Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-598/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Abşeron rayon Məhkəməsinin xxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum 01 iyun 2 020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Abşeron rayon Məhkəməsinin xxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.H.Nəcəfova) Məhkum, xx xxxxxxx 1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Abşeron Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müdətə gün azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşamış, 01 iyun 2020-il tarixədək qüvvədə olmuş CM-nin 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinin tələblərinə uyğun olaraq Abşeron rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv olunmuş və CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən birləşdirilməklə ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çə kməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin X4 da 01 iyun 2020-il tarixədək nüvvədə olmuş CM-nin 315.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 14 sentyabr 2019-cu il tarixdə saat 03:40 da xalası oğlu X22lə xxxxdə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “At heykəli” adlanan ərazidə spirtli içki qəbul etdikdən sonra ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğundan ərazidə xidmətdə olan Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan ƏÇPA-nın 12-ci patrul bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X6 xidməti vəzifələrinin icrası i lə əlaqədar onlara yaxınlaşıb intizama dəvət edərək ictimai asayişin qorunmasını tələb etdikdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə etməyə başlamış, polis əməkdaşları onların bu hərəkətlərinin qarşısını almaq üçün patrul avtomaşınına mindirib Abşeron rayon Polis İdarəsinə aparmaq istədikdə başı ilə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə zərbə vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ almacıq nahiyyəsinin qançırı xəsarəti yetirməklə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edərək müqavimət göstərmişdir. Hökmdən Məhkum müdafiəçisi Salmanov Natiq Soltan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elman Gü lbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) xxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, onun barəsindəki cinayət işinə ədalətli baxılaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış və nəticədə onun barəsində qanunsuz və ədalətsiz qərar qəbul etmişlər. Belə ki, məhkum kassasiya şikayətində bildirir ki, o, it tiham olunduğu cinayət əməlini zəruri müdafiə vəziyyətində törətmiş, məhkəmələr isə bu halı əhəmiyətsiz sayaraq nəticədə ona ağır cəza təyin etmişlər. Həmçinin Məhkum qeyd edir ki, ailəsində yeqanə qazanc gətirən şəxsdir. Qeyd olunanları nəzərə alaraq məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kolleg iyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən Məhkum öz kassasiya şikayətində onun əməlinin düzgün tövsif edilməməsini və ona cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ağır cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 4 16.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin ka ssasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM -nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğ v edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə C PM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının təl əblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olubolmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsinə dair sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiy mətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində göstərilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökm ü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdrma zamanı toplanmış bəzi fərqli sübutlarla xxxxdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümk ünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146 -cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı hazırki iş üzrə məhkum olunmuş X23in, zərərçəkmiş şəxslərin, habelə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların (əsasən də məhkumların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin) əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, işə mahiyyəti üzrə baxan məhkəmələr işin faktiki hallarını belə müəyyən etmişlər ki, Məhkum xalası oğlu X22 ilə xxxxdə 14 sentyabr 2019-cu il tarixdə saat 03:40 da xalası oğlu X22lə xxxxdə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “At heykəli” adlanan ərazidə spirtli içki qəbul etdikdən sonra ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğundan ərazidə xidmətdə olan Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan ƏÇPÄ-nın 12-ci patrul bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X6 xidməti vəzifələrinin icrası ilə əlaqədar onlara yaxınlaşıb intizama dəvət edərək ictimai asayişin qorunmasını tələb etdikdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə etməyə başlamış polis əməkdaşları onların bu hərəkətlərinin qarşısını almaq üçün patrul avtomaşınına mindirib Abşeron rayon Polis İdarəsinə aparmaq istədikdə başı ilə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə zərbə vur araq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ almacıq nahiyyəsinin qançırı xəsarəti yetirməklə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edərək müqavimət göstərmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkumun, zərərçəkmiş şəxslərin, şahidlərin dindirilməsi, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanu nun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum onun barəsində aparılmış cinayət təqibi dövründə onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq edərək müqavimət göstərməsinin yalan olmasını, əksinə olaraq polis əməkdaşlarının ona qarşı zor tədbiq etdiklərini bildirsə də məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu dəlilin əsassız olmasına dəlalət edir. Belə ki, məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2019-cu il tarixli 2056 nömrəli rəyindən məlum olur ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 (hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış şəxsin) məhkəmə-tibbi müayinə si zamanı bədən üzərində aşkar olunmuş xəsarət - sağ almacıq nahiyəsinin qançırı küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 14 sentyabr 2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 14 sentyabr 2019-cu il tarixli 2/5909 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Məhkum hadisə vaxtı orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu sübutlar obyektiv şəkildə digər sübutlara xxxxdə bir daha ona dəlaləlt edir ki, Məhkum alkoqol sərxoşluğu vəziyyətində ictimai qaydanı pozduğuna görə öz xidməti vəzifələrini yerinə yetirərək on u və qohumu X23i intizama dəvət edən, yəni üzərlərinə qoyulmuş vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərmiş və bu vaxt onlardan birinə - Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükə törətməyən xəsarətlər yetirmişdir. Cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfləi və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, bu halla bağlı Məhkum verdiyi ifadələri həmçinin digər məhkum olunmuş şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla tam təsdiq edilir və bu sübutlar məcmu qaydasında biri-birini tamamlayır. Bu hallar isə ona dəlalət edir ki, Məhkum ona ittiham olunan əməlləri törədərkən özünü hər hansı qəs ddən müdafiə vəziyyətində olmamış və buna görə də, həmin əməlləri özünü müdafiə etmək üçün törətməmişdir. Belə nəticə ilə əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün işin müəyyən edilmiş faktiki hallarından çıxış edərək eyni zamanda aşağıda şərh edilənlərin də nəzərə alınmasını zəruri bilir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olumuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Zəruri müdafiə institutu təsbit edilmiş CM-nin 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.2-ci maddəsində göstərilmişdir ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. CM-nin 36.3-cü maddəsinin tələbinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Göründüyü kimi, cinayət qanunvericiliyi qəsdə məruz qalan şəxsə təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq zəruri müdafiədən istifadə hüququ verir. Buna görə də hüc uma və ya digər qəsdə məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanının olduğu halda belə zəruri müdafə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir. Qəsd edənə zərər vurma yolu ilə ictimai-təhlükəli qəsdin qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Qanunun mənasına görə, yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: 1) qəsd əməli ilə bağlı zəruri müdafiənin hü quqi şərtləri; 2) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüqulilik şərtləri. Qəsdə aid olan şərtlər isə ondan ibarətdir ki: - əməl ictimai-təhlükəli olmaqla şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; qəsd real olmalıdır; - qəsd real olmalı, obyektiv olaraq baş verməlidir, qəsd müdafiə edənin yalnış təsəvvürü ilə uydurulmamalı; - qəsd mövcud olmalıdır. Kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır və bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır. Müdafəyə aid olan şərtlər isə aşağıdakılardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; - müdafiə zəruri müd afiə həddini aşmamalıdır; - müdafiə qəsd edənə zərər vurma yolu ilə həyata keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, şəxsin zəruri müdafiə vəziyyətində olub-olmamsı, o cümlədən belə vəziyyətdə olaraq zəruri müdafiə həddini aşıb-aşmaması barədə nəticəyə gəlmək üçün yuxarıda göstərilən hər iki qrup şərtlərin olması müəyyən edilməldir. Yalnız belə şərtlərin mövcudluğunda təqsirkarın ona istinad edilən əməlin zəruri müdafiə vəziyyətində törətməsi və ya zəruri müdafiə həddini aşaraq törətməsi, kassasiya şikayətində irəli sürülmüş dəlillərə və tələbə müvafiq olaraq müzakirə predmeti ola bilər. Məhkəmə kollegiyası onu da vurğulayır ki, müdafiəyə aid olan şərtlərin mövcudluğu qəsdə aid olan şərtlərin müəyyən edilib-edilməməsindən asılıdır. Yəni əgər cinayət işi üzrə toplanmış sübutlarla təq sirkara qarşı hər hansı qəsdin edilməsi müəyyən olunmursa, bundan sonra onun müdafiə vəziyyətində olub-olmamasının aydınlaşdırılmasına ehtiyac qalmır. Bu baxımdan, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, zor tətbiq edərək müqavimət göstərmiş Məhkum bu əməlləri törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə ilə kassasiya kollegiyası da razılaşır və hesab edir ki, saxlanılmasından əvvəl ictimai qaydanı pozan və bunun qarşısını almağa cəhd göstərən polis əməkdaşlarına müqavimət Məhkum həmin vaxt zəruri müdafiə vəziyyətində olmamışdır ona görə ki, bu zaman polis əməkdaşları tərəfindən heç bir səbəb olmadan onun sağlamlığına və ya həyatına qəsd etməmiş və məhkumun da özünü belə qəsddən müdafiə etmək hüququ yaranmamışdır. Bu baxımdan məhkəmə kollegyiası Məhkum cinayət əməlinin 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 315.1-ci maddəsi ilə tövsif edilməsini düzjün sayır və həmin əməlin başqa cür tövsif edilməsi üçün əsaslar tapmır. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin mü ddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şə xsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlili k dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkum təqsirli bilinərək məhkum olunduğu 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 315.1-ci maddəsinin sanksiyasının təhlili göstərir ki, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə – üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Əvvəla, məhkəmə kollegiyası Məhkum 14 sentyabr 2019-cu il tarixdə törəğdiyi cinayət əməlinin 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 315.1-ci maddəsi ilə tövsif edilməsi və cəzalandırılmalı olması barədə məhkəmələrin nəticələrini ona görə düzgün sayır ki, bu maddənin sanksiyasından fərqli olaraq hazırda qüvvədə olan və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə cinayət məsuliyyətini müəyyən edən CM-nin 315-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur və məhkəmələr haqlı olaraq CM-nin 10.3-cü maddəsinin tələblərindən çıxış təqsirl əndirilən şəxs barəsində onun vəziyyətini yüngülləşdirən qanunu tətbiq etmişlər. Bununla yanaşı, iş materiallarından görünür ki, Məhkum əvvəllər qəsdən cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunmasına, onun məhkumluğunun ödənilməməsinə və ya götürülməməsinə baxmayaraq əvvəlki hökmlə CM-nin 70-ci maddəsinə əsasən müəyyən edilmiş sınaq müddətində yenidən qəsdən az ağır cinayət törətmiş və bu hal CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmışdır. CM-nin 61.1.1-ci maddəsində isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallara aid edilmişdir. Eyni zamanda, CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddini n yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı CM-nin 71.5-ci maddəsində təsbit edilmişdir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, habelə cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alan birinci instansiya məhkəməsi Məhkum həm təqsirli bilindiyi 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-n in 315.1-ci maddəsi ilə, həm də hökmlərin məcmusu üzrə kifayət qədər ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İstər apellyasiya, istərsə də kassasiya şikayətinə baxılması zamanı Məhkum təyin olunmuş cəzanın hər hansı qaydada dəyişdirilməsinə səbəb ola bilən heç bir hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası bu cəzanın yüngülləşdrilməsi və ya həmin cəzanın başqa növ cəza ilə əvəz edilməsi, bununla da kassasiya şikayətinin bu hissədə də təmin edilməsi üçün əsaslar görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları baxılan işdə kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədi yini göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və dövlət ittihamçısı C.R.İsgəndərovun həmin şikayətin təmin edilməməsi barədə çıxışını dinləyərək kassasiya şikayətinin təmin edilməməsini, Məhkum 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxx 2020-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. 01 iyun 2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-598/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-598/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver