Məhkəmə qərarları › İş №1(102)-6/2017

Ali Məhkəmə Qərar — İş №1(102)-6/2017

17.01.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-6/2017 17.01.2017 ALİ MƏHKƏMƏ İş №1(102)-6/2017 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A R İ 17 yanvar 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1 iştirakı ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi il ə bəraət verilmiş, CM-nin 145.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2014-cü il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi X8 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, müəyyən etdi: Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2011-ci il tarixli hökmü ilə (hakim X9, 1(005)-199/2011 saylı iş), 11 dekabr 1959-cu il tarixdə Ermənistanın Masis rayonunun Reqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1 və 145.1-ci maddələri ilə ittiham elan edilmiş, Məhkumna CM-nin 315.1-ci maddəsi ilə bəraət verilmiş, CM-nin 145.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 % dövlət nəfinə tutulmaqla 2 (iki) il islah işləri cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 20 aprel 2011-ci il tarixdən həbsdə saxlanıldığı 3 ay 19 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanaraq onun üzərində qəti olaraq qazancının 20 % dövlət nəfinə tutulmaqla 1 il 1 ay 3 gün müddətində islah işləri cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2011-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi M.Q.Baxışov tə rəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2012-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi X17, hakimlər X12 və X10, 1(103)-400/2012 saylı iş) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2012ci il tarixli qərarı ilə (sədrlik edən Hacıqayıbov İmran Teymurxan oğlu, hakimlər Rzayeva Gülzar Lətif qızı və Kərimov Fərhad Abdulkərim oğlu, 1(102)-773/2012 saylı iş) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2012-ci il tarixli qərarı k assasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2012-ci il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi M.Q.Baxışov tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2014-cü il tarixli qərarı ilə (sədrlik edən X4, hakimlər X13 və X11, 1(102)-341/2014 saylı iş) Məhkum və müdafiəçisi M.Q.Baxışovun kassasiya şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası CM-nin 145.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2012-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2011-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi M.Q.Baxışov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2014-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi X14, hakimlər X15 və X6, 1(103)-1302/2014 saylı iş) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 06 iyun 2013-cü il tarixli qərarı ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013cü il tarixli qərarının 1.4-cü bəndi tətbiq edilməklə Məhkum Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 avqust 2011-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 1 il 1 ay 3 gün müddətinə islah işləri növündə əsas cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkum Azərbaycan Respublikası CPM-in 39.1.3 və 43.3-cü maddələrinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə cinayət təqibinə xitam verilməsi barədə ərizə verməmişdir. işin halları: Məhkəmə aktlarına əsasən, ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-nin 145.1 və 315.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə o, ünvan 2 ünvanında yerləşən pərakəndə satış obyekti olan “Səməd S” marketinin icarədarı Ə.N.Əmirovanın etibarnaməsi əsasında, sonuncunun hüquqlarını müdafiə etməyi öhdəsinə götürərək, 07 aprel 2011-ci il tarixdə saat 21:00 radələrində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi De partamentinin 05.04.2011-ci il tarixli **********77761 N-li qərarına əsasən 07.04.2011-ci il tarixdə xronometraj metodu ilə müşahidə aparan, hakimiyyət nümayəndəsi olan Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin digər pərakəndə ticarət auditi üzrə İdarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi, kiçik dövlət müşaviri X2 xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmək hədəsi ilə xidməti vəzifəsini yerinə yetirməsinə maneçilik törətmiş, qeyd olunan dükanın qapısını bağlayaraq sonuncunu qanunsuz azadlıqdan məhrum etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışlar ki, məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsində nəzərdə tutulan cinayəti, yəni “adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə” cinayətini törətməmişdir, vergi işçisi Bayram Nəzərovu “Səməd S” marketində qanunsuz olaraq azadlıqdan məhrum etmək niyyəti ola bilməzdi, onun yeganə məqsədi 07 aprel 2011-ci il tarixdə Bayram Nəzərovun marketdə xronometraj metodu ilə müşahidə aparılması haqqında olan qərarının Vergi Məcəlləsinə və digər normativ hüquqi aktların tələblərinə uyğun olmaması səbəbindən onun qanunsuz tələblərini Vergi Məcəlləsinin 15.