilk dəlili Məhkum əməlinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı düzgün tövsif edilməməsi və ona daha ağır ittiham verilməməsidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxs in əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlam ətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. İşdən görünür ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə ittiham verilərək cinayət işi məhkəməyə göndərilmişdir. Belə olan halda məhkəmə yuxarıda qeyd edilmiş qanunun normasına görə Məhkum barəsində olan cinayət işinə ona verilmiş ittiham daxilində baxmaq hüququna malikdir, məhkəmənin təqsirləndirilən şəxsə verilmiş ittihamı ağırlaşdırmaq, yaxud onu genişləndirmək səlahiyyəti yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasınd a hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3cü maddəsi ilə təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yə ni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. irinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə Məhkum yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 75 yaşlı anasının, işləməyən arvadının və 3 nəfər azyaşlı uşağın olmasını, əməlindən peşman olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi, əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almaqla, Azərbaycan Respublikası CM-in 127.2.3cü maddəsi ilə ona 01 il müd dətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Nəzərə alınsa ki, CM-in 127.2.3-cü maddəsinin sanksiyasında iki cəza növü, bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir, belə cəzanı heç də yüngül hesab etmək olmaz. Digər tərəfdən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Bundan əlavə, kassasiya kollegiyasının qənaətinə görə Məhkum cəza təyin edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit olunmuş Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsiplərinə, həm də Məcəllənin cəzan ın təyin edilməsinin ümumi əsasları və cəzanı yüngülləşdirən halları nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü və müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar ı kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması və yaxud da cəza növünün həbslə əlaqədar olan cəza növünə dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarının zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarı Zərərçəkmiş şəxs nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-594/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-594/2019
30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver