Məhkəmə qərarları › İş №1(102)-596/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-596/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-596/2024 23.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X.A.Nuriyev, hakimlər O.Y.Cəlilov və A.Ə.Musayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1989-cu ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə 2 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəsasına məhkum olunmuş və həmin cəzanı çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan3ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum Lənkər an Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 11(on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə Cinayəıt Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 13 iyun 2021-ci il tarixdən hesablanması, narkomani yadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.S.Bəşirov, hakimlər M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum özü tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) il 6 (altı) aydan 4 (dörd) il 6 (altı) aya endirilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdir ilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər Ş.Y.Yusifov və İ.Ə.Rəcəbovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər R.M.Cəfərov və İ.Q.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellya siya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 2021-ci ilin aprel ayının axırlarında ünvan4 ərazisində, X1 və X3 məxsus torpaq sahələrinin hüdudlarında yerləşən, XXX15nə aid olan və istifadə edilməyən torpaq sahəsini alaq otlarından təmizləyib əkin üçün hazır vəziyyətə gətirdikdən sonra orada qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əkmiş, həmin toxumlardan əmələ gəlmiş külli miqdarda - 47 (qırx yeddi) ədəd çətənə bitkilərini becərərək, onlara aqrotexniki qaydada qulluq ed ərək kultivasiya etmişdir. XXX16nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 13 iyun 2021-ci il tarixdə saat 19-20 radələrində qeyd olunan torpaq sahəsinə baxış keçirilərkən həmin 47 (qırx yeddi) ədəd yaş vəziyyətdə, kök üstə olan, ümumi təmiz çəkisi 725,0 qram təşkil edən, 20-100 sm. arası hündürlükdə, yaşıl çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün əsas olmuş 47 çətənə bitkisinin ona aidiyyəti olmadığı halda o, polis şöbəsinin rəisinin ona olan qərəzli münasibətinə görə, hökmdə yalançı şahidlərin ifadələrinə və digər ziddiyyətli sübutlara istinad olunmaqla saxta ittiham əsas ında məsuliyyətə cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinə əsaslar olduğu halda ona azadlıqdan məhrum etmə növündə həddindən artıq ağır cəza təyin olunmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarının ləğv edilıməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə daha yüngül cəzanın təyin edilməsinə dair yeni qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının pozulduğunu, nəticədə narkotik tərkibli 47 ədəd çətənə bitkisinin kultivasiyasına aidiyyəti olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çı xarıldığını və bununla yanaşı həmin maddə ilə ona CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi üçün əsasların olmasına baxmayaraq azadlıqdan məhrum etmə növündə həddindən artıq ağır cəzaya məhkum olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11 və 416.1.21ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası kassasiya şikayətində Məhkum CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsinin və ona təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr etdiyi dəlillərin əsassız olduğunu göstərən hallar kimi gətirilən dəlillərlə kassasiya şikayətində irəli sürülmüş – cəzanın yüngülləşdirilməsinə dair tələbin, o cümlədən heç bir konkret hala istinad olunmadan baxılan işdə CM-in 62-ci maddəsinin tətbiqi üçün əsasların olması haqqında iddianın uzlaşmadığını qeyd edir. Bu zaman məhkəmə kollegiyası həm də onu nəzərə alır ki, Məhkum hazı rki iş üzrə əvvəl çıxarılmış (Ali Məhkəmənin Cinayət kollegiyasının 4 oktyabr 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısının kassasiya protestinə əsasən iş yeni məhkəmə baxışına təyin olunmaqla ləğv edilmiş) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətində müstəsna olaraq CM-in 237.2.3cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını həddindən artıq ağır hesab etdiyi üçün mübahisələndirmiş və bu zaman ona daha yüngül cəzanın təyin edilməsinə əsas verən hallar kimi xüsusilə ona istinad etmişdir ki, törətdiyi əməli etiraf edir və bu əməli törətdiyinə görə səmimi olaraq peşmançılıq çəkir. Məhkum kassasiya şikayətinin əsaslandırılmamış müraciət olmasını göstərən bu halları vurğulamaqla yanaşı, baxılan müracətin təmin edilməsini istisna edən hallar kimi məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni 47 ədəd – külli miqdarda çətənə bitkilərini becərərk, onlara aqrotexniki qaydada qulluq edərək kultivasiya etməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, o cümlədən Cinayət-Prosessual Məcələnin 144-cü maddəsinə müvafiq olaraq yoxlanılmış, 145-146-cı maddələrinə müvafiq şəkildə aidiyyatı, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş, bir-biri ilə uzlaşan və sübutetmə predmeti barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə müəyyən edilmiş dir. Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxmış apellyasiya instansiyası məhkəməsi də, istər birinci dəfə, istərsə də ikinci dəfə cinayət işinə baxarkən sübutların tədqiqi, faktların müəyyən edilməsi, həmin faktlara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normalarının tətbiqi (əməlin hüquqi tövsifi), təqsirlilik kimi məsələlər üzrə hər hansı bir pozuntu müəyyən etməmişdir. Kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrinin bu məsələlər üzrə gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, hüquqi tövsifi, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum təyin olunmuş cəzaya gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün əsas tapmır. Çünki, birinci instansiya məhkəməsi Məhkum CM-in 237.2.3-cü maddəsi ilə, eləcə də hökmlərin məcmusu qaydasında - CM-in 67.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan cəzaları təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə müdafiəçinin və Məhkum apelyasiya şikayətləri ilə əlaqədar cinayət işinə ikinci dəfə apelyasiya qaydasında baxarkən həmin cəzaları dəyişdirilmədən saxlamaqla məhkumun şəxsiyyətinə aid və cəzanı yüngülləşdirən halı (təqsirkarın himayəsində iki azyaşlı uşağın olmasını) Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan d igər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almışlar. Odur ki, kollegiya həmin halları məhkəmələrin qiymətləndirməsindən fərqli şəkildə Məhkum daha az müddətə azadlıqdan məhrum etmə cəzasının və yaxud CM-in 62-ci maddəsinə əsasən digər - daha yüngül növə aid cəzanın təyin edilməsini tələb edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, məhkəmələr Məhkum cəzalandırılması məsələsi üzrə qeyd olunan nəticələrə gələrkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 41.2, 67.1-ci maddələrinə əməl etmiş, ədalət prinsipinin (CM, maddə 8) tələblərini gözləmişlər. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva həmin Məcəllənin 416.1.2, 416.1.1, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya şikayətinin təmin, mübahisələndirilən apelyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar