Məhkəmə qərarları › İş №1(102)-594/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-594/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-594/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X9 oğlunun, Məhkum, məhkumun müdafiəçisi- vəkil X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.V.Salmanov (sədrlik edən və məruzəçi), M.A.Bayramov və S.H.Hacıyevdən ibarət tərkibdə) xx xxx 2019-cu İl tarixli hökmü ilə Məhkum- xx xxxxxx 1980-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan, ünvan 2 yaşamış Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əlavə və əsas cəzalar qismən toplanmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxxxxx 2019-cu il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona gö rə təqsirli bilinib məhkum edilmişdir ki, “B” kateqoriyalı sürücülük vəsiqəsi olsa da tanışı Zərərçəkmiş şəxs2 məxsus olan, “Mersedes Benz-200 minik” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verən etibarnaməsi olmadan xx xxxxxx 2019-cu il tarixdə saat 21:30 radələrində Zərərçəkmiş şəxs2 müvəqqəti götürərək idarə edib “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ verilən etibarnaməsi olmadan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ilə “Qurd Qapısı” dairəsi adlanan istiqamətdə həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yolun hərəkət hissəsi ndə sol zolağı ilə 20-30 km/saat sürətlə hərəkət etdirərək, həmin vaxtı “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək ünvan 1 ünvanın qarşısında yolun hərəkət hissəsində sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs1 görüb vaxtında tədbir görməklə diqqətini avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında, düzgün yerinə yetirməli, həmin piyadanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli, hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli və hərəkət üçün təhlükə yarandığını gördükdə avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməyərək, piyadanın yanından ötüb keçəcəyini güman edib yol hərəkət qaydalarını pozaraq yolun ortasında piyadalar üçün nəzərdə tutulmuş kənar hissəyə 3,5 metr qalmış avtomobilin qabarıq qabaq sağ hissələri ilə ehtiyyatsızlıqdan vurmuş, Zərərçəkmiş şəxs1 isə ağır dərəcəli travmatik və hemorroqik şokla müşaiyət olunan başın, döş qəfəsinin və aşağı ətrafların küt travması, sağ və sol gicgah-təpə sümüklərinin xətti sınıqları, sağ yarımkürrədə baş beyinin yumşaq qişası altına qansızmalar, sağ gicgah-təpə və sol gicgah-təpə-ənsə nahiyyəsində başın yumşaq toxumalarının iç səthinin hematoması, hematoma fonunda təpə nahiyyəsinin sol yarısının əzilmiş yarası, sağ İİİ-İV-V qabırğaların orta körpücük, sol İİ-İİİİV-V-Vİ-Vİİ qabırğaların ön qoltuq xəttələri üzrə yerdəyişmiş sınıqları, sol və sağ ağ ciyərin çoxsaylı cırılmaları, iki tərəfli hemotoraks (döş boşluqlarına qanın toplanması) kəskin daxili qanitirmə (sağ plevra boşluğunda 300 ml, sol plevra boşluğunda 1,7 litrədək qan), sağ və sol baldır sümüklərinin yuxarı-orta 1/3-nin yerləri kəskin dəyişmiş qapalı, çoxqəlpəli sınıqları, burunun və alt çənənin sol yarısının sıyrıqları ilə müşaiyət olunan yetirildiyi anda ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək, göstərilən travma kompleksi səbəbindən inkişaf etmiş ağır dərəcəli travmatik şok nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş və özgənin əmlakı olan həmin avtomobili ehtiyyatsızlıqdan zədələyərək Zərərçəkmiş şəxs2 470 manat məbləğində maddi ziyan vurmuş, həmçinin nəqliyyat vasitə sini alkoqollu niçkilərin qəbulu nəticəsində sərxoş halda idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozmuş və “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi barədə müvafiq orqanlara xəbər vermədən, eyni zamanda xəsarət alan Zərərçəkmiş şəxs1 yardım göstərmədən avtomobili sürüb yol-nəqliyyat hadisəsi yerindən uzaqlaşaraq qaçmışdır. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və E.E.Rəhimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyi şdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsi, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun şəxsiyyətini, ailə vəziyyətini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmasını, ona vurulmuş maddi zərəri tam aradan qaldırmasını, cinayətin törədilməsi şəraitini, törədilmiş əməlin qismən cinayət olmasını, onun özünün ictimai təhlükənin olmamasını nəzərə almamışdır. Bu halların nəzərə alınaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayət inin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçisi- vəkil X3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətində məhkum əməlinin qismən cinayət olmasını, işin hallarının düzgün qiymətləndirilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası protokolundan və hökmündən müəyyən edilmişdir ki, Məhkum həm ibtidai istintaq müddətində, həm də məhkəmə iclasında özünü elan edilmiş ittihamlar üzrə tam təqsirli bilmiş və onun cinayət əməlləri etiraf ifadələri ilə yanaşı cin ayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb, məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş digər sübutların məcmusu ilə təsdiq edilərək düzgün tövsif edilmişdir. Hökmlə Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, vurulmuş maddi ziyanın aradan qaldırılması, himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmışdır. Məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal olduğundan ona Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsi ilə müəyyən edilmiş həddə, yəni, təyin olunan cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərd ə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan müddətlərdə təyin edilmişdir. Ona görə də məhkəmənin cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, törədilmiş əməlin qismən cinayət olmasını, onun özünün ictimai təhlükəli olmamasını nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillər əsassız hesab edilərək təmin edilməməlidir. Məhkum ictimai təhlükəliliyini xarakterizə edən hallar avtomobili sərxoş vəziyyətdə, avtomobili idarə etməyə hüquq verən müvafiq etibarnamə olmadan idarə etməsi kimi hallardır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətini n dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-c u il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar