Məhkəmə qərarları › İş №1(102)-594/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-594/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-594/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx 1979-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu 1-ci Udulu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal -hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Sultanov Siyasət Dünyamalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Hacıqabul Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə (hakim V.M.Hacıyev) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli müəssisədə qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və K.S.Bəşirov) apellyasiya protesti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 3 (üç) ay müddətə qədər artırılmaqla ağırlaşdırılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğ ıcının 20 sentyabr 2022-cı il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkum edilmişdir ona görə ki, o, 31 yanvar 2022-ci il tarixdə saat 18 radələrində avtomobili idarə etmək hüququ olmaqla özünə məxsus «Mersedes Benz-230» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Cəngən kənd yolunda Paşalı kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, mövcud şəraitdə sürücü diqqətini daim dəyişən yol şəraitində və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hə rəkət hissəsi ilə əks istiqamətdə hərəkətdə olan piyadalardan vaxtında hərəkətin təhlükəsizliyinin təmin edən təhlükəsiz yan məsafə saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı olduğu halda, bunlara əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə yolu sağ tərəfi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinin əzilmiş-cırılmış yaraları, çənə sümüyünün açıq çox qəlpəli, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı, baş beynin ağır dərəcəli əzilməsi, postravmatik ensofalopatiya, baş beynin ödemi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xə sarətlər yetirmiş, 23 aprel 2022-ci il tarixdə onun ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas və əlavə cəzaların minimal həddində cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifli hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı məhkuma cəza təyin edilməsinə dair hissədə ədalətsiz və sərtdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi Məhkum baş vermiş hadisədən səmimi peşmançılıq hissi keçirməsini, əməlin ehtiyyatsızlıqdan törənməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmas ına dəfələrlə cəhd etməsini, zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi məqsədilə təcili yardıma zəng vurmasını və zərərçəkmiş şəxsin xəstəxanaya çatdırılmasını təmin etməsini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını kifayət qədər nəzərə almamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məh kumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosess ual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar