Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-595/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 20 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (hakim Füzuli Pənahov) 29 iyun 2022-ci il tarixli, 1(056)-76/2022 nömrəli hökmü ilə xx xxxxxxx 1977-ci ildə Sabirabad rayonunda anadan olmuş, evli, orta təhsili, məhkumluğu olmayan, Sabirabad rayonu Şıxlar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə ümumi təmiz çəkisi 7,92 qram qurudulmuş marixuananı, ümumi təmiz çəkisi 0,033 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Sabirabad rayonu Şıxlar kəndində yerləşən evinə gətirərək yataq otağında olan masanın üzərində polietilen torbada içərisində 03 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi - 6,69 qram, 1,10 qram, 0,13 qram və göy rəngli kağız bükümdə təmiz çəkisi 0,033 qram olmaqla saxlamış, 15 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilən zaman, evin yataq otağında olan masanın üzərində 01 ədəd polietilen torbanın içərisində 03 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi - 6,69 qram, 1,10 qram, 0,13 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,033 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Kamil Bəşirov) 1(106)-725/2022 nömrəli 20 sentyabr 2022-ci il tarixli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(056)-76/2022 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs 0,033 qram psixotrop maddənin aşkar edilməsinin onun əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaratmış olmasına dair müddəalar hökmdən xaric edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verildiyindən, habelə təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığından, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməs i Təqsirləndirilən şəxs əməlini CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edərkən yalnız Təqsirləndirilən şəxs verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə də ki, digər sübutlar ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdə ləşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi və ya satması halının öz təsdiqini tapmaması kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, apelyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən mənbədən və vaxtda qanunsuz olaraq 3 bükümdə 7,92 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 1 bükümdə 0,033 qram çəkidə psixotrop maddə metafetamini satış məqsədilə əldə edib daşıyaraq yaşadığı evdə saxladığı iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrk ən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız Təqsirləndirilən şəxs verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X6, X1, X7, X4 və digər şahidlər ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu, eləcə də onun yaşadığı evə keçirilmiş baxış zamanı 4 bükümdə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd tərəzi aşkar edildiyini göstərmişlər. Məhkum Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş 7,92 qram çəkidə nark otik vasitə qurudulmuş marixananı və 0,033 qram çəkidə psixotrop maddə metafetamini qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, daşıdığı, qurudulmuş marixuananı 3 yerə bölərək, 3 ədəd şəffaf polietilen bükümlərində və metamfetamini 1 ədəd kağız bükümündə olmaqla, ümumilikdə 4 ədəd bükümlərdə yaşadığı evdə saxladığını təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Lakin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən şahidlərin ifadələrinə, baxış və götürmə protokollarına, digər istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə və digər sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, birbiri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən Təqsirləndirilən şəxs ondan aşkar edilərək göt ürülmüş 3 ədəd bükümdə 7,92 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və 0,033 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etdiyinə dair dəlalət edən heç bir mötəbər sübutun əldə olunmaması qənaətinə gəlmiş, apelyasiya instansiyası məhkəməsi isə bu əsassız və qanunsuz nəticəni təsdiq etmişdir. Məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs verdiyi ifadələrində yaşadığı evindən aşkar olunmuş narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə edib saxladığını göstərməsi, onun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması hallarının müəyyən edilməməsi və sonuncuda narkomaniya xəstəliyinin aşkar olunması onun evindən aşkar edilərək götürülmüş narkotik vasitəni n satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə edilməsi qənaətinə gəlmək üçün əsasdır. Lakin məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Məhkəmələr nəzərə almamışlar ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə qurudulmuş marixuana 7,92 qram çəkidə olmuşdur. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə Təqsirlə ndirilən şəxs aşkar olunmuş qurudulmuş marixuananın çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən çox olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana ilə yanaşı ondan psixotrop maddə metamfetaminin də aşkar edilməsi, yəni narkotik vasitənin və psixotrop maddənin 2 müxtəlif növdə olması, həmçinin ondan aşkar edilmiş narkotik vasitənin təxminən bərabər çəkilərdə olmaqla çəkilərək hissələrə bölünüb xırda bağlamalarda saxlanması, yəni ümumilikdə 4 ədəd olmaqla ayrı-ayrı bükümlərdə olması, eləcə də narkotik vasitənin çəkilib hissələrə bölünməsi və hazırlanması üçün istifadə olunan avadanlığın, yəni tərəzinin də ondan aşkar olunması sonuncunun həmin narkotik vasitəni və psixotrop maddəni məhz yaşadığı evdə məhz satış məqsədilə saxlamasına dəlalət edir. Bund an əlavə, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı özünü müdafiə xarakterli ifadələr verməsi də, heç də onun həmin ifadəsinin doğru olması demək deyil və onun həmin narkotik vasitəni yaşadığı evində satış məqsədi olmadan saxlamasına dəlalət etmir. Belə ki, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olmaqla 2 növ narkotik vasitəni satış məqsədilə əldə etmiş şəxs, həmin narkotik vasitələri öz şəxsi istehlakı üçün əldə etdiyini bildirməklə daha ağır cinayət məsuliyyətinə cəlb olunmaqdan və daha ağır cəzalanmaqdan yayınmaq məqsədi güdmüşdür. Bundan başqa, şəxsin narkotik vasitəni və psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əl də etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin əldə edilməsi mümkündür və istisna olunmamışdır. Bundan əlavə, əməliyyat orqanına Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin satışı ilə məşğul olması və narkotik vasitəni satış məqsədilə yaşadığı evdə saxlaması barədə məlumatların daxil olması da sonuncunun həmin narkotik vasitəni yaşadığı evində satış məqsədilə saxlamasına dəla lət edir. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəllər də eyni kateqoriyadan olan və eyni növ cinayətə görə, yəni narkotik vasitələrin satışına görə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması, hazırkı işdə də ondan aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edərək saxlamasına dəlalət edir. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs fəhləlik etməklə narkotik vasitəyə olan tələbatını ödədiyini bildirməsinə şübhə ilə yanaşmayaraq, himayəsində ailəsi olan və fəhləlik etməklə dolanan bir şəxsin həm şəxsi və ailəsinin ehtiyaclarını, həm də narkotik vasitəyə olan ehtiyacını hansı yolla təmin etdiyini araşdırmamışdır. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş məhkum edilmiş şəxsin və şahidlərin ifadələri, baxış, götürmə və di gər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla məhkumun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi ilə nəticələnən qərəzli yanaşmanı əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun hərəkətlərində narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini satış məqsədilə əldə etmə cinayətinin olmasının öz təsdiqini tapmaması kimi işdə olan sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Bütün bunların da nəticəsində Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli əsassız və qanunsuz olaraq CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. Belə olan halda məhkəmələrin əməlin tövsifi barədə gəldiyi nəticə əsassız olmuşdur. Məhkum Təqsirləndirilən şəxs əməlini CM-nin 234.2-ci maddəsi ilə tövsif edən ibtidai istintaq orqanı CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərar qəbul edilmişdir. Lakin birinci və apellyasiya instansiyası məhkəmələri bu qiymətləndirməni nəzərə almayaraq CPM-nin 28-ci maddəsi ilə nəzərdə tutulmuş «Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi» prinsipinə riayət etməmişlər. Göründüyü kimi, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticədən fərqli olaraq Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özündə işin obyektiv hallarını əks etdirən sübutların məcmuyu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual norm alara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən məhkum X2 əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr i və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin əməlləri satış məqsədi ilə törətməyə və ya narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulur. Göründüyü kimi əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün CM-in 234.1ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin satış məqsədi ilə törədilməsi və ya narkotik vasitələri və ya psixotrop maddələrin satılması müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üz rə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda 7,92 qram olan narkotik vasitə qurudulmuş marixuananı və 0,033 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkum Təqsirləndirilən şəxs məhkəmə is tintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs aşkar olunmuş 7,92 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istehlak miqdarından artıq miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin məhkum Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə ed ilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələrin satmaq niyyətində olmasını təsdiq edən h eç bir sübut yoxdur. Belə ki, məhkum Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün almasını bildirmişdir. Bununla da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitə olan heroinin çəkilib xırda bükümlərə bükməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi i lə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 7,192 qram miqdarda narkotik vasitə qurudulmuş marixuananı və 0,033 qram psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsif mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tərəfindən psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından az olduğundan ümumi ittihamdan xaric edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhə li və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol ver məmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya protestinin məhkumun əvvəllər CM-in 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə görə onun hazırki ittiham üzrə əməlinin də həmin maddə ilə tövsif edilməsinə dair dəlili sübutlara deyil, ehtimala əsaslanır. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə bax an birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, məhkum Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkoti k vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələrin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldiyi nəticə iş üzrə toplanmış sübutlara və işin hallarına tam uyğun olduğundan məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və məhkumun barəsində birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyasi məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 3 il müddətinə azadlığın məhdudl aşdırlması cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alara q məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-595/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-595/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver