Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-599/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və y a CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli, 1(106)-493/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxxxx 1999-cu ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Hərbi məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmü ilə CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü il ə CM-in 177.2.1, 177.2.3 və 263-1.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 06 ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 7000 manat miqdarında cərimə cəzasına və 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 67.1 və 69.3-cü maddələrinə əsasən, 20 sentyabr 2021-ci il tarixli hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 2 il 06 ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 03 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 7000 manat miqdarında cərimə cəzası təyin edilmiş və bu hökm 30 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, Xaçmaz şəhəri, Natavan küçəsi ev 52-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonunun Qala kəndində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum sosial şəbəkədə tanış olduğu “Yaşar” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması, daşınmasına və satışına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə 64 ədəd sellofan torbalarda qablaşdırılmış cəmi, külli miqdarda - 98,880 qram (98 kq 880 qram) narkotik vasitə olan qurudulmuş mari xuananın və 14 ədəd sellofan torbalarda qablaşdırılmış cəmi, külli miqdarda - 58,835 qram (58 kq 835 qram) narkotik vasitə olan tiryəkin Beyləqan rayonunun İkinci Şahsevən kəndinin ərazisində gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 27 aprel 2023-cü il tarixdə qeyd olunan cinayət əməlindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan X3 idarə etdiyi VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşib həmin əraziyə gedib qeyd olunan yerdən 64 ədəd sellofan torbalarda qablaşdırılmış cəmi, külli miqdarda- 98,880 qram (98 kq 880 qram) narkotik vasitə olan qurudulmuş marixuananı və 14 ədəd sellofan torbalarda qablaşdırılmış cəmi, külli miqdarda - 58,835 qram (58 kq 835 qram) narkotik vasitə olan tiryəki götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb üzərində, eləcə də cinayətkar qrup üzvləri arasında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin maddələri cinayətkar qrupun digər üzvlərinə çatdırılması (realizə edilməsi) məqsədi ilə narkotik maddələr qablaşdırılmış torbaları sərnişin qismində əyləşdiyi VAZ2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilə yükləyib daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən 28 aprel 2023-cü il tarixdə, saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun İkinci Şahsevən kəndinin ərazisində Məhkum sərnişin olduğu VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılıb üzərində şəxsi axta rış zamanı əynindəki gödəkcənin cibindən 01 ədəd bükümdə külli miqdarda-300 qram narkotik vasitə olan tiryək, habelə Məhkum sərnişin olduğu və Ramiz Hacıyevin idarə etdiyi VAZ-2106 markalı, **-DA-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa sərnişin və arxa yük yerindən 64 ədəd sellofan torbalarda, ayrı-ayrılıqda 4510,0 qram, 3830,0 qram, 6990,0 qram, 3640,0 qram, 3590,0 qram, 3305,0 qram, 3520,0 qram, 1270,0 qram, 1230,0 qram, 1215,0 qram, 1220,0 qram, 1135,0 qram, 1180,0 qram, 1100,0 qram, 1205,0 qram, 1235,0 qram, 1230,0 qram, 1210,0 qram, 1205,0 qram, 1180,0 qram, 1210,0 qram, 1170,0 qram, 1185,0 qram, 1225,0 qram, 1220,0 qram, 1195,0 qram, 1195,0 qram, 1210,0 qram, 1205,0 qram, 1145,0 qram, 1215,0 qram, 1235,0 qram, 1210,0 qram, 1200,0 qram, 1215,0 qram, 1220,0 qram, 1205,0 qram, 1255,0 qram, 1290,0 qram, 1270,0 qram, 1325,0 qram, 1270,0 qram, 1285,0 qram, 1290,0 qram, 1315,0 qram, 1300,0 qram, 1290,0 qram, 1315,0 qram, 1235,0 qram, 1285,0 qram, 1230,0 qram, 1300,0 qram, 1300,0 qram, 1295,0 qram, 1255,0 qram, 1305,0 qram, 1220,0 qram, 1325,0 qram, 1290,0 qram, 1355,0 qram, 1305,0 qram, 1230,0 qram, 1225,0 qram və 1255,0 qram olmaqla cəmi külli miqdarda-98,880 qram (98 kq 880 qram) narkotik vasitə olan qurudulmuş marixuana və 14 ədəd sellofan torbalarda, ayrı-ayrılıqda 4335,0 qram, 3935,0 qram, 4270,0 qram, 4080,0 qram, 4685,0 qram, 3735,0 qram, 4245,0 qram, 4060,0 qram, 4200,0 qram, 4160,0 qram, 4080,0 qram, 4410,0 qram, 4140,0 qram və 4500,0 qram olmaqla cəmi, külli miqdarda58,835 qram (58 kq 835 qram) narkotik vasitə olan tiryək aşkar edilib götürü lmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X10 və X6 ibarət məhkəmə tərkibində) 28 fevral 20224-cü il tarixli, 1(099)-136/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş 7000 (yeddi min) manat miqdarında cərimə və 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın m əhdudlaşdırılmanın iki günü hesabı ilə hesablanmaqla 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CMin 66.3, 66.4 və 66.5-ci maddələrinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrumetmə cəzası və 7000 (yeddi min) manat miqdarında cərimə cəzası yeni təyin edilmiş cəzaya əlavə cəza tam, əsas cəzalar qismən və tam toplanılmaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının və 7000 (yeddi min) manat miqdarında cərimə cəzasının təyin edilməsi, CM-in 68.2-ci maddəsinə əsasən, Məhkum təyin edilmiş 7000 (yeddi min) manat miqdarında cərimə cəzasının müstəqil icra olunması, Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 aprel 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunması və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən məhkum olunmuş Məhkum ape llyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 20224-cü il tarixli, 1(099)-136/2024 nömrəli hökmünün dəyişdirilməsini və daha az cəzanın təyin edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən), X2 və X4 ibarət məhkəmə tərkibində) 25 iyun 2024-cü il tarixli, 1(106)-493/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 20224-cü il tarixli, 1(099)136/2024 saylı hökmünün məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli, 1(106)-493/2024 nömrə li qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətlərinin dəlilləri qismində məhkumun barəsində olan müvafiq hallar (2ci Vətən Müharibəsi iştirakçısı olması, “Cəsur” Medal, “Suqovuşanın azadlığı uğrunda” Medalla, “Vətən Müharibəsi iştirakçısı” medalı və digər fəxri fərmanlarla təltif və.s) sadalanaraq, məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli, 1(106)-493/2024 nömrəli qərarını dəyişdirərək, barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:
10. Kas sasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməs i kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiril məsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 1(106)-493/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlil ik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə t əsiri nəzərə alınır”.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmas ına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah e dilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
25. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 20224-cü il tarixli, 1(099)-136/2024 nömrəli hökmü ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medalla təltif olunması, habelə Məhkum “şəxsiyyət pozuntusu formasında psixi pozuntu” xəstəliyindən əziyyət çəkməsi), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
27. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonun cunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozun tularına yol verməmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
30. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsb it olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli, 1(106)493/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayə t işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli, 1(106)-493/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.