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq yerinə yetirməmək olmuşdur. Əslində isə vergi işçisi Bayram Nəzərov 07 aprel 2011-ci il tarixdə “Səməd-S” marketində iş vaxtı bitdikdən sonra özü marketdən çıxmamış və yeganə məqsədi özünün rəhbərliyinin göstərişlərini yerinə yetirib vergi orq anı əməkdaşlarının "Səməd-S" marketinə hücumunu təşkil etmək və bu yolla marketin rəhbərliyini özlərinin qanunsuz göstərişlərinə tabe etdirib ondan küllü miqdarda rüşvət almaq olmuşdur. Digər tərəfdən, marketdə olan təhlükəsizlik kamerasının görüntülərindən göründüyü kimi 07.04.2011-ci il tarixdə saat 21:33-dən saat 22.39-dək “Səməd S” marketin yol tərəfdən olan fasad qapılarının açılmamasında yeganə məqsəd Vergilər Nazirliyinin əməkdaşlarının marketə hücumunun qarşısını almaq olmuşdur. “Konstitusiya Məhkəməsinin Plenumu” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokrati k dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayı lması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Bayram Nəzərovun mağazanın içərisində öz istəyi ilə qalması (ona iş vaxtının qurtarması ilə əlaqədar mağazanın bağlanması haqqında bildirilməsinə baxmayaraq, hərəkətsizlik edərək rəhbərliyin göstərişinə əsasən mağazadan çıxmaması) cinayət qanunvericiliyi ilə qorunan, şəxsiyyətə, cəmiyyətə və ya dövlətə heç bir zərər yetirməmiş və yetirmək təhlükəsi yaratmasa da, onun mağazadan qanunsuz olaraq çıxmaması vergi ödəyicisinin hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mö vcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Xronometraj metodu ilə müşahidə yalnız vergi ödəyicisinin iş vaxtı ilə məhdudlaşdırıldığından, vergi ödəyicisinin iş vaxtı qurtardıqdan sonra xronometraj metodu ilə müşahidə aparılması qanunla qadağan edildiyindən vergi ödəyicisinin iş vaxtı qurtardıqdan sonra B.Nəzərov öz hakimiyyət səlahiyyətlərini icra edə bilməzdi. Xronometraj metodu ilə müşahidə aparılması haqqında qərar qanunsuz olmuşdur və buna görə də vergi ödəyicisinin vergi orqanının qanunsuz qərarlarını icra etməmək hüququ olmuşdur. Bayram Nəzərova ona mağazada müşahidə aparılmasına icazə ve rilmədiyinə görə, əvvəlki günlərdə olduğu kimi müvafiq akt tərtib edib mağazadan çıxmalı və yalnız məhkəmə qərarı olduqdan sonra mağazaya daxil ola biləcəyi halda, mağazadan çıxmamışdır ki, bununla da vəzifə səlahiyyətlərini aşmışdır. İnsan hüquqlarının və X7 haqqında Konvensiyanın 5-ci maddəsinin tətbiqi ilə bağlı presedent hüququna əsasən “azadlıqdan məhrum etmə zamanı” azadlıqdan məhrum etmənin müddəti, şəxsin düşdüyü şərait nəzərə alınan amillərdəndir. Belə ki, 1 saat 6 dəqiqə ərzində şəxsin mağazada digər işçilərlə qalması “azadlıqdan məhrum etmə” tələbinə cavab verə bilməz. Kassasiya şikayətinin maddi hüquqi əsası kimi “İnsan Hüquqlarının və X7 haqqında” Konvensiyanın 6, 7 və 10-cu, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42 və 350-ci maddələrinə istinad edilmişdir. p rosessual məsələlər: Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyası nın apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində cinayət törətməkdə təqsirli olmadığını, təqsirlilik məsələsinin sübutların tədqiqinə və qiymətləndirilməsinə dair cinayət-prosessual normaların tələblərinin pozulması ilə həll olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi barədə kassasiya tələblər ini Azərbaycan Respublikası CPM-in 42 və 350-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2014-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətindən göründüyü kimi, Məhkum təqsirliliyinin sübuta yetirilməməsi, əsassız olaraq barəsində ittiham hökmünün çıxarılması ilə əsaslandırmışdır. Lakin, cinayət işinin materialları, qəbul edilmiş yekun məhkəmə qərarı kassasiya şikayətində gətirilən dəlilləri tamamilə təkzib edir. Ali Məhkəmənin Cinayət kollegiyasının 01 may 2014-cü il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti qismən təmin edilərək barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 23 may 2012-ci il tarixli qərarı ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən 01 may 2014-cü il tarixli qərarda olan göstərişlərə əməl edərək digər sübutlarla yanaşı, işdə olan 07 aprel 2011-ci il tarixli video görüntülər diqqətlə tədqiq edilmiş, iş üzrə əhəmiyyəti olan şahidlər, o cümlədən E.Sadıqov dindirilmiş, sübutlara obyektiv qiymət verilərək əsaslı qərar qəbul edilmişdir. Zərərçəkmiş B.Nəzərov apellyasiya icraatı zamanı ifadəsində bildirmişdir ki, 07 aprel 2011-ci il tarixdə “ Səməd S” marketində qanuni əsaslarla xronometraj metodu ilə yoxlama apararkən iş vaxtının bitməsi ilə əlaqədar olaraq mağazanın qapıları bağlandıqda Məhkum tərəfindən vergi ödəyicisinin müşahidənin aparılmasına icazə verməməsi barədə aktın tərtib edilərək mağazanı tərk etməsi tələb edilmişdir. Bununla bağlı şöbə rəisi F.Bayramlıya zəng vuraraq məlumat verdikdə, ona bildirilmişdir ki, “obyekti tərk etmə, özümüz gəlirik bu məsələni araşdırmağa”. Vergi Auditi nümayəndələri gəldikdə, onlar içəri buraxılmamışlar. 07 aprel 2011-ci il tarixdə saat 21.00-dan təxminən saat 23.00-dək olan müddət ərzində heç kəs nə içəri, nə də çölə buraxılmamışdır. Həmin vaxt bir neçə dəfə Səmənd Məmədova müraciət edərək vergi əməkdaşlarının içəri buraxılmasını və ya özünün dükandan çıxmasına icazə verilməsini xahiş etsə də, o buna razı olmayaraq yalnız müşahidənin aparılmasından imtina haqqında aktın yazılmasından sonra buraxılacağını bildirmişdir. Çölə çıxa bilməməsindən güclü həyəcan keçirərək saat 22.30 radələrində S.X21 Nazirliyinin “102” xidmətinə zəng vurub mağazaya vergi orqanlarının əməkdaşları tərəfindən basqın edildiyini bildirərək polis əməkdaşlarını marketə dəvət etmiş, onlar gəldikdən sonra qapılar açılmışdır. V.Rzayev və F.Bayramlı da apellyasiya instansiyası məhkəməsinin iclasında həmin məzmunda ifadə vermişlər. Məhkum ona istinad edilmiş cinayət əməlini törətməsi yalnız zərərçəkmiş şəxsin ifşaedici ifadələri ilə deyil, digər sübutlar, mağazada olan videogörüntü, o cümlədən şahidlərin ifadələri ilə həmin ifadələrin həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya instansi yası məhkəməsinin qərarında şahidlərin ifadələri ətraflı təsvir edildiyindən, məhkəmə kollegiyası hazırkı qərarda onların yenidən təsvir edilməsinə zərurət görmür. 07 aprel 2011-ci il tarixdə marketdə zərərçəkmiş B.Nəzərov tərəfindən xronometraj metodu ilə müşahidə aparılan zaman ilk əvvəllər o, mağazada özü qalmaq istəsə də, sonrakı zaman kəsiyində dəfələrlə Məhkum qapını açaraq onun çölə buraxılmasını tələb etmiş, lakin Məhkum onun tələbini yerinə yetirməmiş, nəticədə B.Nəzərov özünün iradəsinin əksinə olaraq mağazada qanunsuz saxlanılmışdır. Yuxarıda qeyd olunanlar, ümumiyyətlə, cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş-hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Xronometraj metodu ilə müşahidə aparılması barədə qərarın qanunsuz olması barədə şikayətin dəlili ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-1-ci maddəsinə görə xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və də qiqləşdirilməsi məqsədilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aparılır. Zərərçəkmiş B.Nəzərov vergi orqanının əməkdaşı olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 05 aprel 2011-ci il tarixli qərarı ilə qanuni əsaslarla xronometraj metodu ilə müşahidə aparmaq səlahiyyətinə malik olmuşdur. B.Nəzərov Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə uyğun olaraq obyektin normal fəaliyyətinə maneçilik törətməməklə xronometraj metodu ilə müşahidə apardığından onun qanunsuz əsaslarla müşahidə aparması barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası CPM-in 350.2-ci maddəsinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarılmalıdır. CPM-in 42.1-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.1.5. andlı iclasçıların kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda. CM-in 145.1-ci maddəsi ilə bəraət verilməsi barədə kassasiya şikayətinin dəlillərini işin faktiki halları ilə əlaqəli şəkildə yoxlayan kassasiya instansiyası məhkəməsi həmin dəlilləri əsasl ı hesab etmir. Belə ki, həmin dəlillər iş materialları ilə təkzib edilir, Məhkum CM-nin 145.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi birinci instansiya məhkəməsi ilə yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən də sübuta yetmişdir. CM-in 145.1-ci maddəsinə münasibətdə Məhkum əməlində CPM-in 42.1-ci maddəsində nəzərdə tutulan bəraətin əsasları olmamışdır. Odur ki, Məhkum CM-in 145.1-ci maddəsi ilə bəraət verilməsi barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Beləliklə, kassasiya şikayətində təqsirlilik məsələsi üzrə nəticənin mübahisələndiriməsi üçün gətirilmiş dəlillər cinayət işinin materialları ilə öz təsdiqini tapmadığından, eyni zamanda bəraətə əsas verə biləcək digər hallar da (cinayətprosessual qanunun 42-ci maddəsinin təsbit etdiyi bəraətin əsasları) müəyyən o lunmadığından, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbi təmin edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 dekabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar