Məhkəmə qərarları › İş №1(102)-598/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-598/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-598/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmməd oğlunun, Məhkum X və onun müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlunun, məhkum X2 və onun müdafiəçisi Mərəndskiy Rövşən Vidadi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli 1(103)-1267/2022 nömrəli qərarınd an Məhkum1 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu, Məhkum2 müdafiəçisi Mərəndskiy Rövşən Vidadi oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(101)-100/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim A.İ.Paşayev (sədrlik edən), hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) xx xxx 1968-ci ildə Yardımlı rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X qeydiyyatında olan və həmin ünvanda yaşayan Məhkum1l oğlu və xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X qeydiyyatında olan və həmin ün vanda yaşayan Məhkum2 hər birisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmiş, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmış, onların üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 da müxtəlif maddələrlə təqsirli bilinərək məhkum edilmişdilər. Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 hüquqi varisi Şahid5 və onların nümayəndələri və vəkili Müdafiəçi5 tərəfindən, məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən ayrı-ayrılıqda, Məhkum1l oğlunun müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Qulizadə Gülnar Məmmədağa qızı, Məhkum2 müdafiəçisi Müdafiəçi7 Məmmədəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.A.İbrahimli, hakimlər Z.B.Babayev və Z.A.Şirinovdan ibarət tərkibdə) 02 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu, Məhkum2 müdafiəçisi Mərəndskiy Rövşən Vidadi oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1l oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 26 fevral 2019-cu il tarixli QK-18 nömrəli əmri ilə 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin edilməklə 16 mart 2020-ci il tarixədək həmin vəzifədə işləməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 yanvar 2018-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinə əsasən, idarəni təmsil etmək, əmr, sərəncam və göstərişlər vermək, idarənin fəaliyyətini təşkil etmək üçün mal-materiallar və pul vəsaitləri üzərində sərəncam vermək, idarənin struktur bölmələrinin əsasnamələrini təsdiq etmək və sair səlahiyyətlərə malik olan vəzifəli şəxs qismində rəhbərlik etdiyi idarənin rəis müavini Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisind ə yerləşən, əvvəkli Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X17 tərəfindən 1966-cı il tarixdə ayrılmaqla, 12423 nömrəli müqavilə ilə mərhum X6 adına 19922002-ci illər üçün icarəyə verilmiş 196 saylı 0.25 ha bağ sahəsinə, 1965-ci il tarixli 11492 nömrəli müqavilə ilə mərhum Şahid3 Yusif oğlunun adına 1965-1971 -ci illər üçün icarəyə verilmiş 239(199) saylı 0.25 ha bağ sahəsinə, 1988-ci il tarixli, 17335 nömrəli müqavilə ilə mərhum X7 adına 1988-1998-ci illər üçün icarəyə verilmiş 222 saylı, 0.12 ha bağ sahəsinə, 1970-ci il tarixli, 16081 nömrəli müqavilə ilə mərhum X1 adına 1970-1980-ci illər üçün icarəyə verilmiş 411/355 saylı, 0.25 ha bağ sahəsinə, 1968-ci il tarixli, 16580 nömrəli müqavilə ilə mərhum X8 adına 1978-1988-ci illər üçün icarəyə verilmiş 417 saylı, 0.25 ha bağ sahəsinə dair ic arə müqavilələri üzrə həmin torpaq sahələri Türkan qəsəbəsində Xəzər dənizi kənarından 1600 metr məsafədə yerləşdiyi və bu hallar rəhbərlik etdiyi idarədə saxlanılan elektron məlumat bazası, sxematik xəritə və arxiv sənədləri ilə təsdiq olunduğu halda həmin torpaq sahələrinin yerləşmə mövqeyinə görə daha əlverişli yerdə, yəni dövlət mülkiyyətində olmaqla Xəzər dənizi (gölü) sahilindən 6062 metr məsafədə yerləşən torpaq sahələri olmasına dair mülkiyyət hüquqlarının qeydiyyatı sənədinin verilməsi ilə bağlı Türkan qəsəbə sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X4 xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müraciətləri ilə əlaqədar onların xeyrinə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər, yəni müraciət edən həmin şəxslər və qeyriləri üçün qanunsuz üstünlük əld ə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib və qulluq mənafeyi "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanunun 9.1.1 -ci maddəsinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluluğunun yoxlanılması, 9.1.2-ci maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyənləşdirilməsinin təmin edilməsi, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin plan və ölçüsünün, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərk ib hissələrinin) texniki pasportunun, plancizgisi barədə sənədlərin əlavə edilməsi, 14.1 -ci maddəsinə əsasən sənədlərin həqiqiliyinə ciddi şübhə olduğu halda qeydiyyatın bir ay müddətinə dayandırılması və 15.1.6-cı maddələrinə əsasən bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə qərar qəbul etməsini tələb etdiyi halda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015- ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”da nəzərdə tutulmuş eyni məzmunlu qanunvericilik tələblərini qəsdən pozaraq öz qulluq səlahiyyətlərindən istifadə etməmiş, mərhumlar - X6, Şahid3 Yusif oğlunun, X7, X1 və X8 adlarına icarə müqavilələri əsasında keçmiş X17 tərəfindən verilmiş torpaq sahələri üzrə rəhbərlik etdiyi qurumun texniki inventarlaşdırma şöbəsinin texniki inventarlaşdırıcısı vəzifəsində işləyən Şahid19 tərəfindən 411/355 saylı bağ sahəsi üzrə xx.xx.2019- cu il tarixli ********** nömrəli, 222 nömrəli bağ sahəsi üzrə xx.xx.2019-cu il tarixli ********** nömrəli, 417 saylı bağ sahəsi üzrə xx.xx.2021-ci il tarixli ********** nömrəli, 196 saylı bağ sahəsi üzrə xx.xx.2019-cu il tarixli ********** nömrəli, 239(199) saylı bağ sahəsi üzrə 25.06.209-c u il tarixli ********** nömrəli, ilkin qeydiyyat aktlarında bağ sahələrinin ölçüləri və naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlməməsi, göstərilən torpaq sahələrinin bağ sahələri üçün nəzərdə tutulan ərazilərə aid olmaması, dənizdən 50 metr məsafədə yerləşməsi və həmin idarənin Hüquq şöbəsinin mütəxəssisi Şahid11 tərəfindən qeyd olunan bağ sahələrinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqələrində uyğunsuzluq və araşdırma aparılmasının zəruruiliyi ilə bağlı ciddi şübhə doğuran halların mövcudluğuna dair qeydlərin aparılmasına baxmayaraq, toplanmış sənədlər üzrə qabaqcadan əlbir olduğu qrupun üzvü Məhkum2 tərəfindən rəhbəri olduğu idarənin Kadastr və Ünvan məsələləri şöbəsinə və Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı şöbəsinə xx.xx.2019 və xx.xx.2019-cu il ta rixli "icra edin” məzmunlu dərkənar qoyularaq qanunsuz olaraq mülkiyyət hüququnu təsdiq edən çıxarışların hazırlanmasını tapşırıldıqdan və hazırlanmış sənədlər Məhkum2 tərəfindən təqdim edildikdən sonra, Xnın adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, X8 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, X7 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, X6 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, Şahid3 Yusif oğlunun adına xx.xx.2019-cu cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışları imza və təsdiq etməklə dövlət mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı cəmi 1.12 ha həcmdə 190.400 manat dəyərində torpaqların ayrı-ayrı çoxsaylı şəxslərin qanunsuz mülkiyyətinə verilməsini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təmin etmiş, ümumi cinayətkar niyyətə uyğun cinayət əməlini davam etdirərək Məhkum2lə birlikdə digər şəxslər tərəfindən saxtalaşdırılmış X6, Şahid3 Yusif oğlunun, X7, X1 və X8 vərəsələri qismində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 33 saylı notariat ofisinin natariusu Şahid9 tərəfindən saxta sənədlər əsasında qanunsuz tanınmış 417 nömrəli bağ sahəsi üzrə X4 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, 411/355 saylı bağ sahəsi üzrə X11 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, 222 saylı bağ sahəsi üzrə Şahid21 adına xx.xx.2019-cu il tarixli, ********** nömrəli, 196 saylı bağ sahəsi üzrə Şahid1 adına xx.xx.2019-cu il tarixli, ********** nömrəli və 239(199) saylı bağ sahəsi üzrə Şahid4 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsini təmin etdikdən sonra isə faktiki olaraq dövlət mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən dəniz sahilindən 60-62 metr məsafədə yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190.400 (yüz doxsan min dörd yüz) manat dəyərində torpaq sahəsinə dair 13 iyul 2019-cu il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda qeyd olunan torpaq sahələrinin alınmasına dair qanunsuz və saxta sənədlərlə tanınmış vərəsələrin etibarnamə verdikləri satıcı Təqsirləndirilən şəxs1 ilə alıcı Şahid8 arasında bağlanmış alqı-satqı müqavilələri əsasında xx.xx.2019-cu il tarixli, ********** nömrəli, 196 saylı bağ sahəsi adı altında mülkiyyət hüququnu təsdiq edən çıxarışı imza edib təsdiq edərək X12 mülkiyyətinə verilməsini təmin etməklə vahid niyyətlə qabaqcadan əlbir o lan bir qrup şəxs qismində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməməklə dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edilməsi, inzibati ərazi vahidlərində dövlət to rpaq kadastrının aparılmasının təmin ilə bağlı dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkum2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 26 fevral 2019-cu il tarixli QK-20 nömrəli əmri ilə 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini vəzifəsinin icraçısı təyin edilməklə hazırkı vaxtadək həmin vəzifədə işləməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinin 05 mart 2019-cu il tarixli 22 nömrəli əmrinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatının aparılması məqsədi ilə qəbul edilmiş sənədlərin ekspertizası, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı, qeydiyyat sənədlərinin qəbulu və verilməsi, arxiv işinin təşkilini həyata keçirən və sair səlahiyyətlərə malik olan vəzifəli şəxs qismində işlədiyi idarənin rəisi Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən, əvvəkli Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X17 tərəfindən 1996-cı il tarixdə ayrılmaqla, 12423 nömrəli müqavilə ilə mərhum X6 adına 1992-2002-ci illər üçün icarəyə verilmiş 196 saylı 0.25 ha bağ sahəsinə, 1965-ci il tarixli 11492 nömrəli müqavilə ilə mərhum Şahid3 Yusif oğlunun adına 1965-1971 -ci illər üçün icarəyə verilmiş 239(199) saylı 0.25 ha bağ sahəsinə, 1988-ci il tarixli, 17335 nömrəli müqavilə ilə mərhum X7 adına 1988-1998-ci illər üçün icarəyə verilmiş 222 saylı, 0.12 ha bağ sahəsinə, 1970-c i il tarixli, 16081 nömrəli müqavilə ilə mərhum X1 adına 1970-1980-ci illər üçün icarəyə verilmiş 411/355 saylı, 0.25 ha bağ sahəsinə, 1968-ci il tarixli, 16580 nömrəli müqavilə ilə mərhum X8 adına 1978-1988-ci illər üçün icarəyə verilmiş 417 saylı, 0.25 ha bağ sahəsinə dair icarə müqavilələri üzrə həmin torpaq sahələri Türkan qəsəbəsində Xəzər dənizi kənarından 1600 metr məsafədə yerləşdiyi və bu hallar rəis müavini olduğu idarədə saxlanılan elektron məlumat bazası, sxematik xəritə və arxiv sənədləri ilə təsdiq olunduğu halda həmin torpaq sahələrinin yerləşmə mövqeyinə görə daha əlverişli yerdə, yəni dövlət mülkiyyətində olmaqla Xəzər dənizi (gölü) sahilindən 60-62 metr məsafədə yerləşən torpaq sahələri olmasına dair mülkiyyət hüquqlarının qeydiyyatı sənədinin verilməsi ilə bağlı Türkan qəsəbə sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X4 xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müraciətləri ilə əlaqədar onların xeyrinə xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər, yəni müraciət edən həmin şəxslər və qeyriləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib və qulluq mənafeyi "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanunun 9.1.1 -ci maddəsinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluluğunun yoxlanılması, 9.1.2-ci maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatını n dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyənləşdirilməsinin təmin edilməsi, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin plan və ölçüsünün, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportunun, plan-cizgisi barədə sənədlərin əlavə edilməsi, 14.1-ci maddəsinə əsasən sənədlərin həqiqiliyinə ciddi şübhə olduğu halda qeydiyyatın bir ay müddətinə dayandırılması və 15.1.6-cı maddələrinə əsasən bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə qərar qəbul etməsini tələb etdiyi halda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktya br 2015- ci il tarixli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”da nəzərdə tutulmuş eyni məzmunlu qanunvericilik tələblərini qəsdən pozaraq öz qulluq səlahiyyətlərindən istifadə etməmiş, mərhumlar - X6, Şahid3 Yusif oğlunun, X7, X1 və X8 adlarına icarə müqavilələri əsasında keçmiş X17 tərəfindən verilmiş torpaq sahələri üzrə rəhbərlik etdiyi qurumun texniki inventarlaşdırma şöbəsinin texniki inventarlaşdırıcısı vəzifəsində işləyən Şahid19 tərəfindən 411/355 saylı bağ sahəsi üzrə xx.xx.2019- cu il tar ixli ********** nömrəli, 222 nömrəli bağ sahəsi üzrə xx.xx.2019-cu il tarixli ********** nöçmrəli, 417 saylı bağ sahəsi üzrə xx.xx.2021-ci il tarixli ********** nömrəli, 196 saylı bağ sahəsi üzrə xx.xx.2019-cu il tarixli ********** nömrəli, 239(199) saylı bağ sahəsi üzrə 25.06.209-cu il tarixli ********** nömrəli ilkin qeydiyyat aktlarında bağ sahələrinin ölçüləri və naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlməməsi, göstərilən torpaq sahələrinin bağ sahələri üçün nəzərdə tutulan ərazilərə aid olmaması, dənizdən 50 metr məsafədə yerləşməsi və həmin idarənin Hüquq şöbəsinin mütəxəssisi Şahid11 tərəfindən qeyd olunan bağ sahələrinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqələrində uyğunsuzluq və araşdırma aparılmasının zəruruiliyi ilə bağlı ciddi şübhə doğuran halların mövcudluğuna dair qeydlərin aparılmasına baxmayaraq, toplanmış sənədlər üzrə özü şəxsən rəis müavini olduğu idarənin Kadastr və Ünvan məsələləri şöbəsinə və Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı şöbəsinə xx.xx.2019 və xx.xx.2019-cu il tarixli "icra edin” məzmunlu dərkənar qoyaraq qanunsuz olaraq mülkiyyət hüququnu təsdiq edən çıxarışların hazırlanmasını tapşırmış, daha sonra qabaqcadan əlbir olduğu qrupun üzvü, idarə rəisi Məhkum1 imza edilməsi üçün təqdim etdiyi həmin sənədlər əsasında, qrupun üzvü Məhkum1la birlikdə Xnın adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, X8 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, X7 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, X6 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, Şahid3 Yusif oğlunun adına xx.xx.2019-cu il tarixl i ********** nömrəli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışları imza və təsdiq etməklə dövlət mülkiyyətində olan yaşayış məntəqələri təyinatlı cəmi 1.12 ha həcmdə 190.400 manat dəyərində torpaqların ayrı-ayrı çoxsaylı şəxslərin qanunsuz mülkiyyətinə verilməsini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında təmin etmiş, ümumi cinayətkar niyyətə uyğun cinayət əməlini davam etdirərək Məhkum1la birlikdə digər şəxslər tərəfindən saxtalaşdırılmış X6, Şahid3, X7, X1 və X8 vərəsələri qismində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 33 saylı notariat ofisinin natariusu Şahid9 tərəfindən saxta sənədlər əsasında qanunsuz tanınmış 417 nömrəli bağ sahəsi üzrə X4 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli, 411/355 saylı bağ sahəsi üzrə X11 adına xx.xx.2019-cu il tarixl i ********** nömrəli, 222 saylı bağ sahəsi üzrə Şahid21 adına xx.xx.2019-cu il tarixli, ********** nömrəli, 196 saylı bağ sahəsi üzrə Şahid1 adına xx.xx.2019-cu il tarixli, ********** nömrəli və 239(199) saylı bağ sahəsi üzrə Şahid4 adına xx.xx.2019-cu il tarixli ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsini təmin etdikdən sonra isə faktiki olaraq dövlət mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən dəniz sahilindən 60-62 metr məsafədə yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190.400 (yüz doxsan min dörd yüz) manat dəyərində torpaq sahəsinə dair 13 iyul 2019-cu il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda qeyd olunan torpaq sahələrinin alınmasına dair qanunsuz və saxta sənədlərlə tanınmış vərəsələrin etibarnamə verdikləri satıcı Tə qsirləndirilən şəxs1 ilə alıcı Şahid8 arasında bağlanmış alqı-satqı müqavilələri əsasında xx.xx.2019-cu il tarixli, ********** nömrəli, 196 saylı bağ sahəsi adı altında mülkiyyət hüququnu təsdiq edən çıxarışı qabaqcadan əlbir olduğu Məhkum1 imza və təsdiq etməsinə nail olaraq X12 mülkiyyətinə verilməsi təmin edilməklə vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməməklə, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan re yestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, müvafiq ərazidə dövlət əmlakının qorunmasını təşkil edilməsi, inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasının təmin ilə bağlı dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumların müdafiəçiləri Məmmədov Səyyad Məhəmməd oğlu və Mərəndskiy Rövşən Vidadi oğlu ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini onunla əsaslandırmışdılar ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-pro sessual qanunun tələbləri pozulmuş, cinayət tərkibinin əlamətlərini təsdiq edən sübutlar mövcud olmadığı vəziyyətdə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair əsassız, qanunsuz və ədalətsiz ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi onların təqsirli bilinmələrinə dair nəticə ilə razılaşmaqla eyni pozuntulara yol vermişdir. Müdafiəçilər iddia edirlər ki, hüquqlarını müdafiə etdikləri şəxslər öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməmişlər, ibtidai istintaq orqanının həmin nəticəyə hansı əsaslarla gəlməsi cinayət işi üzrə toplanmış materiallarla təsdiq olunmur. İbtidai istintaq orqanı tərəfindən sübut kimi qəbul edilmiş faktlar saxtalaşdırılmış, və obyektiv araşdırma aparmadan sübut kimi şərh edilm işdir. Faktiki olaraq müdafiəçilər kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum2 və Məhkum1 CM-in 308.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdilər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçilər Məmmədov Səyyad Məhəmməd oğlu və Mərəndskiy Rövşən Vid adi oğlu kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən sübutlar mövcud olmadığı vəziyyətdə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilindiklərini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 4 19-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu i lə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM -in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 14 5.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi halla rına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Müdafiəçilər S.M.Məmmədov və R.V.Mərəndskiyin kassasiya şikayətlərindən görünür ki, məhkumlar Məhkum2 və Məhkum1 vəzifə səlahiyyətlərindən sui-istifadə etməmələrini, məhkəmələrin isə iş üzrə obyektiv həqiqətin üzə çıxarılmasına təşəbbüs göstərmədiklərini, sübut qismində işdə olan ziddiyyətli zərərçəkmiş və şahid ifadələrinə istinad etdiklərini iddia etməklə, məhkumlar barəsində əsassız olaraq ittiham hökmünün çıxarılması haqqında qənaətlərini və bu qənaətlərindən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özlərinin işin faktiki hallarına verdikləri fərqli təsvirlər üzərində qurmuşlar. Bu isə onu göstərir ki, müdafiəçilər kassasiya instansiyası məhkəməsini gətirdikləri faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəy yən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçilər Məmmədov Səyyad Məhəmməd oğl u və Mərəndskiy Rövşən Vidadi oğlunun kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəllifin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumların müdafiəçiləri tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin müdafiə, digər prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2ci maddəsinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onun hərəkətlərində Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, bu maddə ilə Məhkum2 və Məhkum1 təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqları gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum2 və Məhkum1 təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə sübutlar: məhkumların (eyni zamanda Məhkum2 həm özünün həmdə digər məhkumun ifşaedici ifadələri), zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, keçirilmiş üzləşdirmə protokolları, istintaq hərək əti protokolları, maddi sübutlar və digər istintaq materiallar təsvir edilib ittiham və müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçilərin kas sasiya şikayətlərinin Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2ci maddəsi ilə təqsirli bilinmələrinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Həmçinin apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə v ə əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərin təmin edilməsi barədə məhkumların və onların müdafiəçilərin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1l oğlunun müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu və Məhkum2 müdafiəçisi Mərəndskiy Rövşən Vidadi oğlu tə rəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli 1(103)1267/2022 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum1l oğlunun müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlunun və Məhkum2 müdafiəçisi Mərəndskiy Rövşən Vidadi oğlunun kassasiya şikayətləri təmin edilməsin. Məhkum1l oğlunun və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli 1(103)-1267 /2022 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar