Məhkəmə qərarları › İş №1(102)-6/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-6/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-6/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), X5 və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Asim Hacıyev (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Cəlil Nəbiyevdən ibarət tərkibdə) 1(089)-32/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 2001-ci ildə Rusiya Federasiyasının Voronej şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 18 saylı Peşə Litseyinin İ kursunda təhsil alan, ünvan 1 ünvanında qeydiyyatda olub Şirvan şəhəri, H.Əliyev prospekti, 1 ünvanda yerləşən Cihazlar zavodunun yataqxanasında yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müdd ətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, xx xxxxxx 2016-cı il tarixdə, saat 15 radələrində yaşadığı Şirvan şəhəri H.Əliyev prospekti 1 ünvanında yerləşən Cihazlar zavodunun yataqxanasındakı mənzildə olarkən yanına gəlmiş, xx xxxxxx 2004-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs həmin mənzilə dəvət edərək, öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hərəkətin mahiyyətini (seksual xarakterli olub-olmamasını) tam dərk etmək qabiliyyətinə malik olmadığından və onun köməksiz vəziyyətindən, yəni onun barəsində edilən hərək ətlərin mənasını və xarakterini anlamamasından istifadə edərək öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq axırıncının anus dəliyinə salıb özü üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində uşaqbazlıq etməklə seksual xarakterli zorakılıq hərəkəti törətmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(106)-254/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli hökmü ilə Məhkum təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası, ona 3 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Vüsal Yadigarov verdiyi kassasiya şikayətində, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum əməlinin CM-in 153-cü maddəsi ilə tövsif edilməsi barədə həmçinin təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Yadigarov Vüsal Alxan oğlu onunl a əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, iş üzrə Məhkum törətdiyi əməlin baş vermə mexanizminin detallarını nəzərinizə alaraq müdafiə tərəfi hesab edir ki, onun əməli CM-in 153-cü maddəsinə tövsif edilməlidir. Həmçinin Məhkum əməlindən peşman olmuş, həmin əməli zərərçəkmiş şəxsin könüllü razılığı əsasında törətmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419 -cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığ ı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun əməlinin Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsindən həmin Məcəllənin 153-cü maddəsinə tövsif edilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsinin mənasına görə təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətlər etmə başa düşülür. Azərbaycan Respublikası CM-in 153-cü maddəsinin dispozisiyasına gö rə təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə baş verməlidir. Hər iki cinayət əməli (CM-in 150.3.3 və 153) şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. Təqsirkarın təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 150-ci maddəsinin cinayətin obyektiv cəhəti fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətlərində ifadə olunur. İşdən görünür ki, Məhkum xx xxxxxx 2016-cı il tarixdə, saat 15 radələrində yaşadığı Şirvan şəhəri H.Əliyev prospekti 1 ünvanında yerləşən Cihazlar zavodunun yataqxanasındakı mənzildə olarkən yanına gəlmiş, xx x xxxxx 2004-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs həmin mənzilə dəvət edərək, öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hərəkətin mahiyyətini (seksual xarakterli olubolmamasını) tam dərk etmək qabiliyyətinə malik olmadığından və onun köməksiz vəziyyətindən, yəni onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamamasından istifadə edərək öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq axırıncının anus dəliyinə salıb özü üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində uşaqbazlıq etməklə seksual xarakterli zorakılıq hərəkəti törətmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx xxxxxx 2004-cü il tarixdə anadan olmuşdur. Zərərçəkmiş şəxs hadisə vaxtı yəni, xx xxxxxx 2014-cü il tarixdə təxminən 12 yaşın yetkinlik yaşı na çatmayan şəxs olmuşdur. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 1975 №-li rəyindən görünür ki, Məhkum müayinə zamanı hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Məhkum həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin f aktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum cinayət əməlini törədərkən psixi-emosional sferasında cinsi əlaqədə olmağa həvəsi yaranmışdır. Keçirdiyi emosional halın yaranması cinsi tələbatını ödəmək istəyi ilə əlaqədar ola bilərdi. Məhkum cinayət əməlini törədərkən fizioloji affekt halında (güclü ruhi həyəcan vəziyyətində) olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş kompleks ambulator məhkəməpsixiatrik və məhkəm ə-psixoloji ekspertizasının xx xxxxx 2017-ci il tarixli, 547 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə dövründə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin mənasını dərk etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaq düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə istintaq hər əkətlərində iştirak etmək qabiliyyətinə malikdir, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs ona qarşı zorlama hərəkəti edilərkən psixi-emosional durumunda situasiya ilə əlaqədar qorxu və həyəcan yarana bilərdi. O, ona qarşı zorlama hərəkəti törədilərkən fizioloji affekt (güclü ruhi həyəcan vəziyyətində) vəziyyətində olmamışdır (iş vər. 67-69). Məhkəmə istintaqı zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 63 №-li rəyindən görünür ki, ekspert müayinəsi zamanı Məhkum bədənində onun cinsi fəaliyyət qabiliyyətinə maneçilik törədə bilən hər hansı bir anatomik dəyişiklik aşkar olunmamış, o, cinsi əlaqədə olma qabiliyyətindədir. Oğlanlarda cinsi yetkinlik 14-17 yaşında başlayır, cinsiyyət üzvünün ereksiyası (gərginləşməsi) isə daha erkən yaşlarda müşahidə edilir. Bunları nəzərə alaraq qeyd etmək olar ki, Məhkum 2016-cı ilin dekabr ayında cinsi əlaqədə olma qabiliyyəti istisna edilmir. Göründüyü kimi, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs on dörd yaşına çatmayan şəxs olmasını bilə-bilə onu zorlamış və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Ona görə də onun əməllərinin CM-in 153-cü maddəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yo l verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzal arın təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin x xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq ol araq sübutları tədqiq etmədikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki xx xxxxxx 2018-ci il tarixli qərarını n dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar