Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-597/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X20 və Məhkum iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və 1 81.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X13 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) 13 may 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1998-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edi lmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə və ev dustaqlığında olduğu müddət təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcının 11 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X14 Azərbaycan respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) məhkumlar X15 və Məhkum, eyni zamanda onların müdafiəçiləri X4 və X16 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü dəyiş dirilmiş, X15 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunmuş əməlləri həmin maddələrdən Cinayət Məcəlləsinin 29,180.2.1 və 29,180.2.4-cü maddələrinə tövsif edilmiş, həmin maddələrlə həm X7, həm də Məhkum 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2020ci il tarixli, 1(102)-177/2020 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2019-cu il tarixli, 1(107)186/2019 saylı qərarı ləğv edilmiş, cinayət işi apelyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqus t 2020-ci il tarixli qərarı ilə (hakimlər: X10 (sədrlik edən), X17 və X1 ibarət tərkibdə) Məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Məhkum və X15 məhkum olunmuşlar ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətmişlər. Belə ki, Məhkum və X21baqcadan əlbir olan bir qrup ş əxs halında birləşərək 9 oktyabr 2018-cı il tarixdə, saat 16:45 radələrində İsmayıllı şəhərində yerləşən Heydər Əliyev adına parkın yanında X8 və Texnologiya Kollecinin tələbəsi, Fizuli rayon sakini Zərərçəkmiş şəxs kollecdən çıxmasını görüb, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs yaxınlaşmış, KK KK əvvəlcə Zərərçəkmiş şəxs çay içmək adı ilə 1 manat pul istəmiş, sonra isə onlar birlikdə İsmayıllı şəhəri H.Əliyev adına parkın sol kənarından keçən yol ilə piyada şəhər mərkəzinə doğru hərəkət etmişlər. Bu zaman Məhkum Zərərçəkmiş şəxs qolbağını, saatını, telefonunu və üzərində olan pulunu verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs həmin əşyaları və pulunu vermədiyini görüb hərəkət etdikləri yolun parkın girişinə doğru sağa olan döngəsində həmin əmlakı hücuma məruz qalmı ş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə ələ keçirmək üçün sonuncuya basqın edərək ilk öncə Məhkum Zərərçəkmiş şəxs çiynindən tutub itələməklə parkın dəmir barmaqlıqlardan ibarət hasarına vurub sıxmaqla ona sol kürək nahiyəsinin bir ədəd səthi qançırından ibarət, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, sonra isə KK KK və Məhkum hücuma məruz qalmış şəxsdən pulunu, orta bazar qiyməti 5 manat olan qolbağını, üzərində “EMPORİO ARMANİ” yazısı olan, orta bazar qiyməti 5 manat təşkil edən qol saatını, üstündə orta bazar qiyməti 3 manat olan 000 saylı Azercell GSM danışıq kartı və orta bazar qiyməti 2 manat olan telefon qabı olan, orta bazar qiyməti 130 manat təşkil edən “Samsung-J2” markalı telefonunu verməsini tələ b etmiş, Zərərçəkmiş şəxs müqavimət göstərdiyini gördükdə KK KK əvvəlcədən aralarında olan ümumi razılığa əsasən Məhkum bıçağı çıxarması ilə bağlı tələbinə əməl edərək üzərində olan qara rəngli qatlanan cib bıçağını şalvarının arxa cibindən çıxarıb Zərərçəkmiş şəxs qarnına dirəmiş, Məhkum həmin vaxt əli ilə Zərərçəkmiş şəxs qolundakı saatı və qolbağını açmağa çalışdıqda, Zərərçəkmiş şəxs ani vaxt ərzində Məhkum əlini çiynindən kənarlaşdırıb qaçaraq onlardan uzaqlaşmış, KKK Məhkumla birlikdə Zərərçəkmiş şəxs arxasınca qaçsa da, sonuncunu tuta bilməmiş, həmin hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan bıçaq tətbiq etməklə quldurluq cinayətini törətmişlər. Kassasiya şikayətinin dəlilləri: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək əməlinin düzgün tövsif olunmadığını qeyd etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs ZZ ZZə qarşı heç bir pis niyyəti olmamışdır. Əvvəlcədən aralarında tanışlıq olmuşdur. ZZə qarşı sadəcə zarafat etmişdir. Əlində və ya üzərində hər hansı bir soyuq silah olmamışdır. Zərərçəkmiş şəxs onun zarafatını ciddi qəbul edərək müvafiq quruma şikayət etmişdir. Heç bir quldurluq və ya soyğunçuluq niyyətləri olmamışdır. Daha sonra zarafat olduğunu bildikdən sonra zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayəti olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə zamanı bıçaq görməmiş, sadəcə ona toxunan şeyin bıçaq olduğunu zənn etmişdir. Həmçinin polis əməkdaşlarının axtarışı zamanı onların üzərindən heç bir soyuq silah tapılmamışdır. Məhkum qeyd olunanların nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5-ci maddələrindən həmin Məcəllənin 29,180.2.1, 29,180.2.4-cü maddələrinə tövsif olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməm əlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun əməlinin əsassız olaraq CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 se ntyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan R espublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir CM-nin 181.1-ci maddəsində Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayət əməli nəzərdə tutulmuşdur. Məhkum həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayətini törətməyə görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materiallarında olan, Apellyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “...09 oktyabr 2018-ci il tarixdə kollecdə dərsdə olarkən özünü bir qədər narahat hiss etdiyindən rəhbərlikdən icazə alıb saat 16:45 radələrində kollecdən çıxaraq, kir ayədə yaşadığı evə doğru getməyə başlamış, kollecdən təxminən 10-15 metr uzaqlaşan zaman YY və KKın birlikdə getdiklərini görmüşdür. Həmin şəxslər onu görüb dayanmış, o, həmin şəxslərin yanından keçdikdə KK onu çağırıb siqaret istəmiş, o, üzərində olan bir ədəd “Vinçestr” siqaretini KKa vermişdir. O, Heydər Əliyev adına parkın kənarı ilə şəhər mərkəzinə doğru yol ilə getdikcə KK KK və Məhkum onun arxasınca, təxminən ondan 1-2 metr arxada gəlmiş, onlar kollecdən təxminən 100 metr uzaqlaşdıqda Məhkum onun qolunda olan qolbağını görüb qolbağını istəmiş, o, qolbağını vermək istəmədikdə Məhkum ondan digər qolunda olan saatını istəmişdir. O, saatını da vermək istəmədiyini bildirmiş, belə olduqda YY ondan “Samsung-J2-2018” markalı telefonunu istəmişdir. O, telefonunu da verməmiş, sonra KK da Məhk um ilə birlikdə ondan pul istəməyə başlamışdır. Artıq onlar piyada təxminən 500-600 metr yol getmişlər və Heydər Əliyev adına parkın sağa doğru dönən hissəsinin kənarında, hasarın yanında olmuşlar. Həmin yer parkın mərkəzi giriş qapısına doğru olan döngə olmuşdur. O, qəti şəkildə pul və əşyalarını verməyəcəyini dedikdə YY sağ əli ilə onun sol çiynindən tutaraq ona “sən, ümumiyyətlə, nə demək istəyirsən, nə istəyirik vermirsən, sən mənim qara siyahıma düşdün" demişdir. O, KK və YYə “bəsdi zarafat etdiniz, buraxın gedim” demiş, YY ona “nə zarafat, mən zarafat etmirəm, tez ol qolbağını, saatı, telefonu və pulları ver” demişdir. Bu zaman KK da ondan pul verməyi tələb etməyə başlamış, sonra isə YY KKa göstəriş verərək “bıçağı çıxart” demişdir. KK əynindəki şalvarının arxa cibinə əlini apararaq oradan qara rəngli qatlanan bıçaq çıxarıb həmin əlini gödəkcəsinin cibinə salmış və bu vəziyyətdə cibindəki bıçağı onun sağ qarın nahiyəsinə dirəmişdir. Həmin şəxslər ondan yenə pul və əşyalarını tələb etməyə başlamış və YY bir əli ilə onun çiynindən tutub saxlamaqla digər əli ilə qolundakı saat və qolbağını açmağa çalışmışdır. O, isə saat və əşyalarını açmasına Məhkum imkan verməyərək əlləri ilə YYin əlini kənarlaşdırmağa çalışmış, YY isə öz hərəkətlərini davam etdirmişdir. Vəziyyətin belə olmasını görüb qəflətən YYin əlini çiynindən çəkib oradan qaçmağa başlamış, Məhkum və KK KK isə onu tutmaq üçün onun arxası ilə qaçmağa başlamışlar. O, qaça-qaça onlardan polisə şikayət edəcəyini bildirmiş, arxası ilə qaçan YY isə şikayət etməyənin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, həmin şəx slər onu 200 metr aralıda yerləşən avtoyuma sexinin yanına qədər qovmuş, lakin çata bilməmişlər. Baş vermiş hadisədən o, çox qorxmuş və özünü pis hiss etmişdir. Həmin vaxt yaxındakı “Mugan Bank”ın tanımadığı mühafizəçisinə yaxınlaşıb ondan kömək istəmiş, mühafizəçi ona su vermiş, sonra oradan Polis şöbəsinə gedib baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir...” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 aprel 2019-cu il tarixli 611 saylı rəyindən görünür ki, Məhkum hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkum törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictim ai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, Məhkum anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkum hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 18 dekabr 2018-ci il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs ilə Məhkum arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Məhkum üzünə qarşı bildirərək bir daha təsdiq etmişdir (cild 01, i.v. 180-181). ZZ ZZ ibtidai istintaqda olduğu kimi, birinci və apellyasiya instansiyası məh kəmələrində də göstərmişdir ki, o, Məhkum tələb etdiyi əşyaları verməkdən imtina etdikdə, E.X9 "bıçağı çıxart” demiş, İ.KK də bıçağı çıxardıb onun qarnına dirəmişdir. Məhkəmə tərəfindən ZZ ZZin qeyri-səmimiliyinə, qərəzli, təqsirləndirilən şəxslərin məhz quldurluğa görə məhkum edilmələrində maraqlı olmasına dəlalət edən hallar müəyyən edilməmişdir (belə hallara apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunmamışdır). Əksinə, zərərçəkmiş şəxsin məhkəmələrdə nümayiş etdirdiyi mövqeyə görə, o, təqsirləndirilən şəxslərlə barışmış və onların sərt cəzalandırılmasını istəməmişdir. Bundan başqa, zərərçəkmiş ZZ ZZi hadisədən sonra ilk müşahidə etmiş (İsmayıllı şəhərindəki "Muğan Bank”ın mühafizəçisi) X2 ZZin vəziyyətini, onunla ünsiyyətini təsvir edərkən göstərmişdir: "9 oktyabr 2018- ci il tarixdə, saat 16 radələrində mən həmin bankın qarşısında hava almaq üçün çıxmışdım. Bu zaman mənə bir nəfər tanımadığım çavan oğlan yaxınlaşdı. Həmin şəxs ağlayaraq həyacanlı vəziyyətdə idi. Əlində qara rəngli böyük ölçülü telefon var idi. Həmin şəxsdən nə baş verdiyini soruşduqda o, dayanaraq özünü pis hiss etdiyini bildirib məndən su istədi. Mən içəridən su gətirib həmin şəxsə verdim, həmin şəxs sudan içərək əl-üzünü yudu. Bir qədər özünə gəldikdən sonra isə... adının ZZ olduğunu,... kollecdən çıxıb evə gedərkən 2 nəfər tanımadığı cavan oğlanın Heydər Əliyev adına parkın yanında onun qolbağısını, saatını, telefonunu və pulunu istədiklərini bildirdi. O, həmin şəxslərə heç nə verməyəcəyini bildirdikdə həmin şəxslərdən biri onun çiynindən tutub onu parkın hasarına vurduğunu, digəri isə üzərinə bıçaq çıxartdığını dedi. Belə olduqda o, həmin şəxslərdən qaçaqraq oradan uzaqlaşdığını, həmin şəxslərin isə onun arxasınca qaçdıqlarını dedi”. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 181.2.1 və 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilm əsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-597/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-597/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver