Məhkəmə qərarları › İş №1(102)-596/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-596/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-596/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126. 2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 1(091)-116/2022 nömrəli (Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) hökmü ilə xx.xx.1999-cu ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, xxx qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü-cü maddələri ilə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 05 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərrəm oğlu (sədrlik edən və məruzəçi) Abbasov Gündüz Qasım oğlu və Cavadova Günay İsmayıl oğlu ib arət tərkibdə) 28 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanın mövqeyinə görə Məhkum Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinmişdir ona görə ki, o, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri «Gəncə şossesi»nin kənarında yerləşən «FOKS» adlı kafedə tanışları Şahid2 və Şahid3 ilə birlikdə pivə içərkən, Şahid2 istəyi ilə kafedə musiqiçilərə yaxınlaşıb həmin kafedə işləyən və Zərərçəkmiş şəxs ilə Şah id1 əyləşdiyi masa arxasında əyləşən və Zərərçəkmiş şəxsla münasibətdə olduğunu anladığı «Günay» ləğəbi ilə tanınan Şahid6 şərəfinə «Günayım» adlı mahnını sifariş edərək, masada əyləşən Zərərçəkmiş şəxs buna aqressiv reaksiya verə biləcəyini ehtimal etdiyi halda onu qıcıqlandırmış və bununla da Zərərçəkmiş şəxs yanında əyləşən Şahid6 faktiki olaraq özünü nümayiş etdirdikdən sonra, qısa fasilə ilə eyni mahnını təkrarən sifariş verərək Zərərçəkmiş şəxs və Şahid1 əyləşdikləri masanın yaxınlığından keçərkən həmin vaxt kafedən çölə çıxıb yenidən kafeyə qayıdan Zərərçəkmiş şəxs qarşısına çatdıqda çiyni ilə ona zərbə vurmuş, nəticədə onun təşəbbüsü ilə Zərərçəkmiş şəxs ilə kafenin ümumi zalında digər müştərilərin əyləşdikləri hissədə başladığı söz mübahisəsinə Şahid2 və Şahid3 də qoşulduqdan sonr a, aralarında yaranmış əlbəyaxa dava-dalaş zamanı Zərərçəkmiş şəxs əvvəlcə onu, sonradan isə Şahid3 itələyərək, habelə Şahid2la söz mübahisəsi edərkən, getdikcə qızışan mübahisənin gedişatında o, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək, kafedə ümumi zalda əyləşmiş müştərilər və kafenin işçiləri Şahid6, X6, Şahid4 və şəxsiyyətləri istintaqa məlum olmayan qeyri-müəyyən sayda olan digər şəxslərə münasibətdə laqeydlik və etinasızlıq nümayiş etdirib, özünü onların fövqündə qoymaqla, etik davranış qaydalarını, habelə ətrafda olan şəxslərin dincliyini pozaraq əvvəlcədən üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab olunmayan turist bıçağını çıxarıb, ondan silah qismində istifadə etməklə ilkin olaraq Zərərçəkmiş şəxs üzərinə hücum çəkib həmin bıçaqla bir dəfə onun döş qəfəsindən vurmaqla ona döş qəfəsinin daxilinə dəlib keçən yara nəticəsində inkişaf edən hematoraks kəsici-deşici əşyanın təsirindən əmələ gəlməyə xarakterik və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, həmin vaxt onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını alaraq, onu Zərərçəkmiş şəxs ayırmaq istəyən Şahid1 da üzərində hücum çəkib, ona müqavimət göstərib ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib silah qismində istifadə edərək əlində saxladığı həmin bıçaqla Şahid1 da döş qəfəs nayihəsindən bir zərbə endirib ona döş qəfəsinin daxilinə dəlib keçməyən kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan, sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olduğu üçün sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmiş və qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, Məhkum törətmiş olduğu cinayət əməllərinə görə onun barəsində cəza təyini zamanı məhkəmə tərəfindən sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş, cinayət qanunvericiliyinin normalarına uyğun cəza təyin edilməmişdir. Bu hissədə xüsusi vurğulanmalıdır ki, cinayət əməlinə gətirib çıxaran mübahisə məhz Məhkum öz təşəbbüsü ilə başlanmış, cinayət hadisəsi nəticəsində iki şəxsin sağlamlığına zərər vurulmuş, buna baxmayaraq məhkəmə təqsirli bilindiyi hər iki maddənin sanksiyası üzrə N. Bədəlova aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, üstəlik həmin cəzaların cüzi hissəsini qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə aşağı həddə qəti azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Həmçinin qeyd olunmalıdır ki, cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədinə nail olmaq, həm Məhkum, həm də digər şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq baxımından təqsirləndirilən Məhkum yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruri olmasına baxmayaraq ona təqsirli bilindiyi CM-nin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyalarının ən aşağı həddində cəza təyin edən məhkəmə əksinə, eyni bir halı faktiki olaraq iki dəfə yüngülləşdirici hal hesab etməklə Məhkum cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Belə ki, hökmdən göründüyü kimi, məhkəmə Məhkum zərərçəkmiş şəxslərlə barışmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab etməklə kifayətlənməmiş, belə barışıqdan irəli gələn Məhkum qarşı şikayət və tələbin olmamasını da ikinci dəfə əsassız olaraq onun cəzasını yüngülləşdirən hal hesab etmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanın yüngülləşdirici hal kimi qiymətləndirərkən nəzərə almamışdır ki, yaşayış yerindən müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Yaşayış yerində müsbət xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasının nəticəsidir və məhkəmə CM-nin 59.2-c i maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdə hansı səbəbdən müsbət xarakterizə olunması və bununla bağlı yaşadığı ərazi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnaməyə istinad edərkən qeyd olunan halın işin faktiki hallarına açıq-aşkar uyğun gəlməməsini kifayət qədər obyektiv qiymətləndirməməklə, həmin formal xarakter daşıyan sənədin hansı səbəbdən və hansı əsaslara görə cəza təyini zamanı qəbul edilməsini qərarın təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun hadisə zamanı 2 şəxsə qarşı bıçaq xəsarətini yetirməsini, habelə protestdə göstərilən digər dəlilləri nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək iş apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərin i də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmün dən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma və silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olun xuliqanlıq ilə bağlı ittiham isə birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi n əticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan R espublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin ed ilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, zərərçəkmiş şəxslərlə barışması, sonuncuların ona qarşı şikayət və tələbinin olmaması), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tu tur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsaslar ın məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdi rən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM -70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestin dəlillərinə nəzər yetirərkən Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunması halını cəzanın yüngülləşdirici halı kimi məhkəmələr tərəfindən qiymətləndirilməməli olması barədə dəlillərini əsassız hesab edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqda n məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hök m və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanı lmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar