Məhkəmə qərarları › İş №1(102)-598/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-598/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-598/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2024-cü il tarixli 1(106)-604/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Səfərli (sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Müşfiq Məmmədov) 06 oktyabr 2022-ci il tarixli 1(099)525/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmışdır. 13 dekabr 2023-cü il tarixdə Məhkum ərizə ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022ci il tarixli 1(099)-525/2022 nö mrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Cavid Səfərli) 12 fevral 2024-cü il tarixli 1(099)-525/2022 nömrəli qərarı ilə Məhkum həmin məhkəmənin 06 oktyabr 2022-ci il tarixli, 1(099)-525/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Habil Bəhmənov) 09 iyul 2024-cü il tarixli 1(106)-604/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 1(099)-525/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 09 iyul 2024-cü il tarixli 1(106)-604/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ali savadı olmadığından vaxtında hökmdən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq y alnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətind ə verilir. Məhkum onun barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1(099)-525/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 394.2-ci maddəsinin tələblərinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmdən apellyasiya şikayəti hökmün sürətinin ona verildiyi andan 20 gün müddətinə verilir. Cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, məhkum Zeynalov X2 Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1(099)-525/2022 nömrəli hökmünün sürətini 19 oktyabr 2022-ci il tarixdə almışdır. Apellyasiya şikayəti isə məhkum tərəfindən 13 dekabr 2023-cü il tarixdə verilmişdir. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin onun tərəf indən buraxılması onun hüquqi cəhətdən savadsız olması ilə əlaqədar izah etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsin ə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1(099)-525/2022 nömrəli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2024-cü il tarixli 1(106)-604/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR ARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1(099)-525/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2024-cü il tarixli 1(106)-604/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar