Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-596/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 10 oktyabr 2024-ci il tarixli 1(103)-1758/2024 nömrəli qərarından dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elnur Nuriyev (sədrlik edən və məruzəçi), Azər Tağıyev və Kamran Muxtarov) 24 avqust 2023-cü il tarixli 1(099)479/2023 nömrəli hökmü ilə, xx xxxxxxx 2003-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu ödənilməmiş, orta təhsilli, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddə ləri ilə təqsirli bilinərək, CM-in 133.2.2, 133.2.4 və 133.2.6-cı maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 150.2.4-cü maddəsi ilə 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 1(101)-1182/2022 nömrəli hökmü ilə onun barəsində tətbiq edilmiş şərti məhkum etmə və sınaq müddəti ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 1(101)-1182/2022 nömrəli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzası bu hazırkı hökm üzrə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qeyri-rəsmi nikah münasibətlərində olduğu və birlikdə tibbi müayinələrdən keçərək hamilə olması barədə məlumatlı olmaqla onun üçün aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs sosial şəbəkələrdə digər kişilərlə ünsiyyət saxlamasını bilib qısqanclıq zəminində 21 mart 2023-cü il tarixdə saat 10 radələrində dostu X1 yaşadığı ünvan 2 ünvanında yerləşən evin qonaq otağında aralarında yaranmış mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə çoxsaylı zərbələr vurduqdan sonra kəmərini çıxararaq onu üzü üstdə yerə uzadıb qəsdən kürək, sağrı və ayaq nahiyələrindən kəmərlə davamlı və ardıcıl çoxsaylı zərbələr endirməklə işgəncə verərək fiziki ağrılar yetirmiş, həmin kəmər ilə Zərərçəkmiş şəxs qollarını bağlayaraq hərəkət və özünü müdafiə imkanlarını məhdudlaşdırmaqla köməksiz vəziyyətə salaraq sonuncudan ailəsinin və özünün ünvanına nalayiq ifadələr işlədib bir daha sosial şəbəkələrdə başqa şəxslərlə ünsiyyət saxlamayacağına dair söz verməsini tələb etmiş, Zərərçəkmiş şəxs həmin məzmunda sözləri deyərkən mobil telefonla videoçəkilişini apararaq ona psixi iztirablar ve rmiş və cinsiyyət orqanını çıxararaq üz və digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsi səbəbindən sifət nahiyəsi qana bulaşmış Zərərçəkmiş şəxs cinsiyyət orqanını ağzına daxil edib qeyri-təbii yolla seksual xarakterli hərəkətlər edərək cinsi tələbatını pozğun formada təmin etməsini dəfələrlə tələb edib, mobil telefonla videoçəkilişini apararaq Zərərçəkmiş şəxs qarşı rəhimsizcəsinə psixi iztirablar verməyə davam edərək xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs ona yalvararaq aktiv müqavimət göstərib seksual xarakterli hərəkətlər etmək təklifi ilə razılaşmadığı üçün fiziki zorakılıq hərəkətlərini davam etdirərək kəmər ilə qollarını bağladığından, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs əlləri ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə lər vurduqdan sonra tərəfindən yetirilmiş xəsarətlərin izlərinin itməsi və bununla törətmiş olduğu əməlin ifşa olunmaması üçün qarşılıqlı razılaşmaya əsasən həmin gün saat 14 radələrində birlikdə istintaqla müəyyən edilməyən digər evə gedib 4 gün orada yaşamış, daha sonra Zərərçəkmiş şəxs ilə birlikdə 25 mart 2023-cü il tarixdə dostu Şahid kirayə yaşadığı ünvan 3 ünvanına gedərək həmin gün saat 21 radələrində yenidən sosial şəbəkələrdə kişi cinsindən olan digər şəxslərlə ünsiyyət saxlamasını bəhanə edib yenə də qısqanclıq zəminində mübahisə etməklə bir otaqlı mənzildə onun üçün aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əlləri və ayaqları ilə çoxsaylı zərbələr vurduqdan sonra kəmərini çıxararaq onu üzü üstdə yerə uzadıb qəsdən bədəninin müxtəlif nahiyələrinə kəmərlə davamlı və ardıcıl çoxsaylı zərbələr endirməklə işgəncə verərək fiziki ağrılar yetirmiş, həmin kəmər ilə Zərərçəkmiş şəxs qollarını bağlayaraq hərəkət və özünü müdafiə imkanlarını məhdudlaşdırmaqla köməksiz vəziyyətə salaraq mənzilin hamam otağına salıb dizi üstdə durmasını tələb etmiş, cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs üstünə təbii tələbatını ödəməklə sidik ifraz edərək və mobil telefonla videoçəkilişini apararaq ona psixi iztirablar vermiş, bununla da mütəmadi və davamlı olaraq Zərərçəkmiş şəxs qarşı etdiyi zorakılıq hərəkətləri ilə ona qapalı kəllə beyin travması, alının sağ yarısının tüksüz hissəsi və sağ gicgah nahiyəsinin, sağ və sol göz yuvalarının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan hematomaları və üst dodağın sağ yarısının iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül dərəcəli, sağ qulaq seyvanının arxa səthinin, sol yanaq nahiyəsinin, sağ ənsə nahiyəsinin sağ və sol yuxarı ətrafın ön, arxa və bayır səthlərinin, sağ sağrı, sağ və sol budların yuxarı və aşağı üçdə birinin ön, bayır, arxa səthlərinin qançırları, sağ əlin İİİ daraq falanqasının arxa səthinin, sol mil bilək oynağının ön səthinin, sağ və sol təpə, ənsə və gicgah nahiyələrinin, sağ baldırın orta üçdə birinin, arxa səthinin sıyrıqları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə aşkar surətdə hamilə və köməksiz vəziyyətində olan Zərərçəkmiş şəxs Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə işgəncə verib güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermiş, həmçinin Zərərçəkmiş şəxs qarşı xüsusi amansızlıqla zor tətbiq edib seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi) Emin Əliyev və Fərid Əyyubov) 10 oktyabr 2024-cü il tarixli 1(103)-1758/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 1(101)-1388/2024 nömrəli hökmü dəyişdirilmiş, əməli CM-in 150.2.4-cü maddəsindən CM-in 151-ci maddəsinə tövsif edilmiş, CM-in 151-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəza qismən toplanılmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 1(101)-1182/2022 nömrəli hökmü ilə onun barəsində tətbiq edilmiş şərti məhkum etmə və sınaq müddəti ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hökm ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərar üzrə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Məhkum çəkilməsi üçün qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1(103)-1758/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli 1(103)-1758/2024 nömrəli qərarının diyişdirilməsini və Məhkum təqsirli bilindiyi əməlinin CM-in 133.2.2, 133.2.4 və 133.2.6-cı maddələrindən CM-in 128-ci maddəsinə tövsif edilməklə zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi, həmçinin Məhkum CM-in 151-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığından ona CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini digər maddələrlə yanaşı CM-in 150.2.4-cü maddəsi ilə tövsif etmişdir. İttihamdan və işin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum 21 mart 2023-cü il tarixdə saat 10 radələrində dostunun kirayədə yaşadığı evdə kürək, sağrı və ayaq nahiyələrindən kəmərlə davamlı və ardıcıl çoxsaylı zərbələr endirməklə işgəncə verərək fiziki ağrılar yetirdiyi və kəmərlə qolların ı bağlayaraq hərəkət və özünü müdafiə imkanlarını məhdudlaşdırdığı, yəni köməksiz vəziyyətə saldığı Zərərçəkmiş şəxs ailəsinin və özünün ünvanına nalayiq ifadələr işlədib bir daha sosial şəbəkələrdə başqa şəxslərlə ünsiyyət saxlamayacağına dair söz verməsini tələb etmiş, Zərərçəkmiş şəxs həmin məzmunda sözləri deyərkən mobil telefonla videoçəkilişini apararaq ona psixi iztirablar vermiş və cinsiyyət orqanını çıxararaq üz və digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsi səbəbindən sifət nahiyəsi qana bulaşmış Zərərçəkmiş şəxs cinsiyyət orqanını ağzına daxil edib qeyri-təbii yolla seksual xarakterli hərəkətlər edərək cinsi tələbatını pozğun formada təmin etməsini dəfələrlə tələb edib, mobil telefonla videoçəkilişini apararaq Zərərçəkmiş şəxs qarşı rəhimsizcəsinə psixi iztirablar verməyə davam edərək xüsusi amansızlıqla həmin zorakılıq hərəkətlərini etmişdir. Bu əməlin yuxarıda təsvir olunan faktiki halı işin bütün instansiyalarda mübahisəsiz məqamı olmuşdur. Apellyasiya məhkəməsinin özünün də müəyyən etdiyi kimi, Məhkum hadisə vaxtı qollarını kəmərlə bağlayıb köməksiz vəziyyətə saldığı, üz və digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməklə sifətini qana buladığı və köməksiz vəziyyətdə qalan Zərərçəkmiş şəxs qarşısında cinsiyyət orqanını çıxarıb ona nümayiş etdirməklə (videogörüntü bunları təsdiqləməyə yetərlidir) ağzına daxil etməsini və qeyri-təbii yolla seksual xarakterli hərəkətlər etməsini, yəni, cinsi tələbatının pozğun formada təmin olunmasını dəfələrlə tələb edib, mobil telefonla videoçəkilişini aparmaqla, faktiki olaraq zərərçəkmişə qarşı rəhmsizcəsinə davranış lar törədib xüsusi amansızlıqla həmin zorakılıq hərəkətlərini etmişdir. Apellyasiya məhkəməsi bu əməli yalnız seksual xarakterli digər hərəkətlərə məcbur etmə kimi qiymətləndirməklə tam əsassız mövqe nümayiş etdirmişdir. Apellyasiya instansiyası məhkəməsi seksual xarakterli hərəkətlərə məcbur etmədə tərəflər arasında sair asılılıq qiymətləndirdiyi zərərçəkmişin qollarının kəmərlə bağlanması xüsusatının da düzgün dəyərləndirilməsini aparmamışdır. Göründüyü kimi, Zərərçəkmiş şəxs qollarının kəmərlə bağlanması xüsusatı cinayətin obyektiv cəhətində onun köməksiz vəziyyəti kimi qəbul edilməli olduğu halda, apellyasiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlməyərək həmin halı tərəflər arasındakı sair asılılıq kimi qiymətləndirmişdir. Yəni, aşkar görünür ki, Məhkum hadisə vaxtı olan hərəkətlə ri zərərçəkmişi seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə məcbur etmədə ifadə olunmamışdır, əslində, o davranışları ilə Zərərçəkmiş şəxs qarşı rəhimsizlik, qəddarlıq, xüsusi amansızlıq nümayiş etdirmiş, onu qollarını bağlayıb köməksiz vəziyyətə salmış, nalayiq ifadələrlə cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs nümayiş etdirmiş və cinsi ehtirasını pozğun formada təmin etmək üçün onu ağzına almasını tələb edərək zorakı hərəkətlərlə sonuncunun üz və bədən nahiyələrinə zərbələr endirməkdə davam etmiş, yəni əməlində xüsusi amansızlıqla törədilən seksual xarakterli digər zorakılıq hərəkətlərinin bitməsinə dəlalət edən cinayətin bütün tərkib əlamətləri mövcud olmuşdur. İşdən göründüyü kimi, apellyasiya məhkəməsi mübahisəli hissədə Məhkum əməlini CM-in 150.2.4-cü maddəsindən 151-ci maddəsinə tövsif edərkən onun cəzasını ağırlaşdıran hal olaraq yalnız, CM-in 61.1.7-ci maddəsinə əsasən həmin cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilməsi əlamətini nəzərə almışdır. Lakin, apellyasiya məhkəməsinin tövsiflə bağlı qənaəti ittiham tərəfindən qəbul olunmasa belə, tövsif edilmiş əməlin dispozitiv əlamətləri və məhkəmənin qənaətinin əsaslandırma hissəsi təhlil olunduqda Məhkum bu əməlinə münasibətdə cəzasını ağırlaşdıran digər halların: residivin, həmin cinayətin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi, zərər çəkmiş şəxsə qarşı xüsusi amansızlıqda törədilməsi əlamətlərinin CM-in 61.1.1, 61.1.7 və 61.1.9-cu maddələrinə əsasən, cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmaması qanunsuz yanaşma olmuşdu r. Belə ki, CM-in 61.1-ci maddəsi cəzanı ağırlaşdıran halların qəti siyahısını müəyyən edir və həmin maddədə göstərilməmiş halların cəzanı ağırlaşdıran əlamətlər qismində nəzərə alınmasını qadağan edir. Eyni zamanda, CM-in 61.3-cü maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Həmin normanın əks şərhindən aydın olur ki, cinayət qanununun müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmayan cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır. Qeyd edilən son iki halın istintaq orqanı və birinci instansiya məhkəməsində cəzanı ağırlaşdıran əlamətlər kimi nəzərə alınmamasında bu əməlin tövsifi ilə bağlı eyni qənaətə gəlinməsi faktı durmuşdur, yəni, əvvəlki iki mərhələdə Məhkum əməli CM-in 150.2.4-cü maddəsilə tövsif edildiyindən cinayətin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı və xüsusi amansızlıqda törədilməsi kimi cəzanı ağırlaşdıran hallar həmin maddədə cinayətin tərkib əlaməti kimi nəzərdə tutulmuş və təkrar nəzərə alınmamışdır. Lakin, həmin iki hal, apellyasiya məhkəməsinin tövsif etdiyi maddədə (CM-in 151-ci maddəsində) cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığından və əlavə olaraq əməldə residiv də olduğundan məhkəmə onların hər üçünü cəzanı ağırlaşdıran hal kimi nəzərə almalı idi. Şərh olunan sübutlara və qeyd edilən hüquqi məsələlərə istinadən kassator hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hazırkı qərarı işdəki sübutların CPM- in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməsinə əsaslanan qərar sayıla bilməz və məhkəmə CM-in 150.2.4-cü maddəsi ilə bağlı hissədə törədilmiş əməlin tövsifində səhvə yol verməklə bərabər, tövsif etdiyi həmin əməl üzrə məsuliyyəti ağırlaşdıran halları da nəzərə almadan cəza təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, şikayət olunan qərarda göstərildiyindən fərqli olaraq, Məhkum hadisə vaxtı Zərərçəkmiş şəxs nəinki aşkar surətdə, ümumiyyətlə hamilə vəziyyətdə olmasını bilməmişdir. Kassator qeyd edir ki, 6-7 həftəlik hamiləlik aşk ar surətdə hamiləlik hesab edilə bilməz, həmin dövrdə adi baxışla bunu müəyyən etmək qeyr mümkündür, buna görə də Məhkum guya hadisə vaxtı Zərərçəkmiş şəxs hamilə olmasını bilməsini iddia edilməsi tamamilə əsassızdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum göstərmişdir ki, o, Zərərçəkmiş şəxs hamilə olduğundan xəbərsiz olmuşdur, Zərərçəkmiş şəxs bundan əvvəl bir neçə dəfə ona hamilə olduğunu desə də, o, bunun zarafat olduğunu düşünmüşdür. Hadisədən bir gün sonra - yəni 26 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs müayinə üçün “German Hospital”a aparıb müayinə zamanı Zərərçəkmiş şəxs hamilə olduğunu öyrənmiş və buna sevinib uşağın doğulmasının istədiyini demişdir. Məhkum Zərərçəkmiş şəxs döyərkən onun nəinki aşkar surətdə, ümumiyyətlə hamilə olduğunu bilməmiş və özü həkim-gine koloq olmadığı üçün Zərərçəkmiş şəxs həmin vaxt hamilə olduğunu bilə də bilməzdi. Bunun əksini təsdiq edən sübut iş materiallarında yoxdur. Bu isə onu sübut edir ki, təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası CM-in 133.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham əsassızdır. Lakin buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tamamilə əsassız olaraq Məhkum əməlini Azərbaycan Respublika CM-in 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədilməsini cəzası ağırlaşdıran hal kimi qiymətləndirmişdir. İş materiallarından göründüyü və məhkəmə istintaqı zamanı birmənalı şəkildə müəyyən edildiyi kimi, hadisə vaxtı Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmamışdır. Bu isə onu sübut edir ki, təqsirləndirilən şəxs Məhkum qar şı Azərbaycan Respublikası CM-in 133.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham əsassızdır. Təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs mütəmadi döyməklə əzab verməmiş, sadəcə döymüşdür. Belə ki, iş materiallarından göründüyü və məhkəmə istintaqı zamanı tərəflərin ifadələri ilə birmənalı şəkildə müəyyən edildiyi kim təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs qısqanclıq zəminində döymüş, həm də mütəmadi deyil, cəmi iki dəfə 21 mart 2023-cü il tarixdə İdrakgilin evində və 25 mart 2023-cü il tarixlərdə Asimangilin evində döyərək ona yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Kassator hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs mütəmadi döymədiyi üçün onun əməli Azərbaycan Respublikası CM-in 133.2.2, 133.2.4 və 133.2.6-cı maddələri ilə deyil, CM-in 128-ci maddəsi ilə tövsif ed ilməli, bu zaman təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq edilməli və o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində CM-in 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Kassator həmçinin hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CMin 150.2.4-cü maddəsinin tərkibi yoxdur. Belə ki, məhkəmə istintaqı zamanı iş materiallarında olan videogörüntülərə baxış keçirilərkən həmçinin müəyyən edildi ki, təqsirləndirilə şəxs Məhkum cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs nümayiş etdirməklə onu ağız nahiyəsinə daxil etməsini (min etməsini) tələb etmiş, lakin Zərərçəkmiş şəxs bundan imtina etmiş, Məhkum da hərəkətini davam etdirməmiş, bununla da heç bir cinayət hadisəsi baş verməmişdir. Həmin vaxt onların yanında Məhkum mane ola biləcək başqa bir şəxs olmamışdır və belə olan surətdə Məhkum istəsəydi, bu əməli törədə bilərdi, lakin o, bundan könüllü vaz keçmiş, zərərçəkmiş şəxsə qarşı seksual xarakterli heç bir zorakılı hərəkət etməmişdir. Buradan görünür ki, Məhkum əməlində cinayət tərkibi yoxdur. Bundan başqa, həmin epizod üzrə ibtidai istintaq zamanı müvafiq ekspertiza keçirilməmiş, hadisə vaxtı Məhkum cinsiyyət orqanını həqiqətən də çıxarıb-çıxarmaması, zərərçəkmiş şəxs nümayiş etdirib-etdirilməməsi birmənalı şəkildə sübut edilməmiş, bu zaman yalnız təqsirləndirilən şəxsin səs yazısına istinad edilmiş, əməli həqiqətən baş verib bitməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bu isə bir daha onu sübut edir ki, tə qsirləndirilən şəxs Məhkum əməlində Azərbaycan Respublikası CM-in 150.2.4-cü maddəsi tərkibi yoxdur, cinayət işi başlandıqdan 10 ay sonra hələlik məlum olmayan səbəblərə görə bu maddə ilə ona verilmiş ittiham isə tamamilə əsassız və qərəzlidir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 150.2.4-cü maddəsindən həmin Məcəllənin 151-ci maddəsinə tövsif etmiş və ona azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bundan başqa kassator qeyd edir ki, təqsirləndirilən şəxs çox gəncdir, onun cəzasını yüngülləşdirən bir sıra hallar mövcuddur, ən başlıcası isə o, zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxs məhkəmə çıxışında təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, onunla barışdığını bi ldirib, təqsirləndirilən şəxsə cəza təyin edilməməsini məhkəmədən xahiş etmiş və bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 22 aprel 2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür i onun təqsirləndirilən şəxs Məhkum qarşı hər hansı şikayəti, iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaq. Bunu nəzərə alınaraq xahiş edir ki, təqsirləndirilən şəxsə qarşı cəza verilməsin. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinbin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, kassasiya protesti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2024-cü il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. İşdən görünür ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri ilə ittiham verilmiş, birinci instansiyası məhkəməsi məhkumun ittiham üzrə təqsirini təsdiq etməklə Məhkum cəza təyin etmiş, lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayaraq, təqsirləndirilən şəxs Məhkum CM-in 150.2.4-cü maddəsi ilə tövsif edilmiş əməlində zor tətbiq etmənin olmaması qənaətinə gələrək həmin əməli seksual xarakterli hərəkətlərə məcbur etmə kimi Azərbaycan Respublikası CM-in 151-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin Azərbaycan Respublikası CM 150.2.4-cü maddəsindən həmin Məcəllənin 151-ci maddəsinə tövsif edilməsi əsassız və qanunsuz olmuşdur. Kassasiya şikayətinin isə ba şlıca dəlili ondan ibarətdir ki, Məhkum zərərçəkmiş şəxsə qarşı Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin istintaq orqanı və məhkəmələr qanunsuz və əsassız olaraq onun bu əməlini CM-in 133.2.2, 133.2.4 və 133.2.6-cı maddələri ilə tövsif etmişlər. Həm də Məhkum zərərçəkmiş şəxsə qarşı törədilmiş əməllərində Azərbaycan Respublikası 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmadığı halda onu həmin maddə ilə təqsirli bilinib cəzalandırılmasının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası ilk öncə kassasiya protestinin məhkumun əməlinin tövsifində səhvə yol verilməsi barədə dəlillərini qiymətləndirərək aşağıda göstərilən səbəblərə görə onları əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblər indən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Kassasiya protestindən aydın olur ki, kassator tərəfindən işin hallarını və məhkumun əməllərinin sübut olub-olmamasını mübahisələndirilmir, məhkəmə tərəfindən müəyyən edilmiş halları qəbul edir. Lakin kassasiya protestini verən kassator hesab edir ki, məhkəmə həmin hallara hüquqi qiymət verərkən qanunun tələblərinə düzgün əməl etməmiş və əməlin tövsifində səhvə yol vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsi fi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150-ci maddəsinin dispozisiyasından aydın olur ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayətin obyektiv tərəfi zərərçəkmiş şəxsə və ya digər şəxslərə qarşı zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyə tindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətlərinin törədilməsindən ibarətdir. CM-in 151-ci maddəsində nəzərdə tutulmuş cinayət isə zərərçəkmiş şəxsin əmlakının məhv ediləcəyi, zədələnəcəyi və ya götürülməsi hədəsi ilə, yaxud onun maddi və ya digər asılı vəziyyətindən istifadə etməklə zərərçəkmişi cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətləri yerinə yetirməyə məcbur etməkdən ibarətdir. Belə ki, hər iki maddədə seksual xarakterli hərəkətlərə məcbur etmə elementi mövcud olsa da, bu cinayətləri bir-birindən fərqləndirən əsas amil onların törədilmə üsuludur: CM-in 150-ci maddəsində zor və ya zor hədəsi, yaxud köməksiz vəziyyətdən istifadə etmə; CM-in 151-ci maddəsində isə əmlak xarakterli hədə və ya zərərçəkmişin asılılıq v əziyyətindən istifadə edilmə üsulu ilə törədilməsi nəzərdə tutulur. Beləliklə CM-in 150-ci maddəsində cinsi əlaqəyə girmə, uşaqbazlıq və ya seksual xarakterli digər hərəkətlər zor, zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə törədilir. CM-in 151-ci maddəsində isə həmin hərəkətlər zor və ya zor tətbiq etmə hədəsi etmədən əmlakın məhv edilməsi, zədələnməsi və ya götürülməsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə törədilir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədil məsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs digər kişilərlə telefon və sosial şəbəkələrdə əlaqələri saxlaması barədə məlumat alandan sonra sonuncunu tanışına məxsus evə gətirmiş və orada davamlı olaraq ona əl və kəmər ilə zərbələr endirərək ona qarşı alçaldıcı hərəkətlər etmişdir. Bundan sonra Məhkum kəmərlə Zərərçəkmiş şəxs qolları bağlayaraq səhnəni istifadəsində olan mobil telefonunun kamerasına çəkməklə öz cinsiyyət orqanı çıxarıb sonuncudan cinsiyyət orqanını ağzına daxil edib qeyri-təbii yolla seksual hərəkətlərin etməsini tələb etmişdir. Cinayət işinin materiallarında göstərildiyi kimi, Məhkum Zərərçəkmiş ş əxs qarşı əvvəlcə fiziki zor tətbiq etmiş, sonradan isə onu cinsi xarakterli hərəkətlərə məcbur etmişdir. Konkret olaraq: Zərərçəkmiş şəxsə əl ilə zərbələr endirilmiş; Kəmərlə qolları bağlanmış; Fiziki məhdudlaşdırma şəraitində onun razılığı olmadan seksual xarakterli zorakı tələblər irəli sürülmüşdür. Bu halların cəmi zor tətbiqi və zora əsaslanan məcbur etmə kimi qiymətləndirilməlidir. Bu davranışların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə – "zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri" – tövsif edilməsi hüquqi cəhətdən doğru və əsaslıdır. Həmin maddə əməlin təqsirləndirilən şəxs tərəfindən zor tətbiq etməklə törədilməsini birbaşa nəzərdə tutur. Əksinə, CM-in 1 51-ci maddəsi seksual hərəkətlərə məcbur etmə cinayətini əmlakla hədələmə, maddi və ya sair asılılıqdan istifadə etmə kimi zor olmayan üsullarla törədilməsini nəzərdə tutur. İşin hallarında isə zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiqi və fiziki məhdudlaşdırma açıq şəkildə sübut olunub. Apellyasiya instansiyası məhkəməsi məhkum tərəfindən zərərçəkmiş şəxsə qarşı törədilmiş yuxarıda qeyd edilən hərəkətləri CM-in 150.2.4-cü maddəsindən həmin Məcəllənin 151-ci maddəsinə tövsif etmişdir. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslanaraq qərarda göstərmişdir ki, “Bununla yanaşı iş üzrə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Məhkum əməlində CMin 151-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, CM-in 151-ci maddəsində qeyd olunmuşdur ki, seksual xarakterli hərəkətlərə məcbur etmə dedi kdə əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etməsi başa düşülür. Hazırkı işdən göründüyü kimi təqsirləndirilən şəxs Əli Məhkumndəki kəmərlə əllərini bağladığı zərərçəkmiş şəxsin asıllığından istifadə etməklə onu seksual xarakterli hərəkətlərə məcbur etmişdir. Ona görə də təqsirləndirilən şəxs Məhkum əməli Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsindən həmin Məcəllənin 151-ci maddəsinə tövsif olunmalıdır.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu məsələdəki mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya məhkəməsinin məhkum tərəfindən zərərçəkmiş şəxsin əllərinin kəmərlə bağlanması nəticəsində sonuncunun cinayət törədən şəxsdən “asılı vəziyyətə” düşməsi kimi qiymətləndirməsi hüquqi baxımdan düzgün deyil. Əksinə, məhkumun zərərçəkmiş şəxsin əllərini bağlaması, ona qarşı göstərilmiş fiziki zorakılığın bir üslubu olub, bu zorakılıq zərərçəkmişin müqavimətinin qırılmasına və iradəsinə zidd olaraq onunla seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsinə şərait yaratmışdır. Başqa sözlə, əllərin bağlanması cinayətin tərkib hissəsi olan zorakılıq hərəkətlərinin tərkibinə daxildir və bu hal, Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulmuş “sair asılılıq vəziyyəti” kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini Az ərbaycan Respublikası CM-in 150.2.4-cü maddəsindən həmin Məcəllənin 151-ci maddəsinə tövsif edərək hüquqi səhvə yol vermişdir. Məhkum əməlinin CM-in 151-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar mövcud deyil. Eyni ilə məhkəmə kollegiyası zərərçəkmiş şəxsin əllərinin bağlanması nəticəsində onun köməksiz vəziyyətdə olması, lakin məhkəmə tərəfindən CM-in 67.1.7-ci maddəsinin tələblərinə zidd olaraq bu halın cəzanı ağırlaşdıran kimi nəzərə alınmadığı barədə kassasiya protestində irəli sürülmüş dəlilini də əsaslı hesab etmir. Belə ki, cinayəti törədən şəxs tərəfindən zor tətbiq edilməsi nəticəsində zərərçəkmiş şəxsin müqavimətinin qırması və bu yolla sonuncu müqavimət göstərmək imkanından məhrum etməkdən sonra ona qarsı zorakı hərəkətlərin edilməsi həmin cinayəti köməksiz vəziyyətdə olan zərə rçəkmiş şəxsə qarşı törədilən əməl kimi qiymətləndirməməli və bu hal CM-in 67.1.7-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə almaq üçün qanuni əsaslar yoxdur. Yuxarıda qeyd edildiyi kimi Məhkum Zərərçəkmiş şəxs qarşı məhkəmələrin müvafiq olaraq hökm və qərarında təsvir edilmiş zorakı hərəkətləri törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər və şübhə doğurmayan sübutlarla təsdiq edilmişdir. İşin bu halları kassasiya şikayətində də mübahisələndirilmir. Məhkumun əməllərinə məhkəmələr tərəfindən verilmiş hüquqi qiymətləndirmə ilə əlaqədar kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 416.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə apellyasi ya instansiya məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.12-ci maddəsinin tələblərinə əsasən məhkəmənin hökm və ya qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə təkrar baxılması zamanıapellyasiya instansiyası məhkəməsinin ittihamın sübuta yetirilib- yetirilməməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının t ətbiq edilməsi, habelə bu və ya digər cəzanın tətbiq edilməsi barədə gələ biləcəyi nəticələri qabaqcadan həll edə bilməz. Məhkəmə kollegiyası qanunun bu tələbini nəzərə alaraq cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi ilə əlaqədar kassasiya şikayətinin məhkumun əməlinin tövsifi barədə dəlillərinə qiymət verməsini zəruri hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.5 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-ci il tarixli 1(103)-1758/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-596/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-596/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver