Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-597/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 63-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim İ.X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayevdən ibarət tərkibdə) 1998-ci il sentyabrın 13-də Göyçay rayonu, Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Göyçay rayonu, Qarayazı kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmdən Məhkum və onun müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Ə.Rzayev, hakimlər F.G.Zeynallı və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum 2018-ci il iyunun 17-də saat 03:50 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «VAZ-21074» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 123-cü kilometrliyində, yaşayış məntəqəsi hesab olunan ərazidə, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qeyd edilən Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bənd inin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni, yol hərəkəti iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı, bütöv xətti kəsib keçməməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsində saatda 60 kilometrdən artıq sürətlə-hərəkət etdirməməli olduğu halda, bunları etməmiş, yaşayış məntəqəsində nəqliyyat vasitəsini saatda 80 km sürətlə hərəkət etdirməklə əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqü nişanlanma xətti kəsib qarşı hərəkət zolağına çıxaraq həmin zolaqla öz yolu ilə saatda 50-60 km sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Qaz 3302-14 yük b ortlu-tentli» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə idarə etdiyi avtomobildəki sərnişinlər X2 almış olduğu döş qəfəsinin sağ yarısında qabırğaların çoxsaylı sınıqları, sağ ağciyərin cırılması, sağ baldır sümüklərinin yuxarı 1/3-nin açıq sınıqları, sağ baldırın yarası kimi xəsarətlərdən hadisə yerində, X3 isə almış olduğu sağ alın-gicgah nahiyəsinin, alt çənənin, sağ bazunun, döş qəfəsinin sol yarısının, qabırğaların, sağ budun açıq sınıqları, ağ ciyərlərin zədələnməsi, cırılması kimi xəsarətlərdən Şamaxı Rayon Mərkəzi Xəstəxanasında ölmüşlər, «Qaz 3302-14 yük bortlu-tentli» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 döş qəfəsinin küt travması, beyin silkələnməsi, sol gicgah nahiyələrinin yumşaq toxmalarının əzil məsi, sol qulaq seyvanının cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, göstərilən avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 sol baldırda yara kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər almış, «Qaz 3302-14 yük bortlu-tentli» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs2 4.289 manat məbləğində və «VAZ-21074» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində avtomobilin sahibi Zərərçəkmiş şəxs1 4.500 manat məbləğində maddi ziyan vurulmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülmüş ittiham saxtalaşdırılmış sübutl ar əsasında tərtib edilmiş, hadisə yerinin protokolu və sxemi dəyişdirilmiş, ittiham sübutları birbaşa hadisəni görən şahidlərdən deyil, sonradan hadisə yerinə gələn şəxslərdən alınmışdır. Onun tərəfindən ibtidai istintaq orqanına verilmiş vəsatətlərin heç biri araşdırılmamışdır. Hadisəni öz gözü ilə görən şahidlərin heç biri nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı dindirilməmişdir. Cinayət təqibi üzrə ibtidai istintaq birtərəfli və natamam həyata keçirilmiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün heç bir qanuni prosessual hərəkət edilməmişdir. Birinci instansiya məhkəməsi ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün heç bir cəhd etməmiş, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş vəsatətləri əsassız olaraq qəbul etməmiş, müzakirə bel ə etməmişdir. Hadisə baş vermə hallarını özündə əks etdirən hadisə yerinə baxış protokolu ilə müayinə sxemi arasında ziddiyyət vardır. Avtomobillərin toqquşma bucağı, tormoz izinin avtomobillərin hansına məxsus olması, tormoz izinə uyğun olaraq sürətin neçə olması sualları ekspertiza qarşısında qoyulmamış, baş vermiş hadisədə əsl günahkar müəyyən edilməmişdir. Müdafiə tərəfi olaraq, obyektiv həqiqətin müəyyən edilməsi üçün məhkəməyə təqdim etdiyi hadisənin baş verməsi vəziyyətini birbaşa öz gözü ilə görmüş, hadisə yerinin video diskini, toqquşma yerinin Bakı-Yevlax-Şamaxı yolunun Bakı istiqamətində yolun sağ hissəsinə tökülməsini (avtomobildən axan motor yağı, şüşə qırıntıları, toz-torpaq) əks etdirən fotoşəkillərin tədqiq edilməsini, onun avtomobilinin ardı ilə hərəkətdə olan hadisənin ba ş vermə anını öz gözləri ilə görmüş video lentə almış şahidlər X4, X5, X6 və X7 şahid qismində dindirilməsini xahiş edir. Məhkəmələrin hökm və qərarı mülahizələrə əsaslanır. Hökmdə göstərilənlər məhkəmə istintaqında tədqiq edilmiş sübutları əks etdirmir. Təqsirləndirilən şəxslərin, şahidlərin məhkəmə istintaqında verdikləri ifadələr olduğu kimi hökmdə öz əksini tapmamış, cinayət işində olan sübutların heç biri tədqiq olunmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv eməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsibarədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının mü dafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində olan cinayət işinin ibtidai istintaqının, birinci instansiya və apellyasiya məhkəmə baxışının ədalətsiz və qərəzli aparıldığı iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtlənd irən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir k i, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məkəməsinin hökmündən və apelyasiya məhkəməsinin qərarından görünür ki, apelyasiya məhkəməsinin qərarı ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, zərər çəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (ap ellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razıl aşmışdır. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlmə yə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələrin sübutların tədqiqindən əsassız imtina etdikləri, baş vermiş hadisədə əsl günahkarın kim olmasının müəyyən edilməməsi, hadisəni biavasitə görən şahidlərin ifadələrinin alınmaması ilə bağlı göstərdikləri özünümüdafiə xarakterli olub məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzini n 2018-ci il 10 avqust tarixli 18806 nömrəli ekspert rəyindən görünür ki, «VAZ-21074» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş; Məhkum sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyindən hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş; Məhkum avtomobili yaşayış məntəqəsində 60 km/saat surətdən artıq, yəni 80 km/saat sürətlə hərəkət etdirməsi şəraitində hərəkətlərində «Yol hərək əti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; «Qaz 3302-14 yük bortlu-tentli» markalı **OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi haqlı olaraq Məhkum ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrin, yəni yol-nəqliyyat hadisəsinin onun hərəkət zolağında baş verməsi, qarşıdan gələn avtomobilin onun hərəkət zolağına çıxması, təhlükəni hiss etdiyi andan əyləcdən istifadə etməsi, avtomobil qısa məsafədən onun yoluna çıxmasına görə hadisənin qarşısını almağa texniki imkanın ın olmaması, hadisənin baş verməsinə səbəb «Qaz 3302-14 yük bortlu-tentli» markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması barədə dediklərinə tənqidi yanaşmaqla ittihamın sübuta yetirilməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Məhkumun verdiyi kassasiya şikayətində hadisəni bilavasitə görmüş şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı ifadələrinin alınmadığı iddia edilir və bununla bağlı həmin şəxslərin məhkəmədə dindirilməsi və müvafiq ekspertiza rəylərinin yenidən tədqiq olunması xahiş edilir. Əvvəla qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktik i hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar (şahidlərin dindirilməsi və ekspertiza rəylərinin tədqiqi) kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların mü əyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birin ci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Apell yasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilənin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, şahidlərin müxtəlif məzmunda verdikləri məlumatlar, məhkəmə-tibbi ekspertizalarının rəyi və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlilləri ni daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini n 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-597/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-597/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver