Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-597/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs və Müdafiəçi1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Nahid Mirzəyev və Bilal Məmmədov) 05 iyul 2022-ci il tarixli, 1(091)-92/2022 nömrəli hökmü ilə xx xxxx 1966-cı ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəki şəhəri Q.Məmmədli küçəsi ev 68-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.3 və 126.2.4c ü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs 5000 manat maddi, 10000 manat mənəvi ziyanın və müdafiəçiyə ödənilmiş 1200 manat pulun mülki cavabdeh Məhkum onun xeyrinə tutulmasına dair mülki iddiası baxılmamış saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilib məhkəməyə vermişdir ona görə ki, Məhkum 17 oktyabr 2021-ci il tarixdə, saat 19:20 radələrində idarə etdiyi özünə məxsus “VAZ 21214 - NİVA” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobi li ilə yaşadığı Şəki şəhəri, Qazi Məmmədli küçəsindən N.Nərimanov küçəsi istiqamətində hərəkətdə olarkən ünvan 1 ünvanda yaşayan qonşusu, xx.xx.1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi “FORD TRANSİT” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan gəldiyini görüb sonuncunun hərəkət zolağına çıxaraq öz avtomobilinin uzaq vuran işıqlarını yandırıb üzərinə getməklə sonuncunun yol verməsini tələb etmiş, Zərərçəkmiş şəxs qəzadan yayınmaq üçün maşını sağ tərəfə çəkməsinə baxmayaraq həmin avtomobillərin yan güzgülərinin Şəki şəhəri, Q.Məmmədli küçəsində 63 nömrəli evin qarşısında toqquşmasından və hər ikisi maşınlarını saxlayıb maşından düşdükdən sonra, o, özünü Zərərçəkmiş şəxs üstün tutaraq, təhlükəli şəraiti özünün yaratmasına baxmayaraq ictimai qaydalara və hamı tə rəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq sonuncuya ucadan “qızmısan ha, qudurmusan ha” deyib, Zərərçəkmiş şəxs yol verməməsini bəhanə edərək heç bir səbəb olmadan ona qəsdən xuliqanlıq niyyəti ilə bədən xəsarəti yetirmək qərarına gəlib idarə etdiyi nəqliyyat vasitəsinin saxlanc yerində əvvəlcədən saxladığı soyuq silah hesab edilməyən mətbəx bıçağını axtararkən Zərərçəkmiş şəxs maşınlara zərər dəymədiyi və yanında arvadı Şahid1 olduğu üçün hadisə ilə bağlı növbəti gün görüşmək barədə təklifini rədd edərək həmin bıçağı götürüb Şahid1 ərini sinə nahiyəsindən qucaqlayıb oradan uzaqlaşdırmağa çalışdığını görüb sonuncuya xüsusi iztirab və əzab verəcəyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıqla arvadının gözü qarşısında Zərərçəkmiş şəxs qəsdən əlində tutduğu bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən beş dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bir ədəd qarın boşluğuna nüfuz edən, böyük piyliyin zədələnməsi ilə daxili qanaxmaya səbəb olan deşilmiş-kəsilmiş yarası və bir ədəd döş qəfəsinin sol yarısından döş boşluğuna nüfuz edən hemopnevmotoraksa səbəb olan deşilmiş-kəsilmiş yarası xəsarətləri olmaqla, cəmi iki ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bir ədəd sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti olmaqla, cəmi bir ədəd, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol bazunun və sağ budun dəri tamlığını pozmaya n səthi kəsilmiş yaraları xəsarətləri olmaqla, cəmi iki ədəd, ümumilikdə beş bıçaq xəsarəti yetirmiş, həmin anda Zərərçəkmiş şəxs onun üz nahiyəsinə bir dəfə yumruqla vurması nəticəsində aldığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan üst və alt dodağın əzilmiş-cırılmış yaraları aldıqdan və oraya gələn qonşusu Şahid4 həmin yerə gələrək hər ikisinə qonşu olmalarında baxmayaraq dava etmələrinə görə öz iradını bildirdikdən sonra oğlu Şahid2la birlikdə özünə məxsus avtomobilə minərək həmin yerdən uzaqlaşmışdır. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Gündüz Abbasov və Günay Cavadova) 12 oktyabr 2022-ci il tarixli 1(107)-354/2022 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2022-ci il tarixl i, 1(091)92/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin və məhkumun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri təmin edilməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinməklə barəsində həmin maddələrin sanksiya həddində cəza təyin etməklə, mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarının apellyasiya şikayətinin təmin edilməməsinə dair hissədə ləğv edilməsi və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, cinayət qanunu normasının düzgün tətbiq edilməmişdir. Belə ki, Məhkum əməlinin tövsif edilməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticənin əsaslı və işin faktiki hallarına uyğun olub-olmamasını müəyyən edilməsi üçün zərərçəkmişin özünün və cinayət hadisəsinin lap əvvəlindən sonunadək hadisə yerində olmaqla baş verən ləri görmüş Şahid1 ifadələrində qeyd edilənlər diqqətlə təhlil edilməlidir. Məhkəmələr zərərçəkmiş Zərərçəkmiş şəxs və onun arvadı Şahid1 təkzib olunmaz ifadələri ilə Məhkum tərəfindən ilk bıçaq zərbəsinin M. Səmədovun həyat üçün vacib orqanı olan ürək nahiyəsinə, döş qəfəsinin sol yarısından vurmasını, həmin ilk zərbənin ardınca Zərərçəkmiş şəxs tərəfindən yumruqla vurulması anınadək Məhkum Zərərçəkmiş şəxs bıçaqla ardıcıl xəsarətlər yetirdiyini, bu zaman onların arasında qarşılıqlı davanın başlanmadığını, Zərərçəkmiş şəxs yalnız Məhkum bıçaq zərbələrinə məruz qaldığını, Zərərçəkmiş şəxs hər hansı fəal hərəkətlər etmədiyini, nəhayət Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədilə Məhkum üz nahiyəsinə bir dəfə yumruqla vurması nəticəsində üst və alt dodağının əzilmiş-cırılmış yaralarının tə sirindən, bir sözlə M. Səmədovun Məhkum müqavimət göstərməsi səbəbindən Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönələn niyyətini başa çatdıra bilmədiyini, Məhkum Zərərçəkmiş şəxs sonuncu bıçaq xəsarəti yetirməsinin Məhkum yumruqla vurması anı ilə üst-üstə düşdüyünü, göstərilən səbəblərdən Məhkum niyyətindən asılı olaraq Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirəcəyi bədən nahiyələrini seçməkdə sərbəst olduğunu, qeyri-ixtiyari deyil, sərbəst və məqsədli şəkildə M. Səmədovun həyatı üçün vacib orqanlarına xəsarət yetirdiyini nəzərə almamışdır. Ümumiyyətlə törədilmiş cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərini sayı, xarakteri və lokalizasiyası, Məhkum hadisədən sonrakı hərəkətləri də, onun Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirərkən niyyətinin məhz onu qəsdən öldürməyə yönəldiyin i göstərir. Belə ki, məhkəmə araşdırmaları zamanı işin mübahisə doğurmayan halı kimi tam olaraq sübuta yetirilmişdir ki, Məhkum məhz iti, kəsici-deşici xassəyə malik, bir zərbəsi belə insanın ölümünə səbəb ola bilən bıçaqla M, Səmədova ardıcıl 5 zərbə vurmuşdur. Vurulan bıçaq zərbələri nəticəsində yaranan xəsarətlərin xarakteri, lokalizasiyası isə məhkəmə tibb ekspertizasının rəyində təfsilatı itə öz əksini tapmışdır. İşə baxan məhkəmələr həm Məhkum, həm də zərərçəkmiş Zərərçəkmiş şəxs hadisəyə qədər aralarında olan münasibətlərin hadisənin baş verməsinə təsiri baxımından birinci instansiya məhkəməsində verdikləri ifadələrə hüquqi qiymət verməmişdir. Belə ki, Məhkum 2020-ci ilin may ayında oğlu Elnurun Şəki rayon Polis İdarəsinə Zərərçəkmiş şəxs polisdə işləyən oğlu tərəfindən aparıldığını deməklə onlardan narazı olduğunu bildirmiş, Zərərçəkmiş şəxs da onlar arasında bu məsələ ilə əlaqədar mübahisə olduğunu və mübahisənin qonşuluqda olan yas mərasimində də təkrarlandığını, Səlahəddinin onların ailəsinə qarşı qərəzli olduğunu bildirmişdir. Hadisədən sonra təqsirləndirilən şəxsin hərəkətləri, zərərçəkmiş şəxsi öz avtomobili ilə xəstəxanaya aparmaması, buna heç bir cəhd etməməsi, əksinə Zərərçəkmiş şəxs ölmədiyini görüb avtomobili onun üzərinə sürməsi bir daha Məhkum M. Səmədova xəsarət yetirərkən onun ölümünü arzu etdiyinin birbaşa sübutudur. Birinci instansiya məhkəməsinin təhlil edilən mövqeyindən aşkar şəkildə görünür ki, məhkəmə Məhkum Zərərçəkmiş şəxs bədəninin həyat üçün əhəmiyyətli olan orqanların yerləşdiyi müxtəlif nahiyələrinə vurduğunu qəbul edir, lakin nədənsə məh kəmə bunun əksinə olaraq hazırkı iş üzrə bütün hallan hərtərəfli, tam və obyektiv araşdırılmadan, təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün gətirdiyi dəlillərin iş üzrə toplanmış digər sübutlarla təkzib edildiyini nəzərə almadan, qanunu deyil, təqsirləndirilən şəxsin mənafeyini ifadə etməklə onun əməlinin tövsifində səhvə yol vermişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Məhkum yenidən Zərərçəkmiş şəxs avtomaşınla vurub öldürməsinin qarşısını Şahid1 ondan qabaqda dayanması və onun fəal hərəkətlə Zərərçəkmiş şəxs kənara çəkməsi almışdır. S. İsmailovun niyyəti Şahid1 deyil, məhz Zərərçəkmiş şəxs öldürmək olduğundan öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyəcəyini görüb, “tormoz verib” avtomaşının sürətini azaltmış və məhkəmələrin “mülahizəsinə" görə, avtomaşını saxlayaraq yenidən öz niyyətinin həyata keçirmək üçün avtomaşını bir neçə dəfə M. Səmədovun üzərinə sürməmiş, orada artıq xeyli adam olmasını görüb, yenidən sürətlə hərəkətə gətirməklə maşının sağ yan güzgüsü ilə onun sağ yan böyür nahiyəsinə xəsarət yetirmişdir. Bu barədə Zərərçəkmiş şəxsla K. Səmədovanın həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr eyni mənanı ehtiva etməklə, aralarında heç bir fərq yoxdur. Məhkum S.Y.İsmaılovun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin halları əsasında düzgün nəticəyə gəlməmişdir. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs arasında əvvəldən narazılıq olmuş, 17 oktyabr 2021-ci il də baş verən cinayət hadisəsi də məhz təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında əvvəldən yaranmış narazılığın zəminində baş vermiş, hava qaranlıq olduğundan təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsini sonuncunun arvadı Şahid1 görməmiş, zərərçəkmiş şəxsin anası Şahid3 Muradın qolundan tutub həyətlərinə salmaq istəyərkən Murada toxunan zaman sonuncudan qaynar qan axdığını bilmiş. Muradın işıq altında bədəninə baxanda Şahid1 və Şahid3 Muradın Səlahəddin tərəfindən bıçaqla vurulduğunu bilmişlər. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsin in müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Birinci instansiya məhkəməsi əsassız hesab etmişdi ki, Məhkum Zərərçəkmiş şəxs sonuncunun arvadı Şahid1 gözləri qarşısında, yəni sonuncuya iztirab verməklə və heç bir əsaslı səbəb olmadan qəsdən sağlamlığa ağır zərər vurması onun əməlinin xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla törədildiyini göstərir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, nəticədə əsassız olaraq Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsif edilməsi ilə razılaşmışdır. Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli idi. Apellyasiya instansiya sı məhkəməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hər hansı mötəbər sübutla təsdiq edilməyən, işin faktiki hallarına uyğun olmayan, sırf məhkəmə tərkibinin subyektiv mülahizələrinə və ehtimallara əsaslanan mövqe nümayiş etdirməklə əsassız və qanunsuz qərar çıxarmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaqda, həm birinci instansiya məhkəməsində, həmçinin apellyasiya instansiyası məhkəməsində işə baxılması zamanı təqsirləndirilən şəxs Məhkum CM-in 29,120.2.2 və 29, 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkum əməlinin tövsifı ilə bağlı məhkəmənin gəldiyi nəticənin əsaslı olubolmamasının müəyyən edilməsi üçün zərərçəkmiş Zərərçəkmiş şəxs, cinayət hadisəsinin lap əvvəlindən sonunadək hadisə yerində olmaqla baş verənləri görmüş Zərərçəkmiş şəxs arvadı Şahid1nm ifadələrində göstərilənləri təhlil etmək olduqca vacibdir. Həm ibtidai istintaq, həm də məhkəmə baxışları zamanı Zərərçəkmiş şəxsla təqsirləndirilən şəxs Məhkum arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadələrində göstərdiklərini Məhkum üzünə qarşı demişdir. Yuxarıda qeyd olunanlardan kifayət qədər aydın görünür ki, məhkəmə təqsirləndirilən şəxsin əməlini qanunsuz və əsassız olaraq CM-in 126-cı maddəsinə tövsif etmişdir. Əsassız nəticəyə gələrkən məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs və onun arvadı Şahid1 təkzib olunmaz ifadələri ilə Məhkum tərəfindən ilk bıçaq zərbəsinin Zərərçəkmiş şəxs həyat üçün ən vacib orqanı olan ür ək nahiyəsinə, döş qəfəsinin sol yarısından vurulmasını nəzərə almamış, qeyd olunan fakta düzgün hüquqi qiymət verməmişdir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı nəticəsində tam sübuta yetirilmişdir ki, Məhkum məhz iti, kəsici-deşici xassəyə malik, bir zərbəsi belə insanın ölümünə səbəb ola bilən bıçaqla Zərərçəkmiş şəxs ardıcıl 5 (beş) zərbə vurmuş, vurulan bıçaq zərbələri nəticəsində yaranan xəsarətlərin xarakteri, lokalizasiyası isə məhkəmə tibb ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 604 №-li rəyində geniş şəkildə öz əksini tapmışdır. Göründüyü kimi, Məhkum ümumiyyətlə baş vermiş hadisənin təşəbbüskarı kimi çıxış etməmək, avtomaşınlara zərər dəyməməsi səbəbindən mübahisə üçün heç bir əsas olmadığı üçün mübahisə yaratmamaq, ən pis halda artıq onun tərəfindən başlanmış müb ahisənin gedişində bıçaqla Zərərçəkmiş şəxs həyatı üçün vacib olan orqanlarına xəsarət yetirməmək, ona xəsarət yetirərkən bıçaqdan istifadə etməmək (burada nəzərə almaq lazımdır ki, hadisə vaxtı zərərçəkmiş şəxsdə bıçaq, hər hansı kəsici-deşici alət olmamışdır) imkanının olmasına baxmayaraq, Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə əlində tutduğu bıçaqla sonuncunun bədəninin həyat üçün mühüm olan orqanların yerləşdiyi müxtəlif nahiyələrinə qəsdən beş dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, onu qəsdən öldürməyə cəhd etmişdir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsin fəal müqavimət göstərməsi halının yuxarıda qeyd olunan Plenum qərarında təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəb kimi ölüm hadisəsinin baş verməməsinin misalı olaraq birbaşa göstərilməsinə baxmayaraq, məhkəmənin yuxarıda göstərdiyi hüquqi mövqedən belə yanlış təəssürat ortaya çıxır ki, sanki hazırki işdə olduğu kimi zərərçəkmiş şəxs tək, müstəqil şəkildə onu qəsdən öldürməyə çalışan şəxsə qarşı sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə müqavimət göstərməklə təqsirləndirilən şəxsin onu qəsdən öldürməkdən ibarət niyyətini başa çatdırmağa mane olmuşdursa bu ha l təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəb kimi qəbul edilməməlidir. Hadisədən sonra təqsirləndirilən şəxsin hərəkətləri, zərərçəkmiş şəxsi öz avtomobili ilə tibb müəssisəsinə aparmaması, buna heç bir təşəbbüs göstərməməsi, əksinə onun ölmədiyini görüb avtomobili onun üzərinə sürməsi bir daha Məhkum Zərərçəkmiş şəxs xəsarətlər yetirərkən onun ölümünü arzu etdiyinin birbaşa sübutudur. Ancaq məhkəmənin qeyd olunan, açıq-aşkar olan, təkzibedilməz sübutlarla təsdiq olunan faktlara düzgün hüquqi qiymət verməməsi sual doğuran haldır. İş üzrə müəyyən olunan obyektiv həqiqət ondan ibarətdir ki, Zərərçəkmiş şəxs qonşusu tərəfindən vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi-cərrahi yardım göstərilməsi nəticəsində həyatı xilas edilmiş və bu hal da Məhkum iradəsindən asılı olmaya n səbəb kimi qəbul edilməli idi. Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti olmayan Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirdikdən sonra ‘‘Dağ dibi” adlanan yerə, yəni əks tərəfə getmək imkanının olmasına baxmayaraq, hansı səbəbdən təxminən 40 metr sonra geri dönüş edib avtomobili həmin vaxt xəsarətlər almış, ayaq üstə küçənin kənarına doğru getmək istəyən Zərərçəkmiş şəxs üzərinə uzaqvuran işıqlarla sürməsi faktına məhkəmə tərəfindən düzgün və əsaslandırılmış qiymət verilməmişdir. Göründüyü kimi, cinayət qanunvericiliyi sadalanan vəzifələri həyata keçirmək üçün cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini müəyyən etməsinə, habelə Konstitusiya Məhkəməsi cinayətin tövsifinin mühüm sosial və hüquqi əhəmiyyətə malik olduğunu, tövsiflə konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilməsini, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsini vurğulamasına, eyni zamanda iş materialları ilə Məhkum əməlində CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələrinin tərkibinin olmasının birbaşa sübut olunmasına baxmayaraq əməlin tövsifində səhvə yol verməklə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan məhkəmənin hökmü Cinayət Məcəlləsinin vəzifələrinin təmin edilməsinə xidmət etməmiş, əksinə həmin vəzifələrin həyata keçirilməməsinə səbəb olmuşdur. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə hökm çıxararkən qanunvericiliyin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqmda» Avropa Konvensiy asının tələblərinə uyğun olaraq işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, hökmün qanuniliyi və əsaslılığını təmin etməli olduğu halda bunu etməmiş, işin düzgün həll edilməsi və işin nəticələri üçün əhəmiyyətli olan sübutlarla bağlı mövqeyini hökmdə düzgün əks etdirməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamış, öz hökmündə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, məhkəmənin müdafiə tərəfinin təqdim etdiyi “sübutlara” qabaqcadan müəyyən edilmiş üstünlük verməsi və işin faktiki hallarına uyğun olmayan nəti cəyə gəlməsi əsassız olaraq Məhkum cinayət əməlinin tövsif edilməsinə səbəb olmuşdur. Həmçinin Məhkum törətmiş olduğu cinayət əməlinə görə onun barəsində cəza təyini zamanı məhkəmə tərəfindən sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş, ona cinayət qanunvericiliyinin normalarına uyğun cəza təyin edilməmişdir. Göründüyü kimi, məhkəmənin hökmü ədalətli olmamış, Məhkum təyin edilən cəza ilə ədalət bərqərar edilməmişdir. Məhkəmə hökmündə əsassız olaraq Məhkum yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-in 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Yuxanda sadalananlardan göründüyü kimi, məhkəmənin hökmü ilə Məhkum təyin edilmiş cəza onun tərəfindən törədilən cinayətin ağırlığına və şəxsiyyətlərinə uyğun olmadığından açıq aydın ədalətsiz olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya insta nsiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Həm kassasiya protestinin, həm kassasiya şikayətlərinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsif edilməsi qanunsuz və əsassız olmasıdır. Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və onu n nümayəndəsi hesab edirlər ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə, məhkumun müdafiəçisi isə hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, kassasiya protestində və zərərçəkmiş şəxsin kassasiya şikayətində qeyd edilir ki, məhkum zərərçəkmişi öldürmək məqsədi ilə ona 5 bıçaq xəsarəti yetirmişdir. Bu hərəkətlər Məhkum xuliqanlıq niyyəti ilə və zərərçəkmiş şəxsin arvadının gözü qabağında, yəni xüsusi amansızlıqla törətmiş, lakin məhkumun iradəsindən asılı olmayan səbəblərdən zərərçəkmiş ölümü baş verməmişdir. Məhkumun müdafiəçisinin fikrincə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, onların arasında münaqişə şəxsi münasibətlər zəminində baş vermiş, məhkum tərəfindən zərərçəkmiş şəxsə bıçaq xəsarətlərinin yetirilməsini zərərçəkmişin arvadı görməmişdir. Ona görə də məhkumun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurulması ilə əlaqədar əməli xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla törədilmiş kimi hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Həmin əməlin xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla törədilməsi CM-in 120-ci maddəsində ağırlaşdırıcı tövsifedici əlamətlər qismində nəzərdə tutulur və əməlin müvafiq o laraq CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə tövsif edilməsinə əsas olur. Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həm birbaşa, həm dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir, lakin zərərçəkmiş şəxsin ölümü onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə nəzərdə tutulmuş əməl isə qəsdən sağlamlığına ağır zərər vurmasından ibarət olur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasında ifadə olunursa, həmin cinayət əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Az ərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsi r edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi qanun tələblərinə görə əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlinin törədilməsində təqsirli olunmasına dair ittiham hökmünün çıxarılması üçün onun törətdiyi əməldə həmin cinayətin bütün əlamətlərinin olması məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin gəldiyi nəticə hökmdə əsaslandırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs 5 bıçaq zərbəsi vuraraq sağlamlığına ağır zərərvurmaya aid iki, sağlamlığına yüngül zərərvurmaya aid bir və sağlamlığına zərərvurmayan iki yaranı yetirmişdir. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə tövsif edərək, onun həmin maddələrlə təqsirli olmasını sübut etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Məhkum əməlini Azərbaycan Respublikası CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsif edərək barəsində həmin maddələrlə ittiham hökmü çıxarmışdır. Apellyasiya məhkəməsi cinayət işinə apellyasiya protestinə, zərərçəkmiş şəxsin və məhkumun müdafiəçisinin apellyasiya şikayətlərinə əsasən baxaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Belə ki, sübutlar əsasında müəyyən edilmiş işin hallarından görünür ki, idarə etdikləri avtomaşınların güzgülərinin biri-birinə dəyməsi ilə əlaqədar Məhkum və Zərərçəkmiş şəxs avtomaşınları saxlamış, maşınlardan düşüb hadisə ilə əlaqədar qarşılıqlı iradlar bildirmiş, maşınlara heç bir zədə yetirmədiyindən və avtomaşında arvadı olduğundan zərərçəkmiş şəxsin aralamaq təklifi qəbul etməyərək Məhkum idarə etdiyi avtomaşından bıçaq götürərək zərərçəkmiş ş əxsə yuxarıda göstərilən bıçaq xəsarətləri yetirmiş, zərərçəkmiş şəxs isə məhkumun sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Məhkum zərərçəkmiş şəxsdən aralamış və yolun kənarında olan su arxının o biri tərəfinə keçərək orada dayanmışdır. Hadisə yerinə məhkumun oğlunun və digər adamların gəldikdən sonra Məhkum öz avtomaşına oturub hadisə yerindən uzaqlaşmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum göstərmişdir ki, onun zərərçəkmişi öldürmək niyyəti olmamışdır. Məhkəmə kollegiyası işin halları nəzərə alaraq hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxsə həyatı üçün təhlükəli olan iki bıçaq yarası yetirməsinə baxmayaraq son uncunu öldürmək niyyətində olmamışdır. Belə ki, işin hallarından görünür ki, zərərçəkmiş şəxs bıçaq xəsarətləri aldıqdan sonra sərbəst hərəkət etmiş, məhkumun isə ona yenidən biçaq zərbələri yetirmək yolu ilə zərərçəkmişi öldürməyə real imkanı olmuş, lakin məhkum öz hərəkətləri dayandırmış və zərərçəkmiş şəxsdən ayırıb yolun kənarında olan su arxının digər tərəfinə keçərək orada dayanmışdır. Məhkəmə kollegiyası məhkumun öz hərəkətlərini iradəsindən asılı olmayan səbəblərdən, yəni zərərçəkmiş şəxsin onun sifətinə yumruq zərbəsini endirməsi nəticəsində dayandırması barədə dəlili əsaslı hesab etmir, çünki zərbə nəticəsində məhkum yıxılmamış, hər hansı bir ciddi xəsarət almamış, bıçaq onun əlindən düşməmiş, zərbədən sonra məhkum sərbəst hərəkət etməyə davam etmişdir. Zərərçəkmiş şəxs və hadisə nin şahidi olan onun arvadı Şahid1 məhkumun zərərçəkmişi öldürmək niyyətinin olması barədə ifadələri ehtimal xarakter daşıyır və işin yuxarıda qeyd edilən halları ilə uzlaşmır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişdir ki, məhkumun idarə etdiyi avtomaşına minib hadisə yerindən uzaqlaşdıqdan sonra evə getmək üçün avtomaşını geri dönüb yüksək sürətlə zərərçəkmiş şəxsin üzərinə sürməsi və ona çatanda sürəti azalaraq yan keçən zaman güzgünün məhkumun bədəninə dəyməsi nəticəsində sonuncunun sağlamlığına yüngül zərərvurmaya aid olan xəsarətlərin yetirilməsi ilə əlaqədar əməlinin zərərçəkmiş şəxsi öldürməyə cəhd kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və şahid göstərmişlər ki, məhkum S.İsmaılov avtomaşınla hadisə yerin ə qayıdarkən yüksək sürətlə zərərçəkmişin üstünə gəlmiş, həyat yoldaşı onu qabağına keçəndə avtomaşın dayanmışdır. Sonra avtomaşın yenidən hərəkətə başlamış və avtomaşının güzgüsü zərərçəkmişə dəymişdir. Hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı dindirilərkən zərərçəkmiş şəxs və Şahid1 məhkəmə iclasında verdikləri ifadələrdən fərqli olaraq göstərmişlər ki, Məhkum hadisə yerinə qayıdarkən avtomaşını zərərçəkmiş şəxsin üzərinə sürmüş, Şahid1 özünü zərərçəkmişin qabağına vermiş, bunu görən Məhkum avtomaşını saxlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs avtomaşının qapısını açmış və Məhkum tutmaq istəmiş, lakin Məhkum avtomaşını işə salıb sürətlə hərəkət etmiş və bunun nəticəsində avtomaşının güzgüsü zərərçəkmiş şəxsin böyür nahiyəsinə dəymişdir. Məhkəmə-tibbi ekspertizasının rəyindən görünü r ki, Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid olan gövdənin arxa səthində sağ bel nahiyəsinin dərialtı hematoması və yumşaq toxumalarının əzilməsi xəsarətləri yetirilmişdir. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, yuxarıda qeyd edilən sübutlarla Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətinin olması və zərərçəkmiş şəxsə qarşı törədilən hərəkətlərin məhz sonuncunu öldürmək məqsədi ilə törətməsi, lakin məhkumun iradəsindən asılı olmayan səbəblərdə öz cinayət niyyətinə çata bilməməsi müəyyən olunmur. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır və bununla əlaqədar kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin bu barədə dəlilləri əsaslı hesab etmir. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs və Şahid1 ifadələri ilə müəyyən edilmişdir ki, məhkum zərərçəkmiş şəxsə bıçaq zərbələri hər hansı bir əsaslı səbəb olmadan, sonuncunun arvadının gözü qarşısında və bu faktı tam edərkən endirmişdir. Belə ki, iş üzrə zərərçəkmiş və şahid ifadələrindən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs arvadı Şahid1 onun yanında olmuş və məhkum tərəfindən ərinə bıçaq zərbələrin endirilməsini görmüşdür. Eyni zamanda hadisənin gedişatı da göstərir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsi bıçaqla vuraraq sonuncunun sağlamlığına ağır zərər vurmasına hər hansı bir əsaslı səbəb da olmamışdır. Belə ki, nə Məhkum avtomaşını zədələnməmiş, nə zərərçəkmiş şəxsin davranışı buna əsas verməmişdir. Buna baxmayaraq, məhkum tərəfindən ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş normalara açıq etinasızlıq göstərərək zərərçəkmiş şəxsə bıçaq zərbələri endirmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci tarixli № 3 qərarının 6-cı bəndində izah edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin qərarın 8-ci bəndində qeyd edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surə tdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, məhkəmələr tərəfindən məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsif edilməsi iş üzrə toplanmış sübutlara, işin hallarına və Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında verilmiş izahlara uyğun gəlir. Müdafiəçinin kassasiya şikayətinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi barədə dəlilləri əsass ızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası məhkəmələrin qanunun yuxarıda göstərilən tələblərinə riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları – təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutları məhkəmə iclasında tədqiq etmiş, həmin sübutları ayrı-ayrılıqda və məcmu halda qiymətləndirmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesa b edir. Bundan başqa məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlə dən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməli üzrə yüngülləşdirici halları nəzərə almış və ədalətli hökm qəbul etmişlər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi möv qeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin mülki iddiası məhkəmələr tərəfindən baxılmamış saxlanılmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, verilmiş mülki iddiaya zərərçəkmiş şəxsin müalicədə olmasını təsdiq edən sənədlər əlavə edilsə də, həmin müalicə ilə əlaqədar çəkilmiş xərcləri təsdiq edən sənədlər əlavə edilməmişdir. Zərərçəkmiş ş əxsin müalicəsi ilə əlaqədar xərclərin olmasının mümkünlüyünü nəzərə alaraq birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 354.1.3-cü maddəsinə əsasən mülki iddianın baxılmamış saxlanması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası məhkəmənin bu qərarı qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən mə hkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq protestin və şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 12 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhb ər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 12 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-597/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-597/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver