Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-596/2019 02.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-596/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 02 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə, Gəncə şəhər Kəpəz rayon Məhkəməsi nin 19 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X6) Məhkum - xx.xx.1989-cu il tarixdə ******* şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, **************** dalanda yaşamış AzərbaycanRespublikasıCM-nin 177.2.1-cimaddələriilətəqsirlibilinərəkcəzasınıciddi rejimli cəzaçəkmə müəssisəs ində çəkməklə, əvvəli 26 dekabr 2016-cı il tarixdən hesablanmaqla 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş 4 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş və CM-in 67-ci maddəsinə əsasən 4 (dörd) ay 12 (on iki) gün çəkilməmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki,o, tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 dekabr 2016-cı il saat 13 radələrində Gəncə şəhəri, ************ qəsəbəsində həyət evlərinin arasında yerləşən boş sahədən X4 məxsus 1 başının dəyəri 50 (əlli) manat məbləğində olan 38 ədəd hindquşunu İlkin Cəfərovun idarə etdiyi «QAZ- 3110» markalı Az **--*** dövlət qeydiyyat nişanlı avtomobilə ağaraq gizli yolla talamaqla, ümumilikdə zərərçəkmiş şəxs Ə6 1900 (bir min doqquz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) 28 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cəza təyin edərkən onun əməlindən peşman olmasını və ailə vəziyyətini nəzərə almamışdır. Cəzaçəkmə müddətində rejim qaydalarını pozmamışdır. Bu halları apellyasiya instansiya məhkəməsi də nəzərə almamışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktlar ı müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir Kassasiya şikayətinin dəlilləri məhkuma daha yüngül cəza təyin edilməsi barədədir. Məhkum kassasiya şikayətində əməlinin hüquqi tövsifini mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, cinayətlərin residivi isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əs asən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum əvvəllər Samux rayon məhkəməsinin 31.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.21 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Ali Məhkəmənin Cinayət Kollegiyasının 15 yanvar 2015-ci il tarixli qərarı ilə cəzası 4 ilə endirilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin 24.08.2016cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmədən baxılan cinayət əməlini 23.12.2016-cı il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllən in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin (5 il müddətinə azadlıqdan məhrum etmə) yarısı (2 il 6 ay) həddində, yəni qanunla müəyyən edilmiş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Əvvəlki hökmlə təyin edilmiş və çəkilməmiş 4 ay 12 gün cəzadan da CMnin 67.1-ci maddəsinə əsasən 1 ay birləşdirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cəzanın daha da yüngülləşdirilməsi üçün qanuni əsaslar mövcud deyildir. O na görə də kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qəra rı dəyişikliksiz, Məhkum kassasiya şikayəti təmin edilmədən saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-596/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-596/2019
02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver