Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-599/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Vəliyev Kamal Xalid oğlunun iştirakları ilə, Bakı Şə hər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.E.Kamranov) Məhkum-xx xxxxxx 1993-cü il tarixdə Quba rayonunun Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, himayəsində azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsində gözətçi işləyən, ünvan 1evində yaşayan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müdətinə azadlıqdan məhrum etmə cəzasına, cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxx 2019-cu uil tarixdə saat 19 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Omeqa” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı minink avtomobili ilə ünvan 2 hərəkətdə olub N.Hacıyev küçəsi ilə kəsişməyə çatdıqda sağa dönüb ünvan 3 daxil olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin ndarə olunmasından ayirmamalı, yolayrıcında sağa dönərkən dönəcəyi yolun hərəkət hissəsini piyadanın keçmədiyinə əmin olmalı, piyada hərəkət hissəsini keçdiyi halda hərəkətin təhlükəsizliyini təmin etmək üçün piyadaya yaol verməli olduğu halda bunlara piayət etməyərək “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələrələrini pozaraq ünvan 1 ünvanında yerləşən “Qədir Xum” kafesinin qarşısında idarə etdiyi minik avtomobilinin qabaq sağ təkəri yolun hərəkət hissəsini soldan sağa keçən piyada x2 sağ ayağının üzərinə ehtiyyatsızlıqdan çıxması nəticəsində sonuncu asfalt yolun üzərinə yıxılmış və bununla da Zərərçəkmiş şəxs sol bud sümüyünün burmalardan keçən qapalı, yerdəyişmiş sınığı kimi, ümumi əmək qabiliyyətinin 1/3 hi ssəsindən az olmamaqla (33 faizdən çox) itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaqla yol hərkəti qaydalarını pozmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilərək barəsindəki cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs ilə dəyimiş maddi ziyanın ödənilməsi barədə razılaşma müqaviləsi bağlayaraq, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam aradan qaldırmış və barışıq əldə etmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünl üyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aş ağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində Məhkum qərarın ləğv edilərək barəsindəki cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkumun kassasiya şikayətinə əlavə etdiyi Dəymiş maddi ziyanın ödənilməsi barədə razılaşma müqaviləsinin mətnindən müəyyən edilmişdir ki, Bakı şəhəri 09 saylı notariat ofisinin xüsusi notariusu x3 tərəfindən xx xxxxxx 2019-cu iul tarixdə təsdiq edilmiş müqavilədə Məhkum dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə Zərərçəkmiş şəxs 3000 manat ödəmiş, sonuncu həmin məbləği qəbul etmiş və tərəflər arasında barışığa nail olunmuşdur. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona də ymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli o, cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibinə xitam verilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin d əlilləri əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.0.11-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar (cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda) müəyyən edildiyindən kassasiya şikayəti təmin edilərək qərar ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. Məhkum cinayət məsuliyyətindən azad edilsin və onun barəsindəki cinayət təqibinə xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-599/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-599/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver