Məhkəmə qərarları › İş №1(102)-594/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-594/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-594/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Əliyev Nurlan Sahib oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Şükürov Vamiq Qabil oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2020-ci il tarixli qəra rından Məhkum müdafiəçisi Şükürov Vamiq Qabil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-431/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Abdullayev İlkin Qismət oğlu, hakimlər – Abdullayev Mehdixan Ədil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum (27 oktyabr 1998-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkm ə müəssisəsində çəkməsi, və cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 1(106)-60/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu, Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-431/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli hökmünun dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 1(106)-60/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Şükürov Vamiq Qabil oğlu kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməklə saxlamışdır. Belə ki, Məhkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,491 qram çəkidə narkotik vasitə - heroin əldə edib, hissələrə ayırıb hər birində təmiz çəkiləri - 0,610 qram, 0,294 qram, 0,252 qram, 0,337 qram, 0,705 qram və 0,293 qram olan 6 ədəd kağız bükümdə qablaşdıraraq kibrit qutusunun içərisinə yerləşdirib üzərində saxlamaqla Ağcabədi şəhərində daşıyarkən 06 avqust 2019-cu ildə saat 15.50-də Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı həmin şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən əynindəki şalvarın sol yan cibindən qeyd olunan bükümlərdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətinin onunla əsaslandırmışdır ki, narkotik vasitə cinayətprosessual qanunvericiliyin tələblərinin pozulması nəticəsində aşkar edilmişdir. Narkotik vasitəyə baxış 06.08.2019-cu il tarixdə videoçəkiliş vasitəsilə hayata keçirilib və videoçəkilişin diski də cinayət işində yerləşən şəxsi axtarış və götürmə protokoluna əlavə edilmişdir. Videoçəkiliş qeydindən görünür ki, Ağcabədi RPŞ-nin NMQ-nin ə/m polis baş leytenantı Mehtiyev Ehtibar Yaşar oğlu şəxsi axtarışı hayata keçirir və aşağıdakı hərəkətləri edir: şəxsi axtarışda polis əmakdaşları Rauf Kərimovun va Nurla n Əsadovun, Məhkum və onun vəkilinin Quliyev Vəkil Yelmar oğlunun iştirak etdiyini elan edir və Məhkum təkid edir ki, narkotik vasitəni taqdim etsin. Məhkum cibindən kibrit qutusunu çıxarıb təqdim edir. Ehtibar Mehtiyev Məhkum cibində başqa nələrin olmasını soruşur, o isə telefonunu va alışqanı təqdim edir, başqa heç nəyin olmadığını bildirir. Məhkum şalvarının balağını qaldırıb ayaqqabısını çıxarmadan dizdən aşağı və topuqdan yuxarı hissəsinə baxırlar. Ona sual verilir ki, kibrit qutusunda nə var. O isə cavab verir ki, narkotik vasitə vardır. Daha sonra ona sual verilir ki, narkotik vasitəni kimdən almısan, o da cavabında bildirir ki, Kərim Zərbəliyev adlı şəxsən almışdır. Əməliyyat müvəkkili kibrit qutusunu açır, qutuda bütün bükümləri tam nümayiş etdirmədən və beləcə orada neçə bükümün olması görünmədən 6 ədəd bükümün olduğunu bildirir. Bükümlərdən yalnız birini açır, içindəkinin nə olduğunu soruşur. Məhkum isə “kokos” adlı maddə olduğunu bildirir. Digər bükümlərə isə baxış keçirmir və onların içərisində nə olmasını nümayiş etdirmir. Bütün bükümləri açmadan va göstərmədən onları ümumi şəkildə elekron tərəzidə çəkir, ümumi çəkisinin 2,491 qram olduğunu bildirir. Sonda aşkar olunmuş maddəni kağız paketin içinə qoyub möhürləyir. Videoçəkilişdən o da görünür ki, Məhkum narkotik vasitənin alınma mənbəyini göstərərək heroinin Kərim Zərbəliyev adlı şəxsdən aldığını bildirmişdir. Lakin, bu, nə şəxsi axtarışı hayata keçirənlərin, nə də sonradan cinayət işi başlayan müstəntiqin diqqətini cəlb etməmiş, ibtidai araşıdırmaya rəhbərliyi həyata keçirən prokuror bu nüansa ümumiyyətlə fi kir bildirməmiş və məhkəmələr videoçəkilişi lazımınca tədqiq etməmişlər. Birinci instansiya məhkəməsi şəxsi axtarış və götürmə protokolunu elan etsə də videoçəkiliş barədə heç bir məlumat verməmiş va videoçəkilişə baxış keçirməmişdir. Bundan əlavə, ibtidai istintaq orqanı narkotik vasitənin alınma mənbəyini baxış protokolunda qeyd etməmişdirlər. Belə ki, müstəntiq tərəfindən Məhkum iki dəfə dindirilmiş, lakin heç birində narkotik vasitənin alınma mənbəyi sual verilməmişdir. Beləliklə, ibtidai araşdırma və məhkəmə prosesləri zamanı Məhkum, şahidlərə narkotik vasitənin hansı mənbədən əldə edilməsinə dair sual verilməmiş, habelə həmin narkotik vasitənin zibilxanadan tapılması qənaətinə gəlinmişdir. Məhkum üzərindən aşkar edilmiş 6 ədəd büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilməmiş, laki n buna baxmayaraq artıq onların ayrı-ayrılıqda təmiz çəkisi barədə şəxsi axtarışı həyata keçirən polis əməkdaşına məlum idi. Bundan əlavə şahidlər də həmin bükümlərin ayrı-ayrılıqda təmiz çəkilərini ifadələrində göstərmişlər. Məhkum üzərində şəxsi axtarış həyata keçirilərkən polis əməkdaşı şalvarının balağını açmağı bildirmiş, lakin şəxsin üzərində tam olaraq axtarışı həyata keçirməmişdir. Cinayət işi materiallarından o da müəyyən edilir ki, bükümlərin rəngləri barədə fərqliliklər mövcuddur. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səla hiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməy ə haqlıdır. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 1(106)-60/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, işin hallarından görünür ki, əməliyyat axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət prosessual qanunvericiliyin, o cümlədən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Ağcabədi RPŞ-nin NMQ-nin ə/m polis baş leytenantı Mehtiyev Ehtibar Yaşar oğlu Məhkum üzərində şəxsi axtarış və götürməni həyata keçirməsini 06.08.2019-cu il tarixli əməliyyat-axtarış t ədbirlərinin həyata keçirilməsinə dair qərarı əsasında edərək şəxsi axtarış və götürmənin təxirəsalınmaz hal olması qənaətinə gəlmişdir. Lakin, həmin qərarda şəxsi axtarışın aparılmasının həyata keçirilməsinin təxirəsalınmazlığı kifayət qədər əsaslandırılmamışdır. Bundan əlavə, Ağcabədi RPŞ-nin NMQ-nin ə/m polis baş leytenantı Mehtiyev Ehtibar Yaşar oğlu tərəfindən qəbul edilmiş 06.08.2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın surəti məhkəmə nəzarəti qaydasında qanuniliyin yoxlanılması üçün Ağcabədi Rayon Məhkəməsinə gödənərilməsinə baxmayaraq cinayət işi materiallarına sözügedən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuniliyi barədə müvafiq məhkəmə qərarı əlavə edilməmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçir ilməsinə dair qərarın qanuniliyi yoxlanılmadan digər istintaq hərəkətləri aparılmış, yekunda cinayət işi üzrə ittiham aktı tərtib edilmişdir və məkhəmə göndərilmişdir. Birinci instansiya və apelyasiya instansiyası məhkəmələri tərəfindən isə sözügedən pozuntuya heç bir münasibət bildirilməmişdir. Kassasiya şikayətində göstərilən bükümlərin rəngləri ilə bağlı ziddiyət hissəsində isə məhkəmə kollegiyası hesab edir ki, videoçəkiliş zamanı aşkar edilmiş bükümlər ekspertiza təqdim edilməsi üçün zərfə qoyularaq möhürlənmiş və həmin bükümlərdə olan mövcud maddələrin mənşəyinə dair yekun olaraq ekspert rəy vermişdir. Narkotik vasitənin mənbəyinin əldə edilməsi hissəsində isə kassasiya şikayətində göstərilmişdir ki, Məhkum narkotik vasitəni satan Kərim Zərbəliyev adlı şəxsdir. Bunun barəsində isə müvafiq profilaktik tədbirlərin görülməsi məqsədilə müstəntiq tərəfindən əməliyyat tapşırığı qəbul edilərək aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikasının CPM-nin 125.2.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının CPM-nin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının CPM-nin 125.3-cü madəsinə əsa sən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikasının CPM-nin 137-ci madəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 246.1-ci maddəsinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sən ədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Azərbaycan Respublikasının CPM-nin 246.2.1-ci maddəsinə əsasən, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış aparıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 12 fevral 2015-ci il tarixli qərarına əsasən, əməliyyataxtarış tədbirlərinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar«Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Azərbaycan Respublikası CPM-in 416.1.3-cü maddəsinə əsasən, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətini qismən təmin etməklə, Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kol legiyasının 1(106)-60/2020 saylı, 17 yanvar 2020ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yenidən apellyasiya instansiyası məhkəməsində ilkin baxışa təyin edilməsini məqsədə uyğun sayır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhəkəməsinin Cinayət Kollegiyasının 1(106)-60/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi baxılması üçün yenidən Şirvan Apellyasiya Məhkəməsində yenidən məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar