Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-599/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X11 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-318/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarından dövlət ittihаmçısı Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1974-cü il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu Qaşqaçay kəndində qeydiyyatda olmaqla orada yaşayır. 2. 31 yanvar 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir. 3. 03 mart 2022-ci il tarixdə Qax Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üzrə 02 iyun 2016-cı il tarixli, 09/11-259 saylı əmrlə Qax rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 25 may 2018-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmə tlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstərici ləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Qax Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 9 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 apre l 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017- ci il tarixli kassa xərclərinin sifarişi əsasında Qax rayon Məşğulluq mərkəzinə ayrılmış 41.667 (qırx bir min altı yüz altmış yeddi) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri vəzifəsində işləyən X2 2017-ci ilin may ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rə smi sənədlər hesab edilən 34.170 (otuz dörd min bir yüz yetmiş) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 7.497 (yeddi min dörd yüz doxsan yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Qax rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin may ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Qax rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslərlə özü arasında bağlanaraq göndərdiyi 10 may 2017-ci il tarixli və 12 may 2017- ci il tarixli nömrəsiz müqavilələr, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədlərin Kamil Həsənovun yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli 28 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri X1, Şahid2 və X14 tərəfindən Qax şəhəri, Azərbaycan prospekti 26 ünvanında yerləşən Qax rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC, "xxxx" MMC-nin həmin kotirovka sorğularının qalibləri olmaları barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədləri n imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adları qeyd edilən hüquqi və fiziki şəxslərin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli 2896 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ**********5988122212 nömrəli hesabına 34.170 manat, xx.xx.2017-ci il tarixli 2897 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ57AMRA******************** nömrəli hesabına 7.497 manat, ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 41.667 (qırx bir min altı yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən 9 nəfərə verilməsi nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxslərin adından heç bir səlahiyyəti olmadığı halda X15, X5 və X6 2017-ci ilin may-iyun ayları ərzində Zaqatala rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, habelə Qax rayonunda fərdi satıcılardan aldıqları mal-qaranı, arı ailəsini, toyuqları, Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən aldıqları dərzi və dülgər fəaliyyəti ilə məşğul olmaq üçün zəruri olan ləvazimat və avadanlıqları Qax rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış X7 3.600,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.010,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid3 3.000,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 6.000,0 manat dəyərində maddi aktivlər verilməsi, X3 4.260,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.000,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 1.725,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 2.497,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 3.325,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.400,0 manat dəyərində maddi aktivlər verilməsi, Şahid1 2.400,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.120,0 manat dəyərində maddi aktivlər verilməsi, X12 3.325,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.400,0 manat dəyərində maddi aktivlər verilməsi, X9 2.900 manat dəyərindən maddi aktivlər verildiyi halda guya 4.120,0 manat dəyərində maddi aktivlər verilməsi, X13 2.400,0 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.120,0 manat dəyərində maddi aktivlər verilməsi barədə tamah və şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Qax Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə iyul 2018-ci il tarixli aktların mərkəz üzrə yaradılmış satınalma komissiyasının üzvü Şahid2 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə maddi aktivlərin verilməsi üçün ayrılmış 41.667 (qırx bir min altı yüz altmış yeddi) manat məbləğində vəsaitdən faktiki olaraq 26.935 (iyi rmi altı min doqquz yüz otuz beş) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 14.732 (on dörd min yeddi yüz otuz iki) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sa həsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
5. Qax Rayon Məhkəməsinin 1(024)-16/2022 nömrəli, 26 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının, Respublikası CM-nin 308.1-ci maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müd dətə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər də həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası həddində daha ağır - azadlıqdan məhrumetmə ilə bağlı cəzanın təyin edilməklə hökmün dəyişdirilməsini xahiş etmişdir.
7. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum ap ellyasiya şikayəti verib, barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-318/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 1(024)-16/2022 nömrəli, 26 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti, Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirib, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-318/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
11. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, məhkum onları təkrarlayaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-318/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
12. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsə lələr
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbin dən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
18. Məhkum kassasiya şikayətində təqsirliliyinin sübuta yetirilmədiyini qeyd edib bəraət verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya protestini və kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımınd an səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)318/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
20. Məhkum kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qan unu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirlən dirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
24. Kassasiya şikayə ti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı istinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisəli şəkildə yoxlanıldıqda aşkar edilir ki, Məhkum oğlunun Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə tam təsdiq olunur. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz qərarın ı həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası toplanmış sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4 maddələrinin ümumi dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Azərbaycan Respublikası CM-nin ittiham edildiyi mənimsəmə cinayətinin tərkibinin olması, bu cinayətin törədilməsində onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında düzgün nəticəyə gəlmişdir.
26. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4 maddələri ilə cinayət məsuliyyəti şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə nəzərdə tutulur.
27. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə isə şəxsin cinayət məsuliyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənaf eyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda yaranır.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, Azərbaycan Respublikası CM-nin 17.4-cü maddəsinə əs asən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır) («Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 39, 24 dekabr 2021-cı il).
29. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, dəlillərindən asılı olmayaraq kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-318/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarı dəyişdirilməli, Qax Rayon Məhkəməsinin 1(024)-16/2022 nömrəli, 26 may 2022-ci il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilməli və həmin hissə onun ittihamından xaric edilməlidir, Qax Rayon Məhkəməsinin 1(024)-16/2022 nömrəli, 26 may 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə cəza təyin edilməsi və Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən həmin cəzanın Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş cəzanı əhatə etmək yolu ilə qəti cəzanın müəyyən edilməsi barəd ə müddəalar çıxarılmalıdır.
30. Dövlət ittihamçısının kassasiya protestinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası onları araşdırıb əsassız olduğunu müəyyən edir.
31. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məh kəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
32. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
33. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlillər i nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın cəza təyini ilə bağlı nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə gəldiyi nəticə iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya protestində qaldırılan məsələ i lə bağlı qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-318/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarı yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü ma ddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-318/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarı dəyişdirilsin. Qax Rayon Məhkəməsinin 1(024)-16/2022 nömrəli, 26 may 2022-ci il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissəsi ləğv edilsin və həmin hissə Məhkum ittihamından xaric edilsin. Qax Rayon Məhkəməsinin 1(024)-16/2022 nömrəli, 26 may 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cəza təyin edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66. 2-ci maddəsinə əsasən həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş cəzanı əhatə etmək yolu ilə qəti cəzanın müəyyən edilməsi barədə müddəalar çıxarılsın. Məhkum üzərində Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4 maddələri təyin edilmiş 02 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-318/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlansın.