Məhkəmə qərarları › İş №1(102)-599/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-599/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-599/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xxxxxx 2015-ci il tarixli hökmü ilə Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Fərəcov Salman Böyükağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xxxxxx 2015-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Asim Hacımirzə oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev Mehdixan Ədil oğlundan ibarət tərkibdə) Məhkum, xxxxxxxx 1984-cü il tarixdə Astara rayonunun Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 azyaşlı uşağı olan, fərdi əmək fəali yyəti ilə məşğul olmuş, əvvəllər Astara Rayon Məhkəməsinin 20 oktyabr 2005-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 (üç min) misli miqdarında cərimə cəzasına, Ağır Cinayətlərə Dair İşlrə Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 fevral 2006-cı il tarixli hökmünə əsasən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən isə hökmlərin məcmusu üzrə barəsində çıxarılmış hökmlərlə təyin edilmiş cəzalar tamamilə birləşdirilərək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına və şərti maliyyə vahidinin 3000 (üç) min misli miqdarında cərimə cəzalarına məhkum edilm iş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 28 aprel 2006-cı il tarixli qərarı ilə 21 fevral 2006-cı il tarixli hökmdən CM-nin 67.1-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə həmin hökm dəyişdirilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmış, 10 oktyabr 2010cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumuluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qism ən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X18 və X15 da, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təxminən 2015-ci ilin fevral ayında müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0.550 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib 25 fevral 2015-ci il tarixədək Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən kafeyə gətirib üzərində saxlamışdır. Bundan başqa Məhkum təxminən 2015-ci ilin fevral ayında şəxsiyətinin müəyyənləşdirilməsi mümkün olmayan şəxsdən satış mə qsədi ilə qanunsuz olaraq 9,722 qram, yəni, külli miqdarda narkotik vasitə olan heroin əldə edib yaşadığı Astara rayonunun Ərçivan kəndində saxlamış və həmin ərəfədə qohumu X16 ona mobil tefon vasitəsi ilə qeyri-rəsmi nigahda yaşadığı X11 Sabirabad rayonunda yaşayan tanışı X1 üçün külli miqdarda narkotik vasitə heroin gərək olduğunu bildirdikdə o, özündə saxladığı həmin narkotik vasitə heroinin hər qramını X16 vasitəsi ilə X13 35 manata təklif etmiş və sonuncularla narkotik vasitəni birgə satmaq barədə razılaşmaya gəlib qabaqcadan əlbir olan bir qrup təşkil edərək, aralarındakı razılaşmaya əsasən qeyd olunan külli miqdarda narkotik vasitə-heroini qanunsuz olaraq üzərində saxlamaqla daşıyıb 25 fevral 2015-ci il tarixdə saat 18 radələrində Bakı şəhərinə gətirmiş, orada görüşdüyü X16 və X18 i lə birlikdə Bakı şəhəri 20 Yanvar dairəsində əyləşdikləri taksida Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən kafeyə gətirib saat 20 radələrində Sabirabad Rayon Poliş Şöbəsində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat-axtarış tədbirinə şərti alıcı qismində cəlb edilmiş X5 ilə orada görüşüb onun narkotik vasitə alıcısı olduğunu guman edərək, ona təklif etdikləri narkotik vasitələrnin heroin olmasına əmin etmək üçün yoxlanılmasından ötrü əvvəlcədən 10 ədəd sellofan bükümlərə qablaşdıraraq üstündə saxladığı 9,722 qram narkotik vasitə heroindən bir ədəd polietilen kəsiyi bükümündə olan 1.031 qram çəkidə hissəsini təqdim etmək üçün X22ə vermiş axırıncı da həmin narkotik vasitəni kafenin ayaq yoluna gətirib orada X23ə vermiş, X23 yoxladıqdan sonra ona təqdim edilən və gə tirdikləri bütün narkotik vasitənin hər qramını 40 manata almağa guya razı olduğunu bildirdikdən sonra narkotik vasitənin onda qalan 9 bükümdəki hissəsini də götürmək üçün qayıdıb yanına gəlmiş və bu vaxt Sabirabad RPŞ-nin əməkdaşlarının əməliyyat-axtarış tədbiri keçirilməsi ilə əlaqədar oraya daxil olduğunu gördükdə Məhkum özündə olan 9 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə heroini X22ə vermiş, şərti alıcı X23 bir ədəd poletilen kəsiyi bükümündə xalis çəkisi 1,031 qram narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş baxış zamanı X22in əynindəki gödəkçənin sağ yan cibindən həmin 9 ədəd polietilen kəsiyi bükümündə xalis çəkisi 8,691 qram narkotik vasitə heroin, onun üzərindən isə satış məqsədi olmadan qanunsuz olaraq saxladığı xalis çəkisi 0,550 qram narkotik vasitə tiry ək əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüş, bununla da Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib qabaqcadan əlbir olan bir qrup şəxslə saxlamaqla daşımış və satmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xxxxxx 2015-ci il tarixli hökmü 13 noyabr 2015-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 26 may 2020-ci il tarixdə Məhkum apellyasiya şikayəti vermiş və eyni zamanda birinci instansiya məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçü buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xxxxx 2020-ci il tarixli qərarı i lə Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) xxxxx 2020-ci il tarixli ilkin baxış iclasının qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.B.Fərəcovun kassasiya şikayəti bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş müddə t buraxılmaqla verildiyindən, lakin həmin müddətin bərpa edilməsi haqqında vəsatət qaldırılmadığından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) xxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti hərəkətsiz saxlanılmış və qeyd olunan çatışmazlığın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən edilmişdir. Bu çatışmazlıq aradan qaldırıldıqdan, yəni müdafiəçi kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etdikdən sonra Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli o ğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) xxxxxx 2020-ci il tarixli qərarı ilə həmin məhkəmənin xxxxx 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət təmin edilməmişdir. Müdafiəçisi S.B.Fərəcov xxxxxx 2020-ci il tarixli qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işi yeni apellyasiya baxışına təyin edilmasi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun Məhkum müdafiəçisi S.B.Fərəcov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinici və apellyasiya instansiya məhkəmələri iş üzrə əhəmiyyətli halları araşdırmayaraq onun vəsatətini əsassız olaraq təmin etməmişlər. Müdafiəçi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin xxxxx 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti buraxmasının səbəbi ondan ibarət olmuşdur ki, o, həmin müddətdə onkoloji xəstə valideyninin müalicəsi ilə məşğul olmuş və eyni zamanda kassasiya şikayətinin verilməsi üçün zəruri sənədləri toplayaraq həmin sənədləri poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Kassasiya şikayətinin müəllifi yuxarıda göstərdiyi səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və əsaslandığı haların yoxlanılması üçün işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və onun müdafiəçisi S.B.Fərəcov qanuna müvafiq qaydada məlumatlandırılmaları na baxmayaraq, məhkum kassasiya şikayətinə baxılmasında iştirak emək arzusu ilə məhkəməyə müraciət etməmiş, müdafiəçi isə məhkəməyə naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və onun müdafiəçisinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Müdafiəçi S.B.Fərəcovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi özünün əvvəlki, xxxxx 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsindən imtna edərkən iş üçün əhə miyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş və araşdırılmış sübutlara düzgün qiymət verməmişdir. Beləliklə, müdafiəçisi apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunması barədə tələbini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.2 maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müd afiəçinin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum və qeyrilərinin məhkum olunmalarına dair cinayət işinin materiallarını və bu iş üzrə müdafiəçi tərəfindən mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxxx 2020ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq m üraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yet irilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icr ası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qan unverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Əvvəlla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 410.1.1-ci maddəsinə əsasən, CPM-nin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Qanunvericiliyin bu normalarının məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi müddəti qərarın elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq, kassasiya şikayətinin verilməsi müddətini qərar elan olunduğu vaxtdan deyil, qərarın surətinin onun tərəfindən alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. İş materialları ilə müəyyən olunur ki, məhkum tərəfindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xxxxx 2020-ci il tarixli qərarı ndan verilmiş apellyasiya şikayətinə baxılan zaman həm məhkum, həm də onun müdafiəçisi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ilkin baxış iclasında iştirak etmişlər. xxxxx 2020-ci il tarixli ilkin baxış iclasının protokolundan görünür ki, proses iştirakçılarına həmin qərardan kassasiya şikayətinin verilməsi müddəti, qaydası və əsası izah edilmişdir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən müdafiəçi tərəfindən həmin qərardan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş 1 aylıq prosessual müddətin axımı 15 sentyabr 2020-ci il tarixdən başlamış və 15 oktyabr 2020-ci il tarixdə başa çatmışdır. CPM-nin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu madd əsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında ka ssasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Cinayət işinin materiallarından görünür ki, Məhkum və onun müdafiəçisi S.B.Fərəcov apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə ilkin baxış iclasında baxılmasında və iş üzrə qəbul edilmiş qərarın elan edilməsində şəxsən iştirak etmələrinə, həmin iclasda qəbul edilmiş qərarın qanunda nəzərdə tutulmuş müddətlərdə onlara verilməsinə baxmayaraq, müdafiəçi X10 Məhkəməsinin Cinayət Kollegiyasının xxxxx 2020-ci il tarixli qərarından həmin qərarın qəbul edildiyi gündən 01 (bir) ay 08 (səkkiz) gün sonra - 22 oktyabr 2020-ci il tarixdə, yəni CPM-nin 410.1.1-ci maddəsində nəzərdə tutulmuş 01 (bir) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasının səbəini isə onkoloji xəstə valideyninin müalicəsi ilə məşğul olması ilə əlaqələndirmişdir. Müdafiəçi S.B.Fərəcov kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti buraxmasının bu səbəbini təsdiq edən sənədləri öz vəsatətinə əlavə etməmiş, onun vəsatətlə birlikdə məhkəməyə təqdim etdiyi tibbi sənədlərin və arayışların tarixləri isə 2015-2019-cu illəri əhatə edir. CPM-nin 411.2-ci maddəsinin tələbinə görə isə, kassasiya şikayəti verən şəxs məhkəməyə müddətin bərpası barədə vəsatət verərkən qeyd olunan maddədə göstərilən əsaslarla kassasiya şikayəti vermək imkanından məhrum olmasını təsdiq edən sübutları göstərməklə həmin sübutları vəsatətinə əlavə etməlidir. İş materiallarından, o cümlədən müdafiəçinin vəsatətindən apellyasiy a instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra onun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin və ya kassasiya şikayətinin vaxtında verilməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, müdafiəçi S.B.Fərəcovun xxxxx 2020-ci il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblə rinə əsaslanaraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxxx 2020-ci tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum müdafiəçi S.B.Fərəcovun həmin qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi S.B.Fərəcov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır, Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10. 1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xxxxx 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi barədə həmin apellyasiya instansiyası məhkəməsinin xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar