Məhkəmə qərarları › İş №1(102)-595/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-595/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-595/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum və onun müdafiəçisi-vəkil Hümbətov Rafiq Mehdi oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər:M.M.Ağalarov (sədrlik edən və Məhkum - xx xxxxxx 1971 -ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla yaşamış, hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Azərbaycan Respublikası CM-nin 234.4.3, 263.1 və 264-cü maddələri ilə təqsir li bilinərək CM-nin 234.4.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 263.1-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən, əlavə cəzaları tam toplamaq yolu ilə qəti olaraq 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssis əsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxxxx 2018-ci il tarixdə saat 19 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «xxxx» MMC-yə məxsus «Niva» markalı, 99 LE- 281 dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanda yerləşən evin qarşısında idarə edərkən Yol Hərəkəti Haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yəni yol hərəkətinin iştirakşıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakşılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eləcədə diqqətini dai m dəyişən yol şeraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət təhlükəslzllylnl temin edən lazımı yan ara məsafəsi saxlamalı olduğu halda bunları etməmiş və həmin yolun sağ kənarı ilə velosipedlə hərəkət edən Zərərçəkmiş şəxs, avtomobilin qabaq orta hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və nəticədə zərərçəkmiş şəxs baş-beyn silkələnməsi, sağ qasıq sümüyünün qapalı sınığı, alın-təpə, sol gicgah, sol almacıq, sağ gözyuvası ətrafı nahiyyələrin, sağ əlin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmiş və o, yolnəqliyyat qəzası törətdikdən sonra xəsarət almış şəxsə kömək göstərməyərək, habelə hadisə barədə müvafiq dövlət orqanlarına məlumat verməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçmış, həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs məxsus 150 manat dəyərində velisopedi tam yararsız hala salaraq ona qeyd olunan məbləğdə ziyan vurmuşdur.Bundan başqa o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni ümumi xalis çəkisi 1415,135 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib saxlamaqla yaşadığı ünvan 2 evinə daşıyaraq, həmin narkotik vasitəni hissələrə bölərək onun 10,135 qramını üzərində, qalan 1 kiloqram 405 qramını isə evdə yataq otağında olan paltar dolabının içərisində saxlamış, xx xxx 2018-ci il tarixdə saat 15 radələrində Sabunçu Rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evin qarşısında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbə sinə gətirilmiş və orada inzibati otaqların birində üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə, təmiz çəkisi 10,135 qram külli miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, həmin tarixdə Məhkum yaşadığı evə onun özünün iştirakı ilə keçirilmiş baxış zamanı evin yataq otağında olan paltar dolabının içərisində bir ədəd qara rəngli politilen torbada, təmiz çəkisi 1 kiloqram 405 qram külli miqrada küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbə rov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) il 06 (altı) aya endirilmiş, Məhkum barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə icraata xitam verilmişdir.Hökmlə Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən, əlavə cəzaları tam toplamaq yolu ilə qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vas itələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və həyat yoldaşının vəfat edərək az yaşlı uşağının tək qalmasını nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zorakılıq tətbiq edilərək həbs edilmiş və yaşadığı ünvana gətirilərək, polis əməkdaşları ilə uzun illər əməkdaşlıq edən narkotik vasitələrdən asılı olan hal şahidlərinin iştirakı ilə evinə baxış keçirilmiş, silahdan atəş açaraq həyətdə saxladığı iti öldürmüşlər. Yaşadığı evin qapı-rəncərə sini sındıraraq evində qanunsuz axtarış aparmışlar. Üstündən aşkar edilən 10 qram və evindən aşkar edilən 1 kq 490 qram heroini polis əməkdaşları qoymuşlar. Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə ittiham olunması üzrə şikayətçi tərəflə barışdığı üçün cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiy ası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiy a instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, zorakılıq tətbiq edilərək həbs edilmiş və yaşadığı ünvana gətirilərək, polis əməkdaşları ilə uzun illər əməkdaşlıq edən narkotik vasitələrdən asılı olan hal şahidlərinin iştirakı ilə həyətə daxil olub əvvəl silahdan atəş açaraq həyətdə saxladığı iti öldürmüşlər, yaşadığı evin qapı-rəncərəsini sındıraraq evində qanunsuz axtarış aparmışlar. Üstündən aşkar edilən 10 qram və evindən aşkar ediəm 1 kq 490 qram heroini polis əməkdaşları qoymuşlar. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum üzərinə xx xxx 2018ci i l tarixdə saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə aparıldığından üzərinə hal şahidlərini iştirakları ilə şəxsi axtarış keçirilərək təmiz çəkisi 10,135 qram və həmin tarixdə onun Balaxanı qəsəbəsindəki yaşayış yerinə baxış keçirilərkən, ümumi xalis çəkisi 1415,135 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Müəyyən edilmişdir ki, Məhkum əldə etdiyi narkotik vasitələri yaşadığı ünvan 2 evinə daşıyaraq, həmin narkotik vasitəni hissələrə bölərək onun 10,135 qramını üzərində, qalan 1 kiloqram 405 qramını isə evdə yataq otağında olan paltar dolabının içərisində saxlamış, xx xxx 2018-ci il tarixdə saat 15 radələrində Sabunçu Rayon Polis idarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1405 q ram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Məhkum tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli ərizədən müəyyən edilir ki, o yaşadığı ünvan 2 evinə baxış keçiriməsinə razılıq vermişdir. Evə baxış onun iştirakı ilə keçirilmiş və bu barədə Məhkum tərəfindən də imzalanmış protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkum üzərində şəxsi axtarış aparılarkən və mənzilinə baxış keçirilərkən narkotik vasitələrin aşkar edilib götürülməsi zamanı hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir. İbtidai istintaqın əvvəlində şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində cinayət əməllərini etirafedici ifadələr versə də, sonrakı ifadələrində Məhkum üzər indən və evindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələr vermişdir. Lakin onun cinayət əməlləri cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilərək qiymətləndirilmiş, sübutların məcmusu ilə təsdiq edilərək düzgün tövsif edilmişdir. Məhkumun kassasiya şikayətində göstərdiyi dəlillər hər hansı mötəbər sübutla əsaslandırılmamışdır. Məhkum özünün təqsirsizliyi barədə irəli sürdüyü dəlillər cinayət işinə baxmış birinci və apelyasiya məhkəmələrinin məhkəmə iclasında tədqiq edilərək təkzib edilmişdir. Ona görə də, həmin dəlillər əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 263.1 və 264-cü madd ələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar