Məhkəmə qərarları › İş №1(102)-598/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-598/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-598/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum2 və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxxxx 1988-ci ildə Zərdab rayonunda аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, оrtа təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda o lan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2022-ci il tarixli hökmündən Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim T.Qubadov) Məhkum2 - əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsi, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam veri lməsi qərara alınmışdır. Həmin qərarla həmçinin Məhkum1 və Məhkum3 barəsində olan cinayət işinə eyni əsaslarla xitam verilmişdir. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və G.Q.Abbasov) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək, Zərdab Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarı ləğv edilərək yeni hökm çıxarılmışdır. Məhkum2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 23 iyun 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 5 ay 2 gün müdd ət CM-in 69.3cü maddəsinə əsasən, bir günə bir gün hesablanmaqla hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum2 Zərdab Rayon Məhkəməsinin 1(035)-47/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilmiş, Məhkum2 Zərdab Rayon Məhkəməsinin 1(035)47/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 68.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə 3 (üç) il 6 (altı) ay müddətinə a zadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 8 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 və Məhkum3 da CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 qərəzli xuliqanlıq cinаyət əməlini törətməkdə təqsirləndirilərək Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Belə ki, ittiham aktından görünür ki, Məhkum2 xx.xx.2021-ci il tarixdə saat 18:45 radələrində tanışları Məhkum1 və Məhkum3 ilə bir qrup şəxs halında birləşərək Zərdab rayonunun Qoşaoba kəndində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində sonuncunu, eləcə də orada qonaq olan Zərdab rayonu Gəlmə kənd sakini Zərərçəkmiş şəxs2 həmin evin həyətində heç bir əsaslı səbəb olmadan onlara qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və eləcə də həyətdə olan taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla Zərərçəkmiş şəxs1 sol bazunun aşağı 1/3-nin arxa və sol dirsək oynağı nahiyəsində geniş sahəni əhatə edən yumşaq toxumanın şişkinliyi fonunda dərialtı qansızma ilə müşaiyət edilən dərinin epidermis qatının sıyrılmış yarası və sol dirsək oynağı nahiyyəsində hərəkətin bir qədər ağrı hissi ilə müşahidə edilməsi ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər, Zərərçəkmiş şəxs2 sol qulaq seyvanının yuxarı əyriliyinin sıyrığı və sağ saidin aşağı 1/3-nin ön hissəsində dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu oynağının yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın bir qədər şişkinliyi, qançırı və sıyrılmış yarası, sol bazu oynağının arxa səthində geniş sahəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinlikləri, dərialtı qansızmalar fonunda dərinin epidermis qatının sıyrılmış yarası, sol bazu – çiyin oynağında hərəkətlərin ağrı hissi ilə müşahidə edilməsi, gövdənin arxa səthində hər iki kürək altı nahiyyənin iç səthlərində, belin sol iç hissəsində ətraflarında yumşaq toxumaların şişkinlikləri və ağrı hissləri ilə müşahidə edilən dərialtı qansızmalar ilə nəticələnən dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış davranış qaydalarını və iştimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2022-ci il tarixli hökmünə yenidən baxılmaqla ədalətli qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum2 və müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instan siya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli ol araq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilibedilməməsi məsələsini yoxlayır. Kassasiya şikayətində Məhkum2 barəsində CM-in 221.3-cü maddəsi ilə olan cinayət işi üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsind ə isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasi bətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkət lərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud öz gənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gət irib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlə rinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə X10lə X11in yaşadığı evə q onaq getmiş, yeyib-içmiş, saat 18:30 radələrində X11in telefonuna zəng gəlmiş, X11 yatdığı üçün telefona cavab vermiş, telefonda danışan şəxs X12 ilə danışıq zamanı sözləri düz gəlməmiş, X12 onu təhqir etmiş, bu zaman qarşılıqlı olaraq bir-birinə söymüşlər. Bir müddət sonra həyətdən çölə çıxarkən küçədə qırmızı rəngli “VAZ-2106” markalı avtomobil dayanmış, avtomobildən X12, Məhkum2 və Məhkum 3 düşərək həyətə gəlmiş, X12 “söyüş söyən kim idi” deyə soruşduqda, o, “mən idim” deyə cavab vermiş, bundan sonra həyətdə aralarında mübahisə başlamış, dava-dalaş zamanı Məhkum2 və Məhkum 3 onları əllərində olan şişlə, X12 həyətdən götürdüyü taxta parçası ilə vuraraq xəsarət yetirmiş, lakin özü də Zərərçəkmiş şəxs1 tərəfindən təqsirləndirilən şəxslərə heç bir xəsarət yetirməmişlər. Davadalaş təxminən 1 0-15 dəqiqə davam etmiş, səs-küyə qonşuluqda yaşayan şəxslər toplaşmışlar. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 da Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edit ki, iş materiallarından da göründüyü kimi hadisə zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlamamış, əksinə təqsirləndirilən şəxs Məhkum1 təşəbbüsü ilə başlamış, sonuncu heç bir əsaslı səbəb olmadan digər təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum3 ilə birlikdə, Məhkum2 hadisə yerinə getmək üçün təşkil etdiyi maşın ilə, həmçinin özləri ilə şiş götürüb zərərçəkmiş şəxslərin yaşadığı evə getmiş, maşından düşüb ətrafda olan insanlara məhəl qoymadan həyətə daxil olub üçü birlikdə zərərçəkmiş şəxslərə, o cümlədən digər Zərərçəkmiş şə xs1 onlarla heç bir ədavəti, düşmənçiliyi, şəxsi mübahisəsi olmadığı halda, ona hücum edib şiş və taxta parçası ilə vuraraq onlara xəsarət yetirmişlər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisə - 3 may 2021-ci il tarixdə, saat 18:45 radələrində Zərdab rayonu Qoşaoba kəndində insanların qonşu kimi sıx yaşadığı yerdə baş vermişdir. Baş vermiş hadisə zamanı səs-küy olmuş, səs-küyə ətrafda yaşayan şəxslər qorxu və narahatçılıq keçirmiş, bu da onların hadisə yerinə gəlmələrinə səbəb olmuşdur. İş materiallarına əsasən müəyyən edilir ki, Məhkum2 xx.xx.2021-ci il tarixdə saat 18:45 radələrində tanışları Məhkum1 və Məhkum3 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı fərdi yaşayış evinin həyətində sonuncunu, eləcə də orada qonaq olan Zərərçəkmiş şəxs2 həmin evin həyətində heç bir əsaslı səbəb olmadan onlara qəsdən zor tətbiq edib özləri ilə gətirdikləri silah qismində istifadə etdikləri şiş ilə və eləcə də həyətdə olan taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə vurmaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə insanlar arasında bərqərar olunmuş birgəyaşayış davranış qaydalarını və iştimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 ittiham olunduğu cinayətin törədilməsində təqsiri özünü ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eks pertiza rəyləri və işdə olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət qanunvericiliyinin müddəalarını nəzərə alıb məhkəmə iclasında araşdırılmış sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən onların mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirərək Məhkum2 ona ittiham olunmuş cinayəti törətməsi və onun əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi haqqında qanuni nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdı ran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, himayəsində 1 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və yaşayış yeri üzrə müsbə xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qə naətə gəlir ki, Məhkum2 elan olunmuş ittihamla bağlı işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğ unu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikas ı Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2022-ci il tarixli hökmü məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar