Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-595/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X7, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, İsmayıllı rayon Vəkil Bürosunun vəkili X2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1980-cı ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhku m olunmamış, İsmayıllı şəhəri, ***********************-da qeydiyyatda olan və İsmayıllı şəhəri, kvartal *******-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi, İsmayıllı rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim R.S.Şirinov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhr um etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, mülki iddia tələbi qismən – 7292,50 manat təmin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: M.M.Hüseynov (sədrlik edən), R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya şikayətləri təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü dəyişdirilməklə, CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq sınaq müdd ətinin ilk 6 ayı ərzində Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın qalan 7292,50 manat məbləğini ödəmək vəzifəsinin qoyulması, bu öhdəliyin icra edilməməsinin onun tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırma və barəsində CM-nin 71.3-cü maddəsinin tətbiqi üçün əsas hesab edilməsinə qərar verilmişdir. İşin halları: İsmayıllı Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını səyyar şəkildə satan, əvvəldən tanıdığı X4 etibarından sui-istifadə edərək, qızıl əşyanın bir qramını 70 (yetmiş) manata başqa şəxslərə sataraq qazanc əldə edib öz aralarında böləcəklərini deyib aldadaraq, 2017-ci ilin yanvar-mart aylarında, dəqiq tarixi məlum olmayan müxtəli f günlərdə İsmayıllı şəhəri **************************** ünvanında yerləşən yaşadığı evdə və X3 şəhəri, kvartal 30a ünvanındakı evində ondan bir ədəd 190 manat dəyərində 3,8 qram çəkidə qızıl üzük, bir ədəd 255 manat dəyərində 5,1 qram çəkidə qızıl üzük, bir ədəd 511,5 manat dəyərində 10,23 qram çəkidə qızıl boyunbağı-klon, bir ədəd 285 manat dəyərində 5,7 qram çəkidə qızıl boyunbağı, bir ədəd 175 manat dəyərində 3,5 qram çəkidə qızıl boyunbağı, bir ədəd 110 manat dəyərində 2,2 qram çəkidə qızıl klon, bir ədəd 210 manat dəyərində 4,2 qram çəkidə qızıl sırğa dəsti, bir ədəd 185 manat dəyərində 3,7 qram çəkidə qızıl boyunbağı, bir ədəd 213 manat dəyərində 4,26 qram çəkidə qızıl üzük, bir ədəd 65 manat dəyərində 1,3 qram çəkidə qızıl qolbağı, bir ədəd 155 manat dəyərində 3,1 qram çəkidə qızıl sırğa dəsti, bir ədəd 210 manat dəyərində 4,2 qram çəkidə qızıl sırğa, bir ədəd 110 manat dəyərində 2,2 qram çəkidə qızıl üzük, bir ədəd 107,5 manat dəyərində 2,15 qram çəkidə qızıl üzük, bir ədəd 490 manat dəyərində 9,8 qram çəkidə tək qaşlı üzük-sırğa dəsti, bir ədəd 160 manat dəyərində 3,2 qram çəkidə qızıl qolbağı, bir ədəd 335 manat dəyərində 6,7 qram çəkidə qızıl boyunbağı, bir ədəd 240 manat dəyərində 4,8 qram çəkidə qızıl klon, bir ədəd 140 manat dəyərində 2,8 qram çəkidə qızıl üzük, bir ədəd 250 manat dəyərində 5,0 qram çəkidə qızıl qolbağı, bir ədəd 275 manat dəyərində 5,5 qram çəkidə qızıl sırğa dəsti, bir ədəd 197,5 manat dəyərində 3,95 qram çəkidə qızıl üzük, bir ədəd 82,5 manat dəyərində 1,65 qram çəkidə qızıl üzük, bir ədəd 50 manat dəyərində 1,0 qram çəkidə qızıl sırğa dəs ti, bır ədəd 360 manat dəyərində 7,2 qram çəkidə qızıl üzük, bir ədəd 260 manat dəyərində 5,2 qram çəkidə qızıl qolbağı, bir ədəd 160 manat dəyərində 3,2 qram çəkidə qızıl üzük, bir ədəd 215 manat dəyərində 4,3 qram çəkidə qızıl boyunbağı, bir ədəd 80 manat dəyərində 1,6 qram çəkidə qızıl klon, bir ədəd 350 manat dəyərində 7,0 qram çəkidə qızıl üzük, bir ədəd 356,5 manat dəyərində - 7,13 qram çəkidə qızıl sırğa, bir ədəd 150 manat dəyərində 3,0 qram çəkidə qızıl sırğa, bir ədəd 875 manat dəyərində 17,5 qram çəkidə qızıl boyunbağı, bir ədəd 143,5 manat dəyərində 2,87 qram çəkidə qızıl klon, bir ədəd 250 manat dəyərində 5,0 qıram çəkidə qızıl sırğa və bir ədəd 290,5 manat dəyərində 5,81 qram çəkidə qızıl üzük, cəmi 8492,50 manat (səkkiz min dörd yüz doxsan iki manat əlli qəpik) dəyərində qız ıl-zinət əşyalarını ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi, İsmayıllı rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi və təqsirləndirilən şəxsə daha ağır cəza təyin olunması, hökmdən CM-nin 70-ci maddəsinin müddəalarının çıxarılması və mülki iddianın tam təmin olunması haqqında qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılmalıdır və hökmdən CM-nin 70-ci maddəsinin müddəalarının çıxarılmalıdır. Zərərçəkmiş şəxs həmçinin hesab edir ki, ona 11800 manat məbləğində real ziyan vurulmuşdur və mülki iddiasının məhkəmə tərəfindən əmttəşünaslıq ekspertizası əsasında qismən təmin edilməsi əsasssız olmuşdur. Ona görə də onun mülki iddia tələbi tam təmin olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs və nümayəndə İ6, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi və dövlət ittihamçısı H6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən k assasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılması, habelə ona qarşı mülki iddianın təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunur. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və i ctimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Mə hkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkum Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını mümkün hesab edərkən haqlı olaraq cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayət əməli ilə vurduğu maddi ziya nı qismən ödəməsini, habelə ailə vəziyyətini, o cümlədən qadın olmasını, ərindən boşanaraq himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının qalmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayətdə cəzanı ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün hesab etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərilən digər dəlil – onun Təqsirləndirilən şəxs qa rşı qaldırdığı mülki iddia tələbinin tam təmin olunmamasına dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşaraq qeyd edir ki, kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs törərtdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın həcmi iş üzrə keçirilmiş qızıl-zinət əşyalarının məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 8492,50 manat (səkkiz min dörd yüz doxsan iki manat əlli qəpik) məbləğində müəyyən edilmiş, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs həmin məbləğdən zərərçəkmiş şəxsə 1200 (bir min iki yüz) manat ödəməsi nəzərə alınaraq, Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia tələbi 7292,50 manat (yeddi min iki y üz doxsan iki manat əlli qəpik) məbləğində təmin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll edilir. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatın prinsiplərinə zidd olmadığı və mülki icraatda zəruri qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə kollegiyası mülki iddiaya aid hissədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, məhkəmə cinayət nəticəsində vurulmuş yalnız real və sübut olunan ziyanın əvəzinin zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul etməlidir. Zərərçəkmiş şəxsin mülki idd iasında əldən çıxmış faydanın real zərər kimi ödənilməsini tələb etməsinin hüquqi əsası yoxdur. Əldən çıxmış fayda real zərəri deyil, ehtimal olunan gəliri nəzərdə tutur. Zərərçəkmiş şəxsin mənəvi ziyanla bağlı mülki iddia tələbinə dair aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni də məhkəmə kollegiyası düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin zərərçəkmiş şəxs X1 mülki iddiası ilə əlaqədar qəbul etdiyi qərar cinayət mühakimə icraatında mülki iddiaya dair qanunvericiliyin tələblərinə müvafiqdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs X5 və onun nümayəndəsi, İsmayıllı rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq məhkum Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsindən ötrü və mülki iddia tələbinə dair hissədə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbu l edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs və onun nümayəndəsi, İsmayıllı rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-595/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-595/2019
08.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver