Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-597/2019 29.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 597/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "29" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Əliyev Rəfail Ziyad oğlu, Zərərçəkmiş şəxs iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Vüqar Nemət oğlu) xx xxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM- nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 01 müddətə dövlət və yerli özünü-idarəetmə orqanlarında rəhbər və maddi məhsul şəxs kimi vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, 19 yanvar 2016-cı il tarixdən 11 avqust 2016-cı il tarixədək «Üstdad» Brendi adı altında fiziki şəxs kimi Vergilər Nazirliyində qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs ət məhsulları sexindən satış üçün ona etibar olunmuş Zərərçəkmiş şəxs əmlakını talama məqsədilə, sexə məxsus «Ford» markalı yük maşını ilə 19 yanvar 2016-cı il tarixdən 11.08.2016-cı il tarixədək olan müddətdə sexin Abşeron rayonunda yerləşən anbarından 19.01.2016-cı il tarixdə 2.017,81 manat, 20.01.2016-cı il tarixdə 1.030,29 manat, 2.568,48 manat, 21.01.2016-cı il tarixdə 148,41 manat, 22.01.2016-cı il tarixdə 483,12 manat, 25.01.2016-cı il tarixdə 813,95 manat, 26.01.2016-cı il tarixdə 124,95 manat, 27.01.2016-cı il tarixdə 810,41 manat, 28.01.2016-cı il tarixdə 252,81 manat dəyərində, 29.01.2016-cı il tarixdə 336,9 manat, 01.02.2016-cı il tarixdə 291,28 manat, 02.02.2016cı il tarixdə 677,78 manat, 03.02.2016-cı il tarixdə 440,45 manat, 04.02.2016-cı il tarixdə 384,18 manat, 05.02.2016-cı il tarixdə 725,19 manat, 06.02.2016-cı il tarixdə 273,42 manat, 08.02.2016-cı il tarixdə 3 15,49 manat, 09.02.2016-cı il tarixdə 891,31 manat, 10.02.2016-cı il tarixdə 450,59 manat, 11.02.2016-cı il tarixdə 241,22 manat, 12.02.2016-cı il tarixdə 566,21 manat, 15.02.2016-cı il tarixdə 458,56 manat, 16.02.2016-cı il tarixdə 234,28 manat, 17.02.2016-cı il tarixdə 584,15 manat, 18.02.2016-cı il tarixdə 259,46 manat, 19.02.2016-cı il tarixdə 356,2 manat, 20.02.2016-cı il tarixdə 145,71 manat, 22.02.2016-cı il tarixdə 432,61 manat, 23.02.2016-cı il tarixdə 346,31 manat, 24.02.2016-cı il tarixdə 848,98 manat, 25.02.2016-cı il tarixdə 1.172,86 manat, 26.02.2016-cı il tarixdə 1.178,68 manat, 27.02.2016-cı il tarixdə 211,2 manat, 29.02.2016-cı il tarixdə 99,42 manat, 01.03.2016-cı il tarixdə 536,44 manat, 02.03.2016-cı il tarixdə 658,01 manat, 04.03.2016-cı il tarixdə 1.025,58 manat, 05.0 3.2016 -cı il tarixdə 368,8 manat, 07.03.2016-cı il tarixdə 315,87 manat, 08.03.2016-cı il tarixdə 194,2 manat, 09.03.2016-cı il tarixdə 358,01 manat, 10.03.2016-cı il tarixdə 434,9 manat, 11.03.2016-cı il tarixdə 1.126,47 manat, 12.03.2016-cı il tarixdə 234,68 manat, 14.03.2016-cı il tarixdə 899,95 manat, 15.03.2016-cı il tarixdə 871,24 manat, 16.03.2016-cı il tarixdə 481,53 manat, 17.03.2016-cı il tarixdə 878,99 manat, 18.03.2016-cı il tarixdə 475,87 manat, 19.03.2016-cı il tarixdə 454,69 manat, 24.03.2016-cı il tarixdə 1.131,35 manat, 25.03.2016cı il tarixdə 681,16 manat, 26.03.2016-cı il tarixdə 432,01 manat, 28.03.2016-cı il tarixdə 488,87 manat, 29.03.2016-cı il tarixdə 849,53 manat, 30.03.2016-cı il tarixdə 196,7 manat, 31.03.2016-cı il tarixdə 1.002,18 manat, 01.04.2016-cı il tarix də 171,33 manat, 02.04.2016-cı il tarixdə 289,99 manat, 05.04.2016-cı il tarixdə 994,24 manat, 06.04.2016-cı il tarixdə 649,84 manat, 07.04.2016-cı il tarixdə 1.491,63 manat, 08.04.2016-cı il tarixdə 95,19 manat, 13.04.2016-cı il tarixdə 810,24 manat, 14.04.2016-cı il tarixdə 560,35 manat, 15.04.2016-cı il tarixdə 524,28 manat, 16.04.2016-cı il tarixdə 484,31 manat, 18.04.2016-cı il tarixdə 1.007,39 manat, 20.04.2016-cı il tarixdə 45,12 manat, 22.04.2016-cı il tarixdə 1.327,88 manat, 23.04.2016-cı il tarixdə 516,61 manat, 24.04.2016cı il tarixdə 1.053,69 manat, 26.04.2016-cı il tarixdə 227.54 manat, 28.04.2016-cı il tarixdə 368.53 manat, 402.11 manat, 29.04.2016-cı il tarixdə 259,79 manat, 30.04.2016-cı il tarixdə 370,11 manat, 02.05.2016-cı il tarixdə 339,51 manat, 03.05.2016-cı il tarixd ə 1.100,85 manat, 04.05.2016-cı il tarixdə 426,91 manat, 06.05.2016-cı il tarixdə 940,84 manat, 09.05.2016-cı il tarixdə 385,43 manat, 10.05.2016-cı il tarixdə 753,54 manat, 11.05.2016-cı il tarixdə 958,42 manat, 13.05.2016-cı il tarixdə 1.285,5 manat, 14.05.2016-cı il tarixdə 77,12 manat, 16.05.2016-cı il tarixdə 376,75 manat, 17.05.2016-cı il tarixdə 613,1 manat, 18.05.2016-cı il tarixdə 856,22 manat, 19.05.2016-cı il tarixdə 595,51 manat, 20.05.2016-cı il tarixdə 308,36 manat, 23.05.2016-cı il tarixdə 1.222,02 manat, 24.05.2016-cı il tarixdə 716,92 manat, 25.05.2016-cı il tarixdə 305,79 manat, 26.05.2016-cı il tarixdə 643,72 manat, 27.05.2016-cı il tarixdə 289,76 manat, 28.05.2016-cı il tarixdə 151,51 manat, 68,93 manat dəyərində, 30.05.2016-cı il tarixdə 417,46 manat, 31.05.2016-cı il tarixdə 513,69 manat, 01.06.2016-cı il tarixdə 704,47 manat, 02.06.2016-cı il tarixdə 801,59 manat, 03.06.2016-cı il tarixdə 257,23 manat, 04.06.2016-cı il tarixdə 127,28 manat, 06.06.2016-cı il tarixdə 1.382,12 manat, 07.06.2016-cı il tarixdə 219,28 manat, 08.06.2016-cı il tarixdə 798,76 manat, 09.06.2016-cı il tarixdə 475,96 manat, 10.06.2016-cı il tarixdə 204,06 manat, 11.06.2016-cı il tarixdə 315,56 manat, 13.06.2016-cı il tarixdə 969,51 manat, 14.06.2016-cı il tarixdə 546,49 manat, 15.06.2016-cı il tarixdə 529,75 manat, 16.06.2016-cı il tarixdə 377,81 manat, 17.06.2016-cı il tarixdə 240,06 manat, 18.06.2016-cı il tarixdə 217,77 manat, 20.06.2016-cı il tarixdə 346,66 manat, 21.06.2016-cı il tarixdə 629,49 manat, 22.06.2016-cı il tarixdə 609,48 manat, 23.06.2016-cı il tarixdə 439,66 man at, 24.06.2016-cı il tarixdə 1091,24 manat satış üçün öhdəsinə götürdüyü cəmi 70.551,96 manat dəyərində ət məhsullarını Bakı şəhər ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə təhvil verərək, həmin məhsulların satışından aldığı 19.047,20 manat pulu sexin xəzinəsinə ödəməsinə, eləcə də 13.789,88 manat dəyərində qeyd olunan ticarət obyektlərində malların qalmasına, 10.286,79 manat dəyərində malların geri qaytarılmasına, 15.172,08 manat endirim hesablanaraq pulların hesabından çıxılmasına baxmayaraq, satışdan əldə etdiyi cəmi 12.256,01 manat pulu Bakı şəhərində yerləşən müxtəlif ticarət obyektlərindən qəbul edərək sexin xəzinəsinə təhvil verməyib şəxsi ehtiyaclarına xərcləməklə, ona etibar edilmiş xeyli miqdarda Zərərçəkmiş şəxs əmlakını mənimsəmə yolu ilə talamışdır. Hökmdən Məhkum t ərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əhmədov Həsən Hüseyn oğlu, hakimlər Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 24 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2018-ci tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv edilməklə ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə onun barəsində olan cinayət iş inə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmiş, lakin sonradan məhkəməyə ərizə ilə müraciət edərək əməlindən səmimi peşman olmasını, ailəsinin ağır ailə vəziyyətdə yaşamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, vurulmuş zərərin qohumları tərəfindən zərərçəkmiş şəxsə tam ödənilməsini nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun, onun müdafiəçisi və zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunmasını, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci insta nsiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökm və qərarda göstərilmişdir. İş materiallarından görünür ki, məhkumun təqsirli bilinməsinə dair məhkəmənin gəldiyi nəticə iş materiallarına tam uyğundur, onun əməli Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsinin tərkibini yaratdığı və həmin tərkiblə tam əhatə olunduğu üçün həmin maddə ilə düzgün tövsif edilmişdir. Məhkum təqsirli bilinməsi və onun əməlinin tövsifi məsələləri üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanunda nəzə rdə tutulmuş qaydada toplanılmış və tədqiq olunmuş sübutlara, iş materiallarına, işin faktiki hallarına və qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Belə mövqedə olan məhkəmə kollegiyası həm də ona əsaslanır ki, məhkəmələr Məhkum təqsirli olması məsələsini həll edərkən tamamilə haqlı olaraq ekspert rəylərinə, hökmdə və qərarda sadalanan digər sənədlərə də istinad etmişlər. Həmin sənədlərin və digər sübutların məcmusu Məhkum təqsirinin təsdiq olunduğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərini də nəzərə alır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Odur ki, Məhkum təqsirli bilinməsi və onun əməlinin yuxarıda göstərilən maddələrlə tövsif edilməsinə dair məhkəmələrin gəldikləri nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza təyini məsələsi ilə əla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin təqdim etdiyi, notariat qaydasında təsdiq olunmuş (Bakı şəhəri 39 saylı notariat kontorunun notariusu tərəfindən), Zərərçəkmiş şəxs 24 aprel 2019-cu il tarixli ərizəsindən görünür ki, cinayət nəticəsində ona vurulmuş ziyan tam həcmdə ödənilmiş, Məhkum heç bir şikayəti və tələbi yoxdur. Göründüyü kimi, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam həcmdə ödənilmiş və onun Məhkum qarşı heç bir şikayəti və tələbi yoxdur, yəni zərərçəkmiş şəxslə razılıq əldə edilmişdir (Zərərçəkmiş şəxs bütün bunları məhkəmə kollegiyasının iclasında şəxsən təsdiq etmişdir). Məhkəmə kollegiyası bu halları, Məhkum himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzanı ağırlaşdıran halın olmadığını, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq və yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarına məcmusuna əsaslanaraq onun cəza çəkmədən islah olunmasını müm kün sayır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə yuxarıda göstərilən hallara və qeyd olunan normalara əsaslanaraq hesab edir ki, Məhkum təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq olnumalıdır. Məhkəmə kollegiyası eyni zamanda məhkumun davranışına nəzarəti artırmaq məqsədi ilə Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsinin qoyulmasını zəruri hesab edir. Məhkəmə kollegiyası bu məsələləri həll edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarın 25-ci bəndindəki izahını da nəzərə alır. Odur ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, kassasiya şikayəti isə qismən təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəm ə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Məhkum dərhal həbsdən azad edilsin. Məhkum sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Məhkum üzərinə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-597/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-597/2019
29.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